Xırdalanda restoranda yanğın - VİDEO .....                        Bu avtobusun hərəkət sxemi dəyişir .....                        Zelenski Ər-Riyad razılaşmasının detallarını açıqladı .....                        Ramazanın 26-cı günü - İmsak və iftar vaxtları .....                        Ukraynada 30 günlük atəşkəs - Razılaşmanın DETALLARI .....                        ABŞ Rusiya və Ukrayna ilə razılığa gəldi .....                        AK Partiya rəsmisi həlak oldu .....                        Balıqçının meyiti sabah Azərbaycana veriləcək .....                        Ermənistan sülh istəyirsə... - Bakı şərtləri bir daha təkrarladı .....                       
24-03-2025, 15:33
Rusiyada “Su-25” təyyarəsi qəzaya uğradı - Pilot sağ qaldı


Rusiyada “Su-25” təyyarəsi qəzaya uğradı - Pilot sağ qaldı

Rusiyanın Primorski diyarında planlı təlim-məşq uçuşu zamanı “Su-25” təyyarəsi qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər verir.
Nazirliyin məlumatına görə, pilot katapult edib, o, axtarış-xilasetmə qrupu tərəfindən tapılıb.
24-03-2025, 15:24
Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu


Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu

Azərbaycan hökuməti martın 19-da D-8 (Developing-8) İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda yerləşən Katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi olaraq təqdim edib və bununla da Azərbaycanın təşkilata tamhüquqlu üzv kimi qoşulma prosesi başa çatıb.
Məlumatda qeyd olunub ki, 2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirədə keçirilən D-8-ə üzv dövlət və hökumət başçılarının 11-ci sammitində Azərbaycanın təşkilata üzvlüklə bağlı müraciəti yekdilliklə qəbul edilib.
“Bu qərardan sonra Azərbaycan təşkilata üzvlük üçün vacib şərt olan D-8 Nizamnaməsinin ratifikasiyası prosesinə başlayıb. Bu proses çərçivəsində Azərbaycan Milli Məclisi 7 mart 2025-ci il tarixində D-8 Nizamnaməsinin ratifikasiyası haqqında 149-VIIQ saylı Qanunu qəbul edib, daha sonra həmin qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq rəsmi qüvvəyə minib.
Şübhəsiz ki, Azərbaycanın D-8-in doqquzuncu üzvü kimi qoşulması təşkilatın inkişafında mühüm mərhələdir. Bu hadisə yeni imkanlar açmaqla təşkilatın Nizamnaməsində təsbit edilmiş məqsəd və vəzifələrin həyata keçirilməsində üzv dövlətlər arasında əməkdaşlığı daha da gücləndirmiş olacaq”,- deyə təşkilatın bəyanatında vurğulanıb.
24-03-2025, 15:07
Bayram namazının vaxtı açıqlandı


Bayram namazının vaxtı açıqlandı

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.
Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
“Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı dəqiqləşdirə bilər”, - QMİ sədrinin müavini qeyd edib.
24-03-2025, 14:58
Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi


Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:
"Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdən aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətirilib.
Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı Səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.
Bu prosesdə yaxından dəstək göstərən Türkiyə Respublikasının Eritreya Dövlətindəki Səfirliyinə dərin minnətdarlığımızı bildiririk".
24-03-2025, 14:31
Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olundu


Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olundu

Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.
Bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.
Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.
Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.
24-03-2025, 14:20
Şamaxıya qar yağdı - Yollar buz bağladı


Şamaxıya qar yağdı - Yollar buz bağladı

Baharın ilk günləri olmasına baxmayaraq, təbiət hələ də bu dəyişikliyə tam uyğunlaşmayıb. Azərbaycanın bəzi bölgələrində hava şəraiti kəskin dəyişib, yaz yağışları isə artıq yerini qar yağışına verib. Xüsusilə Şamaxıda müşahidə edilən güclü qar qış mənzərəsi yaradıb.
Son günlər temperaturun 15-20 dərəcə aşağı düşməsi bölgədə şaxtalı havaya səbəb olub. Güclü duman müşahidə edildiyindən nəqliyyatın hərəkətində çətinliklər yaşanmaması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçiblər. “19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Nazim Eynallının sözlərinə görə, Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun qardan və buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə cəlb edilib. Onun sözlərinə görə, qarın hündürlüyü normadan çox olsa da, yolun hərəkət hissəsində ciddi problem qeydə alınmayıb. Bayram və istirahət günlərində bölgəyə axın edən yerli və xarici turistlərin rahat hərəkətini təmin etmək məqsədilə yol təmizləmə işləri fasiləsiz davam etdirilir.
Axşam saatlarında qarın güclənəcəyi, havanın daha şaxtalı və dumanlı olacağı proqnozlaşdırılır. Bu səbəbdən sürücülərə, xüsusilə Şamaxı-Pirqulu-Dəmirçi yolunda hərəkət edənlərə diqqətli olmaları tövsiyə edilib. Bildirilib ki, sürət həddinə əməl etmək, qarlı və buzlu yollarda ehtiyatlı olmaq vacibdir.
Qarın ən çox sevindirən tərəfi isə bölgəyə istirahət üçün gələn yerli və xarici turistlərdir. Bayram günlərini fürsət bilən qonaqlar bu səhəri möhtəşəm qış mənzərəsi ilə açıblar. Sərt hava şəraitinə baxmayaraq, Şamaxının qarla örtülmüş gözəlliyini görmək istəyənlərin sayı durmadan artır. Turistlər təbiətin bu gözlənilməz sürprizindən zövq alaraq, dağlıq ərazilərdə gəzintiyə çıxır, şəkillər çəkdirir və qışın son hədiyyəsini dəyərləndirirlər.
Yağan qarın kənd təsərrüfatına təsiri isə fərqli qiymətləndirilir. Sakinlərin sözlərinə görə, qarın taxıl və otlaq sahələrinə müsbət təsiri gözlənilir, lakin meyvə ağaclarına ciddi zərər dəyə bilər. Çünki yazın gəlişi ilə bir çox meyvə ağacları çiçək açıb və bar verməyə başlayıb. Hazırda havanın temperaturunun mənfiyə düşməsi məhsuldarlığa mənfi təsir edə bilər.
24-03-2025, 14:13
Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdı


Ronaldu adını "Ginnesin rekordlar kitabı"na yazdırdı

Kirştianu Ronalduya "Ginnesin rekordlar kitabı"na düşməsi münasibətilə sertifikat təqdim edilib.
Bu sertifikat 40 yaşlı hücumçuya UEFA Millətlər Liqasının 1/4 finalı üzrə Portuqaliya - Niderland (5:2) oyunundan öncə verilib.
Belə ki, Serxio Ramosun rekordunu (131) geridə qoyan Kriştianu Ronaldu milli komandada 132-ci qələbəsini qazanıb.
O bu nailiyyətə 2003-cü ilin avqustundan 2024-cü ilin noyabrına qədər olan müddətdə nail olub. Portuqaliya millisi sonuncu dəfə ötən il noyabrın 16-da Polşanı məğlub edib (5:1). Sözügedən matçda Ronaldu dubla imza atıb.

24-03-2025, 13:55
Türkiyədəki azərbaycanlı tələbələrə xəbərdarlıq


Türkiyədəki azərbaycanlı tələbələrə xəbərdarlıq

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb.
Müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb.
“Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, xarici ölkə vətəndaşı, o cümlədən əcnəbi tələbə hər hansı daxili siyasətlə bağlı aksiyalarda iştirak edərsə, dərhal ölkədən deport olunur.
24-03-2025, 12:44
İtkin düşən rəfiqələrdən daha biri tapıldı


İtkin düşən rəfiqələrdən daha biri tapıldı

Martın 17-də itkin düşmüş üç rəfiqədən daha biri tapılıb.
İtkin düşən kimi axtarışa verilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, martın 17-də yetkinlik yaşına çatmayan üç rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onlardan birinin anası müğənnidir.
Xatırladaq ki, dünən rəfiqələrdən biri də tapılmışdı.
24-03-2025, 12:23
Şimşək çağacaq, yağış və dolu yağacaq - Sabahın havası


Şimşək çağacaq, yağış və dolu yağacaq - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!