Türk düşüncəsində təbiətə sevgi və ekoloji mədəniyyət amili .....                        İki bələdiyyə sədri AK Partiyaya keçdi .....                        8 yaşlı uşaq faciəvi şəkildə öldü .....                        Roma Papasının ölüm səbəbi AÇIQLANDI .....                        Sumı vilayətində intensiv döyüşlər gedir .....                        Buraxılışda 250 və daha çox bal toplayanların nəzərinə.. .....                        Bu, bağışlanmaz bir faciə idi - Arayik Xocalıdan danışdı .....                        Maştağada dayıqızı-bibiqızı itkin düşdü .....                        Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi .....                       
18-03-2025, 17:25
"Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

Könül Quliyeva: "Türkmən QHT-ləri ilə əməkdaşlıqlar Azərbaycan xalqına fayda verəcək"

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyinin sədri Könül Quliyeva QHT.az-a açıqlamasında Azərbaycan xalqını ilaxır çərşənbə münasibətilə təbrik edib, həmçinin Türkman İrsi Vətəndaş Cəmiyyətlərinin Həmrəylik Forumunun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb:
"Tədbirdə millət vəkilləri, İraqın deputatı, həmçinin İraq, Suriyadan və Türkiyədən gələn vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək, gələcəkdə birgə əməkdaşlıq üçün təkliflər irəli sürdülər. Forum çərçivəsində iki panel müzakirə edildi, hər bir paneldə maraqlı çıxışlar səsləndi. Lakin diqqətimi daha çox, gələn qonaqların vətəndaş cəmiyyəti təmsilçilərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə etdikləri səfərlərin təəssüratları cəlb etdi. Xocalı, Xankəndi, Şuşa və Füzuli kimi tarixi yerləri ziyarət edən qonaqlar, bu ərazilərdən aldıqları təəssüratları bölüşdü və bu mənim üçün duyğusal bir an oldu".
Könül Quliyeva, bu əməkdaşlıqların Azərbaycan xalqına fayda verəcək uzunmüddətli təsir göstərəcəyini qeyd edib:
"Tədbirdə Türkman irsinin zənginliyi, Azərbaycan xalqının mədəniyyəti, mənəvi sərvətləri və poeziyasının mükəmməl nümunələri geniş şəkildə müzakirə olundu. Eyni zamanda, Türkmənlərin Qarabağa səfəri zamanı avtobusda kərkük şərqilərinin ifa etməsi iştirakçılarda böyük təsir yaratdı. Forumun sonunda, QHT-lərin nümayəndələri arasında yaxın əlaqələrin qurulmasına da şərait yaradıldı. İstanbuldan gələn Kərküklü qonaq Ali Yağmuroğlu ilə görüş planlaşdırılır. Bu görüşlər sayəsində Türkmən QHT-ləri ilə yerli QHT-lər arasında əməkdaşlıq əlaqələri qurulub və yeni təşəbbüslər formalaşdırılıb. Türkiyə, İraq və Suriyadan gələn Türkman QHT-ləri ilə qurulan əlaqələr, gələcəkdə birgə layihələr və təşəbbüslərlə zənginləşəcək".
Pərvanə Fərhadqızı
18-03-2025, 17:05
Prezident onları təltif etdi - SİYAHI


Prezident onları təltif etdi - SİYAHI

Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə DMX-nin aşağıdakı əməkdaşları təltif edilib:

Babayev Toğrul Cavanşir oğlu

Cabbarova Könül Şamil qızı

Əsgərov Nəbi Allahverdi oğlu

Fətəliyev Sahil Əli oğlu

Həsənov Cahandar Vidadi oğlu

Musayev Səbuhi Əbülfət oğlu

Mustafayev Şəhriyar Elman oğlu

Orucov Vüsal Ramiz oğlu.
18-03-2025, 17:01
İlham Əliyevdən xalqa Novruz təbriki


İlham Əliyevdən xalqa Novruz təbriki

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!
18-03-2025, 16:52
Ələsgər Məmmədlinin vəsatətinə baxıldı - Məhkəmə qərar verdi


Ələsgər Məmmədlinin vəsatətinə baxıldı - Məhkəmə qərar verdi

Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Ələsgər Məmmədlinin “ev dustaqlığı”na buraxılması ilə bağlı növbəti vəsatətinə baxılıb.
Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli məhkəmə iclasında geniş çıxış edib.
O bildirib ki, istintaqın materialları ilə tanışlıq zamanı aydın olub ki, həbsinə əsas olacaq heç bir fakt və sübut yoxdur.
Ə.Məmmədli hüququ pozan hakim kimi Sülhanə Hacıyevadan Məhkəmə Hüquq Şurasına 35 səhifəlik şikayət yazdığını xatırladıb.
O deyib ki, səhhətindəki ciddi problemlərə görə, təcili cərrahi əməliyyatı olunmalıdır.
“Eyni zamanda mən ictimai statusu olan, ölkədə tanınmış hüquqşünas kimi törətmədiyim əmələ görə niyə bir ildən çoxdur həbsxanada olmalıyam?”, - Ə.Məmmədli hakimdən soruşub.
Hüquqşünas Novruz bayramı ərəfəsində azadlığa buraxılması barədə qərar verilməsinin cəmiyyətdə rəğbətlə qarşılana biləcəyini vurğulayıb.
Hakim Sülhanə Hacıyeva Ələsgər Məmmədlinin “ev dustaqlığı”na buraxılması ilə bağlı vəsatəti təmin etməyib və onun həbsd saxlanması barədə qərar qüvvədə qalıb.
18-03-2025, 16:45
Bakıdan İrəvana xəbərdarlıq: Daha sərt cavaba hazırıq!


Bakıdan İrəvana xəbərdarlıq: Daha sərt cavaba hazırıq!

Azərbaycan və Ermənistan tərəfi uzun müddətdir müzakirə olunan sülh sazişi layihəsininin bütün 17 maddəsinin nəhayət razılaşdırıldığını bəyan edəndən bir neçə gün sonra iki ölkə arasındakı şərti sərhəddə atəşkəs pozuldu.
Son bir neçə gündə Azərbaycan Ordusunun mövqeləri Ermənistan tərəfindən atıcı silahlardan fasilələrlə atəşə tutulur.
Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan hakimiyyətində, ya da ordusunda sülh müqaviləsinin imzalanmasını istəməyən və ya onu ləngitməyə çalışan qüvvələrin olması mümkündür:
"Bundan irəli gələrək mərkəzi hakimiyyətə tabe olmayanlar mövqelərimizi atəşə tuturlar. Hakimiyyətin özünün də məqsədli şəkildə bu addımların arxasında dayandığı mümkündür. Azərbaycana siyasi təzyiq etmək, gələcəkdə nəyisə qopartmaq fikrindədirlər. Belə situasiyada sülh müqaviləsinin imzalanması düzgün olmazdı. Azərbaycan sülh müqaviləsinə o zaman imzalayacaq ki, Ermənistan tərəfi sadəcə gəlişigözəl sözlərlə kifayətlənməyəcək, eyni zamanda real addımlar atacaq.
Gün ərzində bir neçə dəfə mövqelərimiz atəşə tutulursa, deməli, sülh müqaviləsindən danışmaq tezdir”.
Deputat vurğulayıb ki, görünür, hələ ki Ermənistan daxilində bulanıq sular durulmayıb:
“Ermənistan hakimiyyəti bu istiqamətdə ciddi addımlar atmalıdır. Regiona sülh lazımdır! Lakin ilk növbədə sülh məhz Ermənistana gərəkdir. Azərbaycan sülh əlini uzadıb. Ermənistan tərəfi hansısa təxribatlar törədəcəksə, yaxud Azərbaycanın suverenliyinə, milli maraqlarına toxunacaq addımlar atacaqsa, Ordumuz buna müvafiq şəkildə daha ağır formada cavab verməyə hazırdır”.
18-03-2025, 16:10
Dairə seçki komissiyalarının tərkibində dəyişiklik


Dairə seçki komissiyalarının tərkibində dəyişiklik

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.
O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
18-03-2025, 15:17
Azərbaycanın sülh üçün ƏSAS ŞƏRTLƏRİ


Azərbaycanın sülh üçün ƏSAS ŞƏRTLƏRİ

Ermənistan Baş nazirinin ofisinin Azərbaycana qarşı tamamilə əsassız iddialarla yanaşı, yerdəki reallıqları və sərhədyanı bölgələrdə atışma faktlarını təhrif edən 18 mart 2025-ci il tarixli bəyanatını qətiyyətlə rədd edirik.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin ofisinin sərhəddə atışmalar və digər anti-Azərbaycan iddiaları ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyan etdiyi atəş açılması hallarına, eləcə də Ermənistan tərəfinin də xəbərdar olduğu video çəkilişlərdə görünən Ermənistan hərbi qulluqçularının açıq təxribatlarına son qoyulması sabitlik üçün zəruri şərtdir: "Xoşməramlılıq nümayiş etdirmək və bu cür təxribatlara son qoymaq əvəzinə, Ermənistan tərəfinin mücərrəd və praktiki olaraq qeyri-mümkün təklifləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı müddətində olduğu kimi heç bir əsası yoxdur. Bu, işğala son qoymağa çağırış etmək əvəzinə, Minsk Qrupu həmsədrlərinin irəli sürdüyü təklifləri xatırladır".
XİN sözçüsü qeyd edib ki, əgər Ermənistan hökuməti, Baş nazirin ofisinin də bəyan etdiyi kimi sülh gündəmini rəhbər tutursa, o zaman sərhədyanı ərazilərdə hücum silahlarının yerləşdirilməsi də daxil olmaqla kütləvi hərbiləşmənin Ermənistanın belə bir gündəliyinə necə xidmət etdiyi barədə izahat verməsi yerinə düşərdi: "İki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin yekunlaşdırılması ilə bağlı Ermənistanın guya xoşməramlı olmasına gəlincə, məhz Azərbaycanın sülh sazişi üzərində işləmək təklifi ilə ilk addımları hələ 2022-ci ilin əvvəlində atmasına baxmayaraq, Ermənistanın bütün vasitələrlə prosesi necə pozduğu faktını xatırlatmaq yerinə düşər. Onu da qeyd edək ki, Ermənistanın danışıqlarda törətdiyi çoxsaylı çağırışlara, o cümlədən Azərbaycan ərazilərindən qalan qüvvələrini çıxarmaqdan imtina etməsinə və ərazilərimizdə qurduqları rejimi təşviq etməsinə baxmayaraq, məhz Azərbaycanın səyləri və tədbirləri nəticəsində prosesdə belə bir nailiyyət əldə olunub.
Eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarına son qoymaq üçün konstitusiyaya dəyişiklik edilməsi barədə uzun müddət bundan əvvəl irəli sürülmüş tələbimizdən xəbərdar olmasına baxmayaraq, Ermənistanın bu çağırışa məhəl qoymaması olduqca narahatlıq doğurur. Danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Bununla yanaşı, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq".
Ayxan Hacızadə vurğulayıb ki, 30 ilə yaxın müddətdə məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, Azərbaycana qarşı təcavüz törədən, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən ölkə kimi Ermənistanın belə mexanizmlərdən danışmağa mənəvi haqqı yoxdur: "Kommunikasiyaların açılması məsələsinə gəldikdə, Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinə baxmayaraq, Ermənistan bu öhdəlikləri 4 il ərzində yerinə yetirməyib. Bunun əvəzinə, onlar diqqəti prosesdən və öhdəliklərindən yayındırmaq məqsədilə, mahiyyətcə əhəmiyyəti olmayan, icrası çətin və praktiki cəhətdən uzun marşrutlar üzrə təkliflər irəli sürüblər. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərindən boyun qaçırmamalı və bölgədəki yeni reallıqlara uyğun şəkildə kommunikasiyaların açılması istiqamətində praktiki addımlar atmalıdır.
Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcək və bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq".
18-03-2025, 15:06
Hava yenidən pisləşəcək, temperatur 18 dərəcə enəcək - Xəbərdarlıq


Hava yenidən pisləşəcək, temperatur 18 dərəcə enəcək - Xəbərdarlıq

Martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 13-18 dərəcə enəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
Qeyri-sabit hava şəraiti martın 25-i gündüzədək davam edəcək.
18-03-2025, 14:30
Xankəndidə tunel-zirzəmi aşkarlandı - FOTO


Xankəndidə tunel-zirzəmi aşkarlandı - FOTO

Xankəndidə uzunluğu minlərlə metr olduğu deyilən tunel-zirzəmi aşkarlanıb.
Həbsxana tipli zirzəmiyə giriş qapılarından biri şəhərin mərkəzi küçələrindən birində yerləşir.
Həbsxana otaqlarının dəmir qapıları çöldən 4 ədəd qurğularla bağlanır. Tunelə giriş qapısının üzəridə yerləşən mənzillərdən birinin yüksək rütbəli erməni hərbçiyə məxsus olduğu deyilir.
Əvvəllər həbsxana kimi istifadə olunan zirzəminin Vətən Müharibəsi zamanı sığınacaq kimi istifadə olunduğu müəyyən olunub.





18-03-2025, 14:06
Narkoşəbəkə üzvü həbs edildi - VİDEO


Narkoşəbəkə üzvü həbs edildi - VİDEO

Polis narkoşəbəkənin ölkə ərazisindəki əsas üzvlərindən birini həbs edib, 3 kq narkotik vasitə aşkarlanıb.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı paytaxt sakini 45 yaşlı Sadir Əliyev narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi üçün saxlanılıb. Həmin şəxsdən 3 kiloqrama yaxın heroin, tiryək, marixuana və 359 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. A.Əliyev paytaxt ərazisində narkotiklərin satışını təşkil edən narkoşəbəkənin əsas üzvlərindən biri olub. O, ifşa edilməməsi üçün mütəmadi olaraq yaşayış ünvanlarını və əlaqə nömrələrini dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. S.Əliyevin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!