"Pensiya və müavinətlərin artırılmasına daim diqqət göstərəcəyik” .....                        Prezident iqtisadi vəziyyətdən danışdı .....                        Güclü zəlzələdə ölənlərin sayı 126-a çatdı .....                        24 yaşlı ana özünü asdı .....                        Həmzə Məmmədliyə hökm oxundu .....                        Prezident yerli telekanallara müsahibə verdi .....                        Qalmaqallı idmançılar federasiyadan qovuldu .....                        Bu il pensiyaların ödənilməsinə 7 milyard manatdan çox vəsait ayrılacaq .....                        Çində virusa görə məktəblər bağlanır .....                       
3-12-2024, 19:28
Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi


Cənubi Koreyada hərbi vəziyyət: küçələrə texnika yeridildi


Cənubi Koreyada hərbi vəziyyət elan edildikdən sonra ölkə parlamentinin binasına giriş-çıxış bağlanıb.
Müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb və deputatları toplamaq qərarına gəlib.
Koreya Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su parlamentin, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib.
3-12-2024, 18:50
Utilizasiya portalı istifadəyə verildi


Utilizasiya portalı istifadəyə verildi

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı istifadəyə verilib.
Ötən dövr ərzində 30 nəqliyyat vasitəsi utilizasiyaya verilib və birdəfəlik ödəniş üçün müraciət etmiş şəxslərə həmin nəqliyyat vasitələrinin təsnifatına uyğun olaraq ödənişlər həyata keçirilib.
Qeyd edək ki,ölkədə hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir.
Bunu nəzərə alaraq, “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” qanunun nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bu ilin sentyabr ayından qüvvəyə minmiş olan müddəalarına uyğun olaraq, ötən müddət ərzində utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən “Fors” MMC reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanılıb.
Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi ilə bağlı bu linkdən tanış olmaq olar.
3-12-2024, 18:36
Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA


Rüfət Səfərov saxlanıldı - Rəsmi AÇIQLAMA

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə yaranıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci polis şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hazırda hüquq müdafiəçisi kimi çalışan R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
3-12-2024, 17:50
Zaxarova Zelenskini aşağıladı


Zaxarova Zelenskini aşağıladı

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna xalqına həddən artıq baha başa gələn "ucuz adamdır”.
Bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zelenskinin Almaniya kansleri Olaf Şoltsla keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı təhqiramiz bəyanatını şərh edərkən deyib.
Mətbuat konfransında Zelenskidən Ukrayna münaqişəsini tənzimləmək üçün Rusiyanın nə etməli olduğunu soruşduqda o, “Üç hərf arzuolunandır” cavabını verib.
"Görünür, o, yenidən dozaya məruz qalıb. Zelenski yalnız ümidsizlikdən canlı defekasiyaya başlamalı idi. O, artıq hər şeyi sınayıb", - Zaxarova şərh edib.
3-12-2024, 17:44
Cənubi Koreyada hərbi vəziyyət elan edilib


Cənubi Koreyada hərbi vəziyyət elan edilib

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq edildiyini elan edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Prezident ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
3-12-2024, 17:44
Cənubi Koreyada hərbi vəziyyət elan edilib


Cənubi Koreyada hərbi vəziyyət elan edilib

Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə hərbi vəziyyətin tətbiq edildiyini elan edib.
Bu barədə xarici KİV məlumat yayıb.
Prezident ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.
3-12-2024, 17:38
NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi


NATO Baş katibi Gürcüstan hökumətinə çağırış etdi

Zorakılıq xəbərləri çox narahat edir və mən bunu birmənalı şəkildə pisləyirəm. Mən Gürcüstan hökumətini sülh və sabitliyin təşviqi üçün hər şeyi etməyə çağırıram və hesab edirəm ki, bu, bütün gürcülərin marağındadır.
Bunu NATO-nun baş katibi Mark Rutte Gürcüstanda gedən proseslərlə bağlı sualı cavablandırarkən deyib.
“Mən qəti şəkildə inanıram ki, bu dəyərlər bizim kollektiv sülh və rifahımızın əsasıdır. Bütün müttəfiqlər Gürcüstanda demokratiyaya xələl gətirən, demokratiyanın inkişafına, ölkənin NATO və Avropa İttifaqına inteqrasiyasına xələl gətirən istənilən hərəkətdən çəkinilməli olduğunu açıq şəkildə bəyan ediblər” - deyə Mark Rutte bildirib.
3-12-2024, 17:30
Masazırda arvad ərini öldürdü


Masazırda arvad ərini öldürdü

Abşeronda arvadının ərini öldürdüyü bildirilir.
Hadisə Masazır qəsəbəsində qeydə alınıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
3-12-2024, 17:08
“Landmark” 120 milyona satışa çıxarıldı


“Landmark” 120 milyona satışa çıxarıldı

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 90 A ünvanında yerləşən 21 mərtəbəli “Landmark” Biznes Mərkəzi hərraca çıxarılıb.
Bu barədə herrac.gov.az saytında məlumat yerləşdirilib.
Açıq auksion formatında elektron qaydada keçiriləcək satış rəsmi olaraq dekabrın 22-də 18:41-də başlayacaq.
32654 kvadratmetr ərazisi olan qeyri-yaşayış binasının likvid qiyməti 120 milyon manat təyin edilib.
İştirak üçün beh 6 milyon manatdır.
3-12-2024, 17:05
Azərbaycanda 7 yeni ixtisas yaradıldı


Azərbaycanda 7 yeni ixtisas yaradıldı

Ali təhsilin bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas təsnifata əlavə edilib.
Bunu elm və təhsil nazirinin müavini İdris İsayev bildirib.
O qeyd edib ki, “Riyaziyyat və fizika müəllimliyi”, “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub: "Eyni zamanda 10 ixtisasın adında dəyişiklik edilib”.
Nazir müavini vurğulayıb ki, İxtisasların təsnifatı magistratura və rezidentura səviyyələri üzrə 2011-ci ildə, bakalavriat səviyyəsi üzrə isə 2019-cu ildə təsdiqlənib. 2019-cu ildə bakalavriat səviyyəsi üzrə təsdiqlənmiş təsnifata əsasən qəbul olan tələbələrin məzun olduqda təhsillərini davam etdirmələri üçün magistratura səviyyəsində də təsnifatın uyğulaşdırılması zərurəti yaranıb.
İdris İsayev bildirib ki, bu səbəbdən müxtəlif səviyyələr üzrə ixtisasların cari təsnifatını yenidən işləyərək vahid qərarda təsdiqləmə zərurəti yaranıb. Nəticədə vahid qərarla dörd təhsil səviyyəsi əhatə olunmuş və təsnifatların cədvəlləri təsdiq edilib. Təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas (baza ali) tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarı ilə ali təhsilin müxtəlif səviyyələri üzrə ixtisasların təsnifatları təsdiqlənib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!