Naxçıvanda ağır qəza - 5 nəfər yaralandı .....                        Ceyhun Bayramov Fidanla bir arada .....                        Mirzoyan Fidanla danışıqlar apardı .....                        Gürcüstan "3+3"ə qoşulmağı planlaşdırmır .....                        Prezidentin Türkiyə səfəri başa çatdı - FOTO .....                        Azərbaycanda gün ərzində ikinci zəlzələ .....                        ABŞ-İran danışıqları müsbət atmosferdə keçib .....                        " Babamın papağı, nənəmin kəlağayısı" .....                        Ceyhun Bayramov həmkarı ilə görüşdü .....                       
8-04-2025, 17:55
Aviasiya təhlükəsizliyi haqda yeni qaydalar təsdiqləndi


Aviasiya təhlükəsizliyi haqda yeni qaydalar təsdiqləndi

Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarda dəyişiklik ölkə Prezidentinin 6 oktyabr 2023-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər.
8-04-2025, 17:20
İlon Maskla Tramp arasındakı narazılıq böyüyür


İlon Maskla Tramp arasındakı narazılıq böyüyür

ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin rəhbəri, milyarder İlon Maskla ölkə prezidnti Donadl Tramp arasındakı münasibətlər soyumağa davam edir.
İlon Mask növbəti dəfə prezident Donald Trampı qarşılıqlı gömrük tariflərini ləğv etməyə çağırıb.
Bu barədə “Vashington Post” qəzeti yazıb.
“Prezidentlə onun ən güclü müşavirlərindən biri arasında mübahisə dünyanın ən zəngin adamı olan Maskın administrasiyadakı vəzifəsini tərk etməsindən bir neçə həftə əvvəl baş verir”, - məlumatda qeyd edilib.
Nəşrin məlumatına görə, Maskın ətrafı da onu Trampın tarif siyasətinə təsir göstərməyə çağırır.
Xatırladaq ki, Donald Tramp bu ayın əvvəlində 185 ölkədən idxal olunan məhsullara minimum 10 % gömrük rüsumu tətbiq edib. Ayrı-ayrı dövlətlər üçün fərdi rüsumlar müəyyən edilib.
8-04-2025, 17:10
Suqovuşan və Sarıcalıda məktəblər fəaliyyətə başladı


Suqovuşan və Sarıcalıda məktəblər fəaliyyətə başladı

Ağdərə rayonu Suqovuşan və Ağdam rayonu Sarıcalı kənd tam orta məktəblərində tədris prosesinə başlanılıb.
Bu barədə MÜTDA-dan məlumat verilib.
Aprelin 8-də Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Suqovuşan və Sarıcalı kənd tam orta məktəblərində tədris vəziyyətinə baxış keçirib.
Qeyd edək ki, Ağdərə rayonu Suqovuşan kənd tam orta məktəbi 144 şagird yerlikdir.Məktəbdə 12 sinif otağı, kitabxana, fizika -kimya laboratoriyası, yeməkxana, akt zalı və inzibati heyət üçün iş otaqları var.
Ağdam rayonu Sarıcalı kənd tam orta məktəbi isə 360 şagird yerlikdir. 14 sinif otağı olan məktəbdə tədris prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada laboratoriyalar, texnologiya, biologiya və informatika otaqları, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Bununla yanaşı, məktəblər üçün nəzərdə tutulan ərazidə idman meydançası inşa olunub, oyun və istirahət sahələri yaradılıb, yaşıllıqlar salınıb.
8-04-2025, 17:06
Ukrayna ordusu iki çinlini əsir götürdü


Ukrayna ordusu iki çinlini əsir götürdü

Ukrayna ordusu Rusiya tərəfində vuruşan iki Çin vətəndaşını əsir götürüb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
O, “Telegram” kanalında əsir götürülmüş Çin vətəndaşının görüntülərini yayıb.
Zelenskinin sözlərinə görə, Çin vətəndaşları Donetsk vilayətinin ərazisində əsir götürülüblər. Onlardan sənədləri və bank kartları götürülüb.
Əsir götürülmüş Çin vətəndaşları Ukrayna Təhlükəsizlik Xidmətindədirlər.
“Mən Ukraynanın xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə reaksiya verəcəyini öyrənməyi tapşırmışam”, - Zelenski əlavə edib.
8-04-2025, 16:35
Gəncədə 2 nəfərin meyiti aşkarlandı


Gəncədə 2 nəfərin meyiti aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
8-04-2025, 16:27
Temperatur 10 dərəcə enəcək, leysan, dolu yağacaq


Temperatur 10 dərəcə enəcək, leysan, dolu yağacaq

Aprelin 9-dan 12-si gündüzədək ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında aprelin 10-u səhərdən 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında aprelin 12-si gündüzədək fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
8-04-2025, 16:18
Sabiq nazir müavininə yeni vəzifə verildi


Sabiq nazir müavininə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (Publik hüquqi şəxs) yeni direktor təyin olunub.
Müvafiq əmrlə Bədəl Fizuli oğlu Həsənov sözügedən qurumun rəhbəri təyin edilib.
Digər əmrlə Sahib Cəfər oğlu Hüseynəliyev Naxçıvan Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsindən azad olunub.
Qeyd edək ki, Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvan ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.
8-04-2025, 16:15
Bakıda yeni park salınır


Bakıda yeni park salınır

Bakının Nəsimi rayonunda yeni park salınacaq.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumata görə, yeni park 28 May küçəsindən "The Ritz-Carlton Baku" otelinə qədər olan 12 ha ərazidə salınacaq.
BŞİH-in "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda yeni istirahət parkının salınmasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlayıb.
Parkın layihə-smeta sənədlərinin 2.45 milyon manata hazırlanacağı proqnozlaşdırılıb.
8-04-2025, 16:06
Bulvarda dənizdən meyit tapıldı


Bulvarda dənizdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
8-04-2025, 15:59
Suqovuşan-Kəlbəcər yolundan yeni görüntülər


Suqovuşan-Kəlbəcər yolundan yeni görüntülər

Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun tikintisini davam etdirir.
Uzunluğu 78 km, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı olmaqla II texniki dərəcəyə uyğun olaraq inşa olunur.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri aparılır. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri davam etdirilir.
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi və qayaların partladılması üsullarından istifadə olunur.
Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi icra olunur. Bu işlərə paralel olaraq, layihə üzrə körpülərin təmiri və lazımi yerlərdə istinad divarının inşası aparılır.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!