24-03-2025, 12:09
Göyçay sakini qohumunu bıçaqladıGöyçayda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan isə bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.
24-03-2025, 11:48
Rusiya-ABŞ danışıqları başladıSəudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “The Ritz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasında danışıqlar start götürüb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Görüş bağlı qapılar arxasında keçirilir.
Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerli və beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyi tapşırıb.
24-03-2025, 11:30
İdmançılarımız Dünya Kubokunda qızıl medal qazandılarAzərbaycan gimnastları Mədinə Mustafayeva və Vladimir Dolmatov Portuqaliyanın Kantanhede şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.
Bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarışıq cütlük 19.350 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
24-03-2025, 10:29
34 yaşlı kişi qonaq getdiyi evdə dəm qazından öldü
Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Tala kəndində baş verib. Bakı şəhər sakini 34 yaşlı Sənan Oruc oğlu Məmmədovun meyiti bu gün səhər saatlarında yaşadığı evin hamamında aşkarlanıb.
İlkin məlumata görə, S.Məmmədovun dəm qazından boğularaq ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, əslən Aşağı Tala kəndindən olan S. Məmmədov bayramı qeyd etmək üçün ailəsi ilə birlikdə kəndə qonaq gəlibmiş.
24-03-2025, 10:10
AAYDA məhkəməni uduzdu: Qəzalı yola görə sürücüyə cərimə ödəyəcəkBakı-Quba yolunda avtomobilinə maddi ziyan dəymiş tanınmış radio aparıcısı Elgün Xıdırov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) məhkəməyə verib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Butov.az aparıcının yaydığı məlumatı olduğu kimi təqdim edir:
"Təxminən 1 il əvvəl Xaçmaza gedərkən Şabran rayonu ərazisində avtomobilimin təkəri çuxura düşərək partladı.
İlk işim 102 qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Yol polisi mənim izahatımı aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra rəhbərliyə raport hazırladı. Mən isə avtomobilimə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə getdim. Məlum oldu ki, təkərlə yanaşı, asqı sistemindəki digər detallar da sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, qurumdan heç bir reaksiya olmadı. Bundan sonra sənədləri hazırlayıb Binəqədi rayon Məhkəməsinə müraciət etdim və məhkəməni uddum. Birinci instansiya məhkəməsinin mənim xeyrimə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verdi. Nəticə olaraq agentliyin şikayəti təmin edilmədi və Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldı" - deyə Elgün Xıdırov bildirib.
Qeyd edək ki, məhkəmənin qərarına görə, AAYDA avtomobilə dəymiş maddi ziyanla bağlı 933 manat ödəməlidir.
24-03-2025, 00:08
Ukrayna bu kəndi azad etdiUkrayna ordusu Luqansk vilayətinin Svatovsk rayonunun Nadejda yaşayış məntəqəsini azad edib.
Bildirilib ki, birinci hücum batalyonu Nadejda yaşayış məntəqəsi üzərində nəzarəti bərpa edib.