Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
15-10-2024, 17:06
Nərimanovda 3 nəfərdən 8 kiloqram narkotik götürüldü - VİDEO


Nərimanovda 3 nəfərdən 8 kiloqram narkotik götürüldü - VİDEO

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ramin Quliyev, tanışı İlqar Quliyev və Xədicə Ağayeva saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, saxlanılan şəxslərdən 8 kiloqramdan artıq heroin, marixuana, metamfetamin, 2 ədəd elektron tərəzi və 50 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Onların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdikləri məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Nəsimi rayonunda narkotiklərlə əlaqəli cari ilin əvvəlindən keçirilən tədbirlər zamanı 63 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

15-10-2024, 17:00
Ermənistanda hakimiyyət dəyişsə, razılıqlar ləğv oluna bilər


Ermənistanda hakimiyyət dəyişsə, razılıqlar ləğv oluna bilər

"Ermənistanın daxili qanunvericiliyində və Konstitusiyasında Azərbaycan və Türkiyənin beynəlxalq səviyyədə, həmçinin Ermənistanın özü tərəfindən də rəsmi olaraq tanınmış suveren ərazilərinə iddiaların mövcud olması bugünkü gündə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmağa davam edir".
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Fuad Abdullayevin təhlilində bildirilib.
O qeyd edib ki, Azərbaycanın haqlı və əsaslı tələbləri qarşısında çarəsiz qalan Ermənistan hakimiyyəti isə hər dəfə qeyri-ciddi və əsassız maneələr yaradaraq sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır.
"26 sentyabr 2024-cü il tarixində ölkənin Konstitusiya Məhkəməsinin Konstitusiyaya zidd olan qərarını da məhz bu rakursdan qiymətləndirmək lazımdır. Qeyd etmək lazımdır ki, Ermənistan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş addım atmağa çalışıb. Heç şübhəsiz, qərarın əsas amalı Ermənistanı sülhsevər, Azərbaycanı isə qeyri-konstruktiv mövqedə olduğunu göstərməkdir. Lakin qeyd etmək lazımdır ki, qərar silahlanmaq üçün vaxt qazanmağa hesablanmışdır. Belə ki, Ermənistanın özünü müdafiə bəhanəsi adı altında mütəmadi olaraq silahlanması və son zamanlar tamamilə hücum xarakteri daşıyan silah və hərbi texnikaya maraq göstərməsi, həmçinin hərbi xərclərini artırması onun sülh müqaviləsini bağlamaq niyyətini əks etdirmir", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyətin dəyişəcəyi təqdirdə əldə olunan şərhlər qanunsuz hesab edilərək ləğv oluna bilər:
"Nəticə olaraq belə qənaətə gəlmək olar ki, Ermənistanın Konstitusiya Məhkəməsinin 26 sentyabr qərarı Konstitusiyanın 205-ci maddəsi ilə müəyyən ziddiyyətlilik təşkil edir. Erməni mütəxəssislərin bu qərarı qeyri-qanuni adlandırdıqları zaman əsas arqumentinin məhz bu fakt olması isə təsadüfi deyil. Müstəqillik Bəyannaməsinin Konstitusiyaya uyğunluğu və bununla bağlı verilən şərhlər isə səthi aparılıb və burada sual doğuran bir çox məqam müşahidə olunub. Bu səbəbdən dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə Komissiyaların gələcək fəaliyyətinin, eyni zamanda bu şərtlərdə bağlanacaq sülh müqaviləsinin nəticəsinin gələcəkdə Ermənistanın daxili qanunvericiliyinə və Konsitusiyasına zidd qəbul olunma ehtimalı yüksəkdir. Belə ki, Ermənistanda hakimiyyətin dəyişəcəyi təqdirdə dövlət sərhədlərinin delimitasiyası prosesi nəticəsində əldə edilən və ediləcək nailiyyətlər, eyni zamanda Bəyannamə ilə bağlı verilən şərhlər qanuna zidd hesab edilərək ləğv oluna bilər".
15-10-2024, 16:29
Baş Qərvənddə "Ağıllı kənd"’ salınacaq


Baş Qərvənddə "Ağıllı kənd"’ salınacaq

Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb. Hazırda 2 - ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, məhəllələrlə yanaşı 3 kənd -Sarıcalı, Kəngərli və Xıdırlıda da inşaat prosesi davam etdirilir: “Ağdamın Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evininin inşası davam edir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, Klub icma mərkəzləri, Bayraq meydanı, Bazar kompleksləri, Məişət xidməti obyektləri, Ailə Sağlamlıq Mərkəzləri, Qəbirstanlıqlar, Emalatxanalar, inzibati binalar və digər iaşə obyektlərinin də tikintisi gedir”.
S.Abdullayevin sözlərinə görə, Baş Qərvənd kəndində söküntü şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir: “Ağdamın ən böyük kəndlərindən biri olan Baş Qərvənd kəndində ‘’Ağıllı kənd’’ layihəsi icra ediləcək. Burada tətbiq ediləcək “ağıllı həllər” Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması, “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Birinci fazada burada 275 hektar ərazidə 851 ədəd fərdi evin tikintisi planlaşdırılır. ‘’Ağıllı kənd’’də tətbiq ediləcək yeniliklərdən söz açmaq istəyirəm. İlkin olaraq qeyd edim ki, burada ağıllı texnologiyalardan istifadə ediləcək.Tullantıların utilizasiyası, yaşıl enerjidən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qəanətli texnologiyalar ‘’Ağıllı kənd’’ konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası,həmçinin evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur. Bütün bunlarla paralel alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların da gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər. Misal üçün günəş enerjisi ilə çalışanistilik nasoslarının tətbiqi,elektormobillər üçün elektrikdoldurma məntəqələri, günəş kollektorları, günəş əsaslı avtomobil parkı və digərlərini göstərmək olar”.
15-10-2024, 16:15
Füzulinin Pirəhmədli kəndinin bərpasına başlanılır


Füzulinin Pirəhmədli kəndinin bərpasına başlanılır

Füzuli şəhərinin mərkəzində Zəfər yolunun kənarında salınan çoxmənzilli binalarda 822 ailə məskunlaşıb. Bu isə 3132 nəfər sakin deməkdir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, şəhərdə 38 çoxmərtəbəli bina, eləcə də 846 mənzildən ibarət 4, 5 , 6 və 7 mərtəbədən ibarət evlər inşa edilib:
“Baş plana uyğun olaraq şəhərdaxili yolların uzunluğunun 87 kilometrdən çox olması nəzərdə tutulub. Həmçinin Füzulidə Özbəkistan Respublikası tərəfindən inşa olunan 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 saylı məktəb, Qazaxıstan Respublikası tərəfindən inşa olunmuş ‘’ Kurmqanqazı Uşaq yaradıcılıq Mərkəzi ‘’ də fəaliyyət göstərir. Kəndlərdə də quruculuq işləri davam etdirilir. Pirəhmədli kəndində bərpa işlərinə başlanılır”.
Səbuhi Abdullayev həmçinin bildirib ki, Füzulinin Dövlətyarlı kəndində hazırlıq işləri tamamlanıb: "Bu kənd "Ağıllı kənd’’ layihəsi kimi sistemləşdiriləcək və kənddə alternativ enerji mənbələrindən, yaşıl enerjidən istifadə ediləcək. Tikintinin 1-ci mərhələsində Dövlətyarlı kəndində 450 fərdi evin tikintisi nəzərdə tutulur. Eləcə də burada məktəb, uşaq bağçası, kənd meydanı, bazar və digər infrastruktur obyektləri də formalaşdırılacaq. Cuvarlı , Qarğabazar, Qoçəhmədli və Dədəli kəndlərində isə layihələndirmə işləri davam etdirilir”.
15-10-2024, 15:46
Ağdərədə 190 ev tikiləcək


Ağdərədə 190 ev tikiləcək

Ağdərə şəhərində 190 evin tikintisi nəzərdə tutulur.
Bunu Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsi zamanı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İcraçı direktorun köməkçisi Həmid Mehdiyev deyib.
O bildirib ki, Xocalıda 56, Malbəyli və digər kəndlərdə 120 yaşayış binasının tikintisi nəzərdə tutulur: "Suqovuşanda 5 ədəd 5 mərtəbəli binanın tikintisi yekunlaşmaq mərhələsindədir".
H. Mehdiyev qeyd edib ki, Xankəndi şəhərinə məcburi köçkünlərin qayıdışı hələ başlamayıb: “Lakin 5 mindən çox dövlət və qeyri-dövlət strukturlarının nümayəndələri, əməkdaşlar orda yaşayır. Qarabağ Universitetinin fəaliyyətə başlaması ilə Xankəndidə 1200 tələbə məskunlaşıb".
15-10-2024, 15:38
Laçında daha 3 kəndin tikintisinə başlanılır


Laçında daha 3 kəndin tikintisinə başlanılır

Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.
Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
"Xidmət layihələndirmə işləri üzrə 7 müqavilə üzərində işləri davam etdirir. Artıq 3 müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, - deyə o qeyd edib.
15-10-2024, 15:26
Bayramovla Mirzoyan İstanbula gedəcək - Tarix açıqlandı


Bayramovla Mirzoyan İstanbula gedəcək - Tarix açıqlandı

"3+3" regional platformasının növbəti iclasının tarixi açıqlanıb.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
O qeyd edib ki, növbəti iclas oktyabrın 18-də İstanbulda keçiriləcək.
Nazir iordaniyalı həmkarı ilə mətbuat konfransında bildirib ki, görüşdə Azərbaycan, Ermənistan, Rusiya və İranın xarici işlər nazirləri iştirak edəcək.
"Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması “3+3” vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk", - Fidan qeyd edib.
Xatırladaq ki, “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə isə Tehranda baş tutub. Platformaya Gürcüstan daxil edilsə də, Tbilisi görüşlərdə iştirak etməyib.
Sonuncu görüşdə Ceyhun Bayramov, Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahian və Ararat Mirzoyan iştirak edib. Bir neçə gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçinin İstanbul görüşündə iştirak edəcəyi açıqlanıb.
Qeyd edək ki, "3+3" formatı İkinci Qarabağ müharibəsindən sonra irəli sürülüb, platformanın təşəbbüskarı Azərbaycandır.
15-10-2024, 14:58
Milli Məclisə yeni qanun layihəsi daxil olub


Milli Məclisə yeni qanun layihəsi daxil olub

Sabah Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək.
İclasda yeni hazırlanan “Minatəmizləmə haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.
Eyni zamanda, “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə müzakirə ediləcək.
15-10-2024, 13:43
Ələt-Astara yolunun 26 km-lik hissəsi yenidən quruldu - VİDEO


Ələt-Astara yolunun 26 km-lik hissəsi yenidən quruldu - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Ələt–Astara–İranla dövlət sərhədi avtomobil yolunun 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsi üzrə əsaslı təmir işlərini yekunlaşdırılıb.
Məlumata görə, uzunluğu 26 kilometr olan sözügedən hissə 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 12 metrə qədər genişləndirilib.
Texnoloji ardıcıllığa uyğun yolboyu torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə işləri, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə zəruri yerlərdə suötürücü boruların və küvetlərin tikintisi işləri yekunlaşıb.
Layihə üzrə yolun 221.3, 231.7, 234.8 və 243-cü km-lik hissələrində Pensərçay, Ərçivançay və Astaraçay üzərindəki mövcud körpülərdə əsaslı təmir işləri icra olunub.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.
Layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Ələt-Astara-İran magistral avtomobil yolunun sözügedən hissəsində aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

15-10-2024, 12:47
Sabahın havası


Sabahın havası

Azərbaycanda oktyabrın 16-da gözlənilən yağış yağacağı, leysan olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi dayanacaqlarla yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddətdə intensivləşəcək, şimşək çaxacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında yaxın dayanacaqlarla yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı qısa müddətdə leysan xarakterli, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-7° isti, gündüz 9-14° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!