İran-ABŞ danışıqları - 5-ci raundun yeri və vaxtı açıqlandı .....                        Sarkisyan Paşinyanı yıxmağa çağırdı: “Köçəryan baş nazir olsun!” .....                        Prezidentin Macarıstana səfəri başa çatdı .....                        "Baydenin 12-18 ay ömrü qalıb" .....                        Birgə hərbi təlimlərdən GÖRÜNTÜLƏR .....                        Paşinyan İranın müdafiə naziri ilə görüşdü .....                        Sarkisyanı məhkəmədə sıxırlar .....                        Daha bir məktəb direktorunun səsyazısı yayıldı - Araşdırma BAŞLADI .....                        Dövlət 5 banka yarım milyon depozit qoydu .....                       
Dünən, 12:48
Türk İnvestisiya Fondu fəaliyyətə başlayır


Türk İnvestisiya Fondu fəaliyyətə başlayır

Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur.
Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Dünən, 12:28
"İrəvanla Bakıya sülh sazişini imzalamaqda kömək etməyə hazırıq” - Lavrov


"İrəvanla Bakıya sülh sazişini imzalamaqda kömək etməyə hazırıq” - Lavrov

Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.
Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir.
"Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq", - Lavrov qeyd edib.
O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Rusiya 3+3 regional əməkdaşlıq formatına önəm verir və onun potensialına inanır. O, artıq həmin formatda üçüncü foruma hazırlıq işlərinin getdiyini qeyd edərək, bugünkü müzakirələr çərçivəsində tərəflərin də bu məsələləri həll edəcəyinə ümidvar olduğunu bildirib.
Dünən, 12:20
Avtobusda dava: qadına hücum edildi


Avtobusda dava: qadına hücum edildi

“BakuBus” MMC-yə məxsus 172 saylı avtobusda sərnişinlər arasında əlbəyaxa dava baş verib.
Hadisənin ötən gün saat 17:30-da metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verdiyi bildirilir. Avtobusa minən kişinin qadına hücum etdiyi qeyd olunub.
Məsələ ilə bağlı “BakuBus” MMC-dən bildirilib ki, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99 JU 869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident olub.
"Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, həmin şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıb".
Dünən, 12:18
Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər


Həbsxanaya yağ qabının içində narkotik keçirmək istədilər

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 9 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə xidmətdən məlumat verilib.
Məhkum Nahid Nicad oğlu Xudaverdiyevə gətirilmiş sovqata baxış keçirilən zaman plastik yağ qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 10,760 qram qurudulmuş marixuana və ümumi çəkisi 4,785 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Dünən, 12:15
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah paytaxtda mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Dünən, 12:12
665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə öldü


665 bal toplayan azərbaycanlı gənc faciəvi şəkildə öldü

ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.
Bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.
Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.
Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, C. Sadibəyli 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olub.
Dünən, 12:05
SSRİ bayrağına görə qovulan sədrin yerinə o seçildi


SSRİ bayrağına görə qovulan sədrin yerinə o seçildi

İmişli Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib.
Şuranın iclasında Ramiz Əmirov qurumun rəhbəri vəzifəsinə gətirilib.
Xatırladaq ki, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədov olub. Mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə Günü münasibətilə təşkil olunan tədbirdə onun SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi qalmaqala səbəb olub. Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib və Saleh Səmədov vəzifədən uzaqlaşdırılıb.
Onun yerinə müvəqqəti təyin edilən Vahid Tağıyev isə 1 gün sonra işdən çıxmaq haqda ərizə yazıb.
Qeyd edək ki, Ramiz Əmirov Saleh Səmədovdan əvvəl İmişli Rayon Ağsaqqallar Şurasına rəhbərlik edib.
Dünən, 12:01
Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən mesaj


Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən mesaj

Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir.
Bu barədə Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.
“Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”, - dövlət başçısı vurğulayıb.
Dünən, 11:54
Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB


Mirzoyan-Lavrov görüşü - YENİLƏNİB

Ermənistan və Rusiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr üçün yeni 2 illik planın hazırlanması üzrə işlər artıq başa çatıb.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər naziri Sergey Lavrovla İrəvanda keçirilən geniş tərkibli görüşdə deyib.
“Ümid edirəm ki, bu plan bu gün imzalanacaq”, - Mirzoyan qeyd edib.
Nazir humanitar sahədə əməkdaşlıqda xüsusilə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb. O, ötən danışıqların məhsuldar keçdiyini əlavə edib və geniş tərkibdə keçirilən görüşün də bu konstruktiv prosesin davam etdiriləcəyinə əminliyini ifadə edib.

***
Ermənistan Xarici İşlər Nazirliyində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş başlayıb.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş barədə daha geniş məlumat variləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!