Rusiyada son bir sutkada 3 qubernator istefa verib .....                        Hakimi təhqir edən məşqçiyə 5 oyunluq cəza .....                        İdmançını döyüb öldürdülər - Dəhşətli hadisə .....                        "Rusiya Azərbaycanı tələsdirmir" - Lavrov .....                        Azərbaycanda yeni telekanal .....                        Muğam Mərkəzində Mahirə Nağıqızının yaradıcılıq gecəsi .....                        İcmada professor Fərrux Rüstəmovun kitabının təqdimatı olub. .....                        Müəllimlərə də təhsil kartları veriləcək - RƏSMİ .....                        Gürcü müxalifəti mitinqlərə başladı .....                       
25-09-2024, 18:51
AMEA-nın 4 əməkdaşı işdən çıxarıldı


AMEA-nın 4 əməkdaşı işdən çıxarıldı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin 3 şöbə müdiri tutduqları vəzifələrdən azad olunublar.
Bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Nuray Yadigar qızı Əliyeva, tarix üzrə fəlsəfə doktoru Asəf Yunis oğlu Orucov və tarix üzrə fəlsəfə doktoru Zeynəb Kərim qızı Quliyeva tutduqları vəzifələrdən azad ediliblər.
Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qafar Tahar oğlu Qənbərov da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifədən azad edilib.
25-09-2024, 18:45
Zakir Həsənov həmkarı ilə müzakirə apardı


Zakir Həsənov həmkarı ilə müzakirə apardı

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı şəhərində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Somalinin müdafiə naziri Abdulkadir Məhəmməd Nur ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə ölkələr arasında bütün istiqamətlərdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın geniş imkan və perspektivlərinin olduğu qeyd edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
25-09-2024, 18:20
Mirzoyan alman həmkarı ilə görüşdü


Mirzoyan alman həmkarı ilə görüşdü

Almaniya və Ermənistanın xarici işlər nazirləri Annalena Berbok və Ararat Mirzoyan arasında görüş keçirilib.
Bu barədə Mirzoyan "X" hesabında yazıb.
Görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Danışıqlar zamanı nazirlər Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqları müzakirə ediblər.
“Biz ikitərəfli gündəliyi və Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini, eləcə də regional mövzuları müzakirə etdik. Cənubi Qafqazda baş verən son hadisələr, habelə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması imkanları daxil olmaqla sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb”, – o yazıb.
25-09-2024, 18:13
Gələn ay Qarabağa getmək istəyənlərin nəzərinə


Gələn ay Qarabağa getmək istəyənlərin nəzərinə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə oktyabr ayı üçün biletlər 27 sentyabr 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.
Bu barədə AYNA-dan bildirilib.
Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 798 reys həyata keçirilib, 32363 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
25-09-2024, 17:18
BMU tələbələrinin hazırladığı “Zəngəzur” PUA-sı sərgilərdə nümayiş olunur


BMU tələbələrinin hazırladığı “Zəngəzur” PUA-sı sərgilərdə nümayiş olunur

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət “RED” komandasının hazırladığı “Zəngəzur” Pilotuz Uçuş Aparatı ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində nümayiş olunur.
Sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanan PUA yüksək texniki parametrlərə malikdir. Havada hibrid rejimdə 3 saat işləmək imkanlarını özündə daşıyan PUA-nın faydalı yük götürmə qabiliyyəti 4 kq, öz çəkisi isə 18 kq-dır.
Radioekoloji monitorinq imkanlarına malik PUA BMU-nun əməkdaşı Rüstəm Kələntərovun mentorluğu ilə tələbələr-Nadir Daşdıyev, Rəşad Əliyev, Nurtac Mirili, Məhəmməd Yusubov, Nihad Məhərrəmov və Elturan Əliyev tərəfindən hazırlanıb.
Qeyd edək ki, BMU-nun "RED" komandası 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Robotexnika kateqoriyası üzrə birinci yeri tutub. Komandaya mükafat Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakı zamanı təqdim olunub.


25-09-2024, 17:17
Azərbaycanda poçt şöbələri niyə bağlanır?


Azərbaycanda poçt şöbələri niyə bağlanır?

Ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb.
Poçt şöbələrinin sayı 2022-ci illə müqayisədə 7 faiz azalaraq 1 611-dən 1498-ə düşüb.
Hazırda şəhər və rayon mərkəzlərində 481, kəndlərdə isə 1017 poçt şöbəsi fəaliyyət göstərir.
Ötən il Ağsu rayonunda 22 poçt şöbəsindən 12-si, Masallıda 42-dən 12-si, Qusarda 28 şöbədən 10-u və s. fəaliyyətini dayandırıb.
Digərt rayonlarda azalma sayı müxtəlifdir.
Poçt şöbələrinin bağlanması ilə bağlı “Azərpoçt” MMC açıqlama verib.
Bildirilib ki, bəzi yaşayış məntəqələrində poçt xidmətlərinin dövriyyəsi olduqca aşağıdır və buna görə şöbənin saxlanması səmərəli sayılmır. Bu əsasən kənd və ucqar yaşayış məntəqələrinə aiddir. Ənənəvi poçt xidmətlərindən istifadə səviyyəsi zəifdir. İndi yazışmaq üçün kifayət qədər elektron vasitələr mövcuddur. Həmçinin kommunal ödənişlərin həyata keçirilməsi üçün infrastruktur yetərincədir. Bununla bağlı mütəmadi araşdırmalar aparılır və məlum olur ki, bəzi poçt şöbələrində aparılan əməliyyatlar onların saxlanması üçün adekvat deyil.
Yeri gəlmişkən, 2023-cü ildə əhaliyə göstərilmiş poçt xidmətlərinin ümumi dəyəri 36,6 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 3 milyon manat azdır.
Son məlumata görə “Azərpoçt” MMC-nin 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 3 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 89 Poçt Agentliyi mövcuddur.

25-09-2024, 16:51
İran prezidentindən Rusiya və Ukraynaya çağırış


İran prezidentindən Rusiya və Ukraynaya çağırış

İran prezidenti Məsud Pezeşkian Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatları dayandırmağa çağırıb.
Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib ki, “iki ölkə arasında böhranın həllinin yeganə yolu dialoqdur”.
İran prezidentinin sözlərinə görə, Tehran müharibə əleyhdarıdır.
“İran Ukraynada hərbi əməliyyatların təcili dayandırılmasının vacibliyini vurğulayır. Biz bütün sülh təşəbbüslərini dəstəkləyirik”, - M.Pezeçkian deyib.
Məsud Pezeçkianın sözlərinə görə, “Qərbin İrana qarşı tətbiq etdiyi birtərəfli sanksiyalar minlərlə günahsız insanın həyatını təhlükəyə atan qeyri-insani silahdır”.
“Sanksiyalar ölkə iqtisadiyyatını iflic etmək üçün hazırlanmış dağıdıcı və qeyri-insani silahdır. Əhəmiyyətli dərman vasitələrinə çıxışın rədd edilməsi sanksiyaların ən ağrılı nəticələrindən biri olub, minlərlə günahsız insanın həyatını riskə atıb. Bu tədbir təkcə insan hüquqlarının kobud şəkildə pozulması deyil, həm də insanlığa qarşı cinayətdir”, - deyə İran prezidenti əlavə edib.
25-09-2024, 16:36
OPEK hesabat açıqladı - 2050-ci ilədək nələr baş verəcək?


OPEK hesabat açıqladı - 2050-ci ilədək nələr baş verəcək?

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2050-ci ilə qədər qlobal enerji perspektivinə dair orta və uzunmüddətli proqnozları özündə əks etdirən “World Oil Outlook” adlı hesabatı dərc olunub.
Hesabata görə, uzunmüddətli perspektivdə qlobal enerji tələbatının artımı tədricən səngiyəcək.
Buna səbəb əhalinin artımı və iqtisadi artımın zəifləməsi, eləcə də enerji səmərəliliyi olacaq.
Amma 2050-ci illədək kömürdən başqa bütün ilkin yanacağa tələbatın artacağı təxmin edilir.
Ən böyük artımın digər bərpa olunan enerji mənbələrində, xüsusilə külək və günəş enerjisində olacağı proqnozlaşdırılır.
Bu dövrdə ikinci ən böyük artımın təbii qazdan olacağı təxmin edilir.
Təbii qaza tələbatın ötən illə müqayisədə gündəlik neft ekvivalentində 20,5 milyon barel artaraq 2050-ci ildə gündəlik neft ekvivalentinə 89,6 milyon barel çatacağı proqnozlaşdırılır.
Hesabata görə, bu artım karbon emissiyalarını azaltmaq istəyən bir çox ölkələrin təbii qaza üstünlük verməsi və enerji qarışığında kömürün rolunun olması ilə bağlıdır.
Hesabata görə, böyük dəyişikliklərin gözlənildiyi bu dövrdə neft və təbii qaz qlobal enerji təchizatı üçün əhəmiyyətini saxlamaqda davam edəcək.
Neft və təbii qazın enerji kompleksində payı 2050-ci ilə qədər 53 faizdən yuxarı qalacaq.
Müvafiq olaraq, 2050-ci ildə qlobal ilkin enerji tələbatında ən böyük payı 29,3 faizlə neft, 24 faiz təbii qaz , 14 faiz ilə digər bərpa olunan mənbələr tutacaq.
Kömür 13,1 faiz, biokütlə 10 faiz, nüvə enerjisi 6,5 faiz, su elektrik enerjisi isə 3,1 faiz paya malik olacaq.
25-09-2024, 16:21
Deputat seçilən 5 məmur işdən çıxarıldı


Deputat seçilən 5 məmur işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bir sıra əməkdaşları işdən azad olunub.
Bununla bağlı müvafiq əmrlər imzalayıb.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Şərur rayon sektorunun müdiri Məmmədov Məmməd Kərəm oğlu, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsi, şöbə müdiri Məmmədov Üzeyir Səyyad oğlu, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, aparıcı mütəxəssis Zeynalov Təbriz Eyvaz oğlu, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası, sədr Əhmədova Şəhla Hüseyn qızı və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Sosial və dövlət icbari şəxsi sığorta departamenti müdirinin müavini Novruzov Rafiq Novruz oğlu işdən azad olunublar.
25-09-2024, 16:00
Şair-yazıçı Göyərçin Kərimi vəfat edib


Şair-yazıçı Göyərçin Kərimi vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı-publisist Göyərçin Kərimi vəfat edib.
Bu barədə mərhumun dostu, şair Əvəz Qurbanlı bildirib.
Göyərçin Kəriminin infarktdan dünyasını dəyişdiyi qeyd edilib.
Allah rəhmət eləsin.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!