Bakıda güclü yanğın söndürüldü - FOTO+VİDEO .....                        Moskvadakı paradda 20 dövlət və hökumət başçısı iştirak edəcək - ADLAR .....                        Ceyhun Bayramov Çinin səfirini qəbul edib - FOTO .....                        Bakıda güclü yanğın: maşınların hərəkəti dayandırıldı - FOTO .....                        AFFA rəsmiləri UEFA-nın seminarına qatıldı .....                        Manatın məzənnəsi 3 il bu qiymətə qalacaq - Rəsmi .....                        İsrail müvəqqəti atəşkəs təklif edir .....                        Zərifə Əliyevanın anım günüdür .....                        Avropa çempionları Vətənə qayıtdılar - FOTO .....                       
Dünən, 23:55
Avropa çempionları Vətənə qayıtdılar - FOTO


Avropa çempionları Vətənə qayıtdılar - FOTO

Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında uğurla çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar.
Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Qeyd edək ki, idmançılarımız turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.



Dünən, 23:26
Üç nəfərə görə milyonlarla insan öldü - Tramp ad çəkdi


Üç nəfərə görə milyonlarla insan öldü - Tramp ad çəkdi

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ silahlarının alınması ilə bağlı təklifinə münasibət bildirib.
Tramp bu barədə Ağ Evdə təşkil etdiyi mətbuat konfransında danışıb.
"O həmişə raket əldə etmək axtarışındadır. Baxın! Müharibəyə başlayanda siz qələbə çala biləcəyinizi bilməlisiniz, elə deyilmi? Sən səndən 20 dəfə güclü birinə qarşı müharibə başlada və kiminsə sənə raket verəcəyini ümid edə bilməzsən.", - o deyib.
Tramp ilk prezidentliyi dövründə Ukraynaya “Javelin” raketlərini necə verdiyini xatırladıb. Onun sözlərinə görə, Ukrayna hərbçiləri palçığa batmış tanklarla ilk böyük döyüşdə məhz beləcə qalib gəliblər.
"Onları “Javelin”lərlə məhv etdilər. Belə bir deyim var ki, o vaxt Obama onlara çarpayı, Tramp isə Javelin verdi. Amma bu, heç vaxt olmamalı idi. Bu, əsl biabırçılıqdır. Şəhərlər dağıdıldı və ən əsası, milyonlarla insan öldü. Üç nəfərə görə milyonlarla insan öldü. Bunlardan birincisi Putinin. İkincisi nə etdiyini bilməyən Bayden. Üçüncü isə Zelenski. Mənim işim isə bunu dayandırmağa çalışmaqdır.”, - deyə Tramp əlavə edib.
Dünən, 23:20
Yazda Şuşa və Laçına qar yağdı


Yazda Şuşa və Laçına qar yağdı

Yaz fəsli olmasına baxmayaraq, Laçın rayonu və Şuşa şəhəri ərazisində qarlı hava şəraiti müşahidə edilib.
Axşam saatlarında qar yağmağa başlayıb. Yağıntı əsasən Laçın rayonunun Minkənd kəndi ərazisində müşahidə edilib.
Qısa müddətdə intensivləşən yağıntı ətrafı ağ örpəyə bürüyüb.
Dünən, 23:16
Bakıda Köçəryanın düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi – Məhkəmə


Bakıda Köçəryanın düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmənin baxış iclası zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədləri, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomaterialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərlərlə bağlı ekspert rəylərini açıqlayıb.
Vurğulanıb ki, SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlər törətmələri faktları ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə edilib.
SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.
Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.
Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin “müdafiə naziri”, “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.
Şahid qismində dindirilmiş Yuriy Cahangiryan ifadəsində göstərib ki, Qarabağ İpək Kombinatında partiya təşkilat katibi vəzifəsində çalışan Robert Köçəryan “Krunk” adlı erməni millətçi təşkilatının fəal üzvü kimi çıxış edərək, azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarının təbliğinə başlayıb.
Bundan sonra məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların təqsirləndirilən şəxslərə suallar vermələri ilə davam etdirilib.
Təqsirləndirilən Arkadi Qukasyan elan olunan ifadələr və təqdim edilən digər sübutlarla bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırmaq üçün məhkəmədən növbəti iclasadək ona vaxt verilməsini xahiş edib.
Məhkəmə iclasına sədrlik edən hakim onun xahişini nəzərə alıb və növbəti məhkəmə iclasında sualları cavablandırmasına şərait yaradılacağını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Arayik Haruyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq deyib: “1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib: “Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.
O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib: “Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.
Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.
A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.
O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən “Təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.
A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.
Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.
Təqsirləndirilən şəxs Levon Mnatsakanyan isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Xəlfəliçay üzərindəki körpünün partladılması barədə eşitdiyini deyib. O, məhkəmədə əməlləri sadalanan Murad Petrosyanla ünsiyyətinin olmadığını da vurğulayın və bildirib: “O, 2020-ci ildə Xankəndidə yolu bağlayan etirazçıları müdafiə edirdi”.
Ardınca dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən Bako Sahakyan və David İşxanyana suallar verilib.
Təqsirləndirilən şəxs Bako Sahakyan körpünün partladılmasını pislədiyini qeyd edərək deyib: “Bu kimi halları tənqid edir və piləyirəm”.
Təqsirləndirilən şəxs David İşxanyan suallara cavab verərkən Xəlfəliçay çayı üzərindəki körpünün partladılması hadisəsi barədə məlumatsız olduğunu, bu barədə ilk dəfə məhkəmədə eşitdiyini bildirib.
Daha sonra məhkəmədə Bağanıs-Ayrım epizodu üzrə hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri, habelə ekspertiza rəyləri açıqlanıb.
Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.









Dünən, 22:56
Əks halda aldadıb pulunuzu oğurlayacaqlar - Polisdən XƏBƏRDARLIQ


Əks halda aldadıb pulunuzu oğurlayacaqlar - Polisdən XƏBƏRDARLIQ

Kibertəhlükəsizlik - informasiya təhlükəsizliyidir. Hər kəs təhlükəsizliyi üçün fərdi məlumatlarını qorumalıdır.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Çünki, kimdə smartfon varsa internetə çıxışı var. İnternetə çıxışı olan hər bir şəxs cinayətkarların tələsinə düşə bilər. Risk qaçılmazdır.
Cəlbedici olan, bank kartlarınızda olan pul vəsaitləridir. Bank kartları ilə əlaqəli bütün zənglər, mesajlar bloklanmalıdır. Əks halda aldadıb pulunuzu oğurlayacaqlar”, - E.Hacıyev qeyd edib.
Dünən, 21:55
İranın nüvə obyektlərini məhv etməyə hazırıq - TRAMP


İranın nüvə obyektlərini məhv etməyə hazırıq - TRAMP

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla bağlı sərt addımlar atmağa, o cümlədən Tehranın nüvə obyektlərini məhv etməyə hazırdır.
Tramp bu barədə Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə görüş zamanı danışıb.
“Hər şey çox sadədir. Onların (İranın – red.) nüvə silahı ola bilməz və onlar ABŞ ilə danışıqlara başlamaqda tələsməlidirlər. Çünki artıq həmin silahı əldə etməyə çox yaxındırlar. Amma onların bu silahı olmayacaq. Əgər çox sərt tədbirlər görməli olsaq, bunu edəcəyik”, – deyə Tramp bildirib.
Jurnalistlərdən biri Trampdan bu tədbirlərə İranın nüvə obyektlərinə zərbələrin daxil olub-olmadığını soruşub. “Əlbəttə”, – deyə ABŞ Prezidenti cavab verib.
Qeyd edək ki, aprelin 12-də Oman vasitəçiliyi ilə Tehran və Vaşinqton arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar baş tutub. Görüşdə İranı xarici işlər nazirinin müavini Abbas Araqçi, ABŞ-ı isə Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. İran XİN-in məlumatına görə, görüş konstruktiv və sakit atmosferdə keçib. Uitkoff və Araqçi danışıqlardan sonra Oman XİN rəhbərinin iştirakı ilə qısa şəxsi söhbət də aparıblar. Danışıqların ikinci raundunun aprelin 19-da keçirilməsi planlaşdırılır.
Dünən, 21:41
İmamoğlu günahkardırsa... - Bağçalıdan sərt açıqlama


İmamoğlu günahkardırsa... - Bağçalıdan sərt açıqlama

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında yayılan korrupsiya, rüşvət və oğurluq iddiaları ilə bağlı açıqlama verib.
Bağçalı bildirib ki, bu cinayət iddiaları çərçivəsində həbsdə olan Ekrem İmamoğlunun işi üzrə məhkəmə prosesi dərhal yekunlaşdırılmalı və cəmiyyətin vicdanına uyğun qərar verilməlidir:
“İstanbul Böyükşəhər Bələdiyyəsini əhatə edən oğurluq, rüşvət və korrupsiya ittihamları ilə əlaqədar Silivri Cəzaevində saxlanılan şübhəli Ekrem İmamoğlu ilə bağlı məhkəmə işləri təcili şəkildə araşdırılıb nəticələndirilməlidir. Şahid ifadələri, aydın və gerçək sübutlarla birlikdə digər məlumat və sənədlərin də məhkəmə sənədlərinə tam şəkildə əlavə olunması ilə istintaq mərhələsi başa çatmalı, İmamoğlu günahsızdırsa bəraət almalı, əgər günahkardırsa, cəzası ən qısa zamanda və cəmiyyətin vicdanına uyğun şəkildə təmin edilməlidir”.
MHP lideri, həmçinin mediada və sosial şəbəkələrdə bu məsələ ilə bağlı səsləndirilən fikirləri də tənqid edib:
“Xalqımız televiziya ekranlarında, qəzet səhifələrində və sosial mediada səhər-axşam özünü haqlı göstərməyə çalışan təqsirləndirilən şəxslə bağlı mənasız fikir və paylaşımları izləməyə və dinləməyə məcbur deyil”.
Dünən, 21:30
Məktəblini maşın vurdu


Məktəblini maşın vurdu

Axşam radələrində Şəki şəhər ərazisində azyaşlının vurulması ilə bağlı yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Şəki şəhər sakini İftixar Abdulqədirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2016-cı il təvəllüdlü T.Fəttahovu vurub. Doqquz yaşlı məktəbli aldığı xəsarətlərdən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlər uşağın vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı Şəki şəhər-rayon polis şöbəsində araşdırma aparılır.
Dünən, 20:41
Mirzoyandan sülh açıqlaması: Sərhəddə imzalamağa hazırıq!


Mirzoyandan sülh açıqlaması: Sərhəddə imzalamağa hazırıq!

"Ermənistan Azərbaycanla sülh sazişinin həm sərhəddə, həm də üçüncü ölkədə imzalanması ehtimalını nəzərə alır".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin NTV kanalına müsahibəsində bildirib.
"Biz hesab edirik ki, indi sazişin imzalanması üçün yer, vaxt və dəqiq tarixin müəyyənləşdirilməsi məsələləri üzrə dərhal məsləhətləşmələrə başlamaq olar. Bu, Ermənistan və Azərbaycanın sərhədi ola bilər, həm İrəvan, həm də Bakı üçün məqbul olan hər hansı üçüncü ölkə də ola bilər. Bütün bunlar müzakirə mövzusuna çevrilə bilər", - deyə o qeyd edib.
Mirzoyan bildirib ki, Ermənistan Azərbaycanın şərq hissəsi ilə Naxçıvan arasında öz nəzarət prosedurlarını sadələşdirməyə hazırdır.
"Azərbaycanın şərq bölgələri ilə Naxçıvan Respublikasını ən qısa marşrutla birləşdirən hissədə müasir mexanizmlərdən istifadə etməyi təklif etdik. Məsələn, fiziki yoxlamaları minimuma endirmək üçün elektron skaner sistemlərinin, elektron bəyannamənin tətbiqini təklif etdik ki, bu da yük axınının sürətlənməsinə imkan verəcək. Bundan əlavə, keçidin təhlükəsizliyini təmin etmək üçün sığorta və təkrar-sığorta mexanizmlərindən istifadəni təklif etdik", - nazir vurğulayıb.
Dünən, 20:20
Fidan iranlı həmkarı ilə danışıqlar apardı


Fidan iranlı həmkarı ilə danışıqlar apardı

Türkiyənin xarici işlər naziri Hakan Fidanla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Tərəflər İranın nüvə proqramı ilə bağlı Omanda keçirilən danışıqları müzakirə ediblər.
Onlar, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!