Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı .....                        Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi .....                        SSRİ bayrağına görə oğlu da işdən qovuldu .....                       
Dünən, 16:03
Əsgər yoldaşını "yetim" sözünə görə öldürübmüş


Əsgər yoldaşını "yetim" sözünə görə öldürübmüş

Silahla ehtiyatsız davranış nəticəsində həlak olduğu bildirilən "N" saylı hərbi hissənin əsgəri Rüfət Ağayevin qəsdən öldürüldüyü məlum olub.
Aparılan istintaqla Rüfətin əsgər yoldaşı tərəfindən güllələnərək qətlə yetirildiyi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, hadisədən əvvəl Rüfət Ağayev və təqsirləndirilən əsgər Tale Qurbanov arasında bir neçə dəfə mübahisə baş verib. İddiaya görə, Rüfətin ona "yetim" deyə müraciət etməsi Qurbanovda qəzəb və kin yaradıb. Atası və anası sağ olan Tale bu sözləri qəbul etməyərək əsgər yoldaşını öldürmək qərarına gəlib.
Bir neçə gün sonra gecə növbəsində olan Qurbanov postdan çıxaraq digər patrul naryadını oyatmaq bəhanəsi ilə əsgərlərin yataqxanasına gedib. Yataqxanaya daxil olan vaxt Rüfətlə aralarındakı mübahisələr onun yadına düşüb.
Hisslərini cilovlaya bilməyən Tale silahlı vəziyyətdə fürsət yaranmasından istifadə edərək yatmış vəziyyətdə olan xidmət yoldaşı Rüfəti güllələyib.
Təqsirləndirilən şəxs ilkin ifadəsində hadisənin ehtiyatsızlıq nəticəsində baş verdiyini, Rüfəti öldürmək niyyətində olmadığını deyib.
Lakin toplanmış sübutlar, o cümlədən şahid ifadələri qəsdən adam öldürmə kimi qiymətləndirilib.
Hökmə əsasən 20 yaşlı Tale əsgər yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini ümumi, qalan 13 ilini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dünən, 15:55
Azərbaycan ərazilərinin işğalında iştirak etmişəm! - Sahakyandan etiraf


Azərbaycan ərazilərinin işğalında iştirak etmişəm! - Sahakyandan etiraf

Mayın 19-da Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan işğal olunmuş Azərbaycan ərazilərində Şuşanın işğalından sonrakı fəaliyyəti, hansı dəstədə xidmət etməsi, hansı komandirlərlə görüşməsi və nələri müzakirə etməsi ilə bağlı sualları cavablandırıb.
O, 1993-cü ilin iyun ayından arxa xidmət qərargah rəisi olduğunu deyib.
Təqsirləndirilən şəxsin dindirilməsi zamanı nümayiş olunan videoda Bako Saakyan da görünüb. Kadrlarda stol arxasında oturan hərbçilərin sənədlər və xəritə üzərində müzakirələr aparması əksini tapıb. Videodan və B.Sahakyanın ifadələrindən məlum olub ki, müzakirələr zamanı orada müxtəlif komandirlər iştirak edib.
B.Sahakyan nümayiş olunan videoda özünü, general Kristapor İvanyanı, Samvel Karapetyanı, Movses Akopyanı, Samvel Babayanı, Vitali Balasanyanı, Vaçaqan İsxanyanı və digərlərini tanıyıb.
Bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə “rəhbərlik etmiş”, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Saakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
Dünən, 15:50
Köçəryan özünü həkimə göstərsin! - Spikerdən eks-prezidentə sərt cavab


Köçəryan özünü həkimə göstərsin! - Spikerdən eks-prezidentə sərt cavab

Parlamentin sədri Alen Simonyan eks-prezident Robert Köçəryanın Baş nazir Nikol Paşinyanı Ermənistanın ən varlı adamı adlandırmasına sərt cavab verib.
Simonyan bildirib ki, bu cür iddialarla çıxış edən hər kəs həkimə müraciət etməlidir.
“Çünki reallıq hamıya məlumdur: Paşinyan ölkə tarixinin ən açıq və şəffaf liderlərindən biri hesab olunur”.
Simonyan həmçinin Köçəryanın böyük sərvətinin mənbəyi ilə bağlı sual qaldırıb və təklif edib ki, keçmiş prezident onun 200 milyon dollara yaxın pulu necə topladığını izah etsin.
"İcazə verin soruşum ki, o pul “Artsax”dan, yoxsa Albaniyadan verilib?", - deyə spiker istehza ilə qeyd edib.
Dünən, 15:44
Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi


Tələbə faciəvi şəkildə vəfat etdi: yayda əsgər gedəcəkdi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib:
"Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirmişdi. Universiteti bitirib iyul ayında əsgər gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı. Xəyalları, arzuları yarımçıq qaldı", - deyə o paylaşımında bildirib.
Dünən, 15:08
Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı


Polis Cəlilabadda əməliyyat keçirdi - 11 kiloqram narkotik aşkarlandı

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.
Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Dünən, 15:04
İrəvan-Bakı müzakirələri liderlər və nazirlər formatında davam edə bilər - Simonyan


İrəvan-Bakı müzakirələri liderlər və nazirlər formatında davam edə bilər -Simonyan

"İrəvanla Bakı arasında müzakirələr davam edir".
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 19-da jurnalistlərlə görüşündə bildirib.
Onun sözlərinə görə, bu prosesin davam etdirilməsini təmin etmək üçün tərəflər arasında razılaşma var.
“Mən istisna etmirəm ki, yaxın gələcəkdə iki ölkə liderləri formatında, eləcə də xarici işlər nazirləri formatında müzakirələr davam edə bilər”, - Simonyan bildirib.
Parlament sədrinin sözlərinə görə, bu, yaxşı xəbərdir, lakin hələlik konkret razılaşma yoxdur.
"Bu cür proseslər sülh müqaviləsinin bağlanacağı yerə və vaxta yönəlib. Ermənistan tərəfi və çoxsaylı beynəlxalq tərəfdaşlar sülh müqaviləsinin bağlanmasının nəhayət reallığa çevrilməsi üçün müvafiq işlər görürlər", - Ermənistan parlamentinin spikeri vurğulayıb.
Xatırladaq ki, iki ölkə liderləri Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasındakı sonuncu görüş ötən həftə - mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçrilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində baş tutub.
Liderlərin qısa müzakirəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan da iştirak edib.
İrəvanın açıqlamasına görə, Tiranada tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasının vacibliyini qeyd ediblər.
“Liderlər mövcud vəziyyəti müzakirə edib və sənədin imzalanmasına aparan prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar”, - açıqlamada deyilir.
Rəsmi Bakı Tirana görüşünü şərh etməyib.
Dünən, 14:59
Məhkəmədə Petrosyan barədə fikirlər dinlənildi


Məhkəmədə Petrosyan barədə fikirlər dinlənildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.
Kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.
Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.T.Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Deyirlər ki, “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.
Üstəlik, deyirlər ki, o vaxt erməni hərəkatı “miatsum, miatsum” deyib meydana çıxmağın nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, əgər bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.
Məhkəmədə təqdim olunnan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.
Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.
Kadrlarda L.T.Petrosyan deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!