Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
14-08-2024, 17:46
Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?


Milli Məclisin vitse-spikerlərindən biri qadın olacaq?

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürənlər arasında kifayət qədər qadın var.
Namizədlərin təxminən 1/3-i qadındır. Onların arasında seçki dairəsi üzrə favorit namizəd olanlar da müşahidə edilir.
Səsvermədən sonra parlamentə seçiləcək qadınların sayı da maraqlıdır. Məlumat üçün bildirək ki, ötən parlament seçkilərində 22 qadın mandat əldə edib. Bu isə V çağırışdakı göstəricidən 1 nəfər artıq idi. Budəfəki seçkidə də bir çox qadın namizədin deputat seçiləcəyi ehtimal edilir.
Parlamentin formalaşmasından sonra VI çağırış parlamentin spikeri Sahibə Qafarovanın yenidən Milli Məclisin sədri postuna namizəd olacağı gözlənilir.
Əldə etdiyimiz məlumata görə, yeni çağırış parlamentdə spikerin müavinlərindən biri də qadın ola bilər. Belə ki, spikerin müxalifəti və ya bitərəfləri təmsil edən müavinlərindən birinin yerinə qadın deputatın namizədliyinin irəli sürüləcəyi gözlənilir.
Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.
Qeyd edək ki, Milli Məclis sədrinin müavinləri Milli Məclisin deputatları sırasından açıq səsvermə yolu ilə seçilir. Vitse-spiker vəzifəsinə namizədliyi ilk növbədə Milli Məclisin sədri, sonra isə deputatlar irəli sürə bilərlər. Milli Məclisin sədri və hər deputat parlament sədrinin birinci müavini və müavini vəzifələrinin hər birinə yalnız bir namizəd göstərə bilərlər. Öz namizədliyinə etiraz müzakirəsiz və səsvermə keçirilmədən qəbul edilir.
Səsverməyə azı 7 deputatın tərəfdar çıxdığı namizədlər buraxılır. Namizədlər çıxış edə və deputatların suallarına cavab verə bilərlər. Namizədlər üzrə müzakirələr keçirilir. Açıq səsvermə nəticəsində azı 63 deputatın səsini almış namizəd Milli Məclis sədrinin müavini seçilir.
Namizədlərin heç biri azı 63 səs almadıqda, Daxili Nizamnamənin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə də heç bir namizəd 63 səs ala bilməzsə, başqa namizədlər göstərilməklə yeni seçkilər keçirilir. Spikerin müavinlərinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, müavini isə Fəzail İbrahimlidir. Sədrin digər müavini Adil Əliyev isə bir müddət əvvəl Suraxanı rayonuna icra başçısı təyin edildiyi üçün onun mandatı ləğv edilib.
14-08-2024, 17:40
Flora Kərimova yenidən məhkəməyə üz tutdu


Flora Kərimova yenidən məhkəməyə üz tutdu

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmə qanunvericiliyə əsasən, verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam verib.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
14-08-2024, 17:37
İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır


İranda yeni nazirlərdən 3-ü azərbaycanlıdır

Xəbər verildiyi kimi, İranın yeni prezidenti Məsud Pezeşkian Nazirlər Kabineti üzvlərinin siyahısını parlamentə təqdim edib.
Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir, bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.
İran mediasının məlumatına görə, Məsud Pezeşkian yeni nazirlərin siyahısı ilə bağlı müxtəlif dairələrdən, xüsusən də islahatçı qanaddan tənqidlərə tuş gəlib.
Qeyd edilir ki, Pezeşkianın yeni kabinetdə etnik xalqların nümayəndələrinə yer verməməsi tənqid olunub. Bildirilir ki, yeni hökumətin tərkibinə Ruhani və Rəisinin dövründə bürokrat olmuş bir çox şəxs daxildir.
Güney Azərbaycandan olan soydaşlarımızın sosial şəbəkələrdə paylaşdığı məlumatlarına görə, Məsud Pezeşkianın Nazirlər Kabinetində 3 nəfər azərbaycanlı da yer alıb.
Bunlar aşağldakı nazirlərdir:

Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi
Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi
Qulamrza Nuri - Kənd Təsərrüfatı Nazirliyi
14-08-2024, 17:16
“Komando bıçağı” ilə TikTokda video paylaşdı, 8 aylıq cəza aldı


“Komando bıçağı” ilə TikTokda video paylaşdı, 8 aylıq cəza aldı

Naxçıvanda keçmiş hərbi qulluqçu təlimdən gətirdiyi bıçağa görə cəzalandırılıb.
1998-ci il təvəllüdlü Culfa rayonunun Kırna kənd sakini Elməddin 2020-2023-cü illərdə Azərbaycan Ordusunda müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. O, xidmət müddətində Türkiyənin İsparta şəhərinə 2 aylıq təlimə göndərilib.
Elməddin məhkəmədə deyib ki, təlimə rəhbərlik edən şəxs hərbi qulluqçulara üzərilərində gəzdirmək və təlimdə istifadə etmək üçün “komando bıçağı” almalı olduqlarını bildirib. O da İsparta şəhərində yerləşən hərbi ləvazimatlar satılan mağazadan bir ədəd “komando bıçağı” alıb.
Təlim bitdikdən sonra həmin bıçağı təyyarə ilə Bakı şəhərinə, oradan isə Naxçıvan Muxtar Respublikasına aparıb. O, MAXE kimi müqaviləsini yeniləməyib və işdən ayrılıb. Həmin bıçaq da özündə qalıb. Bıçağı Culfa rayonunun Kırna kəndindəki atasına məxsus evdə saxlayıb. Bıçaqdan bir neçə dəfə dağlara göbələk və dağ bitkiləri toplamağa gedən zaman istifadə edib.
Elməddinin ifadəsinə əsasən, bıçaqdan başqa məqsədlər üçün istifadə etməyib. 2024-cü ilin aprel ayında isə dağlıq ərazidə bıçağı göbələyin yanında torpağa batırıb və onun fotosunu TikTok sosial şəbəkəsində paylaşıb.
Ertəsi gün isə polis bölməsinə çağırılıb. Polis əməkdaşı həmin bıçağın oğurluq olduğuna dair şikayət edildiyini bildirib. Elməddin həmin bıçağı aldığı zaman onun soyuq silah hesab edildiyinə dair məlumatı olmadığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cinayət işi başlanıb.
Culfa Rayon Məhkəməsində hakim Mehrab Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxsə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron nəzarət cihazı yerləşdirilib, gecə saatlarında yaşadığı ünvanı tərk etməsi, qeydiyyatda olduğu yeri icazəsiz dəyişməsi qadağan edilib.

14-08-2024, 17:01
Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər


Ukrayna Kurskda hərbi komendantlıqlar yarada bilər

"Lazım gələrsə, Ukrayna Kursk vilayətində hərbi komendantlıqlar yaradacaq".
Ukrayna prezidenti Volodimir Zelenski Kurskdakı vəziyyətlə bağlı müşavirə keçirib.
"Kursk vilayətində vəziyyətlə bağlı müşavirə keçirilib. Əsas məsələlər müzakirə olunub. Təhlükəsizlik, humanitar yardım, lazım gələrsə, hərbi komendantlıqların yaradılması. Ukrayna sərhəd icmalarında özünü və əhalisinin həyatını qoruyur və Rusiya ərazisində aktiv əməliyyatlar aparır. Ordumuz beynəlxalq konvensiyaların və beynəlxalq humanitar hüququn tələblərinə ciddi şəkildə əməl edir”, - prezident bildirib.
14-08-2024, 16:13
Fransada 2 hərbi təyyarə qəzaya uğradı


Fransada 2 hərbi təyyarə qəzaya uğradı

Fransa Hərbi Hava Qüvvələrinə məxsus iki "Mirage" təyyarəsi ölkənin şimal-şərqində qəzaya uğrayıb.
Xilasetmə əməliyyatı başlayıb.
Tələfat və ya təyyarədə olan insanların sayı barədə məlumat yoxdur.
14-08-2024, 16:10
Ata və qızı su quyusuna düşdü - Meyitləri çıxarıldı


Ata və qızı su quyusuna düşdü - Meyitləri çıxarıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Cəlilabad rayonu, Moranlı kəndində vətəndaşların dərinliyi təxminən 15 metr olan su quyusuna düşməsi barədə məlumat daxil olub.
Bu barədə Nazirlikdən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Məmmədov Həsənağa Təvəkkül oğlu və 2004-cü il təvəllüdlü Məmmədova Nəsibə Həsənağa qızının meyitləri quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
14-08-2024, 16:07
Bu da Hidayətlə Zelimin "Şöhrət" ordenləri - FOTO


Bu da Hidayətlə Zelimin "Şöhrət" ordenləri - FOTO

Xəbər verdiyimiz kimi, Prezident, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib.
Dövlət başçısı Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə təltif olunmuş idmançılara və onların məşqçilərinə ordenləri təqdim edib.
Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi olan Hidayət Heydərov və Zelim Kotsoyev görüşdən sonra onlara verilən “Şöhrət” ordeninin fotosunu instaqram hesablarında paylaşıblar.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla XXXIII Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov və Zelim Kotsoiev “Şöhrət” ordeni ilə təltif edilib.
Hidayət Heydərov və Zelim Kotsoievə, həmçinin 600 min manat (400 min manat Azərbaycan Prezidenti, 200 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən), onların məşqçilərinə isə 300 min manat (200 min manat Azərbaycan Prezidenti, 100 min manat isə Milli Olimpiya Komitəsinin Prezidenti tərəfindən) veriləcək.


14-08-2024, 16:00
Qəbulun nəticələri açıqlandı


Qəbulun nəticələri açıqlandı

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2024/2025-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 599 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 564 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu “Rezidentura” jurnalının 4-cü nömrəsini avqustun 15-i günün ikinci yarısından etibarən abiturient.az saytından “PDF” formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olunanlar 20 - 26 avqust (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Rezidenturaya qəbul olunanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətdə portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər. Əlavə məlumat Naxçıvan Dövlət Universitetinin rəsmi internet saytında veriləcək.
14-08-2024, 15:49
Pezeşkian nazirləri tənqid edənlərə cavab verdi: “Səbirli olun!” - TAM SİYAHI


Pezeşkian nazirləri tənqid edənlərə cavab verdi: “Səbirli olun!” - TAM SİYAHI

İranın yeni prezidenti Məsud Pezeşkian parlamentə təqdim etdiyi nazirlərin siyahısı ilə bağlı müxtəlif dairələrdən, xüsusən də islahatçı qanaddan gələn tənqidlərlə bağlı açıqlamalar verib.
Pezeşkiyan sosial media platformasındakı paylaşımında insanları səbirli olmağa çağırıb: "Dəyərli xalqım, siz dövlətin ən böyük sərmayəsisiniz. Nazirlər Kabineti üzvlərinin seçiminə göstərdiyiniz diqqət və həssaslığınız çox qiymətlidir. Siyasətçilərin davranışlarına qarşı biganəlik artıq tənqidlərlə əvəzlənib. Bu o deməkdir ki, biz bir addım irəli getmişik.
Nazirlər Kabineti üzvlərinin seçimi və qiymətləndirilməsi zamanı bir çox ekspertlərdən məsləhətlər aldıq, mövcud imkanlara uyğun olaraq kompromis və həmrəylik anlayışı ilə ən yaxşı vəziyyəti yaratmağa çalışdıq.
Səbirli olun, kabinet öz işini görsün, sonra nazirləri hərəkətlərinə görə tənqid edin!”.
Prezident Pezeşkianın parlamentə təklif etdiyi Nazirlər Kabinet üzvləri aşağıdakılardır:

Alireza Kazemi - Təhsil Nazirliyi

Settar Haşimi - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

Hüccətülislam Seyyid İsmayıl Hatib - Kəşfiyyat Nazirliyi

Abdul Nasser Himmeti - İqtisadiyyat və Maliyyə Nazirliyi

Seyid Abbas Əraqçi - Xarici İşlər Nazirliyi

Məhəmməd Rıza Zəfərgendi - Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi

Əhməd Meyderi - Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi

Qulamrıza Nuri - Kənd Təsərrüfatı Nazirliyi

Emin Hüseyn Rəhimi - Ədliyyə Nazirliyi

Əmir Əziz Nəsirzadə - Müdafiə, Logistika və Silahlı Qüvvələr Nazirliyi

Ferzane Sadık - Yollar və Şəhərsalma Nazirliyi

Məhəmməd Atabəy - Sənaye, Mədən və Ticarət Nazirliyi

Hüseyn Simai Sərraf - Elm, Araşdırma və Texnologiya Nazirliyi

Seyid Abbas Salihi - Mədəniyyət və İslami İrşad Nazirliyi

İskəndər Mümini - Daxili İşlər Nazirliyi

Məhəmməd Rza Salihi Əmiri - Mədəni İrs və Turizm Nazirliyi

Muhsin Paknejad - Neft Nazirliyi

Abbas Əliabadi - Energetika Nazirliyi

Əhməd Dünyamalı - İdman və Gənclər Nazirliyi

Parlamentin reqlamentinə əsasən, deputatlara təklif olunan nazirlərin proqramlarına baxmaq üçün bir həftə vaxt verilir, bundan sonra parlament plenar iclaslarda nazirlərin səlahiyyətlərini qiymətləndirməyə başlayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!