COP29-un bağlanış mərasimi keçirilir .....                        "Fənərbağça"dan inamlı qələbə .....                        Hazırda təklif olunan razılaşma yaxşı deyil .....                        Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu .....                        ABŞ-ın yeni maliyyə nazirinin də adı məlum oldu .....                        İstanbulda fırtına yaşandı .....                        Tramp Rusiya-Ukrayna münaqişəsi üzrə xüsusi elçisinin adını açıqladı .....                        Bakıda jurnalisti maşın vurdu .....                        70 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - AÇIQLANDI .....                       
5-10-2024, 23:49
Ukraynada Rusiyanın unikal dronu vuruldu


Ukraynada Rusiyanın unikal dronu vuruldu

Rusiyanın eksperimental "S-70 Oxotnik" pilotsuz uçuş aparatı (PUA) Ukraynada vurulub.
Dron Donetsk vilayəti üzərində səmada zərərsizləşdirilib.
Sosial şəbəkələrdə vurulan PUA-nın fotoları yayılıb.
Dron Rusiyanın "Suxoi" Korporasiyası tərəfindən hazırlanır. S-70-in dəqiq xüsusiyyətləri məlum deyil. Ehtimallara görə, dron Su-57 və Su-35 qırıcıları ilə birlikdə uça bilən unikal cihaz ola bilər.
5-10-2024, 23:27
Hacıqabulda bir ailənin 3 üzvü yaralandı


Hacıqabulda bir ailənin 3 üzvü yaralandı

Hacıqabulda yol qəzası zamanı bir ailənin üç üzvü xəsarət alıb.
Hadisə Hacıqabul şəhərində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində şəhərin İ.Qayıbov küçəsində yaşayan bir ailənin üç üzvü - 1965-ci il təvəllüdlü Əhədova Qızılgül Şəmsəddin qızı, onun nəvəsi, 2016-cı il təvəllüdlü Əhədova Qızılgül Ərşad qızı və 1986-cı il təvəllüdlü Əhədova Xəyalə Azad qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
5-10-2024, 23:15
Netanyahudan Makrona: "Ayıb olsun!"


Netanyahudan Makrona: "Ayıb olsun!"

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun İsrailə silah tədarükünü dayandırmağa çağıran açıqlamasına sərt cavab verib.
Netanyahu bu barədə sosial media hesabında yazıb.
“Biz İranın başçılıq etdiyi qüvvələrə qarşı mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!”, - Netanyahu bildirib.
5-10-2024, 22:23
XİN bəyanat yaydı


XİN bəyanat yaydı

Üzv dövlətlər arasında mədəni-humanitar əməkdaşlıq sahəsində mandata malik olan Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur. Bu barədə XİN məlumat yayıb.
Fransa Azərbaycanın üzv olmadığı bu təşkilatda onun suverenliyi və ərazi bütövlüyünü hədəf alan müddəaları təşkilatın sammitinin qətnaməsinə daxil etmək üçün sədrlik statusunu kobud şəkildə istismar etmiş, çoxtərəfli diplomatik formatlarda sənədlərin hazırlanması ilə bağlı ümumi qəbul edilmiş praktikanı və elementar çoxtərəfli danışıq qaydalarını açıq şəkildə pozaraq, bir neçə üzv dövlətin məlum müddəalarla bağlı təkliflərini müzakirə etməyə belə imkan verməyib.
Nəticə etibarilə, Ermənistan tərəfinin guya BFT Sammitində qəbul olunduğunu iddia etdiyi müddəalar əslində təşkilatda konsensus qazanmayıb, bəzi müddəalara etiraz olaraq sənədə qeyd-şərt əlavə edilib.
Beləliklə, hətta Azərbaycanın üzv olmadığı bir platformada belə Ermənistanın özünün saxta hekayələrini beynəlxalq ictimaiyyətə qəbul etdirmək cəhdləri Fransanın açıq dəstəyinə baxmayaraq iflasa uğrayıb.
Qərar qəbuletmə qaydalarının açıq-aşkar pozulması yolu ilə əslində mədəni-humanitar məsələlərin müzakirəsi üçün nəzərdə tutulmuş bir təşkilatın sənədinə konsensus əldə edilmədən salınmış, Ermənistan tərəfinin “diplomatik qələbə” kimi təqdim etməyə çalışdığı sözügedən müddəaların heç bir siyasi və hüquqi dəyəri yoxdur.
BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi dəyərləndirilməlidir.
Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən, beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə təşəkkürünü bildirir.
Azərbaycan tərəfi Ermənistanı bu kimi pozucu addımlardan əl çəkməyə, normallaşma prosesinin məntiqi sonluğa çatdırılması yolunda qalan əngəlləri, ilk növbədə bu ölkənin konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən müddəaları dəyişmək istiqamətində siyasi iradə və məsuliyyət nümayiş etdirməyə çağırır.
Ermənistan tərəfi ya bu yolla normallaşma prosesini yekunlaşdırmaq ya da bütün müstəvilərdə qarşıdurmanı davam etdirmək arasında seçim etməlidir. Azərbaycan tərəfi özünün irəli sürdüyü və siyasi müdriklik və məsuliyyət hissi ilə ardıcıl şəkildə irəlilətdiyi normallaşma prosesinə sadiqdir.
5-10-2024, 21:37
Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək


Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək

Prezident İlham Əliyev tərəfindən Cəbrayıl rayonunda təməli qoyulan “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikində ilkin mərhələ üzrə 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək.
“Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov bildirib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabrikindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada ildə 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək. Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
İstehsal prosesində müasir avadanlıqlardan istifadə olunacaq. Məhsulun keyfiyyətinin daim nəzarətdə saxlanılması məqsədilə müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərəcək.
Layihə üzrə ilkin mərhələdə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub. Sonrakı mərhələdə yumurta istehsalının artırılması, broyler quşlarının yetişdirilməsi, kəsimi və emalı nəzərdə tutulub ki, bu da əlavə olaraq 400 daimi iş yerinin yaradılmasına imkan verəcək.
5-10-2024, 21:20
İsrail Hizbullahın mövqelərini bombaladı


İsrail Hizbullahın mövqelərini bombaladı

İsrail Hərbi Hava Qüvvələri Beyrut ərazisində Hizbullahın hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Hücumun hədəfində Hizbullahın infrastrukturu və komandanlıq mərkəzləri olub.
Açıqlamada Hizbullahın Beyrutun tam mərkəzindəki yaşayış binalarının altına qəsdən silah yerləşdirdiyi qeyd olunub . Hücuma başlamazdan əvvəl hərbçilər mülki şəxslərə əvvəlcədən xəbərdarlıq edilib.
5-10-2024, 20:54
Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır


Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistanın hərbiləşdirilməsinə bəraət qazandırması və Azərbaycandan iddia olunan təhdidlər barədə söylədiyi fikirləri şərh edib. Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını davam etdirən Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır.
Maraqlıdır ki, indi də Ermənistan XİN-in mətbuat katibi Ermənistan Konstitusiya Məhkəməsinin Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyətini tənzimləyən reqlamentin Ermənistan konstitusiyasına uyğunluğu barədə bu yaxınlarda qəbul etdiyi qərara onların konstitusiyasında “qonşularına qarşı ərazi iddialarının mövcud olmadığının” “təsdiqi” kimi istinad edir.
Bu iddiaya dair faktları yoxlayarkən, Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.
Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır.
Almatı Bəyannaməsi məsələsinə gəlincə, məlumdur ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz.
Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi.”
Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt “Dağlıq Qarabağı” Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli Konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.
Beləliklə, həmçinin Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.
Həmçinin, Almatı bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb.
Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.
Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur.
Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır.
Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir.
5-10-2024, 19:50
Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir


Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Faro di Rome" və "Eurasiaticanews" üçün yazıçı və tarixçi Karlo Marinoya eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, proses Azərbaycanın Ermənistanla davamlı, təhlükəsiz və dönməz sülhə nail olmaq üçün güclü öhdəliyini bir daha təsdiq etməyə hesablanıb:
"Bu məqsədə çatmaq üçün bizim müqəddəs borcumuzdur ki, gələcək sülh sazişi ərazi iddialarına, təcavüzə və ya hərbi münaqişəyə qayıdışını hətta nəzəri cəhətdən də tamamilə qeyri-mümkün etsin. Azərbaycan bu vəbadan kifayət qədər əziyyət çəkib və gələcəkdə bu ssenarinin təkrarlanmasının qarşısını almaq istəyir. Bunun üçün Ermənistan Azərbaycanın suveren ərazisinin bir hissəsi ilə bağlı hazırkı Konstitusiyasında əksini tapmış aşkar ərazi iddialarını təcili həll etməlidir. Sülh yolunda bu əsas maneənin aktuallığını inkar etməklə və nəyin bahasına olursa-olsun, zəif tərtib olunmuş mətni imzalamaq üçün sadə və praktiki olmayan yollar seçməklə Ermənistan, görünür, qonaq otağındakı filə məhəl qoymur və ölkələrimiz arasında onilliklər boyu davam edən rəqabətin və qarşıdurmanın əsas səbəbini xalçanın altına süpürməyə çalışır. Beləliklə, bu gün top Ermənistanın meydanındadır və ümid edirik ki, münasibətlərimizin faciəli səhifəsini çevirmək üçün tarixi fürsət əldən verilməyəcək".
5-10-2024, 17:24
HƏMAS-ın iki komandiri öldürüldü


HƏMAS-ın iki komandiri öldürüldü

İsrail Müdafiə Qüvvələri (IDF) və Ümumi Təhlükəsizlik Xidmətinin (ŞABAK) Livanda keçirdiyi birgə əməliyyat zamanı HƏMAS-ın əməliyyat bölməsinin komandiri Məhəmməd Hüseyn Əli əl-Mahmud öldürülüb.
O, İudeya və Samariya bölgəsində terror aktlarına rəhbərlik edib.
“Əl-Mahmud son illərdə İsrailin xaricdəki obyektlərinə hücumlarda, eləcə də Livanda HƏMAS-ın strukturunun gücləndirilməsi fəaliyyətində iştirak edib və İsrailə raket hücumları üçün silah tədarükü ilə məşğul olub”, - məlumatda qeyd olunub.
Tripoli ərazisində həyata keçirilən daha bir birgə əməliyyat zamanı HƏMAS-ın hərbi qanadının nümayəndəsi Səid Alaa Naif Əli öldürülüb.
Məlumatda onun İsrail obyektlərinə hücumlara rəhbərlik etdiyi və HƏMAS sıralarına döyüşçülər cəlb etdiyi bildirilib.
5-10-2024, 16:48
İranda terrorun qarşısı alındı


İranda terrorun qarşısı alındı

İranın şimalında yerləşən Növşəhr şəhərində terror aktının qarşısı alınıb.
Bu barədə şəhərin polis rəisi, polkovnik Əli Əkbər Dərvişi bildirib.
Qeyd olunub ki, terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!