İlk səfərini Türkiyəyə edəcək .....                        Taleh Yüzbəyovun xanımı qəzaya düşdü .....                        Samuxda ağır qəza: Ölən var .....                        Aşıq Əlixanın adı ehtiramla xatırlanır .....                        Lüksemburq parlamenti siyasi avantüra meydanına çevrilib - BƏYANAT .....                        Rəsulzadənin sözləri "20 Yanvar"a qayıdacaq? - Rəsmi açıqlama .....                        Azərbaycanda yeni bulvar salınacaq .....                        Bu müəllimlərin maaşları artırıldı .....                        Rəşad Nəbiyev pakistanlı nazirlə görüş keçirdi .....                       
12-10-2024, 18:19
Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar


Keçmiş məcburi köçkünlər gələn ildən Turşsuya qayıdacaqlar

Dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan Turşsu qəsəbəsində işlər davam etdirilir.
Bu barədə jurnalistlərə açıqlamasında Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
Onun sözlərinə görə, Turşsuda hazırda yeni konsepsiyaya uyğun olaraq ilk 50 evin inşası aparılır və əsas infrastruktur tamamilə yenidən qurulur. Həmçinin bu kənddə də turizm infrastrukturu olacaq.
“Düşünürəm ki, gələn il artıq Turşsuya keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etməyə başlayacağıq”, - deyə o əlavə edib.
12-10-2024, 18:03
Toy karvanı qəza törətdi: Yaralanan var


Toy karvanı qəza törətdi: Yaralanan var

Cəlilabadda toy karvanında yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində baş verib.
Toy karvanında qatılan "VAZ-21015" markalı minik avtomobili bəyin olduğu avtomobillə toqquşub. Qəza nəticəsində bir nəfər ağır bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
12-10-2024, 17:50
Türkiyə siyasi qərar versə, sabah sərhədlər açılacaq - Rubinyan


Türkiyə siyasi qərar versə, sabah sərhədlər açılacaq - Rubinyan

Ermənistanla Türkiyə arasında münasibətlərdə bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyənin siyasi qərarının olmaması.
Bunu Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndə Ruben Rubinyan bu gün, oktyabrın 12-də “Sülh qovşağı” adlı forumda deyib.
“Ermənistan və Türkiyə arasında münasibətlərin həlli prosesinin iki dövlət arasında qalması çox vacibdir. Razılaşma və barışıq iki fərqli şeydir. Bunlar dərin mövzulardır. Türkiyədə belə bir yanlış fikir var ki, erməni diasporunun mövqeyi Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına maneə olur. Bu səhvdir. Bir böyük maneə var: Ermənistanla münasibətləri normallaşdırmaq üçün Türkiyədən siyasi qərarın olmaması. Sabah qərar verilsə, sabah sərhədlər açılacaq”.
Rubinyanın fikrincə, erməni diasporunun Ermənistan ilə Türkiyə arasındakı əlaqələrə müdaxilə edə biləcəyi mövqe səhvdir.
12-10-2024, 17:22
Yanacaqdoldurma məntəqəsində partlayış: Ölü sayı 4-ə çatdı


Yanacaqdoldurma məntəqəsində partlayış: Ölü sayı 4-ə çatdı

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində qaz çəni partlayıb və yanğın baş verib.
Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mash Telegram kanalının məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı 4-ə çatıb, partlayış qurbanları arasında təxminən 3 və 5 yaşlı iki uşağı olan qadın da var.
12-10-2024, 17:00
Şahdağa qar yağdı


Şahdağa qar yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 12-si saat 15:00-a olan məlumatına əsasən Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz ,Qəbələ, Zaqatala, Şəki, Qax , İsmayıllı, Altıagac, Quba, Xınalıq, Xaltan, Yevlax, Şabran, Cəfərxan, Göyçay, İmişli, Neftçala, Sabirabad, Şirvan, Mingəçevirdə, Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da və Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.
12-10-2024, 16:55
Livanda öldürülən SEPAH generalının cəsədi tapıldı


Livanda öldürülən SEPAH generalının cəsədi tapıldı

İsrailin Beyrut hücumunda ölən iranlı general Abbas Nilforuşanın cəsədi dağıntılar altından tapılıb.
Bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında bildirib.
Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumunda ölən general Abbas Nilforuşan SEPAH-ın Livandakı müşaviri idi.
Məlumata görə, sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldürülən general Abbas Nilforuşanın cəsədi axtarış qrupları tərəfindən tapılıb.
Nilforuşanın cənazəsinin İrana təhvil vaxtı və dəfn mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.
12-10-2024, 16:40
Oğul atanı döyüb öldürdü - Azərbaycanda dəhşət


Oğul atanı döyüb öldürdü - Azərbaycanda dəhşət

Oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Mingəçevir şəhər prokurorluğunun məlumatına görə, araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
12-10-2024, 15:43
Toya gedən müğənni və prodüseri qəzaya düşdü


Toya gedən müğənni və prodüseri qəzaya düşdü

Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.
Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız (Şəlalə Nicat) idarə etdiyi “KİA” markalı avtomobili yoldan çıxararaq aşırıb.
Nəticədə sürücü və avtomobildə olan prodüser Hüseynov İlkin müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlara bədənin küt travması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.
Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
12-10-2024, 15:17
Bu yolda sürət həddi bərpa edildi


Bu yolda sürət həddi bərpa edildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
12-10-2024, 15:01
Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur - XİN


Azərbaycanın separatçıları azad etmək öhdəliyi yoxdur - XİN

"Separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 12 oktyabr tarixində “Sülh qovşağı: təhlükəsizlik və demokratiyanın vəhdəti” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirlib.
"Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq bütün hərbi əsirləri Ermənistan tərəfinə təhvil verib. Erməni əsilli hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə isə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil.
Sonda bir daha Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasəti səbəbindən düşdüyü vəziyyətdən nəticə çıxarmayan Ermənistan rəhbərliyini heç bir çərçivəyə sığmayan, reallıqları təhrifə edən və nəticə etibarilə beynəlxalq ictimaiyyəti yanıltmağa yönələn açıqlamalardan çəkinməyə çağırırıq", - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Gukasyan, Bako Sahakyan, Arayik Harutyunyan, sabiq "xarici işlər naziri" Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının Baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.
Məhkəmənin qərarına əsasən, onlar barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!