Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                        Azərbaycanda bu cərimə iki dəfə artdı .....                        Bakının bu küçəsində yenilik tətbiq olunur - AYNA .....                        Qatarda ödəniş etmədən gedən sərnişinlər cərimələnəcək .....                        Bu lampalara görə 5 min cərimələnəcəksiz .....                        Ceyhun Bayramov Stiv Deyns ilə görüşdü .....                       
4-05-2025, 14:27
Rezidenturaya qəbul imtahanı keçirildi


Rezidenturaya qəbul imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.
Bu barədə DİM-dən məlumat verilib.
Qeyd olunub ki, imtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
Mayın 5-dэn etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

***

09:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahanda 1 448 namizəd iştirak edəcək. Onlardan 1 109 nəfər Azərbaycan, 339 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 620 nəfəri oğlan, 828 nəfəri isə qızdır. 261 nəfər cari ilin, 649 nəfər əvvəlki illərin məzunudur. 538 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 12 nəfər xarici ölkə vətəndaşıdır.
İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.
İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanların keçirilməsi üçün, ümumilikdə 6 imtahan binası, 15 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 124 nəzarətçi-müəllim, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
4-05-2025, 14:19
CHP sədrinə yumruqla hücum


CHP sədrinə yumruqla hücum

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə Türkiyə Böyük Millət Məclisinin (TBMM) qrup başqan vəkili və DEM Partiyasının millət vəkili Sırrı Süreyya Öndərin cənazə mərasimindən sonra hücum edilib.
Hadisə İstanbulda Atatürk Mədəniyyət Mərkəzində baş verib.
Hücum edən şəxsin Selçuk Tenginoğlu adlı şəxs olduğu müəyyən edilib və dərhal saxlanılıb. İstanbul Baş Prokurorluğu hücumla bağlı araşdırmanın davam etdiyini bildirib.
Daxili işlər naziri Ali Yerlikaya isə hadisə ilə bağlı: “Hücum cəhdini qətiyyətlə qınayır və cəmiyyətin sülhünü pozmaq istəyən hər kəsin hüquq qarşısında cavab verəcəyini bildirirəm”, - deyə açıqlama verib.
Qeyd edək ki, Özgür Özelin səhhətində ciddi problem yoxdur.
4-05-2025, 14:00
Ukrayna Rusiyanın “Strela” zavodunu məhv etdi


Ukrayna Rusiyanın “Strela” zavodunu məhv etdi

Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin Suzemski rayonundakı “Strela” zavodunu “Qrad” MLRS-dən istifadə edərək atəşə tutub.
Zərbə nəticəsində iki mühafizəçi yüngül xəsarət alıb.
İlkin məlumata görə, zərbələr zavodu tamamilə məhv edib.
RBC-Ukraynanın məlumatına görə, bu zavod Rusiyanın hərbi-sənaye kompleksi ilə bağlıdır.
Obyekt transformatorların, boğucuların, hamar gərginlik tənzimləməli avtotransformatorların, induksiya rulonlarının və müdaxilənin qarşısını alan filtrlərin istehsalında ixtisaslaşıb.
4-05-2025, 13:41
Azərbaycan deputatı Moskvada saxlanıldı - Deport edilir


Azərbaycan deputatı Moskvada saxlanıldı - Deport edilir

Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb.
Nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişimə qadağa qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır.
Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyevə media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azətbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd oluna bilər.
4-05-2025, 13:16
27 mindən çox şagird imtahan verdi


27 mindən çox şagird imtahan verdi

Bu gün Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, imtahan ümumilikdə 21 şəhər və rayonda 118 binada təşkil olunub.
İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanın idarə olunması üçün 118 ümumi imtahan rəhbəri, 315 imtahan rəhbəri, 2534 nəzarətçi, 363 buraxılış rejimi əməkdaşı (mühafizə) və 118 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, bir nəfərdə “ağıllı” saat aşkarlanıb və araşdırma aparılacaq. Cari ildə məzun olan iştirakçıların imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib. İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək. Xatırladaq ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. Növbəti imtahanın tarixi və qeydiyyat günləri haqqında məlumat veriləcək.
4-05-2025, 12:51
Putin: Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq


Putin: Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq

Nə qədər təhrik edilsə də Rusiya Ukraynada nüvə silahından istifadə etmədən hərbi əməliyyatı uğurla başa çatdırmaq üçün bütün lazımi qüvvələrə malikdir.
Bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinlə söhbətində qeyd edib.
“Bizi təxribata çəkmək istəyirdilər, səhv etməyimizi gözləyirdilər. Bayaq dediyiniz silahlardan istifadə etməyə ehtiyac yoxdur. Ümid edirəm ki, buna ehtiyac olmayacaq. 2022-ci ildə başlananı Rusiyaya lazım olan nəticə ilə məntiqi sonluğa çatdırmaq üçün kifayət qədər gücümüz və resurslarımız var”, - deyə o əlavə edib.
4-05-2025, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda mayın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, 04-dən 05-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var, gecə və səhər bəzi yerlərdə arabir duman, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 18-22° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65% olacaq.
Azərbaycanın rayonlarında isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
4-05-2025, 11:57
Ukrayna ilə barışıq qaçılmazdır - Putin


Ukrayna ilə barışıq qaçılmazdır - Putin

Ukrayna ilə barışıq qaçılmazdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə barışıq qaçılmazdır və bu zaman məsələsidir:
"Mənə elə gəlir ki, indi yaşadığımız bütün faciələrə baxmayaraq, bu qaçılmazdır. Bu, zaman məsələsidir".
4-05-2025, 11:50
Şimali Kiprin adı dəyişməyəcək - Prezidentin müşaviri


Şimali Kiprin adı dəyişməyəcək - Prezidentin müşaviri

"Prezident Ersin Tatar Şimali Kipr Türk Respublikasının adının dəyişəcəyini deməyib".
Bunu Şimali Kipr Türk Respublikası Prezidenti Ersin Tatarın xüsusi müşaviri Gökhan Güler bildirib.
“Şimali” sözünün götürülməsi gündəmə gələrsə və bunun üçün konyektura varsa, bunun könlündən keçdiyini söyləyib. Ancaq bunun hazırda mümkün olmamadığını deyib. Hazırda bunun mümkün olmamasına səbəb kimi uyğun konyekturanın olmaması, məclisdə millət vəkilləri ilə müzakirə edilməməsi və referendum keçiriləcəyi təqdirdə xalq tərəfindən bunun dəstəklənməsinin inidiki situasiyada asan olmaması ilə izah edib:
"Sadəcə müxbir çıxışı təhrif edib. Şimali Kipr Türk Respublikası elan edilərkən "Şimali" sözünün əlavə edilməsi federasiyada anlaşma mümkün olarsa, şimalla güney məlum olsun deyə əlavə edilib. Lakin artıq 2017 Kipr müzakirə prosesi, iki dövlətli həllin tək yol olması irəli sürüldüyündən Şimali sözünün dəyişməsinə ehtiyac var. Lakin bunun üçün konstiyusiya dəyişikliyinə gedilməlidir”.
G.Güler Şimali Kiprin 22-24 may tarixlərində Macarıstanda TDT-nin qeyri-rəsmi görüşündə iştiral edib-etməyəcəyi ilə bağlı sualımıza da cavab verib.
“Dəvət olacağı təqdirdə Şimali Kipr bu toplantıda iştirak edəcək”, - o deyib.
4-05-2025, 11:36
Almaniya miqrasiya siyasətini SƏRTLƏŞDİRİR


Almaniya miqrasiya siyasətini SƏRTLƏŞDİRİR

Almaniyanın gələcək daxili işlər naziri Aleksander Dobrindt (Xristian Sosial Birliyi) yeni vəzifəsinin ilk günündə Almaniya sərhədlərində nəzarəti gücləndirmək və miqrasiya siyasətini sərtləşdirmək üçün göstərişlər verəcəyini açıqlayıb.
Bu barədə o, “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, qanunsuz miqrasiya ilə bağlı rəqəmləri azaltmaq lazımdır:
“Bəşəriyyətin və nizamın bərabər şəkildə təmin edilməsi üçün nəzarət, aydınlıq və ardıcıllıq lazımdır. Bu məqsədlə biz milli və Avropa həlləri hazırlayırıq. İlk qərarlar bu çərşənbə (7 may - Qeyd) vəzifəyə başladıqdan sonra veriləcək. Sərhəd nəzarəti gücləndiriləcək və ölkəyə girişdən imtina alanların sayı artırılacaq”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!