Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
31-10-2024, 11:30
Azərbaycana təkliflər vermişik - Mirzoyan


Azərbaycana təkliflər vermişik - Mirzoyan

Xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Yerevan razılığın əldə oluna biləcəyi bütün sahələrdə Bakı ilə əməkdaşlığı davam etdirəcək.
Azərbaycan Ermənistanın regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı təkliflərini yarı-rəsmi olaraq alqışlayıb.
Bu barədə cümə axşamı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament komissiyalarının birgə iclasında ölkənin 2025-ci il büdcə layihəsinin müzakirəsi zamanı bildirib.
“Biz Azərbaycan tərəfinə təkliflər çatdırmışıq, bu təkliflər yarı-rəsmi müsbət qarşılanıb, burada da müəyyən müsbət ab-havanın formalaşdığını göstərmək üçün deyirəm”, - deyə Mirzoyan bildirib.
Yaxın vaxtlarda İrəvan Azərbaycan tərəfi ilə həm kommunikasiyaların blokdan açılması məsələsində, həm də hazırkı mərhələdə razılığın əldə oluna biləcəyi digər sahələrdə işi davam etdirəcək.
Eyni zamanda, Mirzoyan qeyd edib ki, infrastrukturlar suverenlik çərçivəsində fəaliyyət göstərməli və ərazisində yerləşdiyi ölkənin qanunları əsasında fəaliyyət göstərməlidir.
“Bundan əlavə, hər şey qarşılıqlılıq və bərabərlik prinsipi əsasında aparılmalıdır”.
Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası 2 iyun 2023-cü il tarixində baş tutub.
31-10-2024, 11:20
Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - FOTO


Yeni səfir etimadnaməsini prezidentə təqdim etdi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəyə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirib.
Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələr arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib.
Ölkələrin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.
Səfir Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.
Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələr və xalqlar arasında dostluğun və mədəni əlaqələrin önəminə toxunub.
Diplomat Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını deyib.
Söhbət zamanı iqtisadi əməkdaşlığın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olunub, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirilib.

30-10-2024, 23:52
Lənkəranda torpaq sürüşməsi: evlər üçün təhlükə yarandı - VİDEO


Lənkəranda torpaq sürüşməsi: evlər üçün təhlükə yarandı - VİDEO

Lənkəranda intensiv yağışlar torpaq sürüşməsinə səbəb olub, 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb.
Rayonun Vilvan kəndində sel suları sakinlərin təsərrüfatlarına da xeyli ziyan vurub.
Veravulçayın daşması nəticəsində meyvə bağlarını, parnikləri sel aparıb.
Çaya sel gələndən sonra təqribən 15-20 metr məsafədə torpaq qatı sürüşüb. Bəzi sahələrdə ümumilikdə 100 sota yaxın torpaq tamamilə itirilib.
Ərazidə yaranmış vəziyyətlə bağlı Lənkəran rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib, əraziyə ağır texnikalar cəlb olunub.
Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsinin sağ və sol sahilində 2800 paqonometr uzunluğunda betondan mühafizə divarı tikilib.
Daha ətraflı videomaterialı təqdim edirik:

30-10-2024, 23:40
95 nəfərin ölümünə görə 3 günlük matəm


95 nəfərin ölümünə görə 3 günlük matəm

İspaniyada daşqınlarda ölənlərin sayı 95 nəfərə çatıb.
Bu barədə “Sky News” məlumat yayıb.
Son məlumatlara görə, Valensiyada 92, Kastilya-La-Mança muxtar icmasında 2, Malagada isə 1 nəfər ölüb.
“Hökumət Valensiya və Kastilya-La-Mança muxtar icmasında ölən və itkin düşənlər səbəbindən 31 oktyabr, 1 və 2 noyabr tarixlərində üçgünlük rəsmi matəm elan edib”, - deyə “El Periodico” bildirib.
30-10-2024, 23:09
Hizbullahın yeni lideri atəşkəsə razıdır, ancaq...


Hizbullahın yeni lideri atəşkəsə razıdır, ancaq... yeni lideri atəşkəsə razıdır, ancaq…

Livan Hizbullahının baş katibi Naim Qasım vəzifəyə gəldikdən sonra ilk dəfə xalqa müraciət edib.
O, öldürülən sələfi Həsən Nəsrullahın işini davam etdirəcəyini və İsraildən gələn hərbi təhdidlərə müqavimət göstərəcəyini bildirib.
Qasım, həmçinin Hizbullaha uyğun şərtlərlə atəşkəsə hazır olduğunu bəyan edib.
«İsraillilər təcavüzü dayandırmaq qərarına gəlsələr, biz razılaşa bilərik, lakin uyğun və uyğun hesab etdiyimiz şərtlərlə», — Hizbullahın yeni lideri deyib.
O, Hizbullahın «atəşkəs üçün yalvarmayacağını» vurğulayıb.
Xatırladaq ki, oktyabrın 29-da İsrailin baş naziri Benyamin Netanyahu Livanda atəşkəs planını müzakirə etmək üçün iclas keçirib. Plan BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə İkinci Livan müharibəsinin bitməsindən sonra qəbul edilən 1701 saylı qətnaməsinə əsaslanır. «Reuters» mənbələrə istinadən bildirib ki, Amerika rəsmiləri sülh planının həyata keçirilməsinə qədər 60 günlük atəşkəs barədə danışıqlar aparmağı təklif edirlər.
30-10-2024, 22:55
Çəkmək istədiyin tablonu xatırladım...


Çəkmək istədiyin tablonu xatırladım...

(Bahar ol, payız ol, nə olursan ol, ildə bircə dəfə sən də qayıt gəl,- deyir ata-anan!)

İllərlə gözənilən müharibə başladı. Hələ Rauf Polad Həşimov şəhid olan gündən hərbi komissarlığa gedib könüllü döyüşə yazılmışdı. Evdə heç kimin xəbəri yox idi. Artıq Qubadlı və bir çox rayonlarımız alınmışdı. Rauf hər evlərinə zəng edəndə hər şey yaxşıdır ata,- deyirdi...
Nədənsə payız da çox sərt gəlmişdi. Anası ürəyində dönə-dönə Allaha yalvarırdı. Nə olar sərt olma payız, axı səngərdə balam yatır (əsgərlərimiz yatır) pıçıldayırdı. Rauf axırıncı dəfə Məhərrəm müəllimə zəng edəndə onun kəşfiyyat komandiri qoyulmağını demişdi, ata fərəhlənirdi igid balasının şücaətinə...
Hər gün cəbhədən qələbə sorağı gəlsə də itkilər də var idi...23.10.2020-ata dönə-dönə zəng etsə də Raufun telefonuna zəng çatmırdı. Böyük nigarançılıq çökmüşdü ailəyə. Hər gələn zəngə həyəcanla cavab verirdilər...
Tam 5-gün idi ki, Raufdan heç bir səs-soraq yox idi. Bir az səninlə söhbət etmək istəyirəm Rauf niyə getdin, nədən getdin cəbhəyə? Yurd həsrəti səni buna məcbur etdi? Axı sənin görüşdüyün, sevdiyin insan da var idi.. Atan, anan, bacın doğmaların... Bir də sənin rənglər dünyan var idi. Sizin ailəyə ara-sıra baş çəkirəm Rauf. Bilirsən ailəniz mənə necə doğma olub?! Lap yaxın qohum kimi. Sizə gələndə həmişə evinizdə bir qəribə sükut hiss edirəm. Sənin yoxluğun evinizin istiliyini, sevincini aparıb. Ailə üzvləriniz sanki bir ruh kimi gəzib dolaşırlar. Sən istəməzdin belə olsun Rauf. Hər sizə gələndə sənin rəsm muzeyinə baş çəkmək istəyirəm. Fikrim sənin rəsmlərində qalır. Sənin rənglər dünyanda bir başqa dünyan yatır. Sənin bir başqa dünyan var. Rənglər dünyası, bu rənglər dünyasında "Gözlərimi gözləyənin gözlərini gözlərimlə gözləyəcəm" (Raufun öz fikirləridi) gözlərini, dünyasında dediyin o pünhan sevgini axtarıram. Atana demişdin qələbə çalaq Şuşada Cıdır düzünün böyük bir tablosunu yaradacam.
P.S. Bu yay Şuşada oldum. Qarış-qarış gəzdiyimiz yerlərdən daha çox can atdığım Cıdır düzü idi. Cıdır düzü başdan-başa çəmən gülləri ilə döşənmişdi. Nədənsə məni orda sıxıntı tutmuşdu. Bəlkə də o düzlərdə gəzən şəhidlərin ruhları idi. Sıldırım, sal qayalar, çəməndə xəfif mehdən yellənən güllər...
Səni xatırladım Rauf. Sənin arzunu, çəkmək istədiyin tablonu. Xınalı qayalarda əllərimi toxundurdum qayalara sənin rənglərin, rəng çalarların canlandı xəyalımda. Düzdü məndə heç bir rəssamlıq istedadı yoxdur. Çox heyf Rauf, yarımçıq qalan arzularından səmada quşlar uçuşur, hər şey xəyal kimi uçub gedir. Təəssüf edirəm, yarımçıq qalan ömrünə, arzularına, yarımçıq qalan rənglər dünyana, yarımçıq qalan tablona...
Tam əlaqələr kəsilib...29.10.2020 səhər tezdəndən Məhərrəm müəllimə gələn zəng. Xahiş edirik komissarlığa gəlin! Rauf şəhid olub...Laçın dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldun...
Ən axırıncı zəngini sevdiyi qıza edib... (Belə deyirlər)Vidalaşıb sevgisini, istəyini, məhəbbətini tutduğu sözünü pıçıltıyla söyləyib. Son sözü- axı mənim çox arzularım vardı... Ara kəsilir.. Hayqıran bir səs ucalır Raufff.. Hərdən fikirləşirəm bəlkə də biz o insanla küçədə rastlaşırıq. Qəlbi Rauf həsrətlisi olan biridir, hər oktyabr ayı gələndə onun soyuq, sazaq yağışlı, yağmurlu günləri başlayır...(Bu aralar Rauf şəhərimizə tez-tez yağışlar yağır. Bu yağışlar mənə təbiət hadisəsindən daha çox Şəhid Analarının göz yaşını xatırladır). Matəmli günləri...
Bəlkədə heç rast gəlməmişik o insanla. Rauf, sənin bu dünyada bir insanın qəlbində sevgin məzara dönüb. Zərnigar xanımdan sevdiyin qızı axtarıb tapmağını xahiş etdim. Gözləri doldu. Rauf yoxsa, neynirəm, söylədi...
Rəsmlərində boynu bükük bir tablo yaratmısan sanki üz çevirib getmək istəyən birisi.. Bəlkə də öz taleyini ağ kətana hopdurmusan heç özündə bilmədən...

Cəmilə BABAYEVA
30-10-2024, 22:26
İspaniyada xəsarət alanlar arasında azərbaycanlı yoxdur


İspaniyada xəsarət alanlar arasında azərbaycanlı yoxdur[/size]

Hazırda olan məlumata əsasən, İspaniyadakı daşqınlar nəticəsində xəsarət alanlar arasında azərbaycanlı yoxdur.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə APA-ya bildirib.
O qeyd edib ki, oradakı səfirliyimizə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, İspaniyanın şərqindəki Valensiya bölgəsində çərşənbə axşamından başlayan leysan yağışları daşqınlara səbəb olub.
Təbii fəlakət nəticəsində avtomobillərə, qatar relslərinə, evlərə və binalara ziyan dəyib.
Daşqınlar nəticəsində azı 72 nəfər həlak olub.
30-10-2024, 18:04
Milli Qəhrəmanımızın atası vəfat etdi


Milli Qəhrəmanımızın atası vəfat etdi

Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun atası Məhyəddin Çobanov vəfat edib.
Mərhum Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, Şamoy Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olub.
O, 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Çobanov Şamoy Məhyəddin oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

30-10-2024, 18:00
Tramp milli sorğularda Harrisə çatdı


Tramp milli sorğularda Harrisə çatdı

ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd Kamala Harris milli reytinqlərdə rəqibi Donald Trampı qabaqlamağa davam etsə də, aralarındakı fərq minimum həddə çatıb.
Bu barədə “Reuters” məlumat yayıb.
Sorğunun dərc edilmiş nəticələrinə görə, Harrisin milli reytinqi 44 faiz, Trampınki 43 faizdir. İki həftə əvvəl fərq daha da böyük idi, demokrat namizəd 3 faiz öndə idi.
ABŞ vitse-prezidenti iyul ayından bəri hər sorğuda Trampı qabaqlayır və Harrisin liderliyi sentyabrın sonundan bəri durmadan azalır.
Əvvəlki sorğularda olduğu kimi, iqtisadiyyat (47-yə qarşı 37 faiz) və immiqrasiya (48-ə qarşı 33 faiz) məsələsində seçicilər keçmiş prezidentə üstünlük veriblər.
Əvəzində Harris siyasi ekstremizmdən daha çox xəbərdar hesab olunur (40 faizə qarşı 38 faiz), lakin burada yenə də onun liderliyi keçən həftə yeddi baldan iki bala qədər azalıb.
“Milli sorğular ABŞ seçicilərinin fikirləri ilə bağlı mühüm siqnallar verir, lakin seçkilərin qalibi hər bir ştatda səsvermənin nəticələrinə görə müəyyənləşəcək”, - Reuters xatırladıb.
30-10-2024, 17:45
Liderlər Macarıstanda toplaşır: Azərbaycan və Ermənistan da dəvət edilib


Liderlər Macarıstanda toplaşır: Azərbaycan və Ermənistan da dəvət edilib

Noyabrın 7-də Avropa Siyasi Birliyinin V Sammiti keçiriləcək.
Görüş Macarıstanın paytaxtı Budapeşt şəhərində baş tutacaq.
Sammitə Avropa İttifaqının (Aİ) üzvləri, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan daxil olmaqla 50-yə yaxın ölkənin liderləri dəvət edilib.
Macarıstanın Baş naziri Şarl Mişel və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin imzaladığı dəvət məktubunda deyilir ki, görüşdə Ukraynadakı vəziyyət, Avropada yaranan təhlükəsizlik çağırışları, miqrasiya və iqtisadi təhlükəsizlik mövzuları müzakirə ediləcək.
Miqrasiya üzrə sessiyada miqrasiyanın bütün aspektləri əhatə ediləcək, iqtisadi təhlükəsizlik üzrə sessiyada isə enerji, nəqliyyat, İT və qlobal ticarət baxımından əlaqə müzakirə olunacaq. İclas çərçivəsində ikitərəfli və ya çoxtərəfli görüşlər üçün geniş imkanlar yaradılacaq.
Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə iştirak edəcəyini təsdiqləyib. Azərbaycan Prezidenti İlham Əliyevin də Sammitdə iştirak edəcəyi gözlənilir. İkitərəfli görüşün keçirilib-keçirilməyəcəyi məlum deyil.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin əsasları 2022-ci il Avropa Günündə qoyulub. Birliyin bundan əvvəki iclasları Çexiya, Moldova, İspaniya və Britaniyada keçirilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!