Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
23-01-2025, 23:42
"Qarabağ" məğlub oldu: pley-off şansını itirdi


"Qarabağ" məğlub oldu: pley-off şansını itirdi

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə Leandro Andrade vurub.
Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.
FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imza atıblar.
Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.
Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
23-01-2025, 23:05
Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı


Dəhşətli yanğına görə tutulanların sayı 12-yə çatdı

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək kurortundakı oteldə baş verən yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
Xatırladaq ki, oteldə yanğın yanvarın 21-də gecə baş verib. Hadisə zamanı müəssisədə ümumilikdə 238 qonaq olub.
Hadisə nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.
Yanvarın 22-də ölkədə matəm elan edilib.
23-01-2025, 21:59
"Qarabağ"ın oyununda bərabərlik qolu


"Qarabağ"ın oyununda bərabərlik qolu

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB (Rumıniya) oyununda ikinci qol vurulub.
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaq hesabı bərabərləşdiriblər - 1:1.
7-ci dəqiqədə Adrian Şut fərqlənib.
23-01-2025, 20:40
Oğuzda ağır qəza: iki nəfər yaralandı


Oğuzda ağır qəza: iki nəfər yaralandı

Oğuz rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun Yaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini 31 yaşlı Afiq Hacıyevin idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq ağaca dəyib və aşıb.
Nəticədə sürücü və onun sərnişini 21 yaşlı Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
23-01-2025, 20:18
Bu ölkənin səfiri Azərbaycandan gedir


Bu ölkənin səfiri Azərbaycandan gedir

23 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovu Azərbaycandakı diplomatik fəaliyyətini başa vurması münasibətilə qəbul edib.
Nazir Ceyhun Bayramov səfir Andrey Ravkova Belarusun Azərbaycandakı səfiri olduğu dövrdə səmərəli fəaliyyətinə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.
İki ölkə arasında mövcud strateji tərəfdaşlığın inkişafında ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlər və beynəlxalq platformalar çərçivəsində fikir mübadilələrinin əhəmiyyəti vurğulanıb.
Xüsusilə, iqtisadiyyat, ticarət, investisiyalar sahəsində əməkdaşlığın geniş perspektivlərinin olduğu bildirilib, bu istiqamətdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyətinin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir Andrey Ravkov ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı faydalı əməkdaşlıq və dəstəyə görə təşəkkür edib, Azərbaycan-Belarus strateji tərəfdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişafına əmin olduğunu qeyd edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
23-01-2025, 19:44
Prezidentdən Kəlbəcərlə bağlı qərar


Prezidentdən Kəlbəcərlə bağlı qərar

Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti əlavə edilib.
Bu Fərman 2024-cü il sentyabrın 1-dən tətbiq edilir.
23-01-2025, 19:35
Bu nazirliyin işçilərinin sayı artırıldı


Bu nazirliyin işçilərinin sayı artırıldı

Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin sayı artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının işçilərinin say həddi 202 ştat vahidindən 212-yə, dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi isə 867 ştat vahidindən 926-ya qaldırılıb.
23-01-2025, 19:06
Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi"


Əməkdar artist: "Oğlum gözümüzün qarşısında getdi"

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
Nazir Rüstəmov oğlunun qara xəbərini gecə aldığını deyib:
"Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəyməsi vardı… Özümüz də şokdayıq".
Nazir Rüstəmov 42 yaşlı oğlunun üç uşaq atası olduğunu vurğulayıb:
"Gözümüzün qarşısında getdi".
23-01-2025, 19:01
Lavrovla Fidan Suriyanı müzakirə etdilər


Lavrovla Fidan Suriyanı müzakirə etdilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Danışıq zamanı Suriyadakı vəziyyət müzakirə edilib.
Suriyanın terror təşkilatlarından təmizlənməsi, ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olmasının vacibliyi vurğulanıb.
23-01-2025, 18:07
Türkiyədə partlayış - dağıntılar altında qalanlar var


Türkiyədə partlayış - dağıntılar altında qalanlar var

Türkiyənin Elazığ vilayətindəki mədəndə partlayış baş verib.
Məlumata görə, Elazığın Alacakaya rayonunda yerləşən mədəndə baş verən partlayışdan sonra iki nəfər dağıntılar altında qalıb. Mədənçilərin xilasedilməsi üçün əməliyyata başlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!