Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
16-02-2022, 13:09
Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirdi

Türkiyə ordusu 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Tvitter səhifəsində məlumat paylaşılıb.
“Zeytun budağı” və “Fərat qalxanı” əməliyyat bölgələrinə daxil olmağa cəhd edən 13 PKK/YPG terrorçusu qəhrəman türk əsgərləri tərəfindən məhv edilib”, - məlumatda bildirilir.
16-02-2022, 13:07
Putindən Şoltsa: "Deyirlər" nə deməkdir?


NATO Rusiya sərhədlərinə doğru genişlənməyə davam edir.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
"NATO-nun genişlənməsi ilə bağlı... Çox gözəl bir ifadə dediniz: "Deyirlər ki, yaxın illərdə Ukrayna NATO-da olmayacaq". “Deyirlər” nə deməkdir? Siz və mən dövlətlərarası münasibətlərdə “deyirlər” sözünü başa düşməliyik. 30 ildir deyirlər ki, NATO-nun ümumiyyətlə, Rusiya sərhədlərinə doğru bir qarış belə genişlənməsi olmayacaq. Və bu gün biz NATO infrastrukturunu öz evimizin kandarında görürük”, - Putin bildirib.
16-02-2022, 13:03
Rusiya ayrı taktikaya əl atdı


Rusiya qoşun toplayır, şantaj edir, əzələ göstərir, hətta uyğun məqamda hücum da edir.
Postsovet məkanındakı bütün milli zəmində yaranan münaqişlərin başında Rusiya dayanır. Amma ilk dəfədir ki, dünya bu avtoritar dövlətə qarşı birləşdi. Zənnimcə, dünya ölkələrinin, xüsusilə də Qərbin, eləcə də Yaponiyanın bu məsələyə prinsipial münasibəti, Rusiya üçün hazırladıqları sanksiya paketləri Kreml sahibi Putini ciddi qorxutdu. Bu sözləri politoloq Qabil Hüseynli Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çəkilməsini şərh edərkən deyib.
“Rusiyanın Ukrayna müharibəsində qələbə qazanmaq şansı yoxdur. Çünki Qərb Ukraynaya çox böyük dəstək verir. Lazım gəlsə, müharibəyə də müdaxilə ediləcək. Yəni Ukraynaya qoşun yeridilsəydi, rəsmi Kiyevin və tərəfdaşlarının ciddi müqavimətinə rast gəlinəcəkdi. Ruslar qorxdu, amma əvəzində Dövlət Duması Donetsk və Luqansk “respublika”larını tanımaq haqqında qərar çıxardı. Rusiyanın istədiyi Donbas vilayətini Ukraynadan almaq idi. Bu əraziləri qoşunsuz işğal etdilər və bundan sonra tanınma prosesi gedəcək. Sonra da həmin ərazilərin Rusiyaya birləşdirilməsi üçün qərar çıxaracaqlar. Müstəqil bir ölkənin ərazilərini hissə-hissə ələ keçirirlər”, - politoloq bildirib.
Q.Hüseynlinin fikrincə, Rusiya sözün əsl mənasında postsovet məkanının jandarmı kimi çıxış edir:
“Kiminsə torpağını işğal edir, kimisə cəzalandırır, kiminsə ölkəsində dövlət çevrilişi edir... Rusiya dünya nizamında qarışıqlıq yaradan bir ölkədir”.
16-02-2022, 12:56
Bakı metrosu 4 yeni qatar alır


Bakı metropoliteni daha 4 qatar tərkibi alır.

Bu barədə Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, artıq yeni qatarlar Rusiyanın "Metrovaqonmaş" şirkətinə sifariş verilib.
"Artıq qatarların istehsalına başlanılıb. Yay aylarında 4 qatar tərkibi olan 20 yeni vaqon Bakıya gətirilərək xəttə buraxılacaq. Bununla da metropoliten xəttində yeni qatarların sayı 23-ə çatdırılacaq. Hazırda Bakı metropoliteninin stansiyalarında gün ərzində 40-46 qatar hərəkət edir. Bu da o deməkdir ki, yay aylarından etibarən artıq Bakı metropoliteninin stansiyalarında hərəkət edən qatarların 50 faizi yeni qatarlar olacaq", - deyə qurum rəsmisi bildirib.
16-02-2022, 09:22
"Hücum günü" gəldi: artıq "əlamətlər" var...


ABŞ-ın dediyi “hücum günü” gəldi: Qərb – ABŞ və Böyük Britaniya həm siyasi, həm də media üzərindən bu gün “nəsə baş verəcəyin”dən bəhs edir.
- Britaniyanın baş naziri Boris Conson Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə telefon söhbətində “dünyanın yaxın saatlarda ayıq olmasını” müzakirə ediblər;
- Bayden Putinlə dialoqun davam etdirilməsinə razılaşdığını bildirib, eyni zamanda, “bütün ssenarilərə hazır olduqlarını” bəyan edib: “NATO torpaqlarını qoruyacağıq” deyir, lakin bu, Ukraynaya aid deyil; ABŞ prezidenti əvvəlki mövqeyində qalır, “Rusiya Ukraynanı işğal edərsə, uzunmüddətli sanksiyalarla qarşılıq verəcəyik” deyir. Vaşinqton bununla “işğal günün”dən öncə Rusiyaya “sonuncu xəbərdarlığını” edir, lakin həm də beynəlxalq ictimaiyyətdə 16 fevral ssenarisinə inamı gücləndirir.
Qərb mediası da “16 fevral işğal günü” versiyasının doğruluğunu təsdiqləməyə çalışır.
ABŞ-ın texnologiya şirkəti “Maxar” Rusiya-Ukrayna sərhədindən yeni peyk görüntüləri yayıb: iddialara görə, Rusiya ordusu təlim bölgəsindən cəbhəyə doğru irəliləyir. Britaniyanın “San” qəzeti Rusiyanın fevralın 16-da sübh vaxtı – saat 05:00-da (Bakı vaxtı ilə) hücuma keçəcəyini yazır. Zelenski 16 fevral tarixini Milli Birlik günü elan etdi və bu, Rusiya təhlükəsinə qarşı həmrəylik nümayişi olmaqla yanaşı, Qərbdə “hücum günü” ilə bağlı yaradılan təşvişə qarşı da gedişdir: Rəsmi Kiyev müharibə haqda informasiya axınının səbəb olduğu iqtisadi itkiləri mümkün qədər azaltmağa çalışır. Rusiya israrla hücum etməyəcəyini desə də, dünyanı inandıra bilmir.
16 fevralda nə baş verə bilər?
Rusiyanın genişmiqyaslı hücuma keçməsi ağılsızlıq olardı və Moskvanın təkcə mövqeyi yox, diplomatik gedişləri də buna getməyəcəyini deməyə əsas verir, ən azından 16 fevral tarixində yox (sonrakı dövrdə belə ehtimal azdır). Heç nəyin baş verməməsi Rusiyanı haqlı, ABŞ-ı haqsız çıxara bilər və bu, həm də etibarlılıq məsələsi baxımından əhəmiyyətlidir. Bu situasiya fonunda bu gün nələrinsə baş verəcəyi gözləntisi artır, lakin baş verəcəklərin kimin tərəfindən edilməsini müəyyənləşdirmək də çətin olacaq.
Artıq Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına kiberhücumların olduğu haqda məlumatlar var və bu, “hücumun başlanğıcı” kimi dəyərləndirilir.
16-02-2022, 09:05
"Ordumuz öz ərazimizdədir"


Ordumuz öz ərazimizdədir, kiməsə təhlükə yaratmır
Rusiya hərbçiləri Rusiya Federasiyasının ərazisindədir və heç kimə təhlükə törətmir.
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
O, Qərb mətbuatında Rusiyanın guya təhdid olması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib:
“Mənim heç bir təhdiddən xəbərim yoxdur: Bizim ərazimizdəki ordumuz heç kimə təhlükə yaratmır”.
15-02-2022, 19:58
Ərdoğan Azərbaycan stendini ziyarət etdi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubay şəhərində keçirilən “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində Azərbaycan məhsullarının nümayiş olunduğu stendə baş çəkib.
Report xəbər verir ki, R.T.Ərdoğan Azərbaycanla yanaşı, Türkiyə və BƏƏ stendlərini də gəzib.
Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 15 Azərbaycan şirkəti meyvə şirələri, təbii mineral suları, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirir.
5 gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaq.
15-02-2022, 15:58
Rusiya separatçı rejimləri tanımaq istəyir???


"Rusiya Donbassın taleyi ilə məşğuldur, amma Moskva Minsk razılaşmalarına sadiq qalır".
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Dövlət Duması tərəfindən separatçı “Luqansk və Donetsk Respublikaları”nın tanınması ilə bağlı Prezident Vladimir Putinə ünvanlanan müraciəti şərh edərkən bildirib.
“Xalqımız Donbasda baş verənlərə çox ağrılı reaksiya verir. Rusiya dəfələrlə Minsk tədbirlər paketinə sadiq qaldığını və bütün Minsk fəaliyyət planının orada nəzərdə tutulan ardıcıllıqla mümkün qədər tez həyata keçirilməsinin tərəfdarı olduğunu bəyan edib”, - Peskov deyib.
15-02-2022, 15:52
Azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq


İşğaldan azad olunan ərazilərdə məşğulluq strategiyası hazırlanacaq.
Bu barədə məsələ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində keçirilən növbəti kollegiya iclasında müzakirə olunub. Kollegiya iclasında komitənin mərkəzi aparatının, departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına dair hesabatları müzakirə edilib.
Böyük Qayıdışla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması, məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması, təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu haqqında” qanuna uyğun aparılması haqqında məruzələr dinlənilib.
Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq qərarlar qəbul olunub.
15-02-2022, 13:50
NATO-nun Baş katibi İlham Əliyevə zəng edib

NATO-nun Baş katibi İlham Əliyevə zəng edib
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlətimizin başçısı da dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib. Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!