Zelenski onları "axmaq" adlandırdı .....                        Dövlət başçısına nələr hədiyyə edildi? - FOTO .....                        Rusiya Ukrayna ilə sülh üçün iki variant təklif etdi – Şərtlərin TAM SİYAHISI .....                        Laçında “MDB-nin mədəniyyət paytaxtı - 2025”in açılış mərasimi .....                        Rusiya ilə Ukrayna razılaşa biləcək? -Türkiyədən AÇIQLAMA .....                        Makronun 40 min avroluq heykəli oğurlandı .....                        Müharibə zamanı Ermənistanın hədəfə aldığı mülki obyektlər .....                        Tələbə dənizdə boğulub öldü .....                        Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? .....                       
14-05-2025, 23:14
Qaynana gəlnini güllələdi


Qaynana gəlnini güllələdi

Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.
Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
14-05-2025, 22:43
Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı


Tramp 1,2 trilyon dollarlıq saziş imzaladı

Qətərdə səfərdə olan ABŞ Prezidenti Donald Tramp bu ölkənin əmiri Şeyx Təmim bin Həməd Əl-Tani ilə 1,2 trilyon dollar dəyərində iqtisadi mübadiləyə dair müqavilə imzalayıb.
Həmçinin iki ölkə arasında ümumi dəyəri 243,5 milyard dollardan çox olan iqtisadi müqavilələrə imza atılıb. Bu çərçivədə Qətər ABŞ istehsalçısı “Boeing”dən “Qatar Airways” üçün 200 milyard dollar dəyərində 160 təyyarə alacaq.
Həmçinin müqaviləyə əsasən Qətər və ABŞ arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq daha da gücləndirilir. “Raytheon” şirkəti ilə imzalanan bir milyard dollarlıq razılaşma Qətəri pilotsuz uçuş aparatları, “General Atomics” ilə bağlanmış 2 milyard dollarlıq müqavilə isə MQ-9B pilotsuz uçuş aparatları ilə təmin edəcək.
14-05-2025, 22:25
Hüseyn Həsənovdan həbs qərarına reaksiya


Hüseyn Həsənovdan həbs qərarına reaksiya

Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilməsi və qiyabi həbs qərarına münasibət bildirib.
Bu barədə o, "Instagram" səhifəsində yazıb:
"Bəli, "qiyabi həbs" sözü qorxuducu səslənir, amma əslində hər şey o qədər də dramatik deyil. Bütün vergi məsələləri ötən il həll edilib. Hüquqşünaslarım bu vəziyyətlə məşğuldurlar", - bloqer bildirib.
Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blohgeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
14-05-2025, 22:06
Zelenski Nəriman Cəlalı səfir təyin etdi


Zelenski Nəriman Cəlalı səfir təyin etdi

Nəriman Cəlal Ukraynanın Türkiyədəki səfiri təyin edilib.
Müvafiq sərəncamı Ukrayna Prezidenti Volodimir Zelenski imzalayıb.
Ukrayna lideri qərarı ötən il dekabrın sonunda çıxışı zamanı elan edib. Cəlalın bu vəzifəyə təsdiqlənməsi Rusiya və Ukrayna arasında İstanbulda gözlənilən danışıqlar fonunda baş verir.
Cəlal Krım tatar xalqı Məclisinin sədr müavinidir. O, 2021-ci il sentyabrın 4-də Rusiya Federasiyası tərəfindən həmin il avqustun 23-də Simferopol yaxınlığında Perevalnoye yaxınlığında baş vermiş qaz kəmərinin bir hissəsini partlatmaqda ittiham edilərək həbs edilib və 17 il müddətinə azadlıqdan məhrum edilib. Cəlal 2024-cü il iyunun sonunda rus əsirliyindən azad edilib.
14-05-2025, 20:40
Mirzoyan Kallasla sülhdən danışdı


Mirzoyan Kallasla sülhdən danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.
Bu haqda Ermənistan XİN məlumat yayıb.
Tərəflər regionda sabitliyin bərqərar edilməsi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası əlaqələrin qurulması ətrafında müzakirələr aparıblar.
Görüşdə Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.
14-05-2025, 20:03
Pakistandan Azərbaycana təşəkkür


Pakistandan Azərbaycana təşəkkür

Pakistanın Baş naziri Şahbaz Şərif Pakistanla sarsılmaz həmrəyliyə və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, qardaş Azərbaycan xalqına dərin minnətdarlığını bildirib.
Baş nazir Şahbaz Şərif ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadovu qəbul edərkən, Azərbaycanın nümayiş etdirdiyi mövqenin iki xalq arasında möhkəm dostluğun və qardaşlığın təzahürü olduğunu deyib.
Regionda baş verənlər və əldə olunmuş atəşkəs razılaşması barədə danışan Baş nazir ölkəsinin gələcəkdə də hər hansı təcavüz qarşısında öz suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə hazır olduğunu bildirib.
Baş nazir strateji xarakter daşıyan Azərbaycan-Pakistan münasibətlərinin inkişafından söz açaraq, ikitərəfli əməkdaşlığın müsbət inkişafından məmnunluğunu ifadə edib. O, Prezident Əliyevin ötən ilin iyulunda Pakistana tarixi səfərinin iqtisadiyyat, ticarət və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının açılması ilə mühüm mərhələ olduğunu bildirib. Baş nazir fevralda Bakıya səfərini xatırladaraq, Pakistanın ikitərəfli əlaqələri qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığa yüksəltmək istəyini bir daha təsdiqləyib.
Azərbaycan və Pakistanın dost və qardaş ölkələr kimi hər zaman birlikdə olduğunu bildirən ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov, dövlətimizin başçısı İlham Əliyevin iki ölkə arasındakı qardaşlıq əlaqələrinə böyük önəm verdiyini və son illər ərzində tərəflər arasında əlaqələrin sürətlə inkişaf etdiyini bildirib.
14-05-2025, 19:20
Rusiya Hüseyn Həsənovu axtarışa verdi


Rusiya Hüseyn Həsənovu axtarışa verdi

Rusiya Azərbaycanəsilli bloger Hüseyn Həsənovu axtarışa verib.
O, çirkli pulların yuyulmasında ittiham edilir.
Hüseyn Həsənovun barəsində qiyabi həbs qərarı çıxarılıb. Blogeri 7 ilə qədər həbs cəzası gözləyir.

14-05-2025, 19:12
Təbrik edirik!

Təbrik edirik!
Bu gün bizim sevimlimiz gözəl ana, gözəl qaynana güclü xanım Bəsirə anamızın doğum günüdür. Bəsirə anamızı oğlanları, qızı, gəlinləri, nəvələri xüsusi ilə Mətanət gəlini təbrik edir, ona Allahdan can sağlığı, xoş günlər arzu edir. Onu ana kimi çox sevdiyini bildirir. İllər keçsədə hər zaman simanızdakı nurunuz qalmaqdadır. Nəfəsiniz daima övladlarınızın üzərində olsun. Doğum gününüz mübarək olsun Bəsirə ANA!
Bəyaz Ağazadə
14-05-2025, 18:58
İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?


İslandiya-Azərbaycan oyunu harada keçiriləcək?

DÇ-2026-nın seçmə mərhələsinin İslandiya - Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də "Lauqardalsvollur" stadionunda Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qeyd edək ki, millimiz İslandiya ilə yanaşı Fransa və Ukrayna ilə yarışacaq.
14-05-2025, 18:27
4 uşaq anası xəstəxanada öldü


4 uşaq anası xəstəxanada öldü

Gəncə şəhərində müayinəyə gedən qadın xəstəxanada ölüb.
1966-cı il təvəllüdlü Ramilə Bayramova xəstəxanada müayinə zamanı həyatını itirib.
Onun hansı səbəbdən vəfat etdyi bilinmir, hadisə ilə bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, R. Bayramovanın 4 övladı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!