Tarix : 24-09-2024, 19:53
"Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyirik"“Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, danışıqların ən qısa vaxtda sevindirici xəbərlərlə nəticələnməsini arzulayırıq”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
“Azərbaycan-Ermənistan sülh prosesində qeydə alınan irəliləyişlər Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsir edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti