Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
Bu gün, 17:25
Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI


Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI

Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.
O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.
Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.
Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.
Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İsmayılova polis əməkdaşları tərəfindən tutulub. Müğənni barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.
Bu gün, 16:51
Yer yaxınlığında təhlükəli asteroid


Yer yaxınlığında təhlükəli asteroid

Diametri 50 metr olan “2025 PM” asteroidi Yer kürəsinin yanından keçib.
Göy cismi avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olub.
“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.
“2025 PM” “Apollon” qrupuna, yəni, orbitləri Yerin orbiti ilə kənardan kəsişən planetimizə yaxın asteroidlərə aiddir. O, avqustun 1-də aşkar edilib. Obyektin xüsusiyyətləri hələ də yaxşı məlum deyil, çox güman ki, bu, uçucu maddələrin izləri olmayan qayalıq bir blokdur.
Mütəxəssislərin fikrincə, Yerə yaxın obyektə növbəti iri yanaşma sentyabrın ikinci yarısında gözlənilir. Daha sonra diametri təqribən 200 m olan 2025 FA22 asteroidi təxminən 1 milyon km məsafədə Yerin yanından keçəcək.
İyulda alimlər xəbərdarlıq ediblər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.
Bu gün, 16:36
Bloger-jurnalist həbs edildi


Bloger-jurnalist həbs edildi

Ağdamda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.
Özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.
Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.
Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.
Bu gün, 15:40
Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi


Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi

İstanbulda sosial şəbəkədə özlərini polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən ata və oğlu həbs edilib.
Saxta polis əməkdaşlarının evlərində aparılan axtarış zamanı tapançalar, silahlar və saxta vəsiqələr aşkar edilib.
Evdən 4 ədəd sənədsiz tapança, 579 patron, 191 boş patron, 5 silah maqazini, 2 saxta polis vəsiqəsi, 4 ədəd prezident nişanı, iki polis nişanı, bir xüsusi əməliyyat gödəkçəsi, iki cangüdən nişanı, dörd simsiz rabitə cihazı və səkkiz mobil telefon aşkarlanıb.
Qeyd edilib ki, evdən çıxanlar və onların necə əldə olunduğu polis əməkdaşlarının özlərini də təəccübləndirib. Polis rəsmiləri bildiriblər ki, məhz onlara məxsus olan əməliyyat vasitələrinin qanunsuz yayılması ilə bağlı əlavə araşdırma da başladılıb.
Bu gün, 14:43
Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı


Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı

Avqustun 17-də Çin kosmosun tədqiqi və texniki sınaqlar üçün “Shiyan 28-B-02” eksperimental peykini orbitə çıxarıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Kosmosa uçuş Pekin vaxtı ilə saat 16:55-də (Bakı vaxtı ilə 12:55) Siçan kosmodromundan (Sıçuan əyalətinin cənub-qərbində) baş tutub. Kosmik aparatın orbitə çıxarılması üçün “CZ-4C” raketindən istifadə edilib. Bu, “Long March” seriyası daşıyıcıları üçün 589-cu buraxılışdır.
“CZ-4C” maye yanacaqla işləyən üç pilləli raketdir, diametri 3,8 m-dir. Uzunluğu 46,9 m-ə çatır və aşağı Yer orbitinə (geostasionar ötürmə orbitinə 1,5 ton) 4,2 tona qədər faydalı yük çıxarmağa qadirdir.
Bu gün, 14:20
FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir


FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına dair maarifləndirmə xarakterli tədbirlər davam etdirilir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, Regional Mərkəz tərəfindən Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib.
Tədbirinin keçirilməsində məqsəd əhaliyə çimərlikdə təhlükəsizilik qaydaları barədə biliklərin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Novxanı” xilasetmə məntəqəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə əməkdaşlar tərəfindən sularda təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, qadağanedici nişanlara, sanitar-gigiyena qaydalarına əməl olunması və zərəçəkmişlərə ilkin yardımın göstərilməsinə dair söhbətlər aparılıb.
Vətəndaşlara suda hər hansı bədbəxt hadisənin baş verməsinin qarşısının vaxtında alınması üçün zəruri tədbirlər barədə tövsiyələr verilib.
Bu gün, 14:05
Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir?


Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir?

Azərbaycanda ötən il qeydə alınmış cinayətlərin sayı 2023-cü illə müqayisədə azalıb.
Məlumata görə, 2023-cü ildə 36 811, 2024-cü ildə isə 33 379 cinayət hadisəsi baş verib. Bu, ümumi göstəricinin 3 432 fakt və ya 9,3 faiz azaldığını göstərir.
Cinayətlərin böyük hissəsi paytaxt Bakının payına düşüb (15 613 fakt). Paytaxtda ən çox cinayət Binəqədi, Sabunçu, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb.
İqtisadi rayonlar arasında Bakı və Abşeron-Xızıdan sonra ən çox cinayət Lənkəran-Astara bölgəsində qeydə alınıb (1748 fakt).
Abşeron rayonu üzrə 2 108, Sumqayıtda 1 758, Gəncədə 947, Naxçıvan Muxtar Respublikasında isə 551 cinayət hadisəsi qeydə alınıb. Qarabağ iqtisadi rayonunda 1 258 cinayət baş verib, Qərb bölgəsində isə Şəmkir (477) və Tovuzda (351) cinayətlərin sayı çoxdur.
Şimal bölgəsində Xaçmazda 353, Qubada 334 cinayət hadisəsi qeydə alınıb. Cənub zonasında Lənkəranda 495, Masallıda 376 fakt qeydə alınıb. Mingəçevir şəhərində 369, Yevlaxda 319, Sabirabadda 321, Şirvanda 441, Biləsuvarda isə 420 cinayət hadisəsi baş verib. Şəkidə 222, İsmayıllıda isə 134 cinayət törədilib.
Bu gün, 13:54
Türkiyədə meşə yanğınları davam edir


Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Çanaqqala vilayətində, Sinopun isə Gerze rayonunda baş verən meşə yanğınları davam edir.
Yanğın əsən küləyin təsiri ilə meşə sahələrinə yayılıb, Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazisinə girişlər müvəqqəti dayandırılıb.
Çanaqqala valisi Ömər Toraman bildirib ki, hadisə ilə bağlı bölgədən 251 vətəndaş təhlükəsiz ərazilərə köçürülüb və Gelibolunun beş kəndi təxliyə edilib.
Yanğınla mübarizəyə 12 təyyarə, 12 helikopter, yüzə yaxın quru texnikası və 560 nəfərdən ibarət canlı qüvvə cəlb edilib.






Bu gün, 13:32
İsrail Husilərə məxsus obyektləri vurdu


İsrail Husilərə məxsus obyektləri vurdu

İsrail Səna bölgəsində Husilərə məxsus enerji obyektinə zərbələr endirib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zərbələr Husi terror rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı təkrar hücumlarına, o cümlədən ölkə ərazisinə doğru yer-yer raketləri və pilotsuz uçuş aparatlarının atılmasına cavab olaraq Səna bölgəsində həyata keçirilib.
Bu gün, 13:19
Zelenskidən Rusiyaya yeni sanksiyalar - SİYAHI


Zelenskidən Rusiyaya yeni sanksiyalar - SİYAHI

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın süni intellekt (Sİ) elementləri ilə təchiz olunmuş zərbə dronlarının inkişafını məhdudlaşdırmaq məqsədilə yeni sanksiyalar tətbiq edib.
Dövlət başçısının Ofisi prezidentin 599/2025 saylı fərmanını açıqlayıb. Bu fərmanla Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının 16 avqust 2025-ci il tarixli “Fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarı qüvvəyə minir.
Sənədə əsasən, sanksiyalar siyahısına Rusiyadan və Çindən olan 39 fiziki şəxs və 55 hüquqi şəxs daxil edilib. Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Prezidentin sanksiya siyasəti üzrə müşaviri Vladislav Vlasuk jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya süni intellektdən istifadə etməklə pilotsuz uçuş aparatlarının istehsalına böyük sərmayələr yatırır və bu proses ciddi qəbul edilməlidir. O bildirib ki, Sİ tətbiq edilən dronlar daha yüksək muxtariyyət, dəqiqlik və radioelektron mübarizə vasitələrinə qarşı dayanıqlılıq nümayiş etdirir, hədəfləri operatorun iştirakı olmadan müəyyənləşdirib izləyə bilir.
Vlasukun sözlərinə görə, belə dronların istehsalı üçün müasir elektron komponent bazası və böyük hesablama resursları həyati əhəmiyyət daşıyır. Hazırlanmış sanksiya paketi də məhz bu imkanları təmin edən şirkətləri hədəfə alır. Xüsusilə, sanksiyalar siyahısına daxil edilənlər:

“Proqmatik” – elektron avtopilot və süni intellekt əsasında avtomatik hədəf izləmə sistemi ilə təchiz olunmuş “Mikrob 10” tipli FPV-kamikadze dron istehsalçısı.

“Ağıllı quşlar” – döyüş yükü 3,5 kq-a qədər olan, optik hədəf izləmə sistemi ilə təchiz edilmiş və REM maneələrini avtomatik dəf edə bilən “Soroka” FPV-kamikadze dron istehsalçısı.

Çin şirkətləri: Dongguan Standard Trading Co., Zhejiang Lianxing Machinery Co., Guangzhou Benquan Import & Export, Shenzhen Sky Bow Navigation Technology, Harbin Bin-Au Technology Development, Topscom Precision Industry – “Şahed” və digər dronlar üçün əsas komponentlərin (naviqasiya qəbulediciləri, mühərriklər, marşrutlaşdırıcılar, kameralar, mikrosxemlər, tranzistorlar, rezistorlar və rezonatorlar) təchizatçıları.

“Neyrolab” Sİ Texnologiyaları Mərkəzi – dronlar üçün avtonom naviqasiya, hədəf tanıma və sensor məlumatlarının emalını təmin edən süni intellekt modellərini hazırlayan və təlim etdirən təşkilat.

Pilotsuz Sistemlər və Texnologiyalar Mərkəzi – Rusiyada pilotsuz sistemlər və texnologiyalar sahəsində innovasiyaları tətbiq etmək üçün yaradılmış təşkilat.

Vlasuk vurğulayıb: “Bu şirkət və təşkilatlara qarşı tətbiq edilən sanksiyalar strateji əhəmiyyət daşıyır. Çünki onlar Rusiyanın süni intellektlə təchiz edilmiş zərbə dronlarının inkişafında əsas zəncirləri məhdudlaşdırmağa yönəlib. Ukrayna tərəfdaşlarımızla birlikdə bu və digər sanksiyaları sinxronlaşdıraraq Rusiyanın hərbi istehsalatındakı kritik elementlərə təzyiqi artırmaq üçün ardıcıl çalışır.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!