Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
7-03-2022, 21:05
Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb


Rusiya dost olmayan ölkələrin siyahısını açıqlayıb

Rusiya hökuməti Rusiyaya, onun şirkətlərinə və vətəndaşlarına qarşı dost olmayan addımlar atan ölkələrin siyahısının açıqlanıb.
Təsdiq edilmiş siyahıya ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur kimi ölkələr, eləcə də Rusiyaya qarşı sanksiya tətbiq edən daha 15 ölkə daxildir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin martın 5-də imzaladığı fərmanla rus şirkətlərinə sanksiyalar tətbiq edən ölkələrdəki şirkətlərə borclarını rublla ödəməyə icazə verilib.

7-03-2022, 20:43
"Qazaxıstan Ukraynaya humanitar yardım göstərməyə hazırdır.


"Qazaxıstan Ukrayna xalqına dərman və digər zəruri ərzaqlar şəklində humanitar yardım göstərməyə hazırdır. Hazırda onların daşınması nəzərdən keçirilir".
Bu barədə Qazaxıstan Prezident Kasım-Jomart Tokayev Almaniya Prezidenti Frank Valter Ştaynmayerlə telefon danışığında bildirib.
Dövlət başçısı həmçinin qeyd edib ki, Qazaxıstan hökuməti 435 vətəndaşın vətəninə, 650-dən çox insanın isə Avropa ölkələrinə təxliyəsinə köməklik edib. Prezidentlər Ukrayna məsələsində birgə işləmək barədə razılığa gəliblər.
7-03-2022, 15:45
Prezident İlham ƏliyevMakrona məktub ünvanlayıb

Prezident İlham Əliyev: Ötən otuz ildə Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb
1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ünvanladığı təbrik məktubunda ifadə olunur.
Məktubda vurğulanır ki, ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf edib, səmərəli əməkdaşlıq münasibətləri formalaşıb və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunub: “Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”.
7-03-2022, 15:20
Arayik Arutunyan: "Pul yoxdur, mən gedirəm…”


“Ciddi problemlərimiz var, pul yoxdur, mən gedirəm…” – Arayik Arutunyan
Qondarma rejimin rəhbəri Arayik Arutyunyan Xankəndində keçrilən seçkilərlə bağlı fikirlərini erməni mətbuatına bildirib.
Savash.org xəbər verir ki, Arayik Arutyunyan müsahibəsi zamanı Qarabağdakı real vəziyyəti də dəyərləndirilib:
”Ciddi problemlərimiz var. Bu problemlərin həll edilməsi üçün maliyyə vəsaiti lazımdır. Reallıqda isə bizə dəstək duran yoxdur. Məhz bu səbəbdən mən bu dəfə seçkilərə qatılmayacam. Artıq mənim getmək fikrim qətidir. Çünki bizi müharibə zamanı meydanda tək qoyanlar indi də, tək qoyublar. Nələrin olacağını isə hələ də bilmirəm.”
7-03-2022, 15:15
Rusiyadan hücumları dayandırdı?


Rusiyadan AÇIQLAMA: Hücumları dayandırdıq - 10:00-dan etibarən...
Rusiya ordusu Ukraynanın 4 şəhərində müvəqqəti atəşkəs elan edib.
Bu barədə Ria novosti agentliyi məlumat yayıb. Bildirilir ki, atəşkəs Kiyev, Xarkov, Mariupol və Sumı şəhərlərini əhatə edir. Atəşkəs Moskva saatı ilə 10:00-da qüvvəyə minəcək. Atəşkəs müddətində insanların təxliyəsi nəzərdə tutulur.
Qeyd edək ki, telefon söhbəti zamanı Fransa prezindeti Emmanuel Makron rusiyalı həmkranı Vladimir Putindən humanitar atəşkəs elan edilməsini tələb etmişdi.
7-03-2022, 11:12
İmran Xan Qərbə CAVAB VERDİ


Rusiya bizim dostumuzdur” – İmran Xan Qərbə CAVAB VERDİ

Pakistanın Baş naziri İmran Xan ölkəsini Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə tənqid edən xarici diplomatlara xəbərdarlıq edib.
İmran Xan 22 ölkəni təmsil edən diplomatların, o cümlədən Yaponiya, İsveçrə, Kanada, Böyük Britaniya və Avstraliya ilə birlikdə Avropa İttifaqı ölkələri də daxil olmaqla, Pakistanı neytrallığını dayandırmağa və sanksiyalara qoşulmağa çağıran məktubuna cavab verib:
“Moskvanı qınayırlar. Bizim haqqımızda nə düşünürsünüz? Biz sizin qulunuzuqmu? Nə desəniz, onu da edəcəyik?”,- deyə Baş nazir Xan Aİ səfirlərinə etiraz edib.
İmran Xan Pakistanın əvvəllər NATO-nun Əfqanıstandakı hərbi əməliyyatlarını dəstəklədiyinə görə əziyyət çəkdiyini bildirib:
“Biz Rusiya ilə dostuq, Amerika ilə də dostuq, biz Çin və Avropa ilə dostuq, biz heç bir düşərgədə deyilik”.
Qeyd edək ki, Qərb ölkələri Pakistanın da Rusiyaya qarşı sanksiyalara qoşulmasını tələb edir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!