İsrailin müdafiə naziri istefaya göndərildi - Yeni təyinat .....                        Nəzakət Məmmədovaya 13 il həbs verildi .....                        Rusiyada son bir sutkada 3 qubernator istefa verib .....                        Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza .....                        İdmançını döyüb öldürdülər - Dəhşətli hadisə .....                        "Rusiya Azərbaycanı tələsdirmir" - Lavrov .....                        "Təəssüf ki, qohumlarımın çoxu ölüb" - Məleykə Abbaszadə danışdı .....                        Azərbaycanda yeni telekanal .....                        Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                       
24-09-2024, 23:50
Nazir yunanıstanlı həmkarı ilə görüşdü


Nazir yunanıstanlı həmkarı ilə görüşdü

Sentyabrın 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Yunanıstan Respublikasının xarici işlər naziri Giorgos Gerapetritis ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, Azərbaycanla Yunanıstan arasında siyasi, iqtisadi, energetika və bərpaolunan enerji mənbələri, eləcə də humanitar sahələrdə münasibətlərin inkişaf perspektivləri, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın enerji sahəsində etibarlı strateji tərəfdaş olaraq, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və bu istiqamətdə bir sıra, o cümlədən Cənub Qaz Dəhlizi, Trans-Adriatik qaz kəməri və s. kimi uğurlu layihələrin həyata keçirildiyini bildirib.
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.
Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi barədə məlumatlandırıb.
Görüşdə, həmçinin əlavə əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
24-09-2024, 21:56
Sonuncu etnik təmizləmə:


Sonuncu etnik təmizləmə: Sumqayıt hadisələrinin günahsız qurbanı...--FOTOLAR

Tarix gec-tez həqiqətləri üzə çıxarır. Zamanın sürət girdabında ilişib qalmış bütün reallıqlar günün birində üzə çıxır… Elə 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda törədilmiş qanlı hadisələr də bu timsaldadır...
Müvəkkil Hüquq Mərkəzinin sədri hüquqşünas Səməd Vəkilovun təşkilatçılığı ilə BAMF-nun ofisində Sonuncu etnik təmizləmə və Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədova həsr edilmiş tədbir keçirildi. Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri və mərhum Əhmədovun qardaşları iştirak edirdilər.

Hüquqşünas Səməd Vəkilov Əhməd Əhmədovun keçməkeşli həyatından, vətənpərvərliyindən söhbət açaraq bildirdi ki, cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1988-ci il fevralın 27-si və 28-də Sumqayıtda baş vermiş hadisələrin istintaq işlərinin yenidən araşdırılması ilə bağlı göztərişinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğunda sözügedən cinayət işinin icraatı təzələnmişdir. Səməd Vəkilov Əhməd Əhmədovun məzarının geri alınması ilə bağlı məsələnin də diqqətdə saxlanılacağını bildirdi. \

Ələsgər Nağıyev qardaşı qızı Mahirə xanımla
ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Huseynova sonuncu etnik münaqişə zəminində baş vermiş Sumqayıt hadisələrindən, bu hadisələr fonunda Dərələyəz mahalından insanların erməni separatçıları tərəfindən necə çıxarılmasından, əmisi Ələsgər Nağiyevin çeçen komandirinin dəstəyi ilə, böyük fədakarlıqla, əhalinin təhlükəsiz şəraitdə çıxarılaraq Naxçıvanın Çalxanqala kəndinə köçürülməsinə yardım etməsindən danışdı.

Professor Mahirə Hüseynova həmçinin Əhməd Əhmədovun nəşinin Azərbaycana qaytarılması və ona bəraət verilməsinin vacibliyini də vurğuladı. Qeyd etdi ki, Sumqayıt təxribatının fəal icraçılarından biri 1959-cu ildə anadan olmuş Eduard Robertoviç Qriqoryan adında ermənidir. Çünki hadisələr zamanı öldürülən 26 erməninin 6 nəfərini məhz o öldürüb. Hadisədən 10 gün əvvəl Sumqayıtın bütün əmanət kassalarından ermənilərin öz əmanətlərini kütləvi şəkildə götürmələri, qırğınların videolentə alınması üçün erməni operatorlarının əvvəlcədən hadisələrin planlı şəkildə törədiləcəyi yerlərdə özlərinə xəlvəti çəkiliş mövqeyi seçmələri, iki gündən sonra həmin lentlərin montaj edilib bütün dünyaya nümayiş etdirilməsi haqqında danışdı.

Tədbirdə Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədov vurğuladı ki, Sumqayıt hadisələrinin təşkilatçıları ermənilər olmuşdur. Məmmədağa onu da bildirdi ki, günahsız yerə Əhməd Əhmədovu qurban seçdilər, lakin Əhməd məhkəmədə onları ifşa edərək günahsız olduğunu sübut etdi. Əhmədin onları ifşa etməsi isə ona həyatı bahasına başa gəldi. Əhməd Azərbaycanın Azadlığı yolunda qurban getdi.
Məmmədağa Əhmədov tədbiri təşkil etdikləri üçün MHM-nin sədri Səməd Vəkilova və professor Mahirə Hüseyovaya, “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna, tədbirə ev sahibliyi edən BAMF rəhbəri Umud Mirzəyevə öz minnətdarlığını bildirdi.
Qərbi Azərbaycan Dərələyəz mahalı Paşalı icmasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev bildirdi ki, Sumqayıt hadisələri zamanı Dərələyəzdə dogma Gomur kəndində Sumqayıt da guya ermənilərə qarşı soyqırımı olduğunu və bizi burada böyük təhlükələrin gözlədiyindən həyəcanlı anlar yaşadıqlarını söylədi.
Keşkənd İcmasının sədr müavini, şair Məhəmməd Rəsuloğlu sonuncu etnik təmizləmənin hər birimiz öz taleyimizdə yaşadığımızı bu hadisələrin ciddi tədqiq edilməyə ehtiyacı olduğunu vurğuladı.

Sonra söz "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğluna verildi. Tamxil müəllim Sumqayıt hadisələri haqqında geniş danışdı və bildirdi ki, 200 ildən artıqdır ermənilər Azərbaycan türklərinə qarşı soyqırımı törədirlər. Ermənilərin yaxın keçmişmizdə törətdikləri Xocalı soyqırımını unutmaq olmaz. Xocalı faciəsində 613 nəfər yox, 3813 nəfər qətlə yetirilib. Bu barədə erməni mənbələri məlumat verirlər. Erməni yazıçısı Daud Xeyriyan 2000-ci ildə nəşr olunmuş "Xaç naminə" kitabında yazır: “Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə etdi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tamam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim. Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı...”

Tədbirdə AMEA-nın Folklor İnstitutunun mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoy Əhməd Əhmədovun qardaşı Məmmədağa Əhmədova bildirdi ki, qardaşınızın qəbrinin olmamasına görə heç vaxt məyus olmayın. Əhmədin məzarı yüz minlərlə azərbaycanlının qəlbindədir. Biz hamımız yaxşı bilirik ki, Əhməd günahsız həbs edilib və güllələnib. Sumqayıtda təxribatı törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, erməni kəşfiyyat orqanları və Daşnak partiyasının ekstremist qrupları idi. Maraqlı burasındadır ki, Sumqayıtda baş verən hadisələrdən bir neçə gün əvvəl Moskvadan SSRİ DTK-nin 36 nəfər əməkdaşı gəlmişdi. Yerli agenturanın verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar törətmək üçün şəhərə erməni millətindən olan ekstremist qrupları daxil olmaqda idi.

Azərbaycan Dövlət Televiziyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov bildirdi ki, Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş ermənilərdən istifadə etmişdilər. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnib, amma şahid ifadələri əsl günahkarın əslində, erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf etmişdir. Həmin vaxtlar ixtişaşlar nəticəsində erməni evləri dağıdılmış, onlarla adam yaralanmış, 32 nəfər, o cümlədən, 26 erməni, 5 azərbaycan türkü, 1 ləzgi öldürülmüşdür. O da məlumdur ki, öldürülən ermənilərin demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Əkbər Bağırov tədbirin əhəmiyyətindən danışaraq qan yaddaşımızda mühüm yer tutan Sumqayıt hadisələrinin günahsız qurbanı Əhməd Əhmədovun məhkəmə də özünü məgrur bir azərbaycanlı kimi aparmasından, erməniləri ifşa etməsindən danışdı.
Dərələyəz icmasının üzvü, ehtiyatda olan mayor Telman İbrahimov Ələyəz kəndində 1988-ci ilin soyuq qış aylarında baş vermis faciəvi hadisələrdən danışdı. Onun vətənə həsr edilmiş şeiri tədbir iştirakçılarının marağına səbəb oldu.

Müvəkkil Hüquq Mərkəzinin sədr müavini, Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu qeyd etdi ki, tarixmizdə xüsusi yer tutmuş Türkmənçay və Gülüstan müaqvilələri ciddi tədqiq edilməlidir.
Diaspor nümayəndəsi Şahin Əmirxanov tədbirin vacibliyini vurğulayaraq, hazırda çeçen və azərbaycan xalqları arasında təxribat törətməyə yönəlik pozucu fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıraraq belə məslələrdə həsaslıq nümayiş etdirnməyin vacibliyini vurğuladı. Tədbirdə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşı, Keşkənd İcmasının sədr müavini, Çivə kənd icmasının rəhbəri Möhübbət Səmədoğlu Azərbaycan istiqlal hərakatının mühüm səhifələrindən olan Meydan hadisələri zamanı Əhməd Əhmədovun müdafiəsi ilə bağlı Azadlıq meydanındakı coşğunu indi kimi xatırladığını qey etdi.
Tədbirdə Çivə icmasının üzvləri Namiq və Səltənət İmanquliyevlər, İlyas Vəkilov, Dərələyəz icmasının üzvü Ləman Qəhrəmanova, Dərələyəz icmasının üvü, ictimai fəal Anar Məmmədov, AMEA-nın Rəyasət Heyətinin əməkdaşı Elnur Eltürk, Dərələyəz icmasının üvü, ictimai fəal Səməd Məmmədov, BAMF-nin əməkdaşları Aqil Bayramov və Nizami Şəfiyev, Əhməd Əhmədovun qardaşı Möhübbət Əhmədov, İTV-nin yayım şurasının üzvü, folklorşünas Sevil Yusifova, Texnologiya Universitetinin tələbəsi, ictimai fəal Fidan Hüseynzadə, "Bəhram Nəsibov yaradıcılığının təbliği" İctimai Birliyinin sədri Adil Nəsibov, ADPU filologiya fakültəsinin dekanı, dosent Könül Həsənova, Qida mühəndisi Mahmud Mahmudov, Sumqayıt hadisələri zamanı xidmətdə olmuş, Qarabağ müharibəsi iştirakçısı Yaşar Vəkilov, "Bütöv Azərbaycan" qəzetinin şöbə müdiri, yazıçı Hüseyn İsaoğlu, şair Avdı Qoşqar, fotoqraf Rahim Qədimov da iştirak edirdilər. Onlar da Sumqayıt hadisələrində nahaq yerə təqsirləndirilmiş və güllələnməyə məruz qalmış Əhməd Əhmədovun taleyinə acıdılar, ermənilərə kəskin nifrət hissi bildirdilər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev də bu cür tədbirlər üçün ev sahibliyi etməyi özünün mənəvi borcu bildiyini söylədi. Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyətli tədbirlər üçün qapılarımız ictimaiyyətin üzünə həmişə açıqdır,-dedi.
Butov.az




















24-09-2024, 21:21
Nə qədər vətəndaşın maaş və pensiyası artacaq? - RƏSMİ


Nə qədər vətəndaşın maaş və pensiyası artacaq? - RƏSMİ

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.
Bunu Baş nazir Əli Əsədov dövlət və icmal büdcələrinin layihələri ilə bağlı müzakirələrdə bildirib.
"Bütövlükdə bütün istiqamətlər üzrə sosialyönlü xərclər dövlət büdcəsi xərclərinin 43 %-ni təşkil edir", - deyə o qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq gələn ildən etibarən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq.
24-09-2024, 20:43
COP-29-un problemlərin həllinə kömək edəcəyinə inanırıq - Ərdoğan


COP-29-un problemlərin həllinə kömək edəcəyinə inanırıq - Ərdoğan

Bakıda təşkil olunacaq COP-29 tədbirinin iqlim dəyişmələri ilə bağlı problemlərin həllinə kömək edəcəyinə inanırıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, heç bir ölkə emissiyanın azaldılması və iqlim dəyişikliyinə uyğunlaşmanı tək başına bacara bilməz.
Ərdoğanın sözlərinə görə, bu məsələdə inkişafda olan ölkələr üçün ən vacib amillərdən biri maliyyə, texnologiya idxalı və imkanların artırılmasıdır.
24-09-2024, 19:53
"Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik"


"Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik"

“Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, danışıqların ən qısa vaxtda sevindirici xəbərlərlə nəticələnməsini arzulayırıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“Azərbaycan-Ermənistan sülh prosesində qeydə alınan irəliləyişlər Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsir edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.
24-09-2024, 19:37
Azərbaycanla Türkiyə arasında hərbi saziş imzalandı


Azərbaycanla Türkiyə arasında hərbi saziş imzalandı

Sentyabrın 24-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Geniş tərkibdə keçirilən görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsini icra edən general-leytenant Namiq İslamzadə, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Hava Qüvvələri komandanı ordu generalı Ziya Cemal Kadıoğlu, Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcı və digər vəzifəli şəxslər iştirak edib.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslandığı bildirilib. Ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.



Sonra general-polkovnik Z.Həsənov Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri cənab Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Türkiyənin bir neçə aparıcı hərbi sənaye şirkət rəhbərinin də iştirak etdiyi görüşdə birgə hərbi-texniki layihələrin hər iki qardaş ölkənin müdafiə qüdrətini daha da artıracağına əminlik ifadə olunub, əməkdaşlığın yeni perspektivləri müzakirə edilib.
Keçirilən görüşlərdə, həmçinin texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalatın artırılmasının vacibliyi xüsusi qeyd olunub. "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi yüksək qiymətləndirilib.
Hər iki görüşün sonunda hərbi-texniki əməkdaşlığa dair bir neçə müqavilə imzalanıb.
24-09-2024, 17:48
AYNA-dan gedişhaqqı açıqlaması


AYNA-dan gedişhaqqı açıqlaması

Azərbaycanda avtobus marşrutlarında məsəfəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir.
Bu barədə diferensial gediş haqları ilə bağlı sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd edilib ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
“Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında ödənişlər məsafədən asılı olmayaraq 50 qəpik təşkil edir. Şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər isə məsafəyə görə dəyişir”, - deyə qurum əlavə edib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində, xüsusən Avropa ölkələrində ictimai nəqliyyatda çevik və diferensial ödəniş sistemi tətbiq edilir. Bu ölkələrdə metro, avtobus və tramvaylardan istifadə etmək üçün saatlıq, günlük, aylıq, illik biletlər sərnişinlərə təqdim olunur. Azərbaycanda da artıq dəmir yolu ilə sərnişin daşımalarında bu beynəlxalq yanaşmanın müəyyən qədər tətbiqinə başlanılıb. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin daşımada loyallıq proqramına start verib. Bu proqrama görə, sərnişinlər gedişlər üzrə 3% keşbek və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar. Eyni zamanda, noyabrın 1-dən ADY-də bilet qiymətləri tələbdən asılı olaraq dəyişəcək. Səfərə 25-30 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana biləcəklər.
Məlumat üçün deyək ki, son dövrlər sosial şəbəkələrdə və müxtəlif ictimai müzakirələrdə Azərbaycanda ictimai nəqliyyat sistemində diferensial və çevik ödəniş sisteminin tətbiqinin lazımlılığı barədə fikirlər ortaya qoyulur. Bu sektorda keçirilməli olan islahatlar çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupuna, tələbələrə güzəştli gediş haqlarının tətbiqi məqsədəuyğun hesab edilir.
24-09-2024, 17:36
Sumqayıtda şagirdlər dezinfeksiyadan sonra zəhərlənib?


Sumqayıtda şagirdlər dezinfeksiyadan sonra zəhərlənib?

Sumqayıtda iki məktəbli zəhərlənib.
Kliniki Tibbi Mərkəzdən (KTM) verilən məlumata görə, 23.09.2024-cü il tarixində 2013-cü il təvəllüdlü 2 azyaşlı (qadın cinsli) saat 15:30 radələrində yaxınları tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib.
Dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu təyin edilən azyaşlılara təcili yardım şöbəsində müvafiq tibbi yardımlar göstərilib və daha sonra ixtisaslı tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunub.
KTM-ə təxliyə olunan azyaşlıların hər ikisinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri normallaşan hər iki azyaşlı həmin gün ambulator müalicə üçün evə buraxılıb.

24-09-2024, 17:27
BMT Baş katibindən Livanla bağlı xəbərdarlıq


BMT Baş katibindən Livanla bağlı xəbərdarlıq

BMT Baş katibi Antonio Qutterreş Livanla bağlı xəbərdarlıq edib.
O, bu barədə ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində çıxışında deyib.
Baş katib bildirib ki, Livanın ikinci Qəzzaya çevrilməsinə imkan vermək olmaz.
O, bunun ağır nəticələrlə yadda qala biləcəyini söyləyib.
24-09-2024, 17:18
Toya gedərkən yük maşını ilə toqquşdular - 5 nəfər öldü


Toya gedərkən yük maşını ilə toqquşdular - 5 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə "ВАЗ" markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!