Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
14-10-2024, 14:07
Çaylarda sululuq artıb


Çaylarda sululuq artıb

Oktyabrın 14-də yağan yağıntılarla əlaqədar çaylarda artım müşahidə edilib.
Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda və Təngərüdçayda suyun səviyyəsi 2 sm, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçayda 15 sm, Əyriçayda 5 sm, Qazax-Gəndə bölgəsinin ərazisindən axan Kürəkçayda 7 sm, Əsrikçayda 5 sm, Zəyəmçayda 2 sm, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Tərtərçayda 7 sm, Bərgüşadçayda 4 sm, Oxçuçayda isə 2 sm artım qeydə alınıb.


14-10-2024, 13:45
Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı - VİDEO


Azərbaycan döyüş təyyarələrini havaya qaldırdı - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri hazırlıq planına uyğun olaraq, təlim-məşq uçuşlarını icra edib.
Bu barədə Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilib:
"Hərbi pilotlar tərəfindən qalxma və enmə, aşağı, eləcə də orta hündürlükdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub. Hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər."

14-10-2024, 13:33
NASA ən böyük kosmik gəmisini göndərir - 6 ilə çatacaq


NASA ən böyük kosmik gəmisini göndərir - 6 ilə çatacaq

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bu gün Yupiterin peyki olan Europaya kosmos gəmisi göndərəcək.
Bu barədə xarici KİV məlumat yayıb.
Gəmi orada hər hansı bir canlının olub-olmadığını araşdıracaq.
Europa Clipper missiyası Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən start götürəcək. Altı ton ağırlığında olan Clipper, NASA-nın indiyə qədər planetar missiya üçün inşa etdiyi ən böyük kosmik gəmidir. O, Marsın yanından keçib geriyə dönəcək, Yer ətrafında dövr edəcək, sonra Yupiterə gedəcək və 2030-cu ildə təyinat yerinə çatana qədər təxminən 3,22 milyard km yol qət edəcək.
5 milyard dollar dəyərində, 30 metr uzunluğunda olan kosmik gəmi Europanın səthində yaşayış üçün yararlı olub-olmadığını qiymətləndirmək üçün peyk tərəfindən buraxılan üzvi birləşmələrin və qazların izlərini araşdırmaq üçün qabaqcıl cihazlardan istifadə edəcək. O, doqquz aləti, o cümlədən ayın səthinin xəritəsini çəkmək üçün kameraları, eləcə də ayın qalın səthindəki buzun altına baxmaq üçün radar da daşıyır.
14-10-2024, 13:17
Sahibə Qafarova İran parlamentinin sədri ilə danışıqlar apardı


Sahibə Qafarova İran parlamentinin sədri ilə danışıqlar apardı

İsveçrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında iştirak edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova iranlı həmkarı Məhəmməd Baqir Qalibafla görüşüb.
Bu barədə İran KİV-ləri məlumat yayıb.
Cenevrədə baş tutan görüşdə parlament sədrləri regional məslələri müzakirə ediblər.
14-10-2024, 12:44
Azərbaycandan Avropaya qaz ixracı 9 %-dən çox artırıb


Azərbaycandan Avropaya qaz ixracı 9 %-dən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 9,4 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 9 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,8 milyard kubmetr və ya 9,3 % artıb.
Azərbaycandan xaricə qaz satışı ümumilikdə 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 4,2 % çoxdur.
Azərbaycandan Türkiyəyə qaz ixracı 0,2 milyard kubmetr (2,7 %) azalaraq 7,3 milyard kubmetrə enib, Gürcüstana isə eyni həcmdə yəni 1,7 milyard kubmetr qaz satılıb.
Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 2,33 % azdır.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
14-10-2024, 12:34
Bakıya yağış, rayonlara dolu yağacaq - Sabahın havası


Bakıya yağış, rayonlara dolu yağacaq - Sabahın havası

Azərbaycanda oktyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə və gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
14-10-2024, 12:23
Bakıda məktəbdə gözətçinin meyiti tapıldı


Bakıda məktəbdə gözətçinin meyiti tapıldı

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.
Hadisə Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.
14-10-2024, 12:06
Minaya düşən gəncin ayağı amputasiya olundu


Minaya düşən gəncin ayağı amputasiya olundu

Qazax rayon Quşçu Ayrım kəndində mina partlayışı nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya olunub.
Qazax rayon sakini, 2001-ci il təvəllüdlü İlkin Sarıyev ərazidə mal qara otaran zaman minaya düşüb.
Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb. Cərrahiyyə əməliyyatı olunan zərər çəkmişin bir ayağı amputasiya olunub.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
14-10-2024, 12:02
Yeni səfir etimadnaməsini Prezidentə təqdim etdi


Yeni səfir etimadnaməsini Prezidentə təqdim etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Akambi Andre Okunlola-Biaunun etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

14-10-2024, 11:57
Qətərin yeni səfiri İlham Əliyevin qəbulunda


Qətərin yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Hacirinin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edərək ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq aparıldığını, BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarda Azərbaycan ilə Qətərin bir-birini daim dəstəkləməsini vurğuladı və qeyd etdi ki, bu qarşılıqlı dəstək özünü ikitərəfli gündəliyin işində də aydın göstərir.
Növbəti illərdə artıq iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsi məsələlərinə diqqətin artırılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev investisiya qoyuluşu sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
Azərbaycan Prezidenti ölkələrimizin beynəlxalq nəqliyyat yollarının yaradılması sahəsində də fəal iş apardıqlarını məmnunluqla vurğulayaraq, eyni zamanda, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin edilməsi işində Azərbaycanın və Qətərin səmərəli əməkdaşlıq həyata keçirdiklərini qeyd etdi.
Vətəndaşlarımızın ölkələrimizə qarşılıqlı səfərlərinə toxunan dövlətimizin başçısı vurğuladı ki, azərbaycanlılar Qətərdə, qətərlilər isə Azərbaycanda özlərini evlərindəki kimi hiss edirlər.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzuladı, əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Qətərin Əmirinə çatdırmağı xahiş etdi
Səfir vurğuladı ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətlərimizin gündəliyi ilə bağlı dediyi dəyərli fikirlər istiqamətində əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək. O, iqtisadi-ticari əlaqələrin önəminə toxunaraq, investisiya sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini qeyd etdi.
Məhəmməd Həməd Səad Əl-Fuheyd Əl-Haciri COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıraraq, Qətərin bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirdi.
Dövlətimizin başçısı COP29-la bağlı hazırlıq işlərinin yekun mərhələdə olduğunu qeyd etdi.
Görüşdə qarşılıqlı sərmayələr, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, ölkələrimiz arasında hava nəqliyyatının mövcudluğundan və sərnişinlərin mütəmadi artım dinamikasının müşahidə olunmasından məmnunluq ifadə edildi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!