"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
18-10-2024, 23:38
Ərdoğanın adından qazilərimizə hədiyyə verildi - FOTO


Ərdoğanın adından qazilərimizə hədiyyə verildi - FOTO

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov və onun döyüş yoldaşlarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi hədiyyəsi olaraq, onun adı və soyadının baş hərflərinin əks edildiyi qalstuklar hədiyyə edilib.
Türkiyənin Afyonkarahisar şəhərində İbad Hüseynovun adının verildiyi prospektin açılış mərasimində Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu tərəfindən təqdim edilən hədiyyəyə layiq görülənlər arasında QHT nümayəndələri də var.
Qeyd edək ki, Türkiyə Prezidenti adından xüsusi olaraq Azərbaycanın qazi və QHT nümayəndələrinə ilk dəfə belə hədiyyə verilir.





18-10-2024, 22:50
11-ci sinif şagirdi özünü asdı


11-ci sinif şagirdi özünü asdı

Şəkinin Orta Zəyzid kəndində məktəbli intihar edib.
Hadisə axşam saatlarında baş verib.
Kənd sakini 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının əl tutacağından asılı vəziyyətdə aşkar edilib.
İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
18-10-2024, 22:06
Baş nazir: 4 ildə Gürcüstanın dövlət büdcəsi 40 milyardı ötəcək


Baş nazir: 4 ildə Gürcüstanın dövlət büdcəsi 40 milyardı ötəcək

Gürcüstanda iqtisadi artım tempini saxlamaq və onu daha da sürətləndirmək hökumətimizin əsas prioritetlərindən biridir.
Bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze bu gün hökumət administrasiyasında keçirdiyi brifinqdə məlumat verib.
Baş nazir bildirib ki, cari ilin ilk səkkiz ayının məlumatına görə, bu il ölkədə 10 faizlik iqtisadi artım olub.
“Biz əvvəlki 3 ildə orta hesabla 9,7 faiz artım əldə etmişik ki, bu da Avropada və regionda ən yüksək göstəricidir. Biz seçki proqramı təqdim etmişik və sənədə əsasən 4 il ərzində iqtisadiyyatımız 130 milyard lariyə çatacaq. Dövlət büdcəmiz 40 milyard larini keçəcək, işsizlik, yoxsulluq səviyyəsi 4 faizə enəcək. Bunun üçün əldə etdiyimiz iqtisadi artım tempini saxlamaq və daha da sürətləndirmək lazımdır. Təbii ki, proqnozların yaxşılaşması təqdirəlayiqdir, lakin biz bu proqnozları daha da aşmaq istəyirik. Bu, bizim iddialı vəzifəmizdir”, - deyə Baş nazir vurğulayıb.
18-10-2024, 21:45
"Qarabağ" qələbə ilə başladı


"Qarabağ" qələbə ilə başladı

Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.
X turun açılış oyununda "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.
Bu nəticədən sonra xallarını 24-ə çatdıran "Qarabağ" turnir cədvəlinə başçılıq edir. "Kəpəz" isə 3 xalla sonuncu - 10-cu yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.
18-10-2024, 21:13
Tağı Əhmədov vəfat etdi


Tağı Əhmədov vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.
O, bir neçə saat əvvəl dünyasını dəyişib.
Sabiq məmurun müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Məlumatı onun həyat yoldaşı Salatın Əhmədova təsdiq edib.
Qeyd edək ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998–2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib.
O, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.YAP İdarə Heyətinin 10 oktyabr 2021-ci il tarixində keçirilən iclasında partiyanın Veteranlar Şurasına üzv seçilib.

18-10-2024, 21:00
Bakı və İrəvan sülh sazişi ilə bağlı razılığa gəldi


Bakı və İrəvan sülh sazişi ilə bağlı razılığa gəldi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda "3+3" regional məşvərət platforması çərçivəsində görüş keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.
Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.
18-10-2024, 20:49
"İstanbul sazişləri əsasında danışıqlara hazırıq" - Putin


"İstanbul sazişləri əsasında danışıqlara hazırıq" - Putin

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin nizamlanması üçün yalnız 2022-ci ildə İstanbulda əldə olunmuş razılaşmalar əsasında danışıqlara hazır olduğunu bəyan edib.
Bu barədə o, BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə danışıb.
Rusiya prezidenti Türkiyədəki danışıqları xatırladıb.
“Ukrayna ora öz imzasını qoyubsa, demək, orada hər şey qaydasında idi, bəzi fundamental işlər var idi. Bəzi təfərrüatlar haqqında danışmaq, onları yekunlaşdırmaq mümkün idi”, - Putin qeyd edib.
Prezident həmçinin Çin və Braziliyanın sülh təşəbbüslərinə və bu ölkələrin münaqişənin həllinə konstruktiv yanaşmasına diqqət çəkib. “Biz başa düşürük ki, bütün dostlarımız, o cümlədən BRİKS üzvləri bu münaqişəni mümkün qədər tez və sülh yolu ilə bitirmək əzmindədirlər. Çünki fərqindəyik ki, bu, təbii ki, beynəlxalq məsələlərdə, Avropa məsələlərində, iqtisadiyyatda və s. Biz hamıdan çox onun mümkün qədər tez və təbii ki, sülh yolu ilə başa çatdırılmasında maraqlıyıq”, - Rusiya prezidenti qeyd edib.
O vurğulayıb ki, Moskva danışıqlar prosesinə qayıtmağa hazırdır və 2022-ci ildə növbəti dialoqdan imtina edəcəyini ilk elan edən Ukrayna tərəfi olub, bundan sonra Ukrayna prezidenti Vladimir Zelenski danışıqları qadağan edən sənədi imzalayıb.
“Hamı bizi danışıqlara çağırır, amma heç kim Ukrayna tərəfinin danışıqlara qadağa qoymasına diqqət yetirmir. Bu sadəcə gülməlidir. Ancaq ən vacib şey əsasdır. Əsas İstanbul danışıqları prosesi zamanı hazırlanmış sənədlərin layihəsidir”, - deyə Vladimir Putin qeyd edib.
18-10-2024, 20:08
Ərdoğan nazirlərin görüşündə danışdı: "Sevindirici haldır"


Ərdoğan nazirlərin görüşündə danışdı: "Sevindirici haldır"

Cənubi Qafqazın daimi sülhə doğru yönəlməsi sevindirici haldır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.
O qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.
Ərdoğan vurğulayıb ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.
Qəbul zamanı Cənubi Qafqazdaki sülh prosesi və regional məsələlər müzakirə edilib.
18-10-2024, 19:50
Ərdoğan Azərbaycanı təbrik etdi


Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, bu barədə "X" hesabında paylaşım edib.
"Dostumuz, qardaşımız, "iki dövlət, bir millət" şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr - Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram", - o bildirib.
18-10-2024, 19:22
Bayramovla Mirzoyan İstanbulda görüşür


Bayramovla Mirzoyan İstanbulda görüşür

“3+3” regional məşvərət formatının xarici işlər nazirlərinin toplantısı çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" hesabında məlumat verilib.
Qeyd olunub ki, görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan iştirak edirlər.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!