Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
31-10-2024, 16:25
Azərbaycanda mina qurbanlarının ümumi sayı 3460 nəfərdir


Azərbaycanda mina qurbanlarının ümumi sayı 3460 nəfərdir

Ölkəmizdə mina qurbanlarının ümumi sayı 3460 nəfərdir. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri isə qadın olub.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, 1991-ci ildən 2020-ci ilin 10 noyabrına qədər 2418 nəfər xəsarət alıb, 530 nəfər həlak olub, kaset sursatları tərəfindən isə 131 nəfər xəsarət alıb. Bu illər aralığında mina qurbanlarının ümumi sayı 3079 nəfər olub.
"10 noyabr 2020-ci ildən bu günə qədər isə xəsarət alanların sayı 311, həlak olanların sayı isə 70 nəfər olub. Bu illər ərzində isə mina qurbanlarının ümumi sayı 381 nəfər olub",- deyə Agentlikdən vurğulanıb.
31-10-2024, 16:15
Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında - FOTO


Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin açılışında - FOTO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Mərakeşə işgüzar səfəri davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərakeş Krallığının Hökumət Başçısı yanında Milli Müdafiə Administrasiyası üzrə səlahiyyətli naziri Abdellatif Ludiyinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olan general-polkovnik Zakir Həsənov "Mərakeş Aviaşou 2024" sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Müxtəlif dövlət rəsmiləri və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Mərakeş Krallığının hökumət başçısı və digər rəsmilər çıxış ediblər.
Çıxışlardan sonra "Mərakeş Aviaşou 2024" sərgisi ziyarət olunub.
General-polkovnik Z.Həsənov dünyanın aparıcı beynəlxalq şirkətlərinin təmsil olunduğu sərgidə təqdim edilən hərbi aviasiya, qlobal aeronavtika və kosmik sənaye innovasiyaları ilə tanış olub.
Noyabrın 2-dək davam edəcək sərgi çərçivəsində müdafiə sənayesindəki texnoloji yeniliklər, davamlı strategiyanın inkişaf etdirilməsi, pilotsuz uçuş aparatlarının təkmilləşdirilməsi və digər mövzularda panel müzakirələri aparılacaq.






31-10-2024, 16:13
COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı


COP29 Yaşıl Zona üzrə biletlərin verilmə tarixi açıqlandı

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, geniş ictimaiyyət üçün açıq olacaq COP29 Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq.
Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək. Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
Qeyd edilib ki, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən kəs üçün açıq olan Yaşıl Zonaya biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.
Qeyd edək ki, COP29 Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər ayrıca gün və bu günlərin müxtəlif saat slotları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən reliz ediləcək. Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz.
31-10-2024, 16:06
İlham Əliyev onları təltif etdi - SİYAHI



İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilib:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Dünyamalıyev Mətləb Məmməd oğlu

Əmirbəyova Jalə Əhməd qızı

Fətullayev İslam Babakişi oğlu

Hüseynov Namiq Tapdıq oğlu

Mahmudov Abdullah İlyas oğlu

Məmmədov Sahib Nizaməddin oğlu

Nəbiyev Feyzulla Sovetxan oğlu

Şəmmədov Elşad Zeynal oğlu


“Tərəqqi” medalı ilə

Abbasov İbrahim Yusif oğlu

Ağayev Lətif Xudaş oğlu

Bayramova Gülyanə Fərrux qızı

Dünyamalıyev Sevindik Əbil oğlu

Əhmədov Ağa Balaseyid oğlu

Əsgərov Məhərrəm Əsgər oğlu

Əsgərov Səməddin Calal oğlu

Əzizov Əlisultan Əlheydər oğlu

Fətəliyev Məhəmməd Qoca oğlu

Hacıyev Etiram Qabil oğlu

Hacıyev Mahir Həmzə oğlu

Həsənov Arif Bahadur oğlu

Hüseyinov Həsənağa Allahverdi oğlu

Xəlilov Həmzə Ağakişi oğlu

İsmayılova Səadət Əmir qızı

Qəhrəmanov Canpolad Kamayıl oğlu

Quliyeva Yeganə Arif qızı

Qurbanov Abdulqafur Abdulrəhman oğlu

Məmmədov Anar Vidadi oğlu

Məmmədov Habil Axunbala oğlu

Məmmədov Hafiz İsa oğlu

Məmmədov Nəvai Şahin oğlu

Məmmədova Mətanət Zaman qızı

Səlimov Vüqar Süleyman oğlu

Tağıyev Yaqub İslam oğlu

Talıbov İzzət Ataxan oğlu

Yusifov Mehdi Mehman oğlu

Yusifova Elza Sədi qızı

Zahirov Beydullah İslam oğlu.
31-10-2024, 15:55
İçərişəhərdə sərgi açılıb - FOTO


İçərişəhərdə sərgi açılıb - FOTO

Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib.
Sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.
Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib:
"Qurama sənəti qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq edir. Tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bilərik. Bu yanaşma, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynayır".
Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.






31-10-2024, 15:50
Ceyhun Bayramov britaniyalı nazirlə sülhdən danışdı


Ceyhun Bayramov britaniyalı nazirlə sülhdən danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə telefon danışığında onu Ermənistanla sülh prosesi barədə məlumatlandırıb.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyi, habelə mövcud regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Qeyd edilib ki, tərəflər Azərbaycanla Birləşmiş Krallıq arasında xüsusilə energetika, təhsil, qarşılıqlı investisiyalar və digər sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə edərək, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin, qarşılıqlı səfərlərin, eləcə də hökumətlərarası əməkdaşlıq komissiyalarının işinin bərpasının yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan verəcəyi bildiriliblər.
Nazir Ceyhun Bayramov müqabil tərəfi Azərbaycanın bölgədə dayanıqlı sülhün təsis edilməsi üzrə baxışları, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla sülh prosesi barədə ətraflı məlumatlandırıb. Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində ciddi proqresin olduğu, ümumilikdə layihənin razılaşdırılması üzrə iş aparıldığı, eyni zamanda Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının prosesdə əsas maneə təşkil etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı, iki ölkə arasında alternativ enerji sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri, SOCAR və BP arasında günəş enerjisinin istehsalı üzrə aparılan işlər, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlıq məsələləri müzakirə olunub.
Telefon danışığı çərçivəsində həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
31-10-2024, 15:24
Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu


Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Xalq artisti iştirak etməyib.
Zərərçəkən şəxs Nurəddin Cəlilovun nümayəndəsi vəsatət verərək Ağdadaş Ağayevin həbs edilməsini tələb edib. Hakim vəsatəti təmin etməyib.
Növbəti proses noyabrın 14-də keçiriləcək.
Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva cinayət işində zərərçəkən qismində tanınıb.
Xalq artisti ilə mühafizəçi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.
31-10-2024, 15:20
Pezeşkian prezident kimi ilk dəfə həzrəti Məsumənin türbəsinə gedib


Pezeşkian prezident kimi ilk dəfə həzrəti Məsumənin türbəsinə gedib

İran prezidenti Məsud Pezeşkian dövlət turu çərçivəsində bu gün Qum şəhərinə gedib.
İran KİV-lərinin məlumatına görə, prezident Pezeşkiyan vəzifəyə gəldikdən sonra ilk olaraq Qumda həzrəti Məsumənin müqəddəs məqbərəsini ziyarət edib.
Pezeşkian Quma 1 günlük səfəri çərçivəsində təqlidçi səlahiyyətlilərlə görüşüb.
31-10-2024, 15:17
Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu tarixdə keçiriləcək - DİM sədri açıqladı


Azərbaycan dili üzrə sertifikasiya imtahanı bu tarixdə keçiriləcək - DİM sədri açıqladı

Azərbaycan dili üzrə sertifikasiya imtahanı (ADSİ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başa çatdıqdan sonra keçiriləcək.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ADSİ üzrə əvvəlcə sınaq imtahanı keçiriləcək. Məleykə Abbaszadə imtahan tarixinin yaxın zamanda ictimaiyyətə açıqlanacağını qeyd edib.
Xatırladaq ki, imtahan iştirakçılarının Azərbaycan dili üzrə biliklərinin qiymətləndirməsi A1, A2 başlanğıc, B1, B2 orta, C1, C2 yuxarı səviyyələrində aparılacaq.
31-10-2024, 15:02
Zelenskinin gizli planı ifşa edildi: ABŞ-dən bunu istəyirmiş


Zelenskinin gizli planı ifşa edildi: ABŞ-dən bunu istəyirmiş

Ukrayna Prezidenti Volodimir Zelenskinin təqdim etdiyi "qələbə planı"nın məxfi hissəsi açıqlanıb.
Bu barədə Amerikanın “New York Times” qəzeti anonim mənbələrə istinadən yazıb.
Məlumata görə, Zelenski “qələbə planının” məxfi hissəsində ABŞ-dan “Tomahawk” qanadlı raketləri istəyib. Qəzetin adını çəkməyən amerikalı mənbəsinin sözlərinə görə , ABŞ rəsmiləri bu tələbi həm siyasi, həm də obyektiv səbəblərə görə tamamilə qeyri-real hesab edib.
Qeyd edək ki, "Tomahawk" ABŞ-nin ən güclü raketlərindən biridir. Raketin uçuş məsafəsi 2400 kilometrdən çoxdur. Bu raketlə Ukrayna ərazisindən Rusiyanın bütün Avropa hissəsini və Uraldan kənarda böyük bir ərazini, Omsk vilayətinin qərb bölgələrini tamamilə vurmaq mümkündür.
Bildirilir ki, siyasi səbəblərə görə ABŞ Ukraynaya hətta altı-yeddi dəfə az mənzilli ATACMS taktiki raketləri ilə belə ərazinin dərinliklərinə zərbə endirməyə icazə vermir. Nəşr yazır ki, Zelenskinin fikrincə "Tomahawk" Ukraynanın "qeyri-nüvə çəkindirmə" elementinə çevrilməli idi.
Ukrayna prezidenti “Qələbə planı” çərçivəsində Ukraynanın uzaq mənzilli silahların, o cümlədən “Tomaqavk” qanadlı raketlərinin tədarükü tələbi ilə bağlı xəbərləri təsdiqləyib. Zelenski bunu Şimali Avropa mediasının jurnalistləri ilə söhbəti zamanı deyib. Lakin o, məlumatların məxfi olduğunu bildirib.
“Bir çox ölkələr Qələbə Planını dəstəkləməyə başlayanda Ukraynanın “Tomaqavk” kimi çoxlu raketlər istədiyini və ya əldə etmək istədiyini söylədilər. Amma bu, Ukrayna ilə Ağ Ev arasında məxfi məlumat idi. Bu mesajları necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur”, - deyə Zelenski bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!