Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
14-10-2024, 17:04
Onlar Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər - Prezident


Onlar Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər - Prezident

Torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi, prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz.
Bunu Prezident İlham Əliyev oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbulu zamanı deyib.
“Bu, o zamankı ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq. Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər”, - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev bildirdi ki, bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirirlər: “Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bizim torpaqlar işğal altında olanda - 1992-ci ildən 2020-ci ilədək 28 il vaxt keçirdik və nəticə sıfıra bərabər oldu. İndi isə danışıqlara iki ildir ki, başlanılıb. Ona görə səbrli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır.
14-10-2024, 16:48
"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır"


"Müxalifət seçki ərəfəsində təxribatlara hazırlaşır"

Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkiləri ilə bağlı təxribatlara hazırlaşır.
Bunu “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının deputatı Rati İonatamişvili bildirib.
O qeyd edib ki, hakimiyyət təxribatın həyata keçirilməsinə mane olmaq üçün əlindən gələni edəcək.
“Aydındır ki, müxalifət hansısa təxribatlar təşkil etmək arzusundadır və onlar bu təxribatlar üçün nəinki xəyal qururlar, hətta konkret olaraq bəzi məkrli planlar da hazırlayırlar”, - İonatamişvili jurnalistlərə deyib .
Deputatın fikrincə, dövlət onların bu məkrli planlarını zərrə qədər də həyata keçirməsinə heç vaxt imkan verməyəcək.
14-10-2024, 16:43
Bakıda yeni parklanma məntəqəsi yaradıldı


Bakıda yeni parklanma məntəqəsi yaradıldı

Bakıda yeni parklanma məntəqəsi yaradılıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, paytaxtın İsmayıl bəy Qutqaşınlı küçəsində 25 yerlik yeni parklanma məntəqəsi təşkil edilib.

14-10-2024, 16:30
Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ


Nazirlikdən müəllimlərə XƏBƏRDARLIQ

“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur:
“Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur. ETN-nin tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında valideynlər bir sıra Bakı məktəblərində şagirdlərə əlavə dərs vəsaitlərinin aldırılmasına etirazlarını bildiriblər.
14-10-2024, 15:51
Səfərbərlik Xidmətinin 3 əməkdaşına cinayət işi açıldı


Səfərbərlik Xidmətinin 3 əməkdaşına cinayət işi açıldı

2024-cü ilin oktyabr ayınadək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunub ki, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilib.

14-10-2024, 15:47
Hərbi xidmətdən yayınan 448 nəfər əsgərliyə göndərildi


Hərbi xidmətdən yayınan 448 nəfər əsgərliyə göndərildi

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Əvvəllər məlumat verildiyi kimi, hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi (Baş İdarə), eləcə də tabe rayon (şəhər) prokurorluqları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ayrı-ayrı vəzifəli şəxsləri və vətəndaşlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
Belə ki, Baş İdarədə qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə SHXÇDX-dən daxil olmuş 29 material üzrə araşdırma aparılıb.
Bundan başqa, Baş İdarənin “161 Qaynar xətt” əlaqə mərkəzindən daxil olmuş məlumatlar və vətəndaş müraciətləri əsaasında 33 material üzrə araşdırma araşdırılıb.
Həmin materiallardan 8-i üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır, digər materiallar üzrə isə araşdırma davam etdirilir. Habelə, 2 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunmuşdur.
Qeyd olunan dövr ərzində aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.
Baş İdarə tərəfindən qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 2 əməliyyat-axtarış tədbiri keçirilmiş və bunun nəticəsində 2 cinayət işi başlanaraq istintaqı tamamlanmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilməsi təmin edilmişdir.
Bundan başqa, qeyd olunan dövr ərzində müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma halları ilə bağlı tabe rayon (şəhər) prokurorluqlarında araşdırmalar aparılıb, nəticədə 56 cinayət işi başlanıb, 448 nəfər hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə SHXÇDX-yə təqdim edilib.
Həmçinin, 2024-cü ilin oktyabr ayıdək olan müddət ərzində Hərbi prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində SHXÇDX-nin ayrı-ayrı vəzifəli şəxsləri və əməkdaşları barəsində 3 cinayət işi başlanaraq ibtidai istintaq aparılır, aşkarlanan qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 5 əməkdaşı barəsində təqdimat verilmişdir.
Hərbi xidmətə çağırış sahəsində qanunsuzluqlara qarşı mübarizə tədbirləri bundan sonra da aidiyyəti dövlət orqanları ilə birgə davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
14-10-2024, 15:39
Pezeşkian səfirliyimizə hücum edən Yasindən danışdı


Pezeşkian səfirliyimizə hücum edən Yasindən danışdı

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Pezeşkian qəbul zamanı Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslə bağlı məhkəmə hökmünün icrasından danışıb.
“Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik”, - Məsud Pezeşkian qeyd edib.
Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun haqqında ölüm hökmü çıxarılıb.
14-10-2024, 15:27
Şahin Mustafayev Pezeşkianla görüşdü


Şahin Mustafayev Pezeşkianla görüşdü

Azərbaycan Respublikası Baş nazirinin müavini İrana səfər edib.
Bu barədə İran Prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
14-10-2024, 15:20
Prezident məhkəmələrə sədr və müavinlər təyin etdi - SİYAHI


Prezident məhkəmələrə sədr və müavinlər təyin etdi - SİYAHI

Azərbaycan Prezidenti İlham Əliyev apellyasiya
instansiyası məhkəmələri sədrlərinin müavinlərinin, məhkəmə kollegiyaları sədrlərinin, birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənəddə deyilir:

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,

apellyasiya instansiyası məhkəmələri üzrə:

1.1. Rafiq Musa oğlu Cəfərov Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

1.2. Zaur İkram oğlu Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri vəzifəsindən azad edilərək həmin məhkəmənin sədrinin müavini təyin edilsin;

1.3. İlqar Məhərrəm oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin;

1.4. Günay İsmayıl qızı Cavadova Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin;

1.5. Samir Firdusi oğlu Həsənov Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin;

rayon (şəhər) məhkəmələri üzrə:

1.6. Bəxtiyar Şahfirudin oğlu Məmmədov Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Astara Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.7. Zamiq Akif oğlu Rəsulov Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gədəbəy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.8. İlqar Yadulla oğlu Əliyev Xocavənd Rayon Məhkəməsinin sədri təyin edilsin;

1.9. Mirheydər Seyidəmir oğlu Zeynalov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qax Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.10. Samir İlham oğlu Mayılov Qobustan Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.11. Rövşən Elbrus oğlu Xəlilov Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Lerik Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin;

1.12. Azər İbrahim oğlu İsmayılov Sabirabad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
14-10-2024, 14:44
Müharibədən sonra 381 nəfər mina qurbanı olub


Müharibədən sonra 381 nəfər mina qurbanı olub

2020-ci ildən bəri Azərbaycanda 381 nəfər mina qurbanı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında məlumat yayıb.
"Ermənistanın davam edən mina terroru nəticəsində bu gün Qazaxda mina partlayışında yaralanan daha bir Azərbaycan vətəndaşı. Keçmiş münaqişənin bitməsinə, 2020-ci ildən bəri 381 nəfərin mina qurbanı olmasına, baxmayaraq Ermənistan bu ölkənin sülh və normallaşma prosesi ilə həqiqi məşğul olmasına zidd olan mina xəritələrini verməkdən imtina etməkdə davam edir. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!