Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi .....                        Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB .....                        10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO .....                        Kimlər əfvə düşə bilməz? - SİYAHI .....                        İranın müdafiə naziri Ermənistana getdi .....                        Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı .....                        Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO .....                        Bakıda yeni işıqforlar quraşdırılır .....                        Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban .....                       
Bu gün, 18:10
Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi


Məhkəmə Tofiq Yaqublu barədə qərar verdi

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən onların apellyasiya şikayəti təmin edilməyib və barələrindəki hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.
İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Bu gün, 17:33
Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB


Bakıda itkin düşən yeniyetmə tapıldı - YENİLƏNİB

Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində itkin düşən 13 yaşlı qız tapılıb.
Mayın 18-də itkin düşən 2012-ci il təvəllüdlü X.Mehdiyeva polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

15:50

Bakıda yeniyetmə qız itkin düşüb.
Butov.az-ın məlumatına görə, 19 may 2025-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini Mehdiyev Ruslan Nazim oğlu Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı 2012-ci il təvəllüdlü Xədicə Mehdiyeva 18 may tarixində evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bu gün, 17:16
10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO


10 kq qızılı oğurlayıb bataqlıqda gizlətdilər - FOTO

Şamaxıda 10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olunub Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.
Bu barədə DİN-dən bildirilib.
Naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib. Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda “saxla” işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər. Daha sonra “izi” itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar. Onların cinayət yolu ilə ələ keçirdikləri qızıl-zinət əşyaları tam həcmdə maddi sübut kimi aşkarlanaraq götürülüb və zərərçəkmişə qaytarılması təmin olunub.
Fakta görə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bu gün, 17:13
Kimlər əfvə düşə bilməz? - SİYAHI


Kimlər əfvə düşə bilməz? - SİYAHI

Azərbaycanda yeni əfv sərəncamının imzalanması gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası artıq iclasları başa çatdırıb.
Hazırlanan siyahılar Prezident İlham Əliyevə təqdim ediləcək. Qeyd edək ki, komissiya bu il 7 iclas keçirib və 700-dən artıq müraciətə baxılıb.
Əfv sərəncamının nə vaxt imzalanacağı məlum deyil. Ancaq mayın 28-də - Müstəqillik Günü ərəfəsində sərəncamın imzalanması gözlənilir.
Mətbuatda və sosial şəbəkələrdə kimlərin əfv sərəncamına düşə biləcəyi barədə müzakirələr aparılır.
İndiyədək Azərbaycanda 70 əfv sərəncamı və 12 amnistiya aktı imzalanıb. Sözügedən humanist addımların nəticəsində minlərlə şəxs azadlığıa qovuşub.
Azərbaycanda əfv məsələləri "Əfvetmə haqqında Əsasnamə" ilə tənzimlənir.
Əsasnaməyə görə, Azərbaycanda əfv yerli məhkəmələr tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən vətəndaşlara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.
Əsasnamədə kimlərin əfv oluna biləcəyi barədə müddəalar da yer alıb.
Belə ki, islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra əfv oluna bilər.
Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə əfv edilmək üçün cəza müddətinin ən azı üçdə bir hissəsini çəkməlidir.
Ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs cəza müddətinin ən azı yarısını çəkdikdən sonra əfv oluna bilər.
Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs cəzanın on il müddətini çəkdikdən sonra əfv üçün müraciət edə bilər.
Həmçinin, məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra məhkumluğun götürülməsi barədə müraciət edə bilər.
Beləliklə, əfv üçün tutulan şəxs barəsində məhkəmə hökmü qüvvəyə minməlidir. Əgər minməyibsə, əfv oluna bilməz.
Az ağır cinayətə görə həbs edilən şəxslər cəzanın üçdə birini, ağır və xüsusilə ağır cinayət görə tutulanlar cəzalarının yarısını çəkməyibsə əfv üçün müraciət edə bilməzlər. Ömürlük həbs olunanlar isə 10 ildən az həbsdə olublarsa, əfv oluna bilməzlər.
Bu gün, 16:38
İranın müdafiə naziri Ermənistana getdi


İranın müdafiə naziri Ermənistana getdi

Mayın 20-də Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyanın dəvəti ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrin təminatı naziri, briqada generalı Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Respublikasına rəsmi səfər edib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bu gün, 16:34
Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı


Putinin Trampın xanımı haqda dedikləri... birmənalı qarşılanmadı

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla söhbətində ABŞ prezidentinin həyat yoldaşının ondan daha hörmətli olduğunu bildirib.
Bunu ABŞ prezidenti mətbuat konfransı zamanı deyib:
Lakin Tramp bundan heç də üzülməyib.
“Putin dedi ki, həyat yoldaşıma daha çox hörmət edirlər. Soruşdum ki, bəs mən? Cavab verdi ki, yox, onlar Melaniyanı daha çox sevirlər”, - Tramp bildirib.
Tramp Putinin sözlərindən incimədiyini, hər şey qaydasında olduğunu vurğulayıb.
Trampın bu açıqlaması Vaşinqton siyasi dairələrində birmənalı qarşılanmayıb.
Bu gün, 16:26
Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO


Numan Kurtulmuş Ədalət Vəliyevi qəbul etdi - FOTO

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.
Numan Kurtulmuş həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.


Bu gün, 16:11
Bakıda yeni işıqforlar quraşdırılır


Bakıda yeni işıqforlar quraşdırılır

Bakıda yeni işıqforlar quraşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları paytaxt ərazisində yerləşən təhsil müəssisələri və xəstəxanaların yaxınlığında olan yollarda monitorinqlər keçirirlər.
"Keçirilən növbəti tədbirlər zamanı piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq, Suraxanı rayonunda 87 nömrəli tam orta məktəbin və 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının yaxınlığında yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada işıqforları və bölmələri quraşdırılıb.
Rayonun Səttar Bəhlulzadə küçəsinin Tofiq Bayram və Əli Əskərov küçələri ilə kəsişməsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 16 ədəd piyada işıqforu və bölməsinin istifadəyə verilməsi nəzərdə tutulur", - deyə məlumatda qeyd edilib.
Bu gün, 16:07
Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban


Üzləşdiyimiz istənilən çətinlik zamanı Əliyev bizim yanımızda olub - Orban

Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olmuşdur.
Bu fikirləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında səsləndirib.
Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirildiyini söyləyən Baş nazir deyib: “Biz bu təşkilata tamhüquqlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə toplantısına ev sahibliyi edirik”.
Bu gün, 15:55
Sabirabadda gənc oğlan 16 yaşlı qadını öldürərək Kürə atdı


Sabirabadda gənc oğlan 16 yaşlı qadını öldürərək Kürə atdı

Sabirabadda qətl hadisəsi baş verib.
Hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Hazırda Kür çayında meyitin axtarışları aparılır.
Faktla bağlı araşdırma gedir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!