Gürcüstanda MSK işçilərinə təhdid .....                        Müharibəyə hazırıq - İran XİN-dən mesaj .....                        Pekindən Avropa İttifaqına xəbərdarlıq .....                        Baydenin Almaniyaya "vida" səfəri .....                        Qəzzada ölənlərin sayı açıqlandı .....                        İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək .....                        Hava limanına ildırım düşdü - Yaralı var .....                        Ermənistanda hərbçi güllələndi .....                        İBTİDAİ HAZIRLIQ KURSU .....                       
15-09-2024, 17:58
"Onların şəkillərini paylaşıb, ictimai qəzəb yaratmaq qəbuledilməzdir" - Rəşad Məcid


"Onların şəkillərini paylaşıb, ictimai qəzəb yaratmaq qəbuledilməzdir" - Rəşad Məcid

"Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünasın Vikipediya platformasında şəhidlər haqqında yazıların silinməsiylə bağlı həyəcanını bölüşdüyümüzü və qarşı tərəfdən tutarlı əsaslandırmalar gözlədiyimizi bildirmişdim. Qarşı tərəfdən müəyyən qaneedici açıqlamalar gəlsə də, bu həssas mövzu ətrafında müzakirələr səngimədi, əksinə, qarşılıqlı təhqirlərlə davam etdirildi. Prosesin belə məcra alması olduqca məyusedicidir".
Bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib.
"Fikrimcə, Fərid Pərdəşünas problemlə bağlı narahatlığını bölüşəndən, ictimaiyyətin diqqətinə çatdırandan, bəzi vikipediyaçılaın təəssüf dolu üzrxahlıqlarından sonra müzakirələri səngitməli idi.
Qarşı tərəf təmsilçilərinin səsləndirdikləri müəyyən arqumentlər başadüşülən olsa da, Vikipediya inzibatçısı kimi təqdim olunan bəzi şəxslərin fikirləri təəssüf doğurdu. Onların cavablarındakı təkəbbürlü ton, etik çərçivələri aşan, ittiham, nifrət püskürən leksikon, bir budaqda oturub min budağı silkələmək cəhdi, yumşaq desək, cığallıq və problemdən yayınmaq idi", - deyə R.Məcid qeyd edib.
Onun sözlərinə görə, gənc vikipediyaçıların şəkillərini paylaşıb onların ictimai qəzəbə tuş gəlməsinə rəvac vermək isə birmənalı şəkildə qəbuledilməz addımdır:
"Unutmayaq ki, neçə illərdən bəri azərbaycandilli Vikipediyanın formalaşmasında və zənginləşməsində, o cümlədən şəhidlərimizlə bağlı məlumatların bu platformada yayılmasında təmənnasız xidmətləri olan şəxsləri bu dalğada ictimai hiddətə hədəf göstərmək təhlükəli fəsadlara yol aça bilər.
Bütün bu deyilənləri və yaranmış situasiyanı nəzərə alaraq mən həm Fərid Pərdəşünası, həm də vikipediyaçıları qarşılıqlı ittiham və təhqirləri dayandırmağa, soyuqqanlı şəkildə və təmkinlə problemdən çıxış yolu axtarmağa çağırıram".
Xatırladaq ki, aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar olan 3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib. Bu barədə bloger və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Fərid Pərdəşünas sosial şəbəkədə yazmışdı.
15-09-2024, 17:36
Türkiyədə güclü partlayış - Xeyli sayda yaralı var


Türkiyədə güclü partlayış - Xeyli sayda yaralı var

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda makaron zavodunda partlayış baş verib.
Nəticədə 20 nəfər yaralanıb, ikisinin vəziyyəti ağırdır.
Partlayışın səbəbi bilinmir. Hadisə zamanı zavodda 59 işçinin olduğu, içəridə heç kəsin qalmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
15-09-2024, 17:13
Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı


Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı

Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.
Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
Qeyd edək ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes") üçüncü olub.
Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
15-09-2024, 17:06
Tovuzda qəbiristanlıqda yanğın


Tovuzda qəbiristanlıqda yanğın

Tovuz rayonunun Bozalqanlı kəndi ərazisində yanğın qeydə alınıb.
Yanğın kənd qəbiristanlığının ərazisində təxminən 2 hektardan çox sahəni əhatə edib. Kənd evləri qəbiristanlığa yaxın olduğundan alovun evlərə keçməsinin qarşısını almaq üçün hadisə yerinə Tovuz yanğından mühafizə hissəsinin 4 yanğın söndürmə maşını və canlı qüvvəsi cəlb olunub. Əraziyə təcili tibbi yardım briqadası da gəlib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınaraq tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.




15-09-2024, 16:50
Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu


Formula 1 Azərbaycan Qran-Prisinin qalibi bəlli oldu

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarışın qalibi bəlli olub.
Yarışda hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Ən yaxşı nəticəni “McLaren”in avstraliyalı pilotu Oskar Piastri göstərib. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub.
Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell ("Mercedes" ) üçüncü olub.
Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə “Red Bull” komandasının niderlandlı sürücüsü Maks Ferstappen, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən monakolu Şarl Lekler finişə hamıdan tez çatıblar.
Ötən gün təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə "Mercedes"in britaniyalı pilotu Corc Rassell, sıralama turunda isə Şarl Lekler imza atıblar.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
15-09-2024, 16:43
Paşinyan sabah Gürcüstana gedir


Paşinyan sabah Gürcüstana gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisiyə gedəcək.
Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.
Paşinyan sentyabrın 16-da Tbilisiyə gələcək, onun Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə təkbətək və geniş tərkibdə görüşü gözlənilir. Bundan sonra onlar media üçün bəyanat verəcəklər.
15-09-2024, 16:35
“Formula 1”də ağır qəza - FOTO


“Formula 1”də ağır qəza - FOTO

“Formula 1” Azərbaycan Qran-Prisində qəza baş verib.
“Red Bull”un pilotu Maks Ferstappen və “Ferrari”nin pilotu Karlos Sainzın bolidləri əvvəlcə bir-birinə, daha sonra baryerlərə çırpılıb.
Həmin anın fotolarını təqdim edirik:



15-09-2024, 16:14
Şəhid ailələri və qazilər "Formula 1"i tribunadan izlədilər


Şəhid ailələri və qazilər "Formula 1"i tribunadan izlədilər

II Qarabağ müharibəsində xalqımıza tarixi Qələbəni bəxş edən şəhidlərimizin ailə üzvləri və qazilərimiz Formula 1 Azərbaycan Qran-Prisi-2024-ün finalını Azneft və Qız qalası tribunalarından canlı izləyiblər.
Bu barədə Bakı Şəhər Halqasından məlumata verilib.
Qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz artıq 3-cü ildir ki, bu mötəbər idman tədbirinə fəxri qonaq qismində dəvət olunurlar.



15-09-2024, 15:27
İnternetdən imtina edənlər cərimələnəcək


İnternetdən imtina edənlər cərimələnəcək

Məlum olduğu kimi, avqustun 15-dən minimum internet tarifi 25 AZN müəyyənləşib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qiymətdəki artımdan sonra əksər vətəndaşlar internet xidmətindən imtina edib. O da bildirilir ki, “Aztelecom”un yerlərdəki qovşaqlarından bölgələrdəki vətəndaşlara internet xidmətindən imtina etdikləri halda 130 AZN məbləğində cərimə olunacaqlar.
Məsələ ilə bağlı “Aztelekom” MMC-dən “Qafqazinfo”ya bildirilib ki, şirkət rəqəmsal transformasiya siyasətinə sadiq qalaraq, rəqəmsal xidmətləri genişləndirərək müxtəlif telekommunikasiya layihələrini uğurla icra etməkdədir.
Bu layihələrə yeni nəsil avadanlıqların quraşdırılması, fiber-optik telekommunikasiya şəbəkəsinin genişləndirilməsi və müasir standartlara cavab verən kommunikasiya infrastrukturunun yaradılması daxildir:
“Bu tədbirlər abunəçilərimizin məlumat və telekommunikasiya şəbəkəsindən daha dayanıqlı, təhlükəsiz və yüksək keyfiyyətli istifadə etmələrinə şərait yaradır.
Telekommunikasiya xidmətlərimizin keyfiyyətini artırmağa yönəlmiş bu yeniliklərin davamı olaraq “Aztelekom” MMC tariflərdə dəyişiklik etmək qərarına gəlib. Bu dəyişikliklər haqqında 30 gün öncədən media vasitəsilə məlumat verilib və qanunvericiliyə uyğun şəkildə 15 avqust 2024-cü il tarixindən etibarən həyata keçirilməkdədir. Bu tarif dəyişikliklərini etməkdə məqsəd müştərilərimizə daha yaxşı və effektiv xidmətlər təqdim etməkdir.
Qeyd edək ki, müqavilə şərtlərinə görə müştərilərimizin hüquqlarına zidd olmadan onlara 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz avadanlıq və qoşulma həyata keçirilir”.
Bildirilib ki, yalnız qeyd edilən şərt pozulduğu təqdirdə xidməthaqqı və avadanlığın ödənişi öhdəliyi müştərinin üzərinə düşür (bənzər abunəlik şərtləri dünyanın bir çox ölkələrində tətbiq olunur):
“Onu da qeyd etmək istərdik ki, bu heç bir halda xidmətdən imtinaya görə tətbiq edilən hər hansı bir cərimə və ya əlavə ödəniş deyil, sadəcə 12 ay davamlı istifadə etmək şərti qarşılığında ödənişsiz təqdim edilmiş avadanlığın dəyəridir.
Yeni tariflərin tətbiq olunduğu tarixdən sonrakı 30 gün ərzində əvvəlki abunəçilərimizə öz istəklərinə əsasən xidmətlərdən imtina etmək üçün vaxt verilib. Bu müddət ərzində abunəçilərimiz müqavilə şərtlərinə uyğun olaraq yazılı şəkildə müraciət etməklə telekommunikasiya xidmətlərindən istədikləri zaman imtina edə bilərlər”.
Bu halda borc öhdəliyi tətbiq olunmur və yalnız ödənişsiz verilmiş ONT avadanlıqların qaytarılması tələb olunur. Avadanlığın qaytarılması mümkün olmadıqda isə abonentdən onun dəyəri tələb edilir:
“Aztelekom” olaraq müştərilərimizə daha rahat ünsiyyət və əlçatanlıq təmin etmək məqsədilə xidmətlərimizi davamlı şəkildə yaxşılaşdırmağa çalışırıq. Abunəçilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün prioritetdir. Belə ki, şirkətimizin 7/24 fəaliyyət göstərən “Çağrı Mərkəzi” – 170, sosial media hesabları və digər kommunikasiya kanalları abunəçilərin daim xidmətindədir. Müraciətlər mümkün olan ən qısa vaxt ərzində cavablandırılır və müştərilərin yaşadığı çətinliklər operativ şəkildə aradan qaldırılır”.
15-09-2024, 14:59
"Formula 1"də əsas yarış başladı


"Formula 1"də əsas yarış başladı

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.
Mübarizəyə saat 15:00-da start verilib.
Ötən gün sıralama turunda "Ferrari" pilotu Şarl Lekler birinci olub. "McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub. "Red Bull"dan Serxio Peres və "Mercedes"dən Corc Rassel ilk "5-liy"i tamamlayıblar.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306,049 km məsafəni əhatə edir.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Konstruktorlar kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!