Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
9-10-2024, 16:50
Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı


Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı

“MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.
Şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.
Belə ki, “MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

- Koroğlu Rəhimov küçəsi 65;

- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

- Bakı şəhəri, Salyan şosesi 13 km;

- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.

Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini “SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.
Əvvəllər “MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. “MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:

- Xırdalan şəhəri;

- Sabunçu rayonu, Zabrat qəsəbəsi;

- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;

- Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;

- İsmayıllı rayonu, Nizami Gəncəvi;

- Siyəzən rayonu, Bakı-Quba yolu.

Xatırladaq ki, “MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsalı, "MS Kabel" kabel istehsalı, "MS Asfalt" asfalt istehsalı, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisələrinə, eləcə də “MS Laminat” şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. “MSDIS Holding” bir müddət əvvəl nizamnamə kapitalını kəskin azaldaraq 2 572 000 manatdan 500 manata endirib.
“MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
9-10-2024, 16:46
Ali Məhkəmənin yeni təyin olunmuş hakimləri and içdilər


Ali Məhkəmənin yeni təyin olunmuş hakimləri and içdilər

Oktyabrın 9-da Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Ali Məhkəmədən verilən məlumata görə, iclasda əvvəlcə Ali Məhkəməyə təyin olunmuş yeni hakimlərdən İlqar Cəfərov, Sərvər Vəliyev və Şirvan Apellyasiya Məhkəməsinə təyin edilmiş Qasım Əliyev ilk dəfə hakimlik fəaliyyətinə başladıqlarına görə andiçmə üçün kürsüyə dəvət olunublar. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Sonra Plenumda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklərin edilməsi barədə layihəyə baxılıb.
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli Qərarına əlavə və dəyişikliklərin edilməsi barədə qərar qəbul edilib.
Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri yenidən təşkil edilib.
Daha sonra “Azərbaycan Respublikası Ali Məhkəməsi Bülleteninin Redaksiya Heyətinin tərkibi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.
İclasda həmçinin konkret işlərə baxılıb.
9-10-2024, 16:36
İki ölkə arasında əməkdaşlıq daha da güclənəcək


İki ölkə arasında əməkdaşlıq daha da güclənəcək

Azərbaycanın Rusiya ilə əlaqələri çoxəsrlik tarixə malikdir və bu gün də bu münasibətlər dinamik inkişafdadır. Azərbaycan Prezidentinin Rusiyaya, Rusiya Federasiyasının Prezidentinin isə ölkəmizə səfəri həmişə diqqət mərkəzində olub. Hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan dünya və region ölkələri ilə əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirir və balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirir. Bölgədə sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünya ölkələri arasında böyük etimad qazanıb. Dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu və uğurlu xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Dövltimizin başçısının Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı və çıxışı böyük maraqla izlənildi.
Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri iki ölkə arasında münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərin ardıcıl inkişafına təkan verəcək: “ Dövlətimizin başçısı tədbir iştirakçılarına Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilildiyi barədə məlumat verdi. Qeyd etdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb. Məlum olduğu kimi, Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Bununla yanaşı, III MDB Oyunlarının növbəti il Azərbaycanda keçiriləcəyi barədə məlumat verildi. Bu yarışlarla əlaqədar Azərbaycan qədinm şəhərlərindən biri olan Gəncə idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bundan başqa, Bir aydan sonra Bakının ən böyük beynəlxalq tədbirə - COP29 iqlim konfransına evsahibliyi edəcəyi də diqqətə çatdırıldı. Sevindirici haldır ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edib. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirilir.
Ç.Qənizadə Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İkinci Dünya müharibəsində qələbənin əldə olunmasında sanballı töhfə verdiyi barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib: “Prezident dei ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşalar”, “Yak-3” qırıcıları istehsal edilirdi. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar”.
Hüquq müdafiəşisi dövlət başçımızın həmin gün Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibədən bəzi məqamları da diqqətə çatdırıb. Qeyd olunub ki, Amerikanın Azərbaycana qarşı sanksiyalarının ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur. Sanksiyalar qeyri-qanuni və tamamilə əsassız, habelə selektiv şəkildə tətbiq edilir. Biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq. Beynəlxalq ictimaiyyət məsələ ilə bağlı öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik.
9-10-2024, 16:35
Bayden getmədi, mühüm görüş təxirə salındı


Bayden getmədi, mühüm görüş təxirə salındı

Ukraynanın müttəfiqlərinin Almaniyadakı Ramşteyn aviabazasında oktyabrın 12-də baş tutmalı olan görüş ləğv edilib.
Bu barədə Almaniyanın “Spiegel” nəşri yazıb.
Bildirilir ki, ABŞ prezidenti Co Bayden görüşdə iştirak etmədiyi üçün belə bir qərar qəbul edilib.
Bayden ABŞ-ın Florida ştatının sahillərinə yaxınlaşan Milton qasırğası səbəbindən Almaniyaya səfərini təxirə salmaq məcburiyyətində qalıb. O, Almaniyaya səfəri zamanı Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Starmer və Ukrayna prezidenti Vladimir Zelenski ilə Ukraynaya dəstək məsələsini müzakirə etməyi planlaşdırırdı.
9-10-2024, 15:59
İran deputatlarından nüvə silahı ilə bağlı müraciət


İran deputatlarından nüvə silahı ilə bağlı müraciət

İran parlamentinin 39 deputatı ölkənin Milli Təhlükəsizlik Şurasına müraciət edib.
Parlamentarilər ölkənin müdafiə doktrinasına yenidən baxılmasını istəyiblər.
Onlar İsraildən gələn təhlükəni nəzərə alaraq, İranın nüvə silahı istehsal etməsinə icazə verməyi xahiş ediblər.
Deputatlar nüvə silahının hazırlanması və istifadəsinə qoyulan qadağanı nəzərdən keçirməyə çağırıblar.
9-10-2024, 15:53
Avropa Birliyində mübahisə: fon der Leyen Orbanı tənqid etdi - Səbəb


Avropa Birliyində mübahisə: fon der Leyen Orbanı tənqid etdi - Səbəb

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanla debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edib.
Ursula fon der Leyen deyib ki, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsi vacibdir.
Avropa Parlamentində çıxış edən Macarıstanın baş naziri Orban Budapeştin sülh səylərinin tənqidi ilə razılaşmayıb.
Fon der Leyen Ukraynanı dəstəkləmək zərurətindən danışaraq, Macarıstanın Avropa Parlamenti Şurasındakı sədrliyini tənqid edib.
“Ukrayna və Avropada ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - deyə fon der Leyen bildirib.
Onun fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər.
Öz növbəsində, Orban Avropa Birliyinin Kiyevə dəstək planının dalana dirəndiyini bildirib və kursu dəyişməyə çağırıb.
9-10-2024, 15:43
Vidadi Mustafayev:  İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır


Vidadi Mustafayev yazır:

İRAN-DƏHLİZ: İranda islahatçı, mühafizəkar - hamısı bir bezin qırağıdır

Bəlkə İranda tanınan, islahatçı, panfarsist “Mehestan” (əyanlar, lordlar, ən böyüklər…) partiyası növbəti dəfə bəyanat yayaraq, İran dövlətini – XİN-i, Sərhəd Qoşunlarını, xüsusən İran ordusunu (Silahlı qüvvələr, Ordu, Sepah və Daxili qoşunlardan ibarətdir) Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır.
Partiya bəyanatında kimlərisə arxasınca aparmağı hədəfləyən bir siyasi qurum olduğunu unudaraq, Azərbaycana qarşı daşnakların, onların Qərb havadarlarının ən bəsit iftiralarını (2020-ci ildən etnik təmizləmə, köçüb gedənlərin evləri və əmlaklarının qəsb edilməsi və s.) təkrar etməkdən həya etmir. Partiya öz bəyanatında “Turan” dəhlizinin yaratdığı qorxudan digərlərinin görə bilmədiyi “uzaqvədəli” təhlükələri dilə gətirir. Partiya anti Azərbaycan və ermənipərəst təbliğatını genişləndirərək Qərbi Azərbaycan diskursunun Ermənistan və İran üçün “təhlükələri”ndən ağzı köpüklənə-köpüklənə danışır.
Partiya heç bir etika gözləmədən, utanıb-çəkinmədən “Turan” dəhlizinin guya İranın Qərb dünyası ilə əlaqəsini kəsəcəyini, həmin dəhlizdən Mərkəzi Asiya dövlətləri, Azərbaycan, Çin, Rusiya və Türkiyənin istifadə edəcəyini qeyd edərək İran dövlətini Azərbaycana münasibətdə sərt siyasət yeridərək onların da maraqlarına qarşı çıxmağa çağırır.
Partiya İran dövlətindən Azərbaycana qarşı hələ indiyə kimi heç kimin ağına gəlməyən böhran yaradılmasının ssenarisini də irəli sürür.
Ermənistanda və Qərbdə Qarabağdan könüllü şəkildə, rahatlıqla köçmüş ermənilərin qaytarılmasından Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyi halda, özünü həm də paniranist elan edən partiya yalnız ağılsız, prinsipsiz və mənəviyyatsız adamların ağlına gələ bilən ideya da irəli sürür.
Partiya ermənilərin “Artsax”a qaytarılması ilə kifayətlənməyərək, İran dövlətini 1988-ci il əhalinin siyahiya alınması əsasında burada “Öz müqəddəratını təyin etmə”yə dair referendum keçirilməsini dəstəkləməyə çağırır.
Paniranist/panfarsist ideoloqların, siyasətçilərin Azərbaycana, bəli-bəli təkcə Azərbaycan Respublikasına deyil, bütün Azərbaycana nifrətinin həddi-hüdudu yoxdur.
Onların əsas siyasəti Cənubi Azərbaycanlıları hərtərəfli təzyiq altında saxlamaq üçün Azərbaycan Respublikasına qarşı mümkün qədər geniş problemlər yaratmağa xidmət edir.
Daim geriyə, keçmişə baxmağa alışmış sözdə islahatçı, demokrat, ziyalılar unudurlar ki, onların gələcək günləri çoxdan keçmişdir.
08.10.2024
9-10-2024, 14:41
Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır


Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

“Cəbrayıl məktəbində çalışan 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır”.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Cəbrayıl şəhər akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dərs günü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda işğaldan əvvəl 993 məktəb fəaliyyət göstərib. İşğal dövründə isə onların biri də yararlı vəziyyətdə deyildi. Bizim Şanlı ordumuz 44 günlük Vətən müharibəsində bu torpaqları azad etdi. Bu günləri onlara borcluyuq. 44 günlük müharibədə iştirak edənlər arasında 760 təhsil işçisi var idi. Müharibə dövründə 10 şagirdimiz şəhid də olub:
"İstənilən ölkənin inkişafı onun təhsilli gənclərindən asılıdır. Ölkəmiz təhsilin inkişafına çox önəm verir. Bunun bariz nümunəsi Qarabağa tədrisin, təhsilin qayıtmasıdır. Cəbrayılda belə bir məktəbin açılışı həm tarixi, həm də ictimai-siyasi hadisədir".
Nazir müavini əlavə edib ki, məktəbin böyük bir tarixi var. İki ildən sonra 150 illiyi tamam olacaq Cəbrayıl şəhər tam orta məktəbin akademik Mehdi Mehdizadənin adını daşıması da təsadüfi deyil:
"Bu onu göstərir ki, məktəbin xüsusi statusu var. Mehdi Mehdizadə təhsilşünaslıq elmi üzrə ilk akademikimizdir".
O əlavə edib ki, burada fəaliyyət göstərən 23 nəfər pedaqoji heyətin hamısının cəbrayıllı olması sevindirici haldır.
"Biz əminik ki, iki il sonra məktəbin 150 illiyi keçiriləndə burada minə yaxın şagird təhsil olacaq və onlar ölkəmizin gələcək inkişafında fəal iştirak edəcəklər".
9-10-2024, 14:33
İlham Əliyev britaniyalı naziri qəbul etdi


İlham Əliyev britaniyalı naziri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının beynəlxalq enerji və iqlim üzrə naziri Keri Makkartini qəbul edib.
COP29-un əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun keçirilməsi ilə bağlı Azərbaycanın bir ildən də az vaxtı olmasına baxmayaraq, Azərbaycanda bu tədbirlə əlaqədar yüksək səviyyədə hazırlıq işlərinin getdiyini bildirdi.
Azərbaycanın ölkələr və beynəlxalq aləmin qlobal iştirakçıları arasında körpü qurulması işində fəal rol oynadığını deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz uzun illərdir beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirir və Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bütün bunlar da COP29-un təşkili üçün yaxşı əsas yaradır.Söhbət zamanı Azərbaycanın və Böyük Britaniyanın COP komandaları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu, Britaniya hökumətinin gündəliyində iqlim dəyişməsinin prioritet məsələ olduğu bildirildi.
Görüşdə bərpaolunan enerji sahəsində iki ölkə arasında əməkdaşlığın perspektivləri, həmçinin Azərbaycanın COP-un gündəliyində duran prioritetləri və təşəbbüsləri müzakirə olundu.
Dövlət başçısı Azərbaycanın bərpaolunan enerji istiqamətində həyata keçirdiyi tədbirlərə toxundu. Ölkəmizin bərpaolunan enerji potensialının artması, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkiləcək kabel xətti üzrə dördtərəfli layihə, həmçinin Mərkəzi Asiya ilə Azərbaycanı birləşdirən bərpaolunan enerji layihəsi barədə fikir mübadiləsi aparıldı.
Söhbət zamanı COP29-un gündəliyinin müəyyən edilməsi baxımından Bakıda keçirilən COP-öncəsi tədbirin əhəmiyyətinə toxunuldu.
9-10-2024, 14:26
Prezident BMT Baş katibinin birinci müavinini qəbul edib


Prezident BMT Baş katibinin birinci müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da BMT Baş katibin birinci müavini Amina Mohammedi qəbul edib.
Məlumatı Prezidentin Məlumat Xidməti yayıb.
Amina Mohammed BMT Baş katibinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı COP çərçivəsində BMT Baş katibini Azərbaycanda məmnuniyyətlə gözlədiyini dedi.
Qonaq ölkəmizdə COP29-un təşkil olunması işində Azərbaycan Prezidentinin rəhbərliyini yüksək qiymətləndirdi. O, BMT-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında COP gündəliyinin irəli aparılması üzrə əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, Azərbaycan nümayəndə heyəti ilə yaxşı əməkdaşlığın və əlaqələrin olduğunu vurğuladı.
Amina Mohammed Gələcəyin Paktı sənədinə Azərbaycanın da qoşulmasını və onu dəstəkləməsini yüksək qiymətləndirdi. O, iqlim dəyişikliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında birbaşa əlaqənin olduğunu bildirərək, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri vurğuladı.
BMT Baş katibinin birinci müavini Azərbaycanın sədrlik etdiyi COP-da əsas mövzunun maliyyə məsələsi olacağına toxunaraq, yeni kəmiyyət maliyyə hədəfi ilə əlaqədar beynəlxalq ictimaiyyət tərəfindən qarşıya yeni məqsədlərin qoyulacağına və onun müəyyənləşdirləcəyinə ümidvarlığını ifadə etdi.
Dövlətimizin başçısı COP-a hazırlıq prosesində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) və Təşkilatın digər strukturları ilə əməkdaşlıqdan məmnunluğunu bildirdi.
Azərbaycan dövlətinin uzun illər beynəlxalq aləmdə fəal rolunu, həmçinin dünyanın qlobal iştirakçıları arasında bir körpü olduğunu məmnunluqla vurğulayan Prezident İlham Əliyev COP29-un uğurla keçəcəyinə ümidvarlığını ifadə etdi. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı ilə fəal əməkdaşlıq həyata keçirdiyini, bir sıra Avropa ölkələri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalandığını vurğulayaraq, bildirdi ki, bütün bunlar Azərbaycanda COP29-un uğurla keçiriləcəyinə yaxşı əsas yaradır. Prezident İlham Əliyev ölkəmizin COP29-da konsensusun əldə olunması üçün səylər göstərdiyini bildirdi. Dövlətimizin başçısı “troyka” formatına toxunaraq, Azərbaycanın COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri və COP30-a ev sahibliyi edəcək Braziliya ilə fəal işlər apardığını dedi.
Görüşdə COP29-un təşkili və ölkəmizin bu mötəbər tədbirə sədrliyi ilə əlaqədar fikir mübadiləsi aparıldı. Bakıda COP-öncəsi keçirilən tədbirin önəmi qeyd edilərək, burada aparılan müzakirələrin COP29-un gündəliyinin müəyyən olunması baxımından vacibliyi vurğulandı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!