Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                       
7-09-2024, 13:48
Atletimiz Paralimpiya çempionu oldu


Atletimiz Paralimpiya çempionu oldu

Parisdə keçirlən Yay Paralimpiya Oyunları daha bir idmançımız üçün qələbə ilə yekunlaşıb.
T13 kateqoriyasında uzunluğa tullanma yarışında iştirak edən Orxan Aslanov "Paris-2024"də qızıl medal qazanıb.
O, 7,29 metr məsafə göstərici ilə Paralimpiya çempionu adına layiq görülüb.
Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı 9-a (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.
7-09-2024, 13:41
İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat - Ermənilər sevindi


İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat - Ermənilər sevindi[/color]

İranda Zəngəzur dəhlizilə bağlı narahatlıq güclənib.
İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi Zəngəzur dəhlizini əleyhinə çıxış edib.
O "Mehr" agentliyinə deyib ki, İslam Respublikası Zəngəzur dəhlizini “qırmızı xətt” hesab edir və sərhəddə hər hansı dəyişikliyə qəti cavab verəcək.
İbrahim Əzizinin sözlərinə görə, Zəngəzur dəhlizinə dair geosiyasi proseslər İranın marağında deyil.
İranlı deputat deyib ki, ölkəsinin ərazi bütövlüyünə təhlükə yaranarsa, rəsmi Tehran özünü müdafiə edəcək.
İranlı parlamentarın açıqlaması Ermənistanda az qala toy-bayram səviyyəsində qarşılanıb. Belə ki, Ermənistan KİV-ləri İbrahim Əzizinin bəyanatını sürətlə tirajlayıblar.
Qeyd edək ki, bu, son bir həftədə İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı üçüncü səs-küylü bəyanatıdır. Bundan əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sobhani və xarici işlər naziri Abbas Araqçi də oxşar açqılama ilə çıxış ediblər.
7-09-2024, 12:39
Azərbaycan və Özbək ədəbiyyatı


Azərbaycan və Özbək ədəbiyyatı
Azərbaycan və Özbək ədəbiyyatları Şərq ədəbiyyatının mühüm tərkib hissələridir. Onların inkişaf tarixi, mədəni və dil baxımından qarşılıqlı təsirlənmişdir. Özbək ədəbiyyatı əsasən Mərkəzi Asiya, Azərbaycan ədəbiyyatı isə Qafqaz bölgəsinə xas olub, onların arasındakı fərqləri və oxşarlıqlarını öyrənmək ədəbiyyatın inkişafının bir çox cəhətlərini aydınlandırır.
Tarixi və Mədəni Təsirlər
Azərbaycan və Özbək ədəbiyyatları çox cəhətdən İslam mədəniyyəti və Şərq şeiri ilə təsirlənmişdir. Hər iki ədəbiyyatda da sufilik, ruhaniyyət və fəlsəfi mövzular mühüm yer tutur. Məsələn, hər iki ədəbiyyatda da insanın daxili dünyası, mənəvi axtarışlar və təbiətin müqəddəsliyi kimi mövzular geniş işıqlandırılmışdır.
Şeir
Hər iki ədəbiyyatda da şeir geniş inkişaf etmişdir. Şeir üsulları, mövzuları və formaları oxşar olsa da, dil və üslubda fərqlər mövcuddur. Şeirdə istifadə olunan obrazlar və mənəvi axtarışlar oxşar, lakin hər bir dilin özünə xas ifadə üsulu mövcuddur.
Tarixi İnkişaf
Özbək ədəbiyyatı tarixi olaraq Mərkəzi Asiya tarix və mədəniyyət kontekstində inkişaf etmişdir. Azərbaycan ədəbiyyatı isə Qafqaz bölgəsinin tarixi şəraitlərindən təsirlənmişdir. Özbək ədəbiyyatı əsasən köçəri qəbilələr və İslam mədəniyyəti ilə bağlıdır, Azərbaycan ədəbiyyatı isə Qafqazdakı bir çox xalqların mədəniyyətinə bağlıdır.
Dil və Üslub
Özbək ədəbiyyatı özbək dilində inkişaf etmişdirsə, Azərbaycan ədəbiyyatı isə azərbaycan dilindədir. Bu dillərdə şeir və proza üsulları, leksik və sintaktik fərqləri meydana gətirir. Özbək ədəbiyyatı Türk dilləri qrupuna, Azərbaycan ədəbiyyatı da eynilə türk dilləri qrupuna daxildir, bu dillərdə fərqli qrammatik qaydalar mövcuddur.
Özbək Şair və Yazıçılar
Özbək ədəbiyyatında Alisher Navoiy, Babur, Abdulla Qodiriy kimi şair və yazıçılar tanınmışdır. Azərbaycan ədəbiyyatında isə Nizami Gəncəvi, Füzuli və Mirzə Fətəli Axundov kimi ədiblər xüsusi yer tutur. Onların yaradıcılıq üslubları və mövzuları fərqli olsa da, bir çox oxşarlıqlar da mövcuddur.
Təhlil: Alisher Navoiy “Lison ut-tayr” əsərində sufi mövzuları dərinliklə araşdırır. Şeirdə "quşlar" vasitəsilə insanın mənəvi axtarışları təsvir edilir. Navoiy bu əsərdə mənəviyyat, səmimiyyət və özünü anlamaq haqqında yazır. Əsər özbək şeirində mühüm əhəmiyyət kəsb edir, onun sintaktik və leksik xüsusiyyətləri səmimiyyəti və sədaqəti ifadə edir.
"Güclü aləmə heç bir şey də,
Yoxsa bir neçə olsa bir şey.
Yaxşı sözlər əslində, bu dünya,
Dostluğu göstərir yalnız bir az."


Təhlil: Abdulla Qodiriy "O'tkan kunlar" romanında özbək xalqının tarixi həyatı və sosial problemlərini əks etdirir. Əsər özbək cəmiyyətindəki sosial quruluşu, dəyərləri və insani vəziyyətləri dərindən təhlil edir. Roman çoxlu sosial və şəxsi çətinlikləri işıqlandırır.
"Keçmiş günlərin dərdli izləri,
Yaşanmış illər unudulmaz.
Hər bir üzdə bir nifrət izləri,
Könlüni qısan sözlər."


Azərbaycan Şair və Yazıçıları
Təhlil: Nizami Gəncəvi “Xəmsə”sində tarixi və fantastik elementləri birləşdirir. Əsər, xüsusilə "Xosrov və Şirin" kimi hekayələrdə, sevginin və insanlığın dəyişimini təsvir edir. Nizami Gəncəvinin şeiri fəlsəfi və mənəvi axtarışları əks etdirir.
Füzuli "Leyli və Məcnun" əsərində romantik və sufi mövzuları işıqlandırır. Əsər sevgi, mənəviyyat və insanın daxili dünyasını dərindən təhlil edir. Füzuli şeirində mənəvi axtarışlar və hisslər üstün əhəmiyyət kəsb edir.
"Sevgi qayğısı yanan qəlbimdə,
Qəlbim yanar, hər zaman bir yenidən.
Leylinin taleyi xoşbəxtliyə uyğun,
Məcnunun dərdini göstərir gözəllik."
Nəticə
Azərbaycan və Özbək ədəbiyyatları arasındakı fərq və oxşarlıqları təhlil etməklə, onların tarixi, mədəni və dil baxımından nə qədər zəngin olduğunu görmək mümkündür. Hər iki ədəbiyyat da öz xalqının mədəniyyətini və tarixini dərindən əks etdirir. Eyni zamanda, onların şeiriyyəti, mövzuları və ifadə üsulları fərqli və özünəməxsusdur. Özbək və Azərbaycan ədəbiyyatları arasındakı bu fərqlər və oxşarlıqlar ədəbiyyatdakı inkişafı və mədəni dəyişiklikləri daha yaxşı başa düşməyə kömək edir.

Lazizbek RAXİMOV,
Buxoro Dövlət Universitetinin tələbəsi
7-09-2024, 09:47
Yeni nəşrlər

“Məni oxumağa vaxt tapılarmı?”

Yaxın vaxtlarda dil-ədəbiyyat müəllimi Vidadi Loğmanoğlunun “Məni oxumağa vaxt tapılarmı?” kitabı şapdan çıxıb. “Kəlbəcər harayı" qəzetinin baş redaktoru Zahid Muxtar kitaba ön sözü yazıb. Həmin ön sözü və şairin kitabda çap olunmuş şeirlərindən bir neçəsini oxucularımızın diqqətinə çatdırırıq.
Vidadi müəllim 1952-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. 1979-cu ildə Naxçıvan DPİ-nun dil-ədəbiyyat ixtisasını bitirib.
"Hələ bu dünyaya sözüm var mənim" kitabından sonra bu, Vidadi Loğmanoğlunun ikinci kitabıdır. "Tanrıya gedən yol" şeirində belə yazır Loğmanoğlu:
Üzü Tanrı dağınayam,
Həm Göytürkəm, Qara xanam,
Dədəm Qorqud, Oğuz xanam,
Oğul olan qandan keçir.

Çox-çox uzaqlara boylanır şeir müəllifi, keçmişi ilə nəinki fəxr edir, iftixar hissi ilə söz açır öz keçmişindən. Öz torpağına bağlı olanları, ölümün üzünə dik baxanları, qanını bu torpağa halal edənləri əsl oğul hesab edir. Elə bu niyyətlə də başqa bir şeirində erməni faşistlərinin təcavüzünə məruz qalmış xalqımıza belə səslənir:
Tanrı dözüm vermə mənə,
Bu halımdan məst olaram.
Qaytar məni öz donuma,
Qürurumdan qurd olaram.

Şair Vidadi Loğmanoğlu "Özündən güc alana bax" şeirində özgəsinin quyusuna su tökənləri ittiham edir:
Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada.
Gəl üzünü tutma yada,
Özündən güc alana bax!

Zaman-zaman sərhədləri kiçilən Vətənin bu gün azadlığa qovuşduğunu, nəhayət özünə gəldiyini "Sən ocaqsan Məmməd Araz" şeirində aşağıdakı kimi qələmə alır:
Yüzillərdir söndüyüm gün,
Çox bölündüm həmin o gün,
Gəl, özümə döndüyüm gün,
İndi gəlib Məmməd Araz.

Dərdi çox böyükdür Loğmanoğlunun; dünyada bütün xalqların birləşdiyi halda bu Vətənin hələ də ikiyə bölünməsi bir düyün kimi qalır. Açılmır bu düyün, ona görədir ki, "De bildinmi, de kiməm mən?!" şeirində belə yazır müəllif:

Bir bədəndə iki canam,
İki canda bir bədənəm,
Çoxu bilməz daha kiməm,
De, bildinmi, de kiməm mən?!


Qədim Naxçıvan torpağına bağlı olan Loğmanoğlu "Naxçıvanım" şeirində onun yetirdiyi dahi şəxsiyyətlərlə belə öyünür:
Ordubadi, Cavid oğlu,
Mirzə Cəlil qəlbə nurdu,
Məmməd Araz çələng qurdu,
Zirvələrdə zirvəm, tacım,
Heydər yurdu Naxçıvanım.

İmzası şeir-sənət pərəstişkarlarına çoxdan tanış olan Vidadi Loğmanoğlunun şeiriyyət aləmi çox zəngindir. Burada mövzu rəngarəngliyi ilə forma müxtəlifliyi vəhdət təşkil edir. Şeirin hansı formasında, hansı mövzuda bir şeir yazıbsa hamısı xoşagələndir, hamısı diqqəti cəlb eləyəndir, çünki burada bir əsl şair ürəyi döyünür, bir əsl şair qələmi tərənnüm eləyir. İnsan qəlbinin incə hissləri olan məhəbbət də, təbiət təsvirləri də, nəsihət- didaktika da, haqq-ədalət də, Vətən sevgisi də bu şeirlərdə çox məharətlə, kamil ustalıqla öz əksini tapır.
Azərbaycan xalqına çox görkəmli söz övliyaları, dahi şəxsiyyətlər bəxş eləyən Naxçıvan torpağının boya-başa yetirib ilham verdiyi Vidadi Loğmanoğlu poeziyası fəxrə, fəxarətə layiqdir. Çünki, əvvəlcədən də qeyd etdiyim kimi, burada əsl bir vətəndaş şair ürəyi çırpınır.
Dağımız, qanımız, canımız, dərdimiz, sevincimiz bir olan Naxçıvan torpağının od qoruyanı qüdrətli bir qələm sahibi şair qardaşım Vidadi Loğmanoğluna əzəmətli Kəlbəcər dağlarından, İstisu hərarətindən qucaq-qucaq sevgi dolu salamlar çatdırır, ona yeni-yeni yaradıcılıq uğurları, can sağlığı arzulayır və yeni bir şeir toplusu ilə onu oxucuları ilə baş-başa qoyuruq.
Zahid Muxtar,
"Kəlbəcər harayı" qəzetinin baş redaktoru,
Azərbaycan Mətbuat Şurasının üzvü.


ÖZÜNDƏN GÜC ALANA BAX..!

Zaman mənə dərs veribdi,
Qanı saxta olana bax,
Kimlərəsə tərs veribdi,
Ruhu yalan olana bax.

Tarixləri salsan yada,
Oda salar məni oda.
Yol birsə də bu arada,
Düyünləri salana bax.

Namərd olan yola gəlməz,
Girov düşən bir də gülməz,
Belə dərdi naşı bilməz,
Dön saçını yolana bax.

Uyma düşmən hiyləsinə
Qazsan quyu pilləsi nə?
Gəlsən tamah gülləsinə,
Söylədiyin yalana bax.

Dərman gəzmə yad qapıda,
Səni, məni tapsa qada,
Gəl üzünü tutma yada,
Özündən güc alana bax.

SAZ VƏ ONUN QARA KÖYNƏYİNƏ
Duydum niyə, duydum nədən,
Biçilib qara köynəyin,
Örtüyün özündən incə,
Tikilib qara köynəyin.

Sən tarixim, sən yaddaşım,
Sən əzəlim, sən yurddaşım,
Söylə, nələr çəkib başım,
Tikilib qara köynəyin.

Gülüşümü çəkdin dara,
Çeşid-çeşid dərdim ara,
Ürəyimə düşən yara,
Tikilib qara köynəyin.

Dərd bilənsən, dil bilənsən,
Çox ağlayıb, az gülənsən,
Hərdən məni öldürənsən,
Tikilib qara köynəyin.

Dərdlərimin yaşın saxlar,
Hamı dağılar, yox olar,
Sən qalarsan, tək saz qalar,
Tikilib qara köynəyin.

Dərdimlə əkiz doğuldun,
Əhdinə sadiq sən oldun,
Sən Nəsimi tək soyuldun,
Tikilib qara köynəyin.

Loğmanoğlu təbib olsun,
Bilsin ki, nəyin var, nəyin.
Səni duymayanım ölsün,
Tikilib qara köynəyin.
"Bütöv Azərbaycan" qəzeti
6 sentyabr 2024-cü il
7-09-2024, 08:41
Təbrik edirik!


Təbrik edirik!


Bir vaxtlar maraqlı yazıları, reportajları ilə mətbuatımızda iz qoymuş tarixçi dostumuz Ramiz Nəcəflinin qızı Nuranənin doğum günüdür. Ramiz bəy övladına ürək sözlərini belə ifadə edib: Əziz qızım Nuranə doğum günün mübarək! Sənə xeyirli və bərəkətli ömür arzulayıram. Sənin kimi övlad sahibi olmaq hər ataya nəsib olmur. Sən ailəmizin dünyasısan. Daimi üzündən gülüş əskik olmasın!

Biz də Bütöv Azərbaycançılar və Bütöv Azərbaycançı Gənclər qrupu adından Nuranəni təbrik edir, arzularının çin olmasını diləyirik! Bir də Arzu edirik ki, Nuranə tezliklə bütövləşmiş böyük vətənimizin Şəxsiyyət vəsiqəsini daşısın və bununla qürurlansın!
7-09-2024, 08:04
ƏSL SƏNƏT DƏYƏRİNİ İTİRMİR


ƏSL SƏNƏT DƏYƏRİNİ İTİRMİR-FOTOLAR

“Butov Azerbaycan ” qəzetinin sevimli oxucuları, bu axşam qonağımız Muqimi adına Özbəkistan Dövlət Musiqili Dram Teatrının aktyoru, müğənni və teleaparıcı, “Şöhrət” medalı laureatı, “Mədəniyyət və incəsənət fədaisi” döş nişanı sahibi Rəsulxan Qədirxanovdur.
Söhbətimiz aktyorun yaradıcılığından, sənətin həyatımızdakı rolundan, teatr aləmindən kino, sənətkarın cəmiyyətdəki mühüm vəzifələrini barədədir.
— Söhbətimizə sənət və onun həyatımızda yeri haqqında başlayaq...
— Sənətkara, sənət adamlarına hörmət edən, onlara xüsusi önəm verən xalqımızın olması biz sənətkarlar üçün layiqli qiymətdir. Sənətin həyatımızda yeri misilsizdir. Məhz buna görə də onun vasitəsilə insanları yaxşılığa dəvət edir, onları doğru yola yönəldir, qəlblərində nəcib xüsusiyyətlər oyadır. Fikirlərimi babamız Əbu Əli ibn Sinanın müdrik kəlamı ilə yekunlaşdırmaq istərdim: “Sənət möcüzədir. Ürəyin və beynin elə yerləri var ki, onlara ancaq sənət vasitəsi ilə daxil olmaq olar”. Mahnılara qulaq asanda enerjimiz, həyəcanımız aşıb-daşır, filmə baxanda bir qəhrəmana heyran olur, onun kimi olmağa çalışırıq. Təbii ki, sənətin müsbət təsiri onun həyatımızda böyük əhəmiyyət kəsb etdiyinə əyani sübutdur.
—Sənətdə öz yerinizi tapıb, pərəstişkarların sevgisini qazanırsınız. Kino və teatrda əhəmiyyətli və uğurlu əsər yaratmağa sizi nə vadar edir?
—Nə qədər ki, peşəmə sevgim, sədaqətim qalıb, mənə dəstək olan bir kollektivlə həmişə eyni səhifədəyəm, məni başa düşən, nailiyyətlərimə sevinən, kinoda, teatrda rollarımızın hərarətli olmasından məmnunam. Tamaşaçılar tərəfindən qəbul edilmək və işimizin layiqincə tanınması özlüyündə bir motivasiyadır. Xüsusi məqsədlər üçün yorulmadan çalışan, ətrafdakılara hər zaman yaxşılıq etməyə çalışan insanların daim enerji ilə dolu olduğunu vurğulamaq istərdim.
Siz həm də aparıcılıq, ifaçılıq edir, həm də oxuyursunuz. Bu üç sahəni bərabər götürmək sizin üçün çətin deyilmi?
— Bu sahələr bir-birinə yaxın olsa da, hər üç peşəni birləşdirmək asan deyil. Əsasən, vaxtımın və diqqətimin çox hissəsini aktyorluğa yönəldirdim. O ki qaldı xanəndəliyə, o, teatrda rolun ifa prosesində mühüm rol oynayır. Bəzi səhnələrdə mahnı ifa etmək lazımdır.
Teatrda hər şey canlı olduğu üçün aktyor bunu bacarmalıdır. Yaradıcı sənətkar olmağın bir çox müsbət cəhətləri var. Deyirlər ki, “İstedadın 1 faizi qabiliyyətdir, qalan 99 faizi isə əməkdir”.
—Rollarınızın hər biri sizin üçün dəyərlidir, çünki onu bütün istedadınız və gücünüzlə oynayırsınız. Hər halda, heç vaxt unudulmayan, onun təsirində, əhval-ruhiyyəsində yaşayan bir qəhrəmanın olması təbiidir. Filmdə və ya teatrda rolunuz və ya xarakteriniz haqqında danışırsınızsa...
—Düz deyirsiniz, hər bir əsər sənətkar üçün qiymətli olduğu kimi şəxsən mənim üçün də hər rol qiymətlidir. Çünki nə qədər axtarsan, məharətlə ifa etməyə can atsan da, bəzi rollara əqli və mənəvi fiziki hazırlıq görülür. Hətta uğursuz çıxışlarımın da mənim üçün yeri var.
Həmin rol vasitəsilə səhvlərimi, çatışmazlıqlarımı düzəldirəm, təcrübə məktəbindən keçirəm.
Məsələn, “Daşkəndli Nozanin Məlikə” tamaşasında uşaqlar Müzəffər obrazını canlandırıb, çoxlu rəğbət qazanıblar. Mübaliğəsiz desəm ki, ədəbiyyatımızın böyük şəxsiyyəti Boborahim Məşrabın rolu məni xüsusilə həyəcanlandırdı və təsirləndirdi.
—Bəzi aktyorlar yalnız mənfi rollar oynayır, bəziləri isə müsbət rol oynayır. Hər ikisini yerinə yetirirsən. Sizdən daha çox nə tələb edilir?
—Əvvəllər daha çox müsbət rollar oynayırdım. İndi mənfi rolları da oynayıram. İstər mənfi, istərsə də müsbət, əsas odur ki, rolum saxta olmasın, təbii olaraq ortaya çıxsın. Mənə tapşırılan rolu bacardıqca tamaşaçıya çatdırmağa çalışıram.
—Sosial şəbəkələr vasitəsilə ictimaiyyətə yayılan videolar, kiçik, keyfiyyətsiz videolar əsl sənətə diqqəti azaltmırmı?
—Hər tamaşaçı öz marağına, dünyagörüşünə, səviyyəsinə görə nə lazımdırsa onu alır. Milyonlarla dəniz daşları birləşsə, onların heç biri qızılı əvəz edə bilməz. Demək istədiyim odur ki, bu kimi bütün müvəqqəti qazanclar keçicidir. Bu gün maraqla baxılacaq, sabah dəyərini itirəcək. İllər, əsrlər keçsə də əsl sənət öz dəyərini itirmir.
Gənclər arasında incəsənətə, kinoya, teatra daha çox sevgi və marağın aşılanması üçün hansı işlər görülməlidir?
—Bu, böyük mövzudur.
Bir sözlə, daha çox araşdırma və yaradıcı yeniliklər edilməlidir.
— “Bütöv Azərbaycan” qəzetinin oxucularına arzularınız...
—“Bütöv Azərbaycan” qəzetinin abunəçilərinə, oxucularna işlərində böyük uğurlar, bütün arzularının həyata keçməsini arzulayıram!
—Bizimlə söhbətə vaxt ayırdığınıza görə təşəkkür edirik!

Söhbətləşdi: Cihangir NOMOZOV,
“Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!