20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
17-03-2025, 12:28
Rayonlara dolu və sulu qar yağacaq - Sabahın havası


Rayonlara dolu və sulu qar yağacaq - Sabahın havası

Martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.
17-03-2025, 08:50
Miraslan Bəkirli-70

Miraslan Bəkirli-70

Miraslan Bəkirli 17 mart 1955-ci ildə Qərbi Azərbaycanın Kalinino rayonunda (keçmiş Varantsovka, qədim adı isə Daşır olmuşdur), Qəzəl Şəfəq kəndində (keçmiş Cücəkənd) anadan olub. 1969-cu ildə Qızıl Şəfəq 8 illik, 1971-ci ildə İlməzli kənd orta məktəbini bitirib. Bir il Qızıl Şəfəq sovxozunda fəhlə işləyib, 1972-1977-ci illərdə BDU-nun (keçmiş ADU) geoloji-coğrafiya fakültəsini bitirib, Cəlilabad rayonunun Eçara, Maşlıq kəndlərində dövlət göndərişi ilə müəllim işləyib. 1980-i ildən 1988-ci il hadisələrinə qədər doğulduğu rayonda “Zarya” qəzetində işləyib, sonra Sumqayıt şəhərinə köçüb gəlməyə məcbur olub. Sumqayıtda əvvəl 8 sayli məktəbdə müəllim, sonra 18 saylı məktəbdə dərs hissə müdiri, 1990-cı ildə ilk müstəqil qəzetlərdən olan “Vətən səsi” qəzetində ədəbi işçi, şöbə müdiri kimi fəaliyyət göstərib. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor kimi çalışıb. "Halallıq", "El deyimləri", "Yurd", "Yurd yeri" kimi etnoqrafik, tarixi, publisistik; "Ağrı", "Vətən qürbətdə qaldı", "Həsrət", "Durnalar qayıdanda" kimi verilişlərlə Qərbi Azərbaycan və işgalda olan torpaqlarımızla bağlı; Qarabağ müharibəsində isə döyüş movqelərindən "Qılınc qolun davamıdır", "Cəbhədən qayıtmışıq" silsilə verilişlər hazırlayıb.
1984-cu ildən bədii yazılarla müntəzəm olaraq ədəbi orqanlarda çap olunur. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Miraslan Bəkirlini Respublika ictimaiyyətinə təqdim etməyə ehtiyac yoxdur. Çünki onu hamı yaxşı tanıyır. O, vətənpərvər olduğu qədər də cəsurdur. Dəfələrlə düşmənlərin təhlükəli mövqelərindən keçərək doğma yurd yerlərində çəkillişlər aparıb.

Miraslan Bəkirli həm etibarlı dost, həm qayğıkeş ailə başçısı, həm də fədakar babadır. 70 ili boşuna yaşamayan yazıçının əsərlərini saymaqla bitən deyil. Amma ikisinin-"Mübariz" və "Sürgün" romanlarının adını xüsusilə qeyd etmək yerinə düşər. Çünki yazıçı bu əsərləri millətin 200 illik ağrı-acısını içindən keçirərək, o dərdləri yaşayaraq yazıb.
"Bütöv Azərbaycan" qəzetinin kollektivi Miraslan müəllimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları və çox istədiyi Bütöv Azərbaycanlı günlər arzulayır.


17-03-2025, 07:18
ŞEİR BÜTÜN DÖVRLƏRİN ƏBƏDİ MÖVZUSUDUR

ŞEİR BÜTÜN DÖVRLƏRİN ƏBƏDİ MÖVZUSUDUR

Həmsöhbətimiz Özbəkistan Yazıçılar Birliyinin üzvü Sənubər Mehmandır.

Söhbətimiz ustad-şagird ənənələri, Azərbaycan və özbək şeiriyyatı, təsəvvüf ədəbiyyatı, şair ilə şəxsiyyət arasındakı baxışlar haqqındadır.
- Şeirlərinizdə Mövlanə Rumi, Əhməd Yəsəvi, Baburəhim Maşrab kimi böyük ustadlarımızın işıqlı nəfəsi hiss olunur. Belə bir şans hər şairə nəsib olmur. Bu böyük və ilahi istedad yükünü daşımaq çətin deyilmi?
-Şeir bütün dövrlərin əbədi mövzusudur, niyə də olmasın...
Sualınız çox yerindədir-əslində, Sözün yükü çox ağırdır, çünki bu yük Sözün özü qədər qədim və qiymətlidir. Amma, müdrik xalqımızda:
"Allah yerin dağlarına baxıb qış göndərir" — deyə müdrik bir atalar sözü var. Böyük Yaradanımız söz demək cəsarətini və bacarığını verirsə, onu daşımaq üçün də güc verir. Bundan əlavə, bu dünyada məsuliyyət gözləri ilə baxsan, ən asan işin belə olmadığına rast gələ bilərsən, insan hər zaman, hər hansı bir halda da olsa insan olaraq qalmağın özü nə qədər çətin və əziyyətlidir! Amma insan hər zaman səbr və mətanət ilə özünü, özünün həqiqi qiymətini anlamağa çalışır.

-Ozod Şarofiddinov, Nəcmiddin Komilov kimi böyük ədəbiyyatşünaslar sizə öz yolunuzu tapmaqda necə kömək etdilər?
-20-ci əsr özbək ədəbiyyatının zirvələri olmuş-Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov haqqında danışmaq istəsək, onların nə qədər böyük Ustad, ensiklopedik bilik və yüksək təfəkkür sahibləri olduğunu söyləsək, bir suala cavab olaraq kitab yazmaq belə yetərli olmaz. Bu böyük ustadlarım ən əvvəl insanlıq elminin zirvələri idilər.
Kim ki, bu ruhani söhbətlərdən faydalanıbsa, şübhəsiz ki, ruhu işıqlanmış və təfəkkürü parlaq olmuşdur, bunlar arasında mən də bu uca varlıqların nəzərinə layiq görülməyimdən məmnun olaraq, bu sevgidən təəccüblənərək, özləri çağırmasalar belə getmişəm.
Doğrusu, deməliyəm ki, hər ikisi də mənim haqqımda özlərinin sevgi və etimad dolu məqalələri ilə-Özbəkistanın Qəhrəmanı Ozod Şarofiddinov müəllimi "Dünya Ədəbiyyatı" jurnalında, filologiya elmləri doktoru, professor Nəcmiddin Komilov müəllimi "Gülüstan" jurnalında yazıblar-amma mən hər ikisinin qarşısına getməkdən çox çəkinmiş və getməyə utanmışam, bu səbəbdən bu böyük ustadlarımdan dualar, səmimi sevgilər və gözəl bir yol arzuları ilə yazılmış ön sözlər mənim üçün miras qalmışdır.
Amma, aramızdakı bu ruhani münasibətlərdə heç bir dünya görüşü qarışmamışdır, yəni mən onların vəzifələrindən və ya mövqelərindən heç bir şəkildə maraqlanmadım, ya da şəxsi problemlərimi, məsələn, təhsil haqqını ödəyə bilmədiyim halda məktəbi tərk etməyim barədə onlara danışmadım.
Düzünü desəm, onların bu vəziyyəti hiss etmələrindən qorxmuşdum.
Mənim üçün onlar ədəbiyyatın, biliklərin yüksək səmasında yaşayırdılar və mən onların o yüksək səma üzərində qalmasını, yerin kiçik qayğılarına qarışmamalarını istəyirdim. Bəlkə də, bu düzgün deyildi, bunu bilmirəm, çünki o vaxtlar çox gənc idim, həmçinin "qanla girən canla çıxar"- dedikləri kimi mən hələ də o cür təvazökar və utancaq idim. Şeirlərimdəki azad və sərbəst ruh və insanı təbiətimdəki təvazökarlıq mənim üçün çox çətindir.
İlk sualın dəqiq cavabı burada ortaya çıxdı.

-Sizə görə təsəvvüfün tərifi nədir? Təsəvvüf şeirləri yazmaq prosesi zamanı hansı mənəvi halı hiss edirsiniz?
-Təsəvvüf əslində ruhun şeiridir. Onun içində ruh belə poetik yüksəlişlərdə yer və dünyadakı kiçik kədərləri rədd edir. Təsəvvüfün tərifi ilə yaşamaq, əslində bütün ömrü şairanə bir əhval-ruhiyyə ilə yaşamaqdır.
-Hər bir şairin, yazıçının ruhunun şairləri olur. Sizin ruhunuzu şairləri kimlərdir?
-Mən özbək ədəbiyyatının demək olar ki, bütün klassik şairlərini və Şərq ədəbiyyatının, Azərbaycan ədəbiyyatının böyük klassikləri Məhəmməd Füzulinin, fars-tacik ədəbiyyatından Hafiz Şirazi, Bədrəddin Hilolinin qəzəllərini, bu günün ən yüksək Ruhiyyə səviyyəsində yüksək məqamlar yazan bütün şairləri diqqətlə oxuyuram. Bundan əlavə, Qərb ədəbiyyatından Jorj Sand, Xulio Kortasar, Emili Dikinsonun və Yaponiya şairi İsakova Takubokunun heykəlləri, klassik və müasir yapon şairlərini, Yasunari Kawabata'nın nazik təbiət tərənnümlərini, ispaniyalı şair Federico Garcia Lorcanın cazibədar heyrətlərini sevirəm. Həmçinin, Azərbaycanın müasir şairi Ramiz Rövşən və Səməd Vurğunun gözəl tərcümələrini də axtarıb oxuyuram.
-Şair və şəxsiyyət kimi həyatınızdakı ən vacib qərarlar nə olub?
-Hər bir insanın öz həyat prinsipləri olmalıdır! Mənə görə prinsipi, qətiyyətli xarakteri və müəyyən sərhədləri olmayan insanın heç vaxt öz mənəvi kimliyi olmaz. Məni hər zaman tarazlıqda saxlayan qüvvə bu inamdır!
-Yaradıcı və şəxsiyyət kimi həqiqəti axtarmaq, söz və mənanı dəqiq göstərmək sizin üçün nə qədər vacibdir?
-Məhz bu sualınıza beşinci sualda özüm bilmədən cavab vermişəm (!!!)
İlahi, yüksək inamı və qətiyyətli prinsipi olmayan yaradıcı insanın mənəvi kimliyi olmaz, çünki mənəvi kimlik olmadığı halda, o yaradıcı özü-özlüyündə itir.
Söz və mənası mənim üçün can və bədən kimi bütöv bir anlayışdır!

-“Bəzi şeylər kitablardan öyrənilmir. Onları ustaddan öyrənmək lazımdır," deyilir. Buna münasibətiniz necədir?
-Doğrudan da elədir -kitablardan öyrənilməyən, yalnız görməklə və yaşamaqla başa düşülən acı həyat həqiqətləri var.
-Əmir Qobus deyir ki: "Yüksək dərəcələrə yalnız başdan keçirilən çətinliklərlə nail olunur." Sizə görə, şair və şəxsiyyət üçün yüksək dərəcə nədir?
-Mənim fikrimcə, həqiqətən Şair və Şəxsiyyət olmaq üçün ən yüksək dərəcə, hər hansı bir vəziyyətdə də özünün sadə bir insan olduğunu və ona verilən bütün mükafatların Allahın neməti olduğunu unutmamaqdır!
Yəni ən yüksək dərəcə bu təvazökarlıqdır!
-Yaxşı şair, yazıçı olmaq üçün şəhərə meyllənmək nə qədər doğrudur?
-Bir zarafatlı aksioma var, böyük istedadlar kənddə doğulur, şəhərdə ölürlər...Demək istəyirəm ki, mərkəzin öz cazibəsi var, burada bütün istedadlar cəm olmuş və bu baxımdan bir növ yaradıcı mühitin qaynadığı yer yaradıcıları çəkən xüsusiyyətə malikdir.
-Mitskoviç deyir: "Bütün gün yaxşı yaşamaq, kitab yazmaqdan daha çətindir." Sizə görə, biz yaxşı insan olaraq yaşamağı və yaxşı kitablar yazmağı nə qədər bacarırıq?

-Bu suala ümumi cavab vermək mümkün deyil, çünki yaxşı insan olaraq yaşamaq çox özünəməxsus bir prosesdir. Bir vaxtın özündə kimisi çox yüksək bir həyat yaşarkən, onun yanındakı biri də ən aşağılıq və axmaqlığın ən ucuna çıxa bilər.
-Azərbaycan ədəbiyyatına marağınız varmı?
-Azərbaycan ədəbiyyatı mənim üçün hələ bir sirli dəniz, açılmamış xəzinə kimidir. Azərbaycan klassik şairləri Məhəmməd Füzuli, İmaməddin Nəsimi və Bilal Nəzimi çox oxumuşam, xüsusilə Füzulinin otuzdan çox qəzəlini əzbər bilirəm, müasir Azərbaycan ədəbiyyatının zəhmətli nümayəndəsi Yusuf Samad oğlunun: "Qətl günü" romanını (Usman Qoçxor tərcüməsində) oxuyaraq çox təsirlənmişəm. Səməd Vurğundan gözəl tərcümələrini də axtarıb oxuyuram, Ramiz Rövşənin şeirlərini sevirəm, ən böyük arzum onları orijinalda oxumaqdır!
-Sizcə, Azərbaycan və özbək ədəbiyyatı arasında hansı ümumi xüsusiyyətlər var? Bu iki xalqın ədəbiyyatı bir-birinə necə təsir edir?
-Bu iki xalqın kökü birdir, bizim Azərbaycanla dinimiz ortaqdır, ədəbiyyatımız ortaqdır, buna görə ədəbiyyatımız da ruhən bir-birini tamamlayan əkiz ədəbiyyatlardır.
Söhbətləşdi:
Cahangir NAMAZOV,
"Butov Azərbaycan” qəzetinin
Özbəkistan təmsilçisi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!