Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-02-2022, 20:38
Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə oldu

Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Vətənə sədaqət andı içən gənclərimiz xalqımıza qələbə sevinci yaşadan hərbi qulluqçularımızın davamçıları olaraq Vətənimizin müdafiəsində cəsarətlə dayanacaqlarına, hərbi andın və nizamnamələrin tələblərinə ciddi əməl edəcəklərinə, hərbi sirri qoruyacaqlarına, silah və döyüş texnikasını həmişə saz və döyüşə hazır vəziyyətdə saxlayacaqlarına söz veriblər.
Tədbirdə çıxış edənlər hərbi andı qəbul edib tam hüquqlu əsgər olmanın sevinci və qürurunu yaşayan gənc əsgərləri təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman hərbi andı qəbul edən gənclərimizin əsgər adını şərəflə daşıyacaqlarına, Vətənin müdafiəsində cəsarətlə dayanacaqlarına və uğurlu döyüş növbətçiliyi aparacaqlarına inam ifadə edilib.
Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.
5-02-2022, 20:34
Zelenskidən Ərdoğana dəstək mesajı


Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın COVİD-19 testlərinin müsbət çıxdığını təəssüf hissi ilə öyrəndik.
Butov.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Tvitter hesabında yazıb.
“Dostlarımız Tayyib bəy və Əminə xanıma ən xoş arzularımızı çatdırır, tezliklə sağalmağınızı arzulayırıq”, - Zelenski bildirib.
5-02-2022, 20:31
İlham Əliyev Ərdoğana zəng etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Butov.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxan Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana tezliklə sağalmalarını diləyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa yoluxub. R.T.Ərdoğanda koronavirusun Omikron ştammı aşkarlanıb.
5-02-2022, 15:02
Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu İFŞA OLUNDU


Terrorçuları dəstəkləyən Aykut Ərdoğdu İFŞA OLUNDU

Bir neçə gün əvvəl Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu öz sosial şəbəkə profilində Azərbaycan - Türkiyə münasibətlərinə kölgə salacaq qərəzli fikirlər səsləndirib.
Deputat Azərbaycanla Türkiyə əlaqələrində guya bir sıra qaranlıq məqamların olduğunu iddia edib. Onun iftira dolu açıqlaması Azərbaycan və Türkiyə ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Bununla bağlı Modern.az-a danışan təhlükəsizlik və terorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu Ərdoğdu ilə bağlı sensasion faktı diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığını hədəfə almağa çalışan CHP millət vəkili terror təşkilatları ilə birbaşa əlaqədə olan şəxsdir.
İ. Muğlunun fikrincə, aşkar şəkildə terrorçuları dəstəkləyən Aykut Ərdoğdu iki qardaş ölkəyə qarşı qərəzli mövqe sərgiləməklə, hansı məqsədlərə xidmət etdiyini ortaya qoymuş oldu:
“Əlbəttə, hədəf təkcə Azərbaycan deyil, Türkiyə hökumətini çətin vəziyyətdə qoymaq istəyir. Aykut Ərdoğdu PKK terror təşkilatı, PYD və HDP ilə ciddi işbirliyindədir. O terror təşkilatı ilə əlaqədə olan şəxsdir. Onun Azərbaycanla bağlı açıqlaması sözsüz ki, qəbul edilməzdir. Eyni zamanda belə insanların fikirlərini ciddi qəbul etməməliyik. Bu cür addımlar bizim qardaşlığımızı poza bilməz. Sadəcə olaraq vəziyyəti gərginləşdirmək, problem yaratmaq istəyirlər. Biz bunlara önəm verməməliyik. Türkiyə daha öncə Azərbaycanın yanında olduğu kimi, bundan sonra da öz dəstəyini davam etdirəcək. Aykut Ərdoğdu kimi təxribatçılar heç vaxt dəyişməyəcəklər. Onların dedikləri bizi yolumuzdan döndərə bilməz”.
Qeyd edək ki, A.Ərdoğdunun PKK terror təşkilatına dəstək verməsi, yaraqlıların marağından çıxış etməsinə dair müxtəlif məlumatlara rast gəlmək olar. Onun ermənilərə xüsusi rəğbət bəsləməsi də heç kimə sirr deyil. Bəzi xəbərlərdə Ərdoğdunun milliyyətcə erməni olduğu bildirilir.
5-02-2022, 14:53
Azərbaycanlı jurnalistlər Ukraynanın Gürcüstandakı səfiri ilə görüşüblər


Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Aktual media" İctimai Birliyinin nəzdindəki "Aktual məktəb"in jurnalistika kursunun tələbələri Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqovla görüşüblər.
Görüşdə səfir Ukraynanın Gürcüstan və Azərbaycanla dostluq əlaqələrindən bəhs edib, üç ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib.
Son vaxtlar Ukrayna ətrafında gedən proseslərdən söz açan diplomat Ukrayna, Azərbaycan və Gürcüstanın ərazilərinin işğal olunduğunu, müzəffər Azərbaycan Ordusunun öz torpaqlarını azad etdiyini diqqətə çatdırıb. O, Ukraynanın və Gürcüstanın da öz torpaqlarını işğaldan azad edəcəklərinə ümid etdiyini vurğulayıb.
İqor Dolqov Prezident İlham Əliyevin bu günlərdə Ukraynaya səfərini qeyd edib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycan və Gürcüstan rəhbərlərinə minnətdarlıq edib.
“Aktual.ge” portalının direktoru İlkin Hüseynov jurnalistika kursunun fəaliyyəti barədə məlumat verib, qonaqpərvərliyə və ətraflı məlumata görə səfirə minnətdarlığını bildirib. O deyib ki, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın və Azərbaycanın Ukrayna ilə əlaqələrinin inkişafını dəstələdiklərini və Ukrayna xalqına əmin-amanlıq, sülh və sabitlik arzuladıqlarını diqqətə çatdırıb.
Görüşdə jurnalistika kursunun müəllim-təlimçiləri Xətayi Əzizov və Ceyhun Məhəmmədəli fikirlərini bölüşüb, görüşün təşkilinə görə səfirə təşəkkür ediblər.
5-02-2022, 14:48
Cüdoçularımız mübarizəyə başlayır


Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.
Azərbaycanın 3 cüdoçusu da turnirdə mübarizəyə başlayacaq.
60 kq
Kəramət Hüseynov – Dauda Dabone (Fil Dişi Sahili)
73 kq
Hidayət Heydərov – Teo Riquin (Fransa)
Rüstəm Orucov – Benjamin Aksus (Fransa)
90 kq
Məmmədəli Mehdiyev – Rafael Masedo (Braziliya)/Nqayap Hambu (Fransa) cütünün qalibi
100 kq
Zelim Kotsoyev – Pyotr Kuçera (Polşa)
+100 kq
Uşangi Kokauri (+100 kq) – Marvin Qado (Monako).
5-02-2022, 14:45
Qaz xəttindəki yanğın yeddi kəndi qazsız qoydu


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gün saat 19:00 radələrində Ucar rayonunda baş vermiş yanğının səbəbini açıqlayıb.
Qurumdan bildirilib ki, fevralım 4-də rayon ərazisindəki quşçuluq fabrikini təbii qazla təmin edən, Ucar Qaz Paylayıcı Stansiyadan qidalanan, diametri 215 mm olan orta təzyiqli qaz xətti zədələnib.
Son nəticədə yaxınlıqdan keçən polietilen boru və metala keçid hissələr zədələnib, daşıyıcı kəmərlərdə qaz sızması yaranıb. Nəticədə Ucar rayonu üzrə 7 kənd və şəhər ətrafı massivdə ümumilikdə 3 226 abunəçinin qaz təminatında fasilə yaranıb. Hadisə baş verəndə dərhal sonra "Azəriqaz" rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa edilməsi barədə tapşırıqlar verib.
Ağsu Regional qaz istismarı İdarəsinin Ucar və Göyçay xidmət sahələrinin işçi qüvvələri hadisə yerinə cəlb olunub. İstehsalat Birliyinin işçiləri gecə saatlarından başlayaraq havanın kəskin dəyişməsinə, güclü külək və yağışın olmasına baxmayaraq fasiləsiz olaraq qəzanın aradan qaldırılması istiqamətində işlərini davam etdirirlər. Gün ərzində qaz təminatının bərpası planlaşdırılır.
İşin həcmi böyük olduğundan hadisə yerinə çox sayda maşın mexanizmlər və işçi qüvvəsi cəlb edilib. Təmir işləri sürətlə davam etdirilir.
5-02-2022, 13:48
Ərdoğandan böhrana son qoya biləcək təklif

Kenan Novruzov


Ərdoğandan böhrana son qoya biləcək təklif: Moskvaya da maraqlıdır, Kiyevə də
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna səfərindən sonra maraqlı açıqlamalar verib. O, bildirib ki, Ukrayna ilə Rusiya arasındakı gərginliyi azaltmaq üçün əlindən gələni etməyə hazırdır: "Təəssüf ki, Ukrayna ilə Rusiya arasında gərginlik getdikcə artır. Gərginliyi azaltmaq üçün lazımi töhfəni verməyə hazır olduğumuzu Prezident Vladimir Zelenskiyə şəxsən dedim. O da "belə bir vəziyyətdə öhdəmə nə düşürsə, etməyə hazıram, zəng etdiyiniz günün səhərisi, hara desəniz, ora gələrəm" dedi. Beynəlxalq medianın Ukrayna-Rusiya arasındakı gərginliyi böyütməsinin faydadan daha çox zərər gətirəcəyini bildirdim”. Ərdoğan, həmçinin söyləyib ki, həmkarları ilə Türkiyədə üçtərəfli görüş keçirmək niyyətindədir: "Cənab Putinlə cənab Zelenskini yüksək səviyyədə bir araya gətirmək istəyirik. Zelenski ilə müzakirələrimiz də bu istiqamətdədir. Bunu edə bilsək, nəticənin regionda yeni bir reallığa fürsət yarada biləcəyinə inanıram. Zelenski ilə görüşümüz zamanı məndə buna ümid yaranıb. İnşallah, axırı da yaxşı olar”.
Əvvəllər də dediyimiz kimi, Ankara Moskva ilə Kiyev arasında böhranın diplomatik yolla həllində maraqlıdır. Çünki Türkiyənin tərəflərin hər ikisi ilə yüksək səviyyəli münasibəti var. Odur ki, Ərdoğan potensial müharibə zamanı tərəf tutmaq istəməz. Əslində Ukrayna və Rusiya də savaş istəmirlər. Bu mənada Türkiyənin vasitəçiliyi əslində onların hər ikisi üçün də fürsətdir. Tərəflərin verdikləri bəyanatlar da bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Belə ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba liderlər arasındakı görüşü yüksək qiymətləndirib. Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov isə deyib ki, onlar görüşlərə etiraz etmirlər. Əsas məsələ nələrin müzakirə olunduğunu bilməkdir.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Zelenskini ölkəyə dəvət etmişdi. Əslində belə bir görüş "buzların əriməsi" baxımdan hər iki tərəfə lazımdır. Ancaq Zelenski Rusiyaya getmək istəməyə bilər. Deməli, Ərdoğanın təklifi "göydən düşmədir". Türkiyənin neytral ölkə olduğunu nəzərə alsaq, müzakirələr orada baş tuta bilər.
Türkiyə dövlət başçısının açıqlamasında bir məqam xüsusi diqqət çəkir. Zelenski Ərdoğana deyib ki, nə vaxt, hara desəniz gəlməyə hazıram. Həmin ünvan Rusiya ola bilərmi? İnandırıcı deyil. Ərdoğan bunu Zelenskiyə rəva görməz. Əksinə, özünün dediyi kimi, o, hər iki həmkarının Türkiyəyə getməsinə çalışacaq. Və, yəqin ki, belə bir üçtərəfli görüş olacaq. Nəticədə isə gərginlik azalacaq. Hərçənd Qərb, xüsusilə Fransa Qarabağ məsələsində olduğu kimi, bu dəfə də "suları bulandırmaq" niyyətindədir. Fransa Prezidenti Emmanuel Makron fevralın 7- də Rusiyaya, növbəti gün Ukraynaya səfər edəcək. O, moderatorluğu ələ almağa, Türkiyənin vasitəçiliyinə mane olmağa çalışacaq. Lakin ümid etmək olar ki, Cənubi Qafqazda olduğu kimi, Şərqi Avropada da Paris "ofsaytda" qalacaq.
5-02-2022, 11:01
Azərbaycanda pensiya kapitalının məbləği artdı


Azərbaycanda 2022-ci il üzrə pensiya kapitalının məbləği artıb.

Hazırda minimum pensiya kapitalı yanvar ayının 1-dən 34 560 manat təşkil edir.
Bundan əvvəl həmin məbləğ 28 800 manat idi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, pensiya yaşına çatmış şəxs pensiya hüququna maik olması üçün ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya kapitalına, bu olmadıqda azı 25 il sığorta stajına malik olmalıdır: "Əmək pensiyasının minimum məbləğindən (hazırda 240 manatdır) az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı həmin məbləğin 144-ə vurulması ilə müəyyən olunur. Əgər həmin qədər pensiya kapitalı yoxdursa, o zaman azı 25 il sığorta stajı olsa yenə pensiya təyin olunur. Bununla belə, pensiya sistemində humanist yanaşma tətbiq olunmaqla, 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə avtomatik olaraq 25 il sosial sığorta stajı hədiyyə edilir və əmək pensiyası hüququ verilir".
Nazirlikdən qeyd olunub ki, lakin pensiya yaşına çatsa da pensiya hüququ yaranmayan şəxs heç də sosial təminat sistemindən kənarda qalmır: "Belə ki, 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşı pensiya yaşı ilə eyniləşdirilib, yəni pensiya yaşına çatsa da, pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin olunur. Həmin müavinət də son üç ildə 2,5 dəfə artırılaraq 180 manata çatdırılıb. Pensiyaların hər ilin əvvəlindən indeksləşdirilərək artırılması əvvəlki ilin orta aylıq nominal əməkhaqqının illik artım tempi göstəricisi əsasında aparılır. Pensiyalara indeksləşdirilməs əsasında artım tətbiq edildikdə bu barədə məlumat veriləcək" .
5-02-2022, 10:03
Ötən gün 56 nəfər şənliyə buraxılmayıb


Ötən gün 56 nəfər şənliyə buraxılmayıb
Ana səhifə Toplum 12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 105 toy şənliyinin monitorinqini həyata keçirib.
Bu barədə DİN məlumat yayıb.
Monitorinq 104 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 56 nəfər “COVID-19” pasportu olmadığına şənliyə buraxılmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!