Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
2-10-2024, 21:14
İrəvanda Paşinyanın əleyhinə mitinq keçirilir


İrəvanda Paşinyanın əleyhinə mitinq keçirilir

İrəvanın Respublika meydanında Ermənistan Baş nazir Nikol Paşinyanın əleyhinə mitinq keçirilir.
Mitinqə qiyamçı keşiş Baqrat Qalstanyan rəhbərlik edir.
Onun liderlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının tərəfdarları Paşinyanın əleyhinə şüarlar səsləndiriblər.
Qalstanyan bir müddət əvvəl Ermənistan vətəndaşlarını İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb.
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

2-10-2024, 20:57
Rəsmi Bakı İrəvana cavab verdi


Rəsmi Bakı İrəvana cavab verdi

Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Varşava Forumunda Azərbaycana qarşı həqiqətə uyğun olmayan fikirlər səsləndirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə "X"dəki paylaşımında qeyd edib.
A.Hacızadə eyni zamanda vurğulayıb ki, Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib.
"Ermənistan XİN rəhbəri forum çərçivəsində çıxışı zamanı dezinformasiya və manipulyasiya aparmaqla məşğul olub", - o əlavə edib.
2-10-2024, 20:27
Qərbin yardımı Ermənistanda sabitliyi pozur


Qərbin yardımı Ermənistanda sabitliyi pozur

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması bu ölkədə Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər”, - o qeyd edib.
2-10-2024, 19:30
İran XİN-in yeni sözçüsü


İran XİN-in yeni sözçüsü

İran Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib.
Xarici işlər naziri Abbas Araqçi İsmayıl Bəqayini Nazirliyin İctimai Diplomatiya Mərkəzinin rəhbəri və sözçüsü vəzifəsinə gətirib.
Bəqayi bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.
2-10-2024, 19:14
Konstitusiya Məhkəməsi qərar qəbul etdi


Konstitusiya Məhkəməsi qərar qəbul etdi

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsi ilə əlaqəli şəkildə şərh olunmasına dair konstitusiya işinə baxıb.
Konstitusiya Məhkəməsinin Plenumu İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru, professor Ş.Səmədovanın rəyini araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 35.1-ci maddəsi, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin “Qeyd” hissəsinin birinci bəndinin hüquqi təyinatı və digər maddələrlə qarşılıqlı hüquqi əlaqəsi baxımından həmin normada müəyyənləşdirilən hallar yalnız 234-cü maddə üzrə cinayət əməllərinə münasibətdə cinayət məsuliyyətindən azad etmənin əsasını təşkil edir.
Şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 234-cü maddəsində nəzərdə tutulan cinayət tərkibini də yaratdığı halda o, sonuncu cinayət əməlinə münasibətdə həmin maddənin “Qeyd” hissəsinin birinci bəndi ilə müəyyənləşdirilmiş əsaslarla cinayət məsuliyyətindən azad olunur.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
2-10-2024, 18:34
Ali Məhkəmədən daha bir mühüm qərar


Ali Məhkəmədən daha bir mühüm qərar

Azərbaycan Respublikasının Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.
İddiaçı bankla borcalan arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının tələb hüququnun təminatı kimi borcalana məxsus olan qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Bununla belə, ipoteka qoyan, tikinti şirkəti (MMC) ilə bağladığı barışıq sazişi əsasında həmin sahəni MMC-nin mülkiyyətinə verməyi, MMC isə inşa etdiyi binada bir neçə mənzili və qeyri-yaşayış sahəsini, eləcə də pul vəsaitini ipoteka qoyanın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.
İddiaçı bank məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə borcun girov obyektinin əvəzində ipoteka qoyana verilmiş əmlaka yönəldilməsini xahiş etmişdir.
Bu tələbi rədd edən birinci instansiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin məhv edildiyinə əsaslanaraq bildirmişdir ki, ipoteka predmeti məhv olduqda ipoteka müqaviləsinə xitam verilir.
Birinci instansiya məhkəməsi ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, borcun ipoteka predmetinin əvəzinə verilmiş əmlaka yönəldilməsi tələbi baxımından Mülki Məcəllənin 269.10-cu maddəsi əhəmiyyət kəsb etmir.
Kassasiya instansiya məhkəməsinin mövqeyi:
Hansı əsasla yaranmasından asılı olmayaraq, mülki dövriyyədə girov və ya ipoteka saxlayanın məhdud əşya hüququnun təmin edilməsi və qorunması üçün qanunvericilikdə bir sıra müddəalar nəzərdə tutulmuşdur.
Belə ki, girovla təminat altına alınmış əsas öhdəlik icra edilmədikdə girov saxlayanın girov predmetini məcburi satdırmaq hüququ, eləcə də alacağın girov predmeti hesabına ödənilməsində girov saxlayanın üstünlük hüquqları təsbit edilmişdir.
Üstünlük hüququ dedikdə, girov saxlayanın girov predmetinin mülkiyyətçisinin digər kreditorlarına nisbətən üstün qaydada təminat almaqla (Mülki Məcəllə, maddə 269.7) yanaşı, girov əmlakın çevrildiyi digər maddi dəyərlərdən də üstün təminat almaq imkanı başa düşülür.
Mülki Məcəllənin bu cür hüquq münasibətlərini tənzimləyən 290.1-ci, 269.8-ci, 269.10-cu, 287-ci, habelə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-ci maddələrinin ortaq cəhəti ondan ibarətdir ki, girov (ipoteka) predmeti sıradan çıxdığı bütün hallarda girov saxlayanın əvəz almaqla predmetin yerinə keçən əmlaka üstün hüquqa malik olan şəxs kimi tutma yönəltmək hüququ vardır.
Baxılan iş üzrə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində şərtləşdirilmişdir ki, ipoteka qoyan, ipoteka predmeti üzərindəki mülkiyyət hüququna xitam verildikdə onu eyni dəyərli digər təminatla əvəz etmək öhdəliyi daşıyır (bənd 6.5). Bu şərt girov əmlaka mülkiyyət hüququnun aradan qalxacağı halda onu başqa əmlakla əvəz edəcəyinə dair ipoteka qoyanın ipoteka saxlayana notarial əqd əsasında razılıq verməsinə dəlalət edir.
Eyni zamanda ipoteka qoyanın bağladığı sazişlə sözügedən ipoteka predmeti üzərindəki mülkiyyət hüququnu MMC-yə verməsi, qeyri-yaşayış sahəsinin sökülməsi və bunun əvəzində ipoteka qoyanın başqa əmlak alması işin mübahisə olunmayan hallarıdır.
Belə olan təqdirdə ipoteka predmeti üzərində mülkiyyət hüququna xitam verilməsinin qarşılığı olaraq ipoteka qoyana verilən əmlakdan ipoteka saxlayanın (iddiaçının) əvəz istəməklə alacağını həmin əmlaka yönəltmək tələbinin yuxarıda sadalanan maddi hüquq normalarına və müqavilə şərtinə uyğun olub-olmamasına mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.
Kassasiya məhkəməsi onu da qeyd etmişdir ki, ipoteka predmetini əvəzləmək barədə ipoteka qoyanın üzərinə qanun norması və özünün razılıq verdiyi müqavilə şərti ilə qoyulan öhdəlik yerinə yetirilmədikdə onun icrasına məcbur etmə ipoteka saxlayanın qaldırdığı iddia üzrə məhkəmənin qərarı əsasında həyata keçirilməlidir.
Yekun məhkəmə aktı:
Ali Məhkəmənin Mülki kollegiyasının qərarı ilə kassasiya şikayəti təmin edilib, apelyasiya instansiya məhkəməsinin 2023-cü il 12 dekabr tarixli qətnaməsi ləğv olunub və iş yeni apellyasiya baxışına göndərilib.

2-10-2024, 18:28
5 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü


5 aylıq körpə bədbəxt hadisə nəticəsində öldü

Astarada 5 aylıq uşaq ölüb.
Uşaq yuxuda boğularaq ölüb.
Məlumata görə, körpə yatdığı yerdə çevrilib və yastıq uşağın nəfəs borusunu tutub. Nəfəs ala bilməyən uşaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
2-10-2024, 18:16
AŞPA dialoq platforması kimi fəaliyyət göstərməlidir – Serbiyalı deputatlar


AŞPA dialoq platforması kimi fəaliyyət göstərməlidir – Serbiyalı deputatlar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində cari debatlar keçirilib.
Debatlarda Azərbaycanla bağlı məsələlərdən danışılıb. Bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan keçirilən bu debatların məntiqə uyğun olmadığını bildiriblər.
“Azərbaycanlı həmkarlarımız olmadan bu ölkədən danışmaq o qədər də məntiqli deyil. Prinsipcə, biz hər hansı üzv dövlətin Avropa Şurası Parlament Assambleyasının və ya hər hansı digər təşkilatın işindən kənarda qalmasının əleyhinəyik.
Avropa Şurası Parlament Assambleyası bərabərlik və inklüzivlik əsasında dialoq platforması rolunu oynamalı, bu ideyanın təbliğinə üstünlük verməlidir”, - deyə serbiyalı deputatlar bildiriblər.
Qeyd olunub ki, bu debatlar dialoqa kömək etməyəcək. Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan belə bir təşəbbüslə çətin ki, qarşıya qoyulan məqsədlərə nail olunsun. Bu, konstruktiv dialoqu təşviq etmək əvəzinə, gərginliyi gücləndirmək və əldə edilmiş nəticələri sarsıtmaq riski daşıyır. Serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının vacibliyini vurğulayıblar.
Onlar, həmçinin bildiriblər ki, yanvar ayında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək qərarı lüzumsuz idi və əks nəticə verdi. Vurğulanıb ki, bu qərar AŞPA-nın konstruktiv dialoq platforması kimi roluna xələl gətirir. Avropada və dünyada mövcud vəziyyəti nəzərə alaraq, dialoqa qayıdış və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpası zəruridir.
Diqqətə çatdırılıb ki, monoloq əvəzinə, konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoq lazımdır. Serbiya özünün ən yaxın tarixi ilə dialoqun əhəmiyyəti və onun ən yaxşı nümunəsidir.
Serb parlamentarilər vurğulayıblar ki, AŞPA bütün Avropa ölkələrinin parlamentlərinin tərkibini əks etdirdiyi üçün ən böyük demokratik legitimliyə malik Avropa siyasi orqanıdır. Nəticə etibarilə bu fəaliyyət sahəsini daraltmaq öz legitimliyini zəiflətmək riskini daşıyır. Ötən ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar da belədir. Belə bir qərarla Avropa Şurası Parlament Assambleyası özünün legitimliyinə, eləcə də mənalı dialoq platforması kimi etibarına xələl gətirir. Çünki bir Avropa ölkəsinin ən azı 10 milyon vətəndaşı artıq onun sıralarında təmsil olunmur və səsi eşidilmir.
“Bu gün Azərbaycan hüquqa, sülhə və təhlükəsizliyə əsaslanan beynəlxalq nizamın əsas aktorudur. Onun mədəniyyəti Avropanın mədəni mozaikasının ayrılmaz tərkib hissəsini təşkil edir və onun təbii sərvətləri qitəmizin rifahı üçün həyati əhəmiyyət daşıyır.
Yanvar ayında vətəndaşların birbaşa təmsil olunduğu Avropa Şurası qurumunda Azərbaycan nümayəndə heyətinə səlahiyyətlərin verilməsindən imtina edilməsi səhv idi. Əksinə, Avropa qitəsinin və bütün dünyanın böyük problemlərlə üz-üzə qaldığı bir vaxtda Avropa Şurasının daha sıx birliyə və mümkün olan ən böyük demokratik legitimliyə ehtiyacı var. Əminik ki, Azərbaycan nümayəndə heyətinin bizim işimizdə hərtərəfli iştirakı bu mühüm əhali arasında Avropa dəyərlərinin və demokratik prosedurların qütbləşməsinə təsir göstərəcək”, - deyən serbiyalı deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasının zəruriliyini qeyd ediblər.
Vurğulanıb ki, AŞPA bərabərlik və inklüzivlik əsasında dialoq platforması kimi fəaliyyət göstərməli və bu ideyanın təbliğinə üstünlük verməlidir. Serbiya parlamentariləri dialoqa qayıtmağa və Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakının bərpasını dəstəkləməyə çağırış ediblər. Onlar bütün səylərin bu istiqamətə yönəldilməsinin vacibliyini diqqətə çatdırıblar. Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin bərpası ilə qurum daxilində hamının iştirakı nəticəsində əsl konstruktiv və qarşılıqlı hörmətə əsaslanan dialoqun vacibliyi bir daha diqqətə çatdırılıb.
2-10-2024, 17:46
Məktəbdə yanğın siqnalı işə düşdü - Müəllim və şagirdlər təxliyə edildi


Məktəbdə yanğın siqnalı işə düşdü - Müəllim və şagirdlər təxliyə edildi

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 182 nömrəli məktəbdə bütün şagird və müəllim heyəti təxliyə edilib.
Bu barədə məktəbdən məlumat verilib.
Bildirilib ki, məktəbdə təxminən saat 14:45-də dərs prosesi vaxtı fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşüb. Bütün məktəb təxliyə edilib. Məktəbə baxış keçirilən zaman yanğın və ya digər halın olmadığı müşahidə olunub.
Fövqəladə hadisələr zamanı xəbərdarlıq siqnalı işə düşdüyü üçün aidiyyəti qurumun əməkdaşları da məktəbə baxış keçiriblər.
2-10-2024, 17:30
2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO


2 nəfərdən 4 kq narkotik vasitə götürüldü - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.
Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.
Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!