TikTok-da yeni funksiya .....                        "Fənərbaxça"da yeni transfer .....                        Pakistan Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklayıb .....                        Putin Pezeşkianla görüşdü .....                        Sumqayıtda karton zavodu yanır .....                        Kremldən Putin-Əliyev görüşü barədə açıqlama .....                        1-ci xanımların tədbirində İranı Pezeşkianın qızı təmsil etdi - FOTO .....                        Azərbaycanlı hakim UEFA-dan yeni təyinat aldı .....                        Liderlərin xanımları bir arada - FOTO .....                       
12-08-2025, 23:02
Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB


Zelenski Alyaska görüşünə niyə dəvət edilməyib? - Ağ Evdən CAVAB

“Alyaskada görüş Rusiya Prezidentinin Trampa görüş üçün müraciətindən sonra təşkil edilib”.
Bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit keçirdiyi brifinqdə bildirib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Alyaskada Putinlə Tramp arasındakı görüşə niyə dəvət olunmayıb”? sualın Ağ Ev rəsmisi belə cavab verib: “Prezident Tramp görüşə Vladimir Putinin müraciətindən sonra razılıq verib”.
Görüş avqustun 15-də Alyaskada keçiriləcək.
12-08-2025, 22:50
Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio


Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır - Rubio

Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.
Bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir:
“O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”, - deyə Rubio əlavə edib.
12-08-2025, 16:30
Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi


Çin Çexiya Prezidenti ilə əlaqələri kəsdi

Çin hökuməti Çexiya prezidenti Petr Pavel ilə əlaqələri kəsib.
Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Pekin 14-cü Dalay Lama ilə görüşünə cavab olaraq Çexiya lideri ilə bütün əlaqələri kəsmək qərarına gəlib.
"Dəfələrlə etirazlara və Çinin güclü müqavimətinə baxmayaraq, Çexiya prezidenti Petr Pavel Dalay Lama ilə görüşmək üçün Hindistana səfər edib. Bu, Çexiya hökumətinin Çin tərəfi qarşısında götürdüyü siyasi öhdəliklərə ciddi şəkildə ziddir və Çinin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirir", - Çin XİN qeyd edib.
Pekin Çexiya prezidentinin belə bir addımını qətiyyətlə pisləyib və onun Tibetin ruhani lideri ilə görüşünə görə Çexiya tərəfinə öz etirazını bildirib.
Qeyd edək ki, ötən ayın sonu Yaponiyaya səfərini başa vurduqdan sonra Çexiya prezidenti Hindistana şəxsi səfər edib və iyulun 27-də 14-cü Dalay Lama ilə görüşüb, Tibetin ruhani liderini bu yaxınlarda 90 illik yubileyi münasibətilə təbrik edib.
12-08-2025, 16:20
Kür çayında kritik vəziyyət


Kür çayında kritik vəziyyət

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.
Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5–2 km geri çəkilib.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.
12-08-2025, 16:10
Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..."


Elmar Məmmədyarov İrəvana səfir gedə bilər: "Necə məsləhətdir..."

8 avqustda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Paraflanmış mətn ötən gün Xarici İşlər Nazirliyi tərəfindən ictimailəşdirilib. Sənəddə göstərilən maddələrdən biri də yekun sülh sazişinin qəbul edilməsindən sonra ölkələrin qarşılıqlı diplomatik münasibət qurması ilə bağlıdır.
Sazişin V maddəsində göstərilir:
“Tərəflər, bu Sazişin ratifikasiya olunması sənədlərinin hər iki tərəfdən mübadilə edilməsindən sonra __ gün ərzində öz aralarında Diplomatik və Konsulluq münasibətləri haqqında Konvensiyaların (müvafiq olaraq, 1961 və 1963-ci illərin) müddəalarına uyğun olaraq, öz aralarında diplomatik münasibətləri quracaqlar”.
Sazişin bu maddəsinə əsasən demək olar ki, yaxın gələcəkdə Azərbaycanın Ermənistanda səfirliyi açıla bilər.
Uzun müddət qanlı müharibə və düşmənçilikdən sonra əldə edilən barışın ardından İrəvana göndəriləcək səfir heç şübhəsiz ki, digər ölkələrə təyin olunan diplomatlardan fərqlənməli olacaq.
İrəvana səfir gedəcək şəxsin hansı keyfiyyətlərə malik olması vacib mövcuddur.
Elmar Məmmədyarov bildirib ki, Ermənistana təyin olunacaq səfirin erməni dilini bilməsi və bu xalqın xüsusiyyətlərinə bələd olması daha yaxşı olar:
“Ermənistana səfir təyin ediləcək şəxs yaxşı olardı ki, təcrübəli bir diplomat olsun. Bu vacib deyil ki, şəxs mütləq diplomat olsun, kənardan da kimisə təyin etmək olar. Yaxşı olardı ki, səfir erməni dilini bilsin. Dil bilmək çox önəmlidir. Ümumiyyətlə, erməni xalqının xüsusiyyətlərini başa düşüb, anlamalıdır. Ancaq Azərbaycanla Ermənistan arasında əsas sülh sazişi imzalanandan sonra bir də diplomatik əlaqələri qurmaq haqda sənəd imzalanmalıdır. Diplomatik əlaqələri qurmaq üçün xüsusi sənəd var. Belədə səfiri təyin edə bilməzsən. Gərək həmin sənəd imzalansın. Ondan sonra müzakirə edilə bilər ki, kim səfir olmalıdır, neçə nəfər səfirliyin əməkdaşı olmaldır. Qalanları texniki məsələlərdir”.
Elmar Məmmədyarov özünün İrəvanda səfir kimi çalışmağa hazır olub-olmadığı ilə bağlı sualımıza belə cavab verib:
“Sualın 1 cavabı var: necə məsləhətdir”.
12-08-2025, 15:19
Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat


Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir - Deputat

"Zəngəzur dəhlizi ilk növbədə ölkəmizin əsas ərazisini onun ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə bütün ərazimizin fiziki birliyini və tamlığını təmin edəcək".
Bunu deputat Cavanşir Feyziyev deyib.
O, bildirib ki, bu, ölkə daxilində insanların, mal və məhsulların sərbəst hərəkətinə, Naxçıvanla ölkənin digər bölgələri arasında maneəsiz nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə səbəb olacaq:
"Digər tərəfdən, Zəngəzur dəhlizi türk dünyasının quru yolları vasitəsilə birləşməsinə şərait yaradır ki, bu da türk dövlətləri arasında inteqrasiya proseslərinin sürətlənməsinə və vahid türk geo-siyasi, iqtisadi və mədəni məkanının formalaşmasına əlverişli zəmin yaradır".
Onun sözlərinə görə, Zəngəzur dəhlizi qədim İpək yolunun bərpası deməkdir:
"Bu isə Qərblə Şərq arasında iqtisadi-ticarət əlaqələrinin daha da canlanmasına, Azərbaycanın da Yeni İpək yolu üzərində nəqliyyat-tranzit proseslərinə daha fəal qoşulmasına və faydalanmasına gətirib çıxaracaq.Beləliklə, Zəngəzur dəhlizi milli, regional və beynəlxalq səviyyələrdə bütün dünyanın maraqlarına cavab verir. Qlobal miqyaslı belə bir ciddi transformasiya məhz Azərbaycanın istəyi və tələbi ilə həyata keçirilir ki, bu da Azərbaycan prezidentinin uzaqgörən və dərin düşünülmüş siyasətinin nəticəsidir".
12-08-2025, 14:51
Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ


Müəllimlərin sertifikasiyasının müsahibəsi nə vaxt başlayır? - RƏSMİ

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə avqust ayının sonlarından etibarən start veriləcək.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumatda deyilir.
Bildirilir ki, ilk növbədə təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində uğur qazanan müəllimlər üçün müsahibələr təşkil olunacaq. Təkrar sertifikatlaşdırma üzrə 1 400-dən artıq müəllimin müsahibə mərhələsində iştirakı nəzərdə tutulub.
Qeyd olunur ki, 2025-ci il üçün təşkil olunmuş sertifikatlaşdırılma prosesində 21 000-ə yaxın kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverən, eyni zamanda, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak ediblər. Test imtahan mərhələsində 6 600 təhsilverən 51 bal və daha yuxarı, 11 318 təhsilverən isə 30 bal və daha yuxarı nəticə göstərib.
12-08-2025, 14:33
Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər


Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtina edə bilər

Ukrayna müharibəyə son qoymaq və NATO-ya üzvlük haqqı qazanmaq üçün bəzi ərazilərindən imtina edə bilər.
Bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Ukrayna prezidenti Volodimir Zelenski Avropa liderlərinə Donald Trampın hələ də nəzarət olan Ukrayna torpaqlarının verilməsini nəzərdə tutan sülh həllini rədd etmələrini deyib. Bununla belə, artıq Rusiyanın əlində olan Ukrayna əraziləri müzakirə mövzusu ola bilər.
Qəzet qeyd edir ki, cəbhə xətti dondurula və Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımda işğal etdiyi ərazilər üzərində nəzarəti faktiki olaraq Rusiyaya təhvil verilə bilər.
Kiyevin bu məsələdə mövqeyinin yumşaldılması Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində baş verib.
Qeyd edək ki, Donald Tramp Ukraynadakı münaqişənin həllini müzakirə etmək üçün avqustun 15-də Alyaskada Vladimir Putinlə görüşə ümid etdiyini bildirib. Kreml tarixi və yeri təsdiqləyib. CBS News-un məlumatına görə, Zelenski də müzakirələrə qoşula bilər.
12-08-2025, 14:28
Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ


Tarix dərsliklərində Zəngəzur dəhlizindən BƏHS EDİLƏCƏK - RƏSMİ

“Zəngəzur dəhlizi Azərbaycanın mühüm tarixi hadisəsi sırasında olduğundan yaş səviyyəsi və tarixi dövr əhatə olunan sinif üzrə tarix (“Zəfər tarixi 9”, “Azərbaycan tarixi 11”) dərsliklərində əks olunub”.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qurumdan bildirilib ki, ən yeni tarixin təhsilalanlara təqdim edilməsi baxımından növbəti illərdə hazırlanacaq və ya təkmilləşdiriləcək aidiyyəti dərsliklərdə son dövrləri əhatə edən mühüm məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı əlavə məlumatlar yer alacaq.
Əlavə olaraq qeyd edilib ki, ümumi təhsil pilləsi üçün hazırlanmış dərsliklərdəki materialların təlimə uyğun həyata keçirilməsi üçün metodik tövsiyələri də özündə ehtiva edən dərsliklərlə komplekt təşkil edən müəllimlər üçün metodik vəsaitlər hazırlanır. Dərslikdə yer alan mövzuların effektiv tədrisi ilə bağlı tövsiyələr həmin vəsaitlərdə əks olunur.
12-08-2025, 14:10
Şabrandakı yanğına görə 2 nəfər tutuldu


Şabrandakı yanğına görə 2 nəfər tutuldu

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.
Saxlanılan hər iki şəxs məsuliyyətə cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!