20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
7-09-2024, 18:44
"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı


"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
İkiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.
Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
7-09-2024, 18:14
"Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil"


"Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil"

Macarıstanın Baş naziri Viktor Orban hesab edir ki, Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır.
Orban bu fikri İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı səsləndirib. “Hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. İlk addım sülh planı deyil, atəşkəsdir”, - deyə o bildirib.
Viktor Orbanın fikrincə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur. “Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var”, - deyə Macarıstan lideri vurğulayıb.
7-09-2024, 17:30
Paşinyan Fransanın yeni baş nazirini İrəvana dəvət etdi


Paşinyan Fransanın yeni baş nazirini İrəvana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Mişel Barnyeyə Fransa Respublikasının baş naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib.
Paşinyan məktubunda Ermənistan-Fransa multidissiplinar gündəliyinin genişləndirilməsinə sadiq olduğunu bildirib.
“Əminəm ki, hökumətlərimiz erməni və fransız xalqlarının çoxəsrlik möhkəm dostluğunun dərinləşdirilməsi və dövlətlərimiz arasında yaradılmış, şəxsən Sizin böyük və simvolik rol oynadığınız xüsusi münasibətlərin inkişafı naminə bundan sonra da sıx əməkdaşlıq edəcəklər”, - o qeyd edib.
Paşinyan Mişel Barnyeni Ermənistana rəsmi səfərə dəvət edib.
“Mən sizin yaxın gələcəkdə Ermənistana rəsmi səfərinizi səbirsizliklə gözləyirəm ki, bu səfər Ermənistan və Fransa arasında inkişaf edən əməkdaşlığın genişləndirilməsi və yeni proqramların müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün əla fürsət olacaqdır”.
7-09-2024, 17:10
DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək


DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 8-də əlavə imtahan keçirəcək.
Həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
7-09-2024, 16:13
Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi


Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi

Prezident İlham Əliyev İtaliyada işgüzar səfərdə olarkən Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını da cavablandırıb, Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib.
“Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlətimizin başçısı bildirib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ukrayna ilə Rusiya vasitəçilik üçün xahiş etsə, Azərbaycan hər cür şərait yarada bilər:
"Prezidentin İtaliyada səfəri zamanı Rusiya-Ukrayna münaqişəsi ilə bağlı çıxşını xoşniyyət kimi qəbul etmək lazımdır. Azərbaycan həm Ukrayna, həm də Rusiya ilə sıx əlaqədədir. Buna görə də əlbəttə ki, Ukrayna ilə Rusiya vasitəçilik üçün xahiş etsə, Azərbaycan hər cür şərait yarada bilər. İlk növbədə Rusiya ilə Ukrayna qərar qəbul etməlidir. Yenə deyirəm ki, onlar aralarında vasitəçi olmağımızı xahiş etsələr, təbii ki, Azərbaycan bunu qəbul edəcək və əməkdaşlıq quracaq. Ölkələr özləri qərar verməlidirlər. Adətən ABŞ-ın, Avropa İttifaqının vasitəçi olması istənilir. Amma Rusiyanın ABŞ-la Avropa İttifaqının vasitəçi olmasını istəyəcəyinə inanmıram. Çünki onların Qərblə o qədər də araları yoxdur".
Elmar Məmmədyarov onu da vurğulayıb ki, ümumiyyətlə, bu yaxınlarda sözügedən istiqamətdə hansısa irəliləyiş olmasını gözləmir.
7-09-2024, 15:46
Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi


[b]Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi[/b]

Prezident İlham Əliyev “Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi Qaydası”nı təsdiq edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Eyni zamanda fərmanlarında dəyişiklik edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi quluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI ilə bu linkdən tanış olmaq mümkündür.
7-09-2024, 15:06
Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi


Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi

Sentyabrın 7-də bir qrup keçmiş məcburi köçkünü aparan karvan Şuşaya çatıb.
Şuşaya qayıdan daha 27 ailəyə evlərinin açarları təqdim olunub. Beləliklə, 91 nəfər Şuşa sakini bu gün doğma yurduna qovuşub.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. Doğma yurda qayıdan Şuşa şəhər sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Qeyd edək ki, indiyədək Şuşa şəhərində 204 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
7-09-2024, 15:03
Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur


Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur

Regionların inkişafı Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövlətinin qarşısında Qarabağın aran və dağlıq hissəsi də daxil olmaqla, Şərqi Zəngəzur iqtisadi zonasının dirçəldilməsi kimi mühüm vəzifə dayanır. Vətən savaşındakı tarixi Qələbəmizə qədərki dövrdə ölkənin digər regionlarında görülən işlər - infrastrukturların yenilənməsi, quruculuq, abadlıq işləri, yeni müəssisələrin yaradılması, iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin edilməsi, səhiyyə, təhsil müəssisələri, mədəniyyət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması istiqamətində sürətli sosial-iqtisadi inkişaf göz qabağındadır. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam edir.
Bunu açıqlamasında fəlsəfə doktoru Cavanşir Feyziyev deyib.
İşğaldan azad edilən ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin dövlətimizin başçısının xüsusi diqqət və nəzarətində olduğunu diqqətə çatdıran Cavanşir Feyziyev əlavə edib:
“Prezident İlham Əliyevin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri regionların sosial-iqtisadi inkişafına təkan verməklə, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı rayonlara hər səfərində yeni obyektlərin açılışlarında və təməlqoyma mərasimlərində iştirak edir, görülən və həyata keçiriləcək işlərlə tanış olur, tapşırıq və tövsiyələrini verir. Bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, regionların inkişafı üçün uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bir sözlə, ölkə Prezidentinin səfərləri bütövlükdə Azərbaycan cəmiyyətinin azad olunmuş rayonlara qayıdış siyasətinə böyük önəm verdiyini aydın şəkildə göstərir və özlüyündə bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, erməni vandalizmindən azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.
Bu mənada, Prezidentin sentyabrın 2-də Kəlbəcər rayonuna səfəri təkcə kəlbəcərlilərin deyil, hər bir azərbaycanlının böyük sevincinə səbəb oldu. Kəlbəcərin abadlaşdırılması, füsunkar təbiətə, əsrarəngiz gözəlliyə, göz oxşayan fərqli relyefə malik şəhərin müasir memarlıq nümunələri ilə yenidən qurulması, sözün həqiqi mənasında, təbiət-cəmiyyət vəhdəti yaradır. Təbiətin bəxş etdiyi gözəlliklər dövlətimizin başçısının rəhbərliyi ilə aparılan yenidənqurma və abadlıq işləri ilə tamamlandıqca daha cəlbedici mənzərə yaranır”.
Fəlsəfə doktorunun sözlərinə görə, Kəlbəcər təkcə Azərbaycanın və Cənubi Qafqazın deyil, bəlkə də dünyanın ən gözəl, füsunkar, zəngin təbii ehtiyatlara malik dilbər guşələrindən biridir. Eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonu istiqamətində Ermənistanla sərhədinin uzunluğu 109 kilometrdir, yəni, ən uzun sərhəd xətti Kəlbəcər istiqamətindədir. Təbii ki, bu da Kəlbəcərin təhlükəsizlik baxımından da ölkəmiz üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu təsdiqləyir.
Kəlbəcər rayonunun mürəkkəb coğrafi relyefə malik olduğunu, Ermənistanın törətdiyi misli görünməmiş vəhşiliklər nəticəsində bu yaşayış məntəqəsinin infrastrukturunun darmadağın edildiyini nəzərə alsaq, qısa müddət ərzində Kəlbəcərdə görülən işlərin nə qədər çətinliklə həyata keçirildiyini müəyyənləşdirə bilərik. İşğaldan azad edildiyi gündən digər ərazilərimizdə olduğu kimi Kəlbəcərdə də böyük quruculuq-abadlıq işləri həyata keçirilir və bütün bu proses Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi yol xəritəsinə uyğun şəkildə gerçəkləşdirilir. Azad olunmuş ərazilərimizə, o cümlədən Kəlbəcərə münasibətdə dövlətimizin başçısının strateji, gələcəyə hesablanmış bir baxış bucağı var. Görülən işləri təhlil etdikcə əminliklə söyləyə bilərik ki, gələcəyin Azərbaycanının quruculuq prosesi azad olunmuş ərazilərimizdən başlayır. Qarabağ, Şərqi Zəngəzur ən müasir, modern və müstəqil Azərbaycanın gələcək modelidir.
Cavanşir Feyziyev qeyd edib ki, bütövlükdə Qarabağda, Şərqi Zəngəzurda görülən işlər Azərbaycan dövlətinin, xalqının nə qədər böyük qurucu potensiala və yaradıcı təfəkkürə malik olduğunu nümayiş etdirməklə yanaşı, həm də 30 ilə yaxın zaman kəsiyində cənnət guşələrimizi cəhənnəmə çevirən zehniyyətlə fərqimizi ortaya qoyur. Sentyabrın 2-də gerçəkləşən səfər çərçivəsində dövlətimizin başçısının Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “AzərEnerji” ASC-nin 22,5 MVt gücündə olan “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirakı, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyması, eyni zamanda, Kəlbəcər Şəhər Təhsil Kompleksində bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi və 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olması, Xudavəng monastır kompleksinə ziyarəti, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşaatla yaxından maraqlanması, Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyasının açılışı, SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışı fikirlərimizin parlaq təsdiqidir.
“Prezident İlham Əliyevin Kəlbəcər səfərini hadisəyə çevirən isə “İstisu” mineral su zavodunun açılışı oldu. Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözləri ilə desək: “Kəlbəcər rayonundakı “İstisu” mineral su bulağı təbiətin qeyri-adi hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir, hətta bir çox xüsusiyyətlərinə görə dünyada yeganədir”.
Görkəmli kimyaçı-alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları analiz etdikdən sonra “İstisu”yun müalicəvi əhəmiyyətini Çexiyanın məşhur “Karlovı-Varı” suyundan daha yüksək tərkibdə olduğunu qiymətləndirmiş və bu müalicə ocağının təkcə bu əraziyə, bu regiona deyil, ümumilikdə Azərbaycana, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.
Bu mənada, mübaliğəsiz deyə bilərik ki, ölkə başçısının diqqət və nəzarəti ilə hazırda tikilməkdə olan “İstisu” Müalicə-İstirahət Kompleksi yaxın gələcəkdə beynəlxalq səviyyəli müalicə mərkəzinə çevriləcək. 32 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, istirahət üçün nəzərdə tutulan iaşə obyektləri də yaradılacaq ki, bütün bunlar, Kəlbəcəri özünü maliyyələşdirməklə yanaşı, büdcəyə gəlir gətirən bir rayona, beynəlxalq və yerli turizm mərkəzinə çevirəcək. Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq öz əməli təsdiqini tapan reallıqdır”, - deyən fəlsəfə doktoru fikirlərini yekunlaşdırıb.
7-09-2024, 14:47
Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi


Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paraatleti Orxan Aslanovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması ilə əlaqədar Instagram hesabında paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

"Uzunluğa tullanma yarışında mübarizə aparan Orxan Aslanovu qızıl medal münasibətilə təbrik edirəm! “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana medal qazandırmış bütün idmançılara minnətdaram! Paraatletimizə güc, enerji və yeni qələbələr arzulayıram!"


7-09-2024, 14:24
Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı


Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı

Ermənistan Avropa Şurasının (AŞ) Rusiya prezidenti Vladimir Putinin “həbs edilməsi” ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarını dəstəkləyən bəyannaməsinə imza atmayıb.
Bunu Avropa Şurasının saytında dərc edilmiş sənədin yekun variantının məlumatları sübut edir.
Qeyd edək ki, bəyannamə Litvada Avropa Şurasının ədliyyə nazirlərinin iştirakı ilə keçirlən “Ukraynada törədilən beynəlxalq cinayətlərə görə məsuliyyətə doğru” qeyri-rəsmi konfransında qəbul edilib.
Bu bəyannaməni imzalayan ölkələrin siyahısı da dərc olunub: Albaniya, Andorra, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Hollandiya, Şimali Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya, ABŞ.
Ermənistan siyahıda yer almayıb.
Bəyannamə ilə nazirlər Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsinin “Roma statutu”nun ratifikasiyası prosesini beynəlxalq hüquq və beynəlxalq ədalət baxımından irəliyə doğru atılan mühüm addım kimi alqışlayıblar.
“Biz Beynəlxalq Cinayət Məhkəməsinin Ukrayna ərazisində öz yurisdiksiyası daxilində beynəlxalq cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə yönəlmiş təhqiqatını qətiyyətlə dəstəkləyirik. Biz bütün dövlətləri məhkəmənin araşdırmaları ilə əməkdaşlığa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”, - bəyannamədə deyilir.
Bəyannamənin başqa bir bəndində nazirlər “Ukraynaya qarşı təcavüz cinayəti üçün ən böyük məsuliyyət daşıyanları məsuliyyətə cəlb etməklə ədaləti həyata keçirməyə qadir olan effektiv Xüsusi Tribunalın yaradılmasının zəruriliyini” təsdiqləyiblər.
Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ani Badalyan İrəvanın sənədə qoşulmadığını təsdiqləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!