ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı .....                        Eks-nazir Paşinyanı devirməyə çağırdı .....                        Məzahir Pənahov səs verdi - FOTO .....                        MSK saat 17.00-a olan seçici fəallığını açıqladı - Cəmi 28.77 faiz .....                        Bakıda dələduzluq edən şəxslər saxlanıldı .....                        Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Yaralılar var .....                        113 yaşlı seçici səsverməyə gəldi .....                        Ermənilərlə bağlı iddiaya rəsmi Bakıdan cavab .....                        Ərdoğan Azərbaycan və Özbəkistan XİN başçılarını qəbul edib .....                       
Dünən, 21:57
Hər gün Xırdalana gedənlərin NƏZƏRİNƏ!


Hər gün Xırdalana gedənlərin NƏZƏRİNƏ!

“20 Yanvar layihəsi kifayət qədər kompleks mürəkkəb bir problem olduğuna görə Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində çəkilişlərlə, dataların götürülməsi ilə təhlillər aparılıb”.
Bunu nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.
“Nəticədə böyük bir simulyasiya hazırlanıb. Bu simulyasiyanın daxilində həm Xırdalan dairəsində təkmilləşmə işlərinin aparılması, yol qovşaqlarının, yol ötürücülərinin tikilməsi, Ziya Bünyadov prospekti istiqamətində yolların genişləndirilməsi, eləcə də Şamaxı yolundan Xırdalan şəhərinə yeni yolların açılaraq oradan daxil olmasına imkanların yaradılması nəzərdə tutulub. Bu istiqamətdə layihələndirmə işlərinə qısa müddətdə başlanılacaq”, - AYNA sədri vurğulayıb.
Dünən, 21:42
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı


Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
“Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb.
Yerli mətbu orqanında “Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Dünən, 21:28
Pensiyalar gələn aydan artımla veriləcək - RƏSMİ


Pensiyalar gələn aydan artımla veriləcək - RƏSMİ[/size]

Cari ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində pensiyalarda da artımlar olacaq və artıq gələn ay bütün pensiyalar artırılmış məbləğdə veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.
Qeyd edilir ki, artımlar iki istiqamətdə olacaq. Yəni, həm pensiyaların ilin əvvəlindən hesablanmaqla indeksləşdirilərək artırılması, həm də fevralın 1-i tarixə 320 manatdan aşağı olan pensiyaların həmin gündən 320 manata çatdırılması təmin olunacaq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən sosial islahatlarda mühüm istiqamətlərdən birinin pensiya artımları olduğunu vurğulayıb. 2018-ci ildən ötən dövrdə artıq 5-ci sosial islahat paketinin icra edildiyi, bu islahatlar nəticəsində minimum pensiyada 3 dəfə, orta aylıq pensiyada 2,4 dəfə artım olduğu, pensiya ödənişləri üçün ayrılan illik vəsaitin 2 dəfə artaraq 2025-ci il üçün 7 mlrd. 210 mln. 530 min manata çatdığı qeyd edilib.
Dünən, 21:01
Zelenski Netanyahuya zəng etdi


Zelenski Netanyahuya zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.
Bu barədə V.Zelenski Teleqram kanalında yazıb.
“Holokost faciəsi ilə əlaqədar baş nazirə və İsrail xalqına başsağlığı verdim”, - o vurğulayıb.
Ukrayna lideri israilli girovların azad edilməsini və onların vətənə qayıtmasını alqışlayıb.
Dünən, 20:29
Salyanda ağır qəza: vəzifəli şəxs öldü


Salyanda ağır qəza: vəzifəli şəxs öldü

Salyan rayonunda minik avtomobillərinin toqquşması ilə qeydə alınan yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 19 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu Şorsulu kəndi ərazisində baş verib.
Hadisə zamanı “Lada” VAZ-2106 və “Niva” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Musatafa Əhmədov və Mübaşir Qurbanov hadisə yerindəcə ölüb, xəsarət alan Cəlal Quliyev, Samir Zeynalov və Mahir Əzizov isə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüblər.
Xəsarət alan Mahir Əzizovun komatoz vəziyyətdə olduğu bildirilir.
Mübaşir Qurbanov Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzinin Biləsuvar rayonu üzrə nümayəndəsi (meşəbəyi) vəzifəsində çalışıb.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 19:52
Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ


Bakıdakı məşhur stadion sökülür? - RƏSMİ

Bu gün mediada Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim meydançasının sökülməsi ilə bağlı müxtəlif məzmunlu məlumatlar yayılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenidən qurulur.
"Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında məktəbin idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.
Layihəçi "Pro Technical Consulting" MMC, podratçı isə "Global Interiors Group" MMC-dir.
Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.
Layihəyə əsasən, ərazidə inzibati korpus, idman korpusu (tribuna), yeraltı nasosxana, futbol meydançası, parklanma sahəsi, qazanxana və digər infrastruktur obyektləri olacaq.
Tikinti işləri cari ilin iyun ayında yekunlaşdırılacaq.
Bununla yanaşı, ictimaiyyətin məsələlərə daha həssas yanaşması, dəqiqləşdirilməyən və yoxlanılmayan məlumatları yayımlamaması xahiş olunur", - açıqlamada bildirilir.

Dünən, 19:32
Bakıda yanğın: 3 nəfər xilas edildi


Bakıda yanğın: 3 nəfər xilas edildi

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Bu barədə FHN-dən bildirilib.
Həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.
Mənzillər yanğından mühafizə olunub.
Dünən, 18:23
Azərbaycanda tramvaylar fəaliyyətə başlayır - Ünvanlar AÇIQLANDI


Azərbaycanda tramvaylar fəaliyyətə başlayır - Ünvanlar AÇIQLANDI

Bakıda iki yaşayış sahəsinin - Mehdiabad və “Sea Breeze” ərazilərinin metro və dəmir yoluna çıxışı yoxdur. Bu ərazilərdə isə artıq tramvay xətlərinin tətbiq olunması nəzərdə tutulub.
Bunu AYNA-nın sədri Anar Rzayev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
AYNA rəhbəri qeyd edib ki, “Sea Breeze”dən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada bir hab yaradılacaq:
“Mehdiabad-Binəqədi istiqamətindən isə metronun “28 May” stansiyası ilə əlaqələndirməklə tramvay xəttinin çəkilməsi nəzərdə tutulub ki, sərnişinlərə xidmət göstərilə bilsin”.
Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.
Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.
Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir.
Dünən, 18:15
Rəşad Nəbiyev Prezidentə məruzə təqdim etdi


Rəşad Nəbiyev Prezidentə məruzə təqdim etdi

Xəbər verdiyimiz kimi, Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Dövlət başçısının çıxışından sonra rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev məruzə edib. Nazir Rəşad Nəbiyev çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident, hörmətli iclas iştirakçıları.
Əvvəlcə, cənab Prezident, vətəndaşlarımızın yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin edilməsi istiqamətində göstərdiyiniz davamlı diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə son 20 ildə nəqliyyat sahəsində əsaslı islahatlar aparılmış, infrastruktur yenidən qurulmuş, sektor ölkə iqtisadiyyatının sürətli inkişafına mühüm töhfə vermişdir. Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifah səviyyəsinin yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olmuşdur. Sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı verdiyiniz tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılmışdır. Layihənin koordinasiyası Sizin müvafiq Fərmanınızla yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilir. Son ilyarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilmiş uğurlar Şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində mümkün olmuşdur.
Möhtərəm cənab Prezident, dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi bir çox çağırışlarla üzləşməkdədir. Bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid etməkdədir. Təbii ki, bu keçid təkcə dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də vacibdir. Uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi isə zaman tələb edir. Lakin şəhərin nəqliyyat sisteminə olan tələb və təklifin proaktiv idarə edilməsi bu zamanı qısalda bilər. Bunun üçün bir tərəfdən nəqliyyat sisteminin yetərli təklifi təmin edilməlidir. Başqa sözlə, küçə və yol infrastrukturu optimal təşkil edilməli, avtobusların sayı yetərli olmalı, dəmir yolu və metro infrastrukturu genişləndirilməlidir. Digər tərəfdən isə dövlət tənzimlənməsi vasitəsilə parklanma tariflərinin müəyyənləşdirilməsi, avtobus zolaqlarına riayət olunmamasına görə cərimələrin tətbiqi və tələbin idarə edilməsinə yönələn digər tələblər yeni nəqliyyat vərdişlərinin mənimsənilməsinə gətirib çıxarır. Məsələn, mikromobillik, yəni, skuterlər və velosipedlər üçün uyğun infrastrukturun olmaması mikromobilliyin təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və vərdişin, ümumiyyətlə, yaranmamasına səbəb olur. Halbuki aparılmış tədqiqatlar göstərmişdir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir.
Təqdimatda daha müfəssəl məlumatların veriləcəyinə baxmayaraq, icazənizlə, mobilliyin transformasiyası çərçivəsində görülmüş işlərlə bağlı bir neçə rəqəmi diqqətinizə məruzə etmək istərdim. Avtobusla sərnişindaşıma tezliyinin artırılması, hərəkət sürətinin təmin edilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi üçün 112 kilometr uzunluğunda avtobus zolaqları çəkilmişdir. Yollarda hərəkətin tənzimlənməsi ilə əlaqədar qanunvericilik təşəbbüsünə verdiyiniz dəstək nəticəsində avtobus zolaqları tələbinə əməl edilməsi, qanunsuz parklanmanın azaldılması təmin olunmuşdur. Eyni zamanda, gündəlik xəttə çıxan avtobus sayı 1750-dən 2160-a qədər artırılmışdır. Bu islahatların məntiqi nəticəsi kimi əhali arasında avtobuslara inam artmış, islahatlar başladığı zamanla müqayisədə Bakı və şəhərətrafı ərazilərdə daşımalar 41 milyon və yaxud 9 faiz artmışdır.
Analoji islahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi. İslahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilmişdir. Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalmışdır, təxminən 32 faiz. Avtomobil yönümlü şəhərlərin insan yönümlü şəhərlərə keçidi məqsədilə atılan digər mühüm addım parklar və yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xaqani bağının ərazisi yan yollar hesabına genişləndirilmiş, metronun “28 May” stansiyası ətrafında isə park konseptli hab yaradılmışdır. İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılmışdır.
Möhtərəm cənab Prezident, şəhər mobilliyinin transformasiyasının nəticələrinin uzunmüddətli olması üçün qarşımızda duran çağırışlara münasibətdə sistemli və kompleks yanaşmanın sərgilənməsi vacibdir. Bu mənada layihə çərçivəsində yaradılmış rəqəmsal əkiz həyata keçirilən təşəbbüslərin səmərəsini öncədən proqnozlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. O, həmçinin yol-nəqliyyat infrastrukturuna yatırılacaq dövlət investisiyalarının səmərəliliyini ölçməyə və planlaşdırılan layihələri prioritetləşdirməyə imkan verir. Lakin görülən işlərlə yanaşı, ictimai nəqliyyatın payının 60 faizə çatdırılması üçün kütləvi daşımanı təmin edə biləcək metro və dəmir yolları infrastrukturunun genişləndirilməsi tələb olunur. Qeyd edim ki, bu istiqamətdə görüləcək işlər Bakı şəhərinin Baş planına uyğunlaşdırılmışdır. Bu, həmçinin Sizin verdiyiniz digər tapşırığa - şəhərin inkişafına, polisentrik yanaşmaya uyğun həyata keçiriləcəkdir. Digər mütərəqqi Sərəncamınızla yaradılan AZCON daxilində sərnişindaşıma xidmətini həyata keçirən dövlət müəssisələrinin bir araya gətirilməsi onların keyfiyyətli və balanslaşdırılmış sərnişindaşıma təcrübəsini yaratmalarına xidmət edir.
Sonda Sizi əmin etmək istərdim ki, vətəndaşlarımızın həyat səviyyəsinin və nəqliyyat imkanlarının yaxşılaşdırılmasına yönəlmiş göstərişlərinizi aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə yerinə yetirəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Dünən, 18:03
Parlamentin iki komissiyası formalaşır


Parlamentin iki komissiyası formalaşır

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları formalaşdırılacaq.
Bununla bağlı parlamentin yaz sessiyasının ilk iclasının gündıəliyinə məsələ daxil edilib.
Gündəliyə əsasən, Milli Məclisin Hesablayıcı komissiyasının yaradılması və İntizam komissiyasının yaradılması müzakirə olunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!