Fidan Zəngəzur dəhlizindən danışdı: Azərbaycana güvənirik! .....                        Qarşılaşacağımız komandaların hamısı... - Qurban Qurbanov .....                        41 yaşlı kişini "tok" vurub öldürdü .....                        F-16 qırıcısı qəzaya uğradı: pilot öldü .....                        Putinlə görüş olmayacaq .....                        Hakan Fidan amerikalı həmkarı ilə Ukraynanı müzakirə etdi .....                        Gəncənin vurulması əmri Ermənistandan verilib - Arayik məhkəmədə .....                        "Qarabağ"ın rəqibləri bəlli oldu .....                        Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                       
26-07-2025, 18:22
Şuşada yanğının səbəbi AÇIQLANDI


Şuşada yanğının səbəbi AÇIQLANDI

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.
Bu barədə Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, yanğının səbəbi ərazidəki elektrik dirəyində yaranan qısaqapanma olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən 4 hektarlıq otlaq sahədə yanğın söndürülüb, yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb.

***

14:51

Şuşa rayonu Qala Dərəsi adlanan ərazidə yanğın baş verib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb və yanğın söndürülüb.
Hadisə baş verən ərazidə 3 dəfə mina partlayışı baş verib.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.
26-07-2025, 18:18
3 ölkə İranla bağlı danışıqlara başladı


3 ölkə İranla bağlı danışıqlara başladı

Almaniya, Fransa və Böyük Britaniya (E3 ölkələri) İranla yeni nüvə danışıqlarına başlayıb.
Ötən ay İsrail ilə İran arasında baş vermiş 12 günlük müharibədən sonra keçirilən bu ilk görüş İranın İstanbuldakı konsulluğunda baş tutub.
E3 ölkələri sonuncu dəfə bəyan etmişdi ki, danışıqlarda irəliləyiş əldə olunmasa “snapback” mexanizmi (sanksiyaların avtomatik bərpası) vasitəsilə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edə bilərlər. Bu mexanizmin müddəti oktyabrda başa çatır. Buna görə də avropalılar avqustun sonunadək razılaşma əldə etməyə çalışırlar. İranda uranın zənginləşdirilməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə əməkdaşlığın bərpası sahəsində aydın siqnallar verməsi tələb olunur.
İran Xarici İşlər Nazirliyinin sözçüsü görüş barədə açıqlamasında onu “avropalılar üçün reallıq yoxlaması” və “İranın nüvə məsələsi ilə bağlı mövqelərini düzəltmək üçün dəyərli fürsət” adlandırıb.
26-07-2025, 17:54
Bakı Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək? - Prezidentin köməkçisindən cavab


Bakı Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edəcək? - Prezidentin köməkçisindən cavab

“Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”.
Bu açıqlamanı “Berliner Zeitung” nəşrinə müsahibəsi zamanı Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Rusiya ilə Ukrayna arasındakı danışıqlar üçün platforma ola biləcəyi ilə bağlı sualı cavablandıran zaman verib.
“Bakı artıq bütövlükdə Xəzər regionunun diplomatik paytaxtıdır. Burada Türkiyə və İsrail arasında danışıqlar baş tutub. Suriya və İsrail arasındakı müzakirələr də Bakıda keçirilib. Rusiya və ABŞ da raket əleyhinə müdafiə məsələsi ilə bağlı strateji danışıqlarını Bakıda aparıblar. Son vaxtlarda Bakıda digər diplomatik tədbirlər keçirilib. Biz hər kəsi qəbul etməyə hazırıq, lakin heç kimi buna məcbur edə bilmərik. Bunun üçün onlar bizə müraciət etməlidir”, - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.
26-07-2025, 17:40
Ölkəmizə dəymiş zərər 150 milyard dollara yaxındır


Ölkəmizə dəymiş zərər 150 milyard dollara yaxındır

“Hazırda Ermənistan tərəfindən Azərbaycana kompensasiya ödənilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının müzakirə mövzusu deyil”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
Eyni zamanda o, Azərbaycan tərəfinin ölkəmizə dəymiş ziyanın müvafiq qiymətləndirməsini həyata keçirdiyini açıqlayıb:
“Burada söhbət bir dövlətin məsuliyyətindən gedir. Ermənistan 30 il ərzində beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı güc tətbiq edib, Azərbaycanın ərazilərini işğala məruz qoyub və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməkdən imtina edib. İşğal dövründə Ermənistan Azərbaycanın şəhər və kəndlərini tamamilə dağıdıb. Ərazilərimiz işğaldan azad edildikdən sonra bizim tərəfimizdən dəymiş ziyanın BMT-nin metodologiyası əsasında kompleks qiymətləndirilməsi həyata keçirilib. Bu qiymətləndirməyə əsasən, ölkəmizə dəymiş zərər ümumilikdə 150 milyard dollara yaxın həcmdə təşkil edir”.
26-07-2025, 17:19
Kanalda boğulan gəncin meyiti tapıldı


Kanalda boğulan gəncin meyiti tapıldı

Sabirabad rayonunda su kanalında boğulan 20 yaşlı gəncin meyiti tapılıb.
Hadisə ötən gün rayonun Qaragüney kəndi ərazisində baş verib. Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Musayev Səfərağa Elşən oğlu su kanalında boğulub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Ötən gündən başlayaraq aparılan axtarışlar nəticəsində suda boğulan gəncin meyiti batdığı yerdən 15-16 kilometr aralıda, bu gün saat 16 radələrində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
26-07-2025, 16:53
Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıyıq - PEZEŞKİAN


Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıyıq - PEZEŞKİAN

İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Bu barədə o, ölkənin Xarici İşlər Nazirliyində çıxışı zamanı deyib.
O bildirib ki, münasibətlərin yaxşılaşdırılması böyük uğurlara səbəb olacaq.
Prezident diplomatları səylərində daha fəal olmağa çağırıb.
26-07-2025, 16:41
İranda məhkəmə binasına silahlı hücum - Beş nəfər öldü


İranda məhkəmə binasına silahlı hücum - Beş nəfər öldü

İranın Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində məhkəmə binasına silahlı hücum zamanı 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Bildirilir ki, "Ceyş əl-Ədl" qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
İranın təhlükəsizlik qüvvələri üç silahlının zərərsizləşdirildiyini bildirib.
Onların məlumatına görə, silahlı dəstə binaya soxularaq bir neçə qumbara partladıb və mühafizəçilərlə atışmaya girib. Döyüş bir neçə saat davam edib.
26-07-2025, 16:32
Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü


Şuşanı zibilləyənlərə qarşı tədbirlər görüldü

Şuşa şəhərində ictimai qaydanın qorunması, ərazidə təmizliyin və sanitariya normalarının təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media hesabında məlumat paylaşıb.
Bildirilib ki, əhalinin sıx toplaşdığı yerlərdə insanlarla maarifləndirici söhbətlər aparılır, ərazinin təmiz saxlanmasının vacibliyi izah olunur.
Qeyd olunur ki, Şuşa bizim qürurumuzdur, gəlin onu təmiz və nümunəvi saxlayaq. Bütün vətəndaşlardan qaydalara əməl etmələri, təbiətə və ictimai mühitə qarşı məsuliyyətli davranmaları xahiş olunur.
26-07-2025, 16:04
USAID heç vaxt humanitar fəaliyyətlə məşğul olmayıb – Hikmət Hacıyev


USAID heç vaxt humanitar fəaliyyətlə məşğul olmayıb – Hikmət Hacıyev

Almaniya mətbuatı da daxil olmaqla Avropanın bir sıra əsas kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparır. Tramp Administrasiyası aşkarlayıb ki, USAID əvvəlki administrasiya ilə birlikdə xeyli gizli əməliyyatlar həyata keçirib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində deyib.
Prezidentinin köməkçisi bildirib ki, USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb.
“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi əksinə, Azərbaycanla bağlı daha az neqativ məqalələr dərc edilir. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur”, - deyə Hikmət Hacıyev fikrini tamamlayıb.
26-07-2025, 15:53
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi


Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi

Ermənistana təbii qazın verilişi bu gün günorta saatlarında bərpa edilib.
Bu barədə "Qazprom Ermənistan" məlumat yayıb.
Qeyd edək ki, Ermənistana qazın verilməsi Gürcüstan ərazisində "Şimali Qafqaz - Cənubi Qafqaz" tranzit magistral qaz kəmərinin "Qazax - Saquramo" hissəsində qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!