Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI .....                        Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                       
13-05-2025, 23:05
Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı


Bakı-Ağstafa qatarının qarşısına heyvan sürüsü çıxdı

Bu gün səhər saatlarında Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarın qarşısına Zəyəm-Dəllər sahəsində nəzarətsiz buraxılmış xırdabuynuzlu heyvan sürüsü çıxıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin hadisə ilə bağlı açıqlamasında bildirilib.
Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.
ADY heyvan sahiblərinə bir daha müraciət edərək dəmir yolu ətrafında heyvanları nəzarətsiz buraxmamağa çağırır.
Nəzarətsiz heyvanların qatarların qarşısına çıxması təhlükəsizliyi riskə atır, həmçinin qrafikdə gecikmələrə səbəb olur.
13-05-2025, 22:46
Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik


Mayın 15-də İstanbulda ukraynalıları gözləyəcəyik

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbula gedəcək və Ukrayna nümayəndələrini gözləyəcək.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, danışıqlar qrupunun tərkibini açıqlamaqdan imtina edib.
"Xeyr, açıqlaya bilmərəm. Prezident əmr verəndə biz bunu edəcəyik”, - deyə Peskov danışıqlar iştirakçılarının açıqlanma vaxtı ilə bağlı sualı cavablandırıb.
"Biz yalnız cümə axşamı İstanbulda nümayəndə heyətləri arasında danışıqların aparılmasını təklif edən prezident Putinin bəyanatlarını qiymətləndiririk. Bizim nümayəndə heyətimiz orada olacaq və Ukrayna tərəfini gözləyəcək", - Kreml nümayəndəsi qeyd edib.
Qeyd edək ki, Zelenski mayın 15-də İstanbulda Rusiya tərəfi ilə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə başçılıq edəcəyini bildirib. ABŞ dövlət katibi Marko Rubio və digər ABŞ rəsmiləri də görüşdə iştirak edəcək.
13-05-2025, 22:27
Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü


Azərbaycan atları Britaniyada - “Land of Fire” geri döndü

Ponilərin nərəsi, zərif atların çaparaq keçdiyi meydan, minlərlə tamaşaçının nəfəsini tutduğu sehrli anlar...
“Vindzor Kral Atçılıq Şousu” may ayında yenidən qayıdır. 15-18 may tarixlərində Böyük Britaniyanın Vindzor şəhərində keçiriləcək şou əsl bayrama çevriləcək.
Bu il tədbirdə ən çox gözlənilən hadisələrdən biri – Azərbaycanın "Land of Fire" performansının geri dönüşüdür.
Azərbaycan Atçılıq Federasiyası şouya xüsusi proqramla qatılacaq.
Səhnəyə 20 heyranedici at, 60 istedadlı rəqqas və ilk dəfə canlı orkestr çıxacaq. Bu çıxış sadəcə atların nümayişi deyil, həm də xalqımızın musiqi ritmini, enerjisini və ruhunu təqdim edən sənət əsəri olacaq.
Tədbirin direktoru Ceyms Şou çıxışı səbirsizliklə gözlədiyini bildirib.
"“Azərbaycan Atçılıq Federasiyasını “Vindzor Kral Atçılıq Şousu”nda yenidən salamlamağa çox şadam. Onların canlı çıxışını əvvəllər heç vaxt görmədiyim üçün, rəqs və inanılmaz atçılıq sənəti vasitəsilə izah edilən bu qəhrəmanlıq nağılının möhtəşəm nümayişinə şahid olacağım üçün çox həyəcanlıyam ", - o qeyd edib.
Şounun proqramı isə təkcə bununla yekunlaşmır. Həyəcan dolu Defender Shetland Pony Grand National yarışları və DAKS Pony Club at oyunları tədbirə əlavə rəng qatacaq. Balaca, lakin ildırım sürətli Şetland poniləri arenada gənc çaparlarla birlikdə sürət yarışına çıxacaq, tamaşaçılar isə qalibləri ayaqüstə alqışlayacaqlar.
Britaniyanın dörd bir yanından – İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan gələn komandaların iştirak edəcəyi estafet at oyunları isə həm bacarıq, həm də taktika üzərində qurulub. Ötən il kral ailəsinin də yaxından izlədiyi bu qarşılaşmaların builki mərhələləri daha da rəqabətli və əyləncəli olacağı gözlənilir.
Ənənəyə sadiq qalaraq Kral Qoşunlarının və Kral Atçılıq Artilleriyasının musiqili çıxışı da tədbirin ən mühüm anlarından olacaq. Arxasına təkərli silah qoşulan altı atlı komandaların yüksək sürətlə fəndlər yerinə yetirməsi həm döyüş gücünü, həm də atlarla olan harmoniyanı nümayiş etdirəcək.
Bundan əlavə, 16 mayda keçiriləcək “Double Harness Scurry” yarışında cüt ponilər dar maneələri sürətlə keçərək final uğrunda mübarizə aparacaq. Burada sürət, tarazlıq və sinxronluq hər şeydən vacibdir.
Atlar, musiqi, rəqs və milli ruh bir araya gəldikdə ortaya unudulmaz bir tamaşa çıxır. “Vindzor Kral Atçılıq Şousu 2025” yalnız atçılıq həvəskarları üçün deyil, həm də mədəniyyət və incəsənət aşiqi olan hər kəs üçün nəzərdə tutulmuş bir tədbirdir. Azərbaycanın bu beynəlxalq səhnədəki çıxışı isə ölkənin milli irsini, ritmini və qüdrətini dünyaya nümayiş etdirəcək.
Qeyd edək ki, biletlər artıq satışdadır. Poni və at sevgisini bir az da dərindən yaşamaq istəyənlər www.rwhs.co.uk saytından bilet sifariş edə bilərlər.
13-05-2025, 21:55
Azərbaycanda nazir koronavirusa yoluxdu


Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən “Caspian Agro” sərgisi ilə əlaqədar COVID-19 testi verib.
“Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib”, - qurumdan bildirilib.
13-05-2025, 21:46
İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır?


İşdən çıxarılan məktəb direktorları təhsildən tamamilə uzaqlaşdırılır?

Bakı şəhəriindəki 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli vəzifəsindən azad edilib.
Rəsmi açıqlamada bildirilib ki, Yaqut Müseyibli fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, "Son Zəng" üçün pul yığılmasını tələb edir.
Ancaq Yaqut Müseyibli nöqsanlara görə çıxarılan ilk məktəb direktoru deyil.
2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
Jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov işdən çıxarılan məktəb direktorlarının aqibəti barədə sualı cavablandırıb.
O qeyd edib ki, məktəb direktoru əmək funksiyasını kobud şəkildə pozan zaman tutduğu vəzifədən azad edilir:
"Direktorun təhsili və əvvəlki pedaqoji fəaliyyəti nəzərdə tutularaq əmək qanunvericiliyi ilə tənzimlənibsə, biz buna etiraz etmirik, o pedaqoji fəaliyyətini davam etdirə bilər. Ancaq məktəb rəhbərliyi kimi fəaliyyət göstərə bilməz”.
13-05-2025, 21:30
Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi


Vəzifəli şəxs nalayiq hərəkətlərə görə işdən azad edildi

ANAMA-nın rəhbər şəxsi işdən azad edilib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qərar verib.
Qərara görə, Agentliyin Ağdam rayonunun Sarıcalı kəndində yerləşən mobil bazasının direktoru Əhmədov Ələsgər Həmzə oğlu kollektivdə nalayiq hərəkətlərə yol verdiyi üçün vəzifəsindən azad olunub.
13-05-2025, 21:04
Döyülərək öldürülən Elgünün atası danışdı


Döyülərək öldürülən Elgünün atası danışdı

Dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.
Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.
“Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi”, – deyə o bildirib.
13-05-2025, 20:33
Nazirlik prezidentin sərəncamı ilə bağlı məlumat yaydı


Nazirlik prezidentin sərəncamı ilə bağlı məlumat yaydı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, dəyişiklik 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Sərəncamda qeyd edilən 2021-2025-ci illər dövrü 2021-2030-cu illər olaraq müəyyən edilib.
Hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulacaq.
Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişlənib.
Onlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib, bu il isə daha 1 000 mənzil verilməsi nəzərdə tutulub.
13-05-2025, 19:54
İranda Xəzər dənizi üzrə təyinat


İranda Xəzər dənizi üzrə təyinat

İran Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndə təyin edib.
Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi ölkənin Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib.
13-05-2025, 18:52
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır


AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonu üzrə "3 nömrəli Yol İstismarı" İdarəsinin rəisi Rafiq Kərimovu vəzifəsindən azad edib. Onun yerinə həmin vəzifəyə oğlu - Elməddin Rafiq oğlu Kərimov təyin olunub.
Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan idarə və təşkilatların vergi borcları araşdırılıb. Müqayisə nəticəsində məlum olub ki, əvvəlki illərlə nisbətdə bu borclar əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi Yol İstismarı idarələrinin vergi borcu milyonlarla manata çatıb.
Vergi borcu olan idarələrin siyahısı və borc məbləğləri aşağıdakı kimidir:

* "Bakı 1 №-li Yol İstismarı" MMC (Direktor: Zaur Həmzəyev Oktay oğlu) – 562,018.50 AZN

* "41 №-li Yol İstismarı" MMC (Direktor: Fayiq Əliyev Rasim oğlu) – 922,295.02 AZN

* "37 №-li Yol İstismarı" MMC (Direktor: Fizuli Quliyev Tofiq oğlu) – 1,005,201.28 AZN

* "43 №-li Yol İstismarı" MMC (Direktor: İlham Əzimov Əli oğlu) – 9,077,526.56 AZN

* "31 №-li Yol İstismarı" MMC (Direktor: Aqil Vəliyev Mehman oğlu) – 156,926.92 AZN

* "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC (Direktor: Kazım Hüseynov Mirəziz oğlu) – 4,278,107.36 AZN

* "23 №-li Yol İstismarı" MMC (Direktor: Mübariz Əkbərov Hilal oğlu) – 78,076.33 AZN

* "3 №-li Magistral Yolların İstismarı" MMC (Direktor: Anar Süleymanov Nəriman oğlu) – 6,998,376.97 AZN

Qeyd edilən məbləğlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə olan vergi borclarıdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!