Azərbaycanın Xalq artisti vəfat etdi .....                        Ermənistanda qumbara partlatmaq istədilər .....                        İlham Əliyev Trampa zəng etdi .....                        NATO rəhbəri Türkiyədə kimlərlə görüşdü? .....                        65 yaşını keçən müəllimlərlə bağlı rəsmi AÇIQLAMA .....                        "Bəy hamamı"nda yanğın .....                        Bakı-Qazax yolunda 4 maşın toqquşdu - Xəsarət alanlar var .....                        Türk Dünyası ölkələrinin yeni birliyi yaradıldı .....                        Ədalət Verdiyevi neçə il həbs gözləyir? .....                       
16-10-2024, 15:23
Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...


Putin Rusiya sərhədçilərini Ermənistan-İran sərhədindən niyə çəkir...

MDB dövlət başçılarının Moskvada keçirilən sonuncu sammitində Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında bəzi razılaşmalar olub. Belə ki, gələn il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran arasındakı yeganə sərhəd-keçid məntəqəsi olan Meğrini tərk edəcək və onları erməni sərhədçiləri əvəzləyəcək.
Nəzərə alsaq ki, Ermənistan-İran sərhəd-keçid məntəqəsi regional nəqliyyat-kommunikasiya dəhlizi üzərində yerləşir, onda Rusiya sərhədçilərinin geri çəkilməsi maraq doğurur.
Rusiyanın media-ekspert dairələri Ermənistan-İran sərhədilə bağlı dəyişikliyi geniş kontekstdə nəzərdən keçiriblər.
Rusiya mətbuatında yayılan fikirlərə görə, Moskvanın belə bir mövqeyinə İranın münasibəti təsir edib. Rusiyanın da dəstəklədiyi “Zəngəzur dəhlizi” layihəsinə İranın mənfi münasibət bəslədiyi heç kimə sirr deyil. Tehran bunu özü üçün təhlükə hesab edir. İran rəsmilərinin fikrincə, “Zəngəzur dəhlizi”nin açılması bu ölkənin Ermənistan vasitəsilə Avropaya “qapısını” bağlayacaq və regionl situasiyada kəskin dəyişiklik yaradacaq.
Qeyd edilir ki, son vaxtlar Rusiya-İran münasibətləri kifayət qədər sıxlaşıb, Moskva ilə Tehran arasında qarşılıqlı asılılıq artıb. Ona görə də Moskvanın İran naminə müəyyən güzəştlərə gedə biləcəyi tamamilə məntiqlidir. Xüsusən də İran bəzən Rusiya ilə münasibətlərində gərginlik anları yaradır. Rusiya üçün isə yanında İran kimi müttəfiqin olması son dərəcə vacibdir.
Ekspertlər deyirlər ki, İran da bəzi məsələlərdə Rusiyaya güzəştə getməklə əvvəlki radikal mövqelərindən geri çəkilə bilər. Lakin bu dəyişikliklərin gedişatına baxsaq, Rusiyanın “Zəngəzur dəhlizi”ni qorumaq və bu ərazidə mövcud olmaq planları Moskva üçün ön planda dayanır.
Rusiyanın son dəyişiklikdə nəyə ümid etdiyi hələlik bəlli deyil.
16-10-2024, 15:14
'' Kəlağayı yaşıl dünyaya töhfədir''

'' Kəlağayı yaşıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək.

19 oktyabr, 2024-cü il, 11:00 - dan 19:00- a qədər Bakı Xətai Sənət Mərkəzində Xətai Rayon İcra Hakimiyyətinin, Xətai Sənət Mərkəzinin dəstəyi və Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılıgı ilə ''Sazlı, sözlu kəlagayı günləri'' layihəsi çərçivəsində '' Kəlagayı yasıl dünyaya töhfədir'' adlı tədbir və sərgi keçiriləcək. Sərgidə rəssam Gülnarə Məmmədovanın kəlağayıdan bəhs edən rəsm əsərləri, Güllü Eldar Tomarlının yaşıl dünyanı özundə əks etdirən əl işləri, yaşı əsrlərə söykənən qədimi kəlağayıları sərgilənəcək. Müasir
Basqal kəlağayıları da sərgidə nümayiş olunacaq.
#mirvariddilbazipoeziyaməclisi
16-10-2024, 15:07
"Zurabişvilini bir aydan sonra hakimiyyətdən uzaqlaşdıracağıq"


"Zurabişvilini bir aydan sonra hakimiyyətdən uzaqlaşdıracağıq"

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra hakim “Gürcü arzusu” partiyası prezident Solome Zurabişvilini impiçment yolu ilə texniki cəhətdən istefaya göndərəcək.
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
"Bir aydan sonra biz prezidenti impiçment yolu ilə uzaqlaşdıracağıq", - Kobaxidze qeyd edib.
Qeyd edək ki, "Gürcü arzusu" parlament seçkilərində konstitusion çoxluq əldə etməyi hədəfləyir. Hazırda parlamentdə partiyanın daxil olduğu qrupun 84 mandatı var.
16-10-2024, 14:53
Böyükşor-Pirşağı yolunun tikintisi 75 faiz icra olunub


Böyükşor-Pirşağı yolunun tikintisi 75 faiz icra olunub

Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi artıq 75 faiz icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolunun ümumi uzunluğu 12,7 kilometr olmaqla 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Yolun torpaq yatağının eni 30,6 metr, hər bir hərəkət zolağının eni 3,5 metr olmaqla yeni yol 6 hərəkət zolağından ibarətdir. Layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Hazırda yol əsasının inşası, əsas hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır.
Layihəyə əsasən yolboyu 3 yol qovşağı, 3 körpü və 2 yerdə alt keçidin inşası işləri davam etdirilir:

- Yolun ilk 400 metrlik hissəsində “Balaxanı qovşağı”nın ramplarında qazma və dolğu işləri aparılır;

- Təqribən 1-ci kilometrlik hissədə 62 metr uzunluğa malik körpünün inşası başa çatıb;

- Yolun 4.4-4.5-ci kilometrlik hissəsində kommunikasiya xəttinin mühafizəsi üçün inşa edilən alt keçid yerləşən hissədə dolğu işləri başa çatıb, asfalt-beton örtük döşənib;

- Yolun 6.7-ci kilomerlikk hissəsində “Yanardağ qovşağı”nda dayaqların və yanaşma yollarının tikintisi, aşırım tirlərinin montajı başa çatıb;

- “Pirşağı qovşağı”nda 23 dayaq tikilib, 9 aşırımdan 7-i hazırdır, 2-də işlər davam edir.
Bundan başqa, yolboyu zəruri yerlərdə “U” tipli geri dönüşlərin tikintisi, həmçinin müxtəlif diametrlərə malik 31 suötürücü borunun quraşdırılması işləri də yekunlaşıb.
Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması layihə üzrə nəzərdə tutulub, bu istiqamətdə müvafiq addımlar atılır. Belə ki, yolun 2-16-cı kilometrlik hissəsində yol boyu kabel xətləri çəkilib və işıq dirəkləri quraşdırılıb, yolun sağ və sol, həmçinin “U” tipli geri dönüş hissələrdə səki daşlarının düzülməsi işləri davam etdirilir. Həmçinin layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur, eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun 2-6-cı kilometrlik hissəsində yol ayrıcı zolaqda beton bloklar qoyulub.
İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün tikinti ərazisinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kifayət qədər texnika və canlı qüvvə cəlb edilib.
Qeyd olunub ki, yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı qəsəbəsinə qədər uzanır.

16-10-2024, 00:11
Vaşinqton COP29-la sülh sazişini əlaqələndirmir


Vaşinqton COP29-la sülh sazişini əlaqələndirmir

ABŞ Azərbaycan və Ermənistan arasında sülh
sazişini heç vaxt COP29 tədbiri ilə əlaqələndirməyib.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib.
“Biz heç vaxt razılaşmanı COP29-la əlaqələndirməmişik. Bir neçə ay əvvəl sülh sazişini görmək istəyirdik, sazişin əldə olunmasına çalışırdıq. Ancaq bu, ABŞ-nin deyil, tərəflərin işidir", - Miller qeyd edib.
15-10-2024, 23:45
Azərbaycanla BMT katibliyi arasında memorandum imzalandı


Azərbaycanla BMT katibliyi arasında memorandum imzalandı

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə COP29-un “X” hesabında paylaşım edilib.
Memorandum Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.
Sənəd həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturunu əks etdirir.
15-10-2024, 23:37
Rusiya Ukraynada bu qədər ərazini ələ keçirib - Şok rəqəmlər


Rusiya Ukraynada bu qədər ərazini ələ keçirib - Şok rəqəmlər

Rusiya ordusu avqust ayında Ukraynanın 351 kv.km, sentyabrda 468 kv.km ərazisini ələ keçirib.
Bu barədə "UA War Infographics" layihəsi məlumat yayıb.
Bildirilir ki, Rusiya ordusu ilin ilk yarısında hər ay 200 kvadrat kilometrdən çox olmayan ərazini nəzarət altına alıb.
Qrafikdəki məlumatlardan belə nəticə çıxır ki, 2024-cü ilin doqquz ayı ərzində Rusiya 1559 kvadrat kilometr ərazini ələ keçirib.
Nəşrin müəllifləri qeyd edir ki, bu ilin avqust və sentyabr aylarında Rusiya bütün 2023-cü illə müqayisədə 5,5 dəfə çox Ukrayna ərazisini ələ keçirib. Müəlliflər bunun əsas səbəbini silah çatışmazlığı (Qərb tərəfdaşları Ukraynanın ehtiyaclarına cavab vermir və vədlərinə əməl edə bilmir) və Rusiyanın taktika dəyişdirməsi ilə əlaqələndirir.

15-10-2024, 23:09
Erməni nazir Türkiyədə


Erməni nazir Türkiyədə

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Türkiyəyə səfər edib.
O, İstanbulda Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.
Görüşdə müzakirə olunan məsələlər açıqlanmayıb.
Danışıqlar Beynəlxalq Yol Federasiyasının İstanbul Konqresi çərçivəsində baş tutub.
15-10-2024, 22:41
"Döyüş bölgəsində sursatların 20 faizi yararsızdır"


"Döyüş bölgəsində sursatların 20 faizi yararsızdır"

Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi sursatların bir hissəsi nasazdır.
Bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
"Təxmini hesablamalara görə, döyüş bölgəsindəki döyüş sursatlarının 20%-ə qədəri yararsızdır", - deyə o qeyd edib.
Məlumata görə, yararsız sursatlar döyüş bölgəsində utilizasiya ediləcək.
"Handelsblatt" qəzeti bundan əvvəl mənbələrə istinadən yazıb ki, Qərbin Ukraynaya verdiyi artilleriya sursatlarının bir qismi nasazdır.
15-10-2024, 21:56
"Sözün əsl mənasında çətin durumdayıq"


"Sözün əsl mənasında çətin durumdayıq"

Samir Abasov ikinci dəfə “Neftçi”nin baş məşqçisi təyinatı və görəcəyi işlər haqda danışıb.
O, “Neftçi TV”yə verdiyi müsahibədə özünü evdəki kimi hiss etdiyini bildirib:
“Hisslərimi ifadə etmək çox çətindir. Düzdür, baza təzədir, əvvəl digər bazada idik. Amma elə bil heç buranı tərk etməmişdik, ab-hava eyni qalıb. Buranı tərk etməmiş kimi qayıdırıq. Qayıdanda hiss edirdik ki, öz evimizə qayıdırıq. Çox xoşbəxtəm ki, buraya qayıtmışam”.
46 yaşlı mütəxəssis hədəflərinin böyük olduğunu qeyd edib: “Klubun böyüklüyü haqda danışmaq artıqdır. Baxmayaraq ki, indi sözün əsl mənasında çətin durumdayıq, bura gələn məşqçinin qarşısında klubun hədəfləri yüksək olub. Gətirilən məşqçilərin uğurlu və ya uğursuz olması başqa mövzudur. Amma özümüz də bura gələndə bilirik, nəyə görə gəlmişik. Həm azarkeşi, həm klubda işləyən insanları onu göstərir ki, hədəflərə çatmaq üçün hər bir şey edilir. Ən pik hədəflərə çatmağa çalışacağıq. Bu klubun hədəfləri heç vaxt enməyib, daha da yüksəlib”.
S.Abasov köklü dəyişikliklərin qısa bir vaxtda edilməsinin riskli olduğunu deyib: “Bu gün dəyişikliklərdən danışmaq tezdir. İki-üç oyun içində köklü dəyişikliklər etmək özü bir riskdir. Çünki futbolçular da insandılar. Onlara da yeni məşqçi və ideyalara adaptasiya olmağa vaxt lazımdır. Vaxt deyəndə istəyirəm, düz yozulsun. Dəyişikliklər, əlbəttə ki, olacaq. İnanıram ki, yaxşı tərəfə olacaq”.
O, komandada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü vurğulayıb: “Dünənki məşqdən sonra mən çox yaxşı hisslərlə buranı tərk etdim. Çünki futbolçularda çox yüksək əvhal-ruhiyyə gördüm. İnşallah, inanıram ki, bu əhval-ruhiyyə ilə yanaşı, bizim dediklərimizi də tez qavrayacaqlar və ən yaxşısını meydanda göstərəcəklər”.
Mütəxəssis özünün məqsədləri haqda da söz açıb: “İşlədiyim hər bir yerdə futbolçulardan gözləntilərim yüksək olub. Həmişə çalışmışam ki, futbolçular həm qabaqlarına qoyduqları məqsədlərə çata bilsin, həm də oynadığı kluba xeyir versin. Bu, prioritet olaraq yenə məndə qalacaq. Oyunçular işə düzgün yanaşsalar, bu hədəfə tez bir zamanda çatacağıq. Ümumiyyətlə, “Neftçi” kimi klubda zamandan danışmaq yersiz olar. Çünki bugünkü məqsədimiz bacardığımız qədər tez bu durumdan çıxmaqdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!