Ərdoğan Zelenski ilə sülhdən danışdı .....                        Yenidən spiker postuna namizəd oldu .....                        Telmanın atası da minaya düşübmüş... .....                        Buraxılış imtahanının cavabları elan edildi .....                        Tələbə xərçəngdən vəfat etdi .....                        Millimiz dünya çempionatının finalında .....                        Gəncəni raketlə vuranlar onlar imiş - Adlar AÇIQLANDI .....                        Füzuli Hüseynova töhmət verildi - Şuradan ÇIXARILDI .....                        Meloni Mərkəzi Asiya liderlərini bir araya topladı .....                       
10-05-2025, 18:56
Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI


Şuşa ilə Xankəndi arasında kanat yolu - Prezident AÇIQLADI

Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik.
Bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq”.
10-05-2025, 18:50
“Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq


“Öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır.
Bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib.
“Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir”, - dövlət başçısı əlavə edib.
10-05-2025, 18:41
Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır...


Hindistanla Pakistan silahları susdurdu - Müharibə ehtimalı hələ də qalır...

ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın tam və dərhal qüvvəyə minən atəşkəs barədə razılığa gəldiyini bəyan edib.
O bildirib ki, danışıqlar ABŞ-ın vasitəçiliyi ilə uzun və gərgin gecə boyu aparılıb və nəticədə tərəflər 10 may, şənbə günü, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 15:30) atəşkəsə başlayıb.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib, hər iki ölkəni “zəka və sağlam düşüncə nümayiş etdirdiklərinə görə” təbrik edib.
ABŞ Dövlət katibi Marko Rubio da sosial şəbəkə hesabında bildirib ki, son 48 saat ərzində o və ABŞ vitse-prezidenti Ci Di Vens Hindistan və Pakistan rəsmiləri ilə intensiv danışıqlar aparıblar. Nəticədə tərəflər neytral ərazidə geniş mövzuları əhatə edəcək danışıqlara başlamağa razılaşıblar.
Pakistanın baş nazir müavini və xarici işlər naziri İshaq Dar Hindistanla atəşkəsi təsdiqləyib. Hindistan da atəşkəsi təsdiqləsə də, bildirib ki, Pakistan ərazisindən həyata keçiriləcək istənilən hücum yeni müharibəyə səbəb olacaq.
CNN-in Hindistan tərəfinə istinadla verdiyi məlumata görə, atəşkəs birbaşa telefon danışığı ilə razılaşdırılıb.
Atəşkəs elanından sonra Pakistanın hava məkanı bütün uçuşlar üçün açılıb, ölkə hava limanları fəaliyyətini bərpa edib. Bununla belə, Hindistan Pakistanla bağlı qəbul etdiyi bəzi məhdudiyyətləri, o cümlədən Hind çayı sularına dair müqavilənin dayandırılması qərarını qüvvədə saxlayacaq. Ticarət və viza sahəsindəki məhdudiyyətlər də hələ ləğv olunmayıb.
Xatırladaq ki, Hindistanın zərbələrinə cavab olaraq 10 may səhər saatlarında Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. Pakistan tərəfi bildirib ki, əgər Hindistan döyüşləri dayandırarsa, İslamabad da geri çəkiləcək.

Döyüşlər yenidən başlayacaq?

İki necə dövləti arasında baş verən bu son eskalasiya beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Hazırkı atəşkəs razılaşması regionda gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Atəşkəs razılaşmasının əldə olunması regionda müsbət siqnal kimi qəbul edilsə də, münaqişənin köklü səbəbləri hələ də həll olunmamış qalır. Hindistan və Pakistan arasında Cammu və Kəşmir bölgəsi üzərindəki ərazi mübahisəsi, qarşılıqlı ittihamlar və dərin etimadsızlıq vəziyyəti sabit saxlamağı çətinləşdirir.
Tərəflərin növbəti addımı olaraq neytral ərazidə diplomatik danışıqların başlanması planlaşdırılır. Bu danışıqlar təkcə hərbi gərginlik deyil, həm də su resursları, ticarət, sərhəd təhlükəsizliyi və terrorçuluqla mübarizə kimi məsələləri əhatə edəcək.
Buna baxmayaraq, tərəflərdən biri hər hansı razılaşmanı pozarsa, vəziyyətin sürətlə pisləşməsi ehtimalı qalır.
10-05-2025, 18:34
Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər


Xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər

Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır.
Bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işlərinin aparıldığını söyləyən dövətimizin başçısı bildirib: “İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər”.
10-05-2025, 18:17
Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib


Ulu Öndərin bütün həyatı Azərbaycan xalqına həsr edilib

Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
Bu sözləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib ki, məhz Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra ölkəmiz inkişaf yoluna qədəm qoyub.
10-05-2025, 17:35
Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var


Yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var

Şəki rayonunda yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində qeydə alınıb.
Belə ki, “Ford” markalı yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobusun toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
10-05-2025, 17:26
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu


Hindistan və Pakistan arasında atəşkəs əldə olundu

Hindistan və Pakistan atəşkəs barədə razılığa gəlib.
Bu haqda Hindistan Xarici İşlər Nazirliyi açıqlama verib.
Pakistan və Hindistan arasında atəşkəs razılaşmasının əldə olunması barədə məlumatı Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar təsdiqləyib.
Hindistan və Pakistan arasında atəşkəs Bakı vaxtı ilə 15:30-da qüvvəyə minib.
10-05-2025, 17:17
Bu gün bərpa olunan Qarabağı görürük - Prezident


Bu gün bərpa olunan Qarabağı görürük - Prezident

Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük.
Bu sözləri Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə deyib.
“Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”, - deyə dövlətimizin başçısı əlavə edib.
10-05-2025, 17:08
Gənc əsgərlər and içdilər - FOTO


Gənc əsgərlər and içdilər - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2025-ci ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Hərbi orkestrlərin müşayiəti ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra tədbirlər açıq elan olunub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təntənəli surətdə Hərbi andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.
Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək andiçmə mərasiminin 10 May tarixinə - Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyinə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyətindən, xalqımız və dövlətçiliyimiz üçün gördüyü əvəzsiz xidmətlərdən danışıb, gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib, onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə ediblər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatıb.





10-05-2025, 16:51
İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək - Prezident


İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək - Prezident

Bütün bu əzablı illər (işğal illəri - red.) arxada qaldı. Siz indi öz doğma torpağınıza qayıdırsınız və qayıtmısınız, sizin üçün gözəl şərait yaradılıb. Kəngərli kəndi göz oxşayır.
Bu barədə Prezident İlham Əliyev Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşündə bildirib.
Dövlət başçısı, həmçinin qeyd edib: “Kəndin bərpasının, yenidən qurulmasının birinci mərhələsidir, 292 ev hazırdır, sizin ixtiyarınıza verilir. İkinci mərhələdə daha çox evlər tikiləcək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!