Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                        Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim" .....                        Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi? .....                        Həbs edilən icra başçısı bu məmurun dayısı imiş .....                        “Yuevntus”un yeni baş məşqçisi məlum oldu .....                        TİKA sədri Hikmət Hacıyevlə görüşdü .....                       
20-09-2025, 14:59
Ruslar Ukraynada daha iki kəndi işğal etdilər


Ruslar Ukraynada daha iki kəndi işğal etdilər

Rusiyanın Ordusunun “Şərq” güc qruplaşması Ukraynada Dnepropetrovsk vilayətinin Berezove kəndini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Digər məlumata görə, şənbə gününə keçən gecə Rusiya qüvvələri Sapsan əməliyyat-taktiki kompleksini inkişaf etdirən, çoxməqsədli zərbə və kəşfiyyat PUA-ları, PUA-lar və pilotsuz uçuş aparatları istehsal edən Ukrayna hərbi-sənaye kompleksinin obyektlərinə dronlardan istifadə etməklə kütləvi zərbə endirib.
"Zərbənin məqsədlərinə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub", - Rusiya Müdafiə Nazirliyi qeyd edib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Zaporojye vilayətinin Olqovskoye kəndini tutduğunu açıqlamışdı.
20-09-2025, 14:48
Paşinyan II Qaregini hədələdi: getməlidir!


Paşinyan II Qaregini hədələdi: getməlidir!

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabr və ya oktyabrda Eçmiədzində bütün ermənilərin katolikosu II Qareginə qarşı mitinqin keçiriləcəyini bildirib və belə bir təşəbbüsün kilsəyə qarşı deyil, daha çox onun təmizlənməsinə yönəldiyini vurğulayıb.
Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib.
"Mən kilsəyə qarşı nəsə etmək istədiyimiz barədə qərəzli fikirdən irəli gələn sualları qəbuledilməz hesab edirəm. Mən həmişə demişəm: Erməni Apostol Kilsəsi mənim ziyarətgahımdır, ailəmin ziyarətgahıdır, şəxsi ziyarətgahımdır. Mən müqəddəs yerimə qarşı gedə bilmərəm. Etməyi planlaşdırdığımız hər şey kilsənin adınadır", - o qeyd edib.
Paşinyan katolikosu (adını çəkmədən) kəskin tənqid edib.
"Ruhani həyata heç bir aidiyyatı olmayan və dindar olmayan şəxsin Erməni Apostol Kilsəsinə rəhbərlik etməsi qəbuledilməzdir. Bu, mümkün deyil. Bu faktı qeydə almaq qalır".
O, II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən getməli olduğunu vurğulayıb.
Yeni Konstitusiyada kilsə ilə bağlı müddəanın dəyişdirilməsinin mümkünlüyünü şərh edən baş nazir əlavə edib ki, ideya kilsənin dövlətə tabe olması deyil:
“Mən kilsənin Rəbbimiz və peyğəmbərimiz İsa Məsihə tabe olmasını istəyirəm, çünki bu, Məsihin kilsəsidir”.
O, həmçinin qeyd edib ki, kilsə ilə bağlı konstitusiya müddəaları hələ müzakirə olunmayıb, müvafiq nəzəri və ya siyasi müzakirələr hələ də aparılmayıb.
20-09-2025, 14:43
Dərnəgül bazarı söküləcək


Dərnəgül bazarı söküləcək

Tikinti materiallarının satışının həyata keçirildiyi Dərnəgül bazarı söküləcək.
Bu barədə bazarda fəaliyyət göstərən sahibkarlar məlumat veriblər.
Onlara bildirilib ki, tezliklə bazar söküləcək. Bazarın hara köçürüləcəyi barədə məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, baş nazirin müavini Samir Şərifov işçi qrupun rəhbəri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə İşçi qrupun rəhbərinin müavinləri təyin olunublar.
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi deyilir.
20-09-2025, 14:07
Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi


Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.
Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
20-09-2025, 13:40
Azərbaycan-Ruanda sənədləri imzalandı


Azərbaycan-Ruanda sənədləri imzalandı

Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub.
Sonra Azərbaycan və Ruanda prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.


20-09-2025, 13:32
Avqustda Azərbaycandan pomidor ixracı dayanıb


Avqustda Azərbaycandan pomidor ixracı dayanıb

2025-ci ilin ilk 8 ayı (yanvar-avquust) ərzində Azərbaycandan 157 milyon 153 min dollar dəyərində 143 min 995 ton pomidor ixrac olunub.
Bu barədə məlumat Dövlət Gömrük Komitəsinin aylıq hesabatındda yer alıb.
2025-ci ilin 7 ayı (yanvar-iyul) ərzində Azərbaycandan 156 milyon 872 min dollar dəyərində 143 min 578 ton pomidor ixrac edilmişdi. Beləliklə, avqustda cəmi 281 min dollar dəyərində 417 ton pomidor ixrac edilib.
Ötən ilin avqust ayında da Azərbaycandan pomidor ixracı demək olar ki, dayanmışdı. 2024-cü ilin 7 ayında 139 milyon 524 min dollarlıq, 8 ayında isə 139 milyon 545 min dollarlıq pomidor ixrac olunmudşu.
2024-cü ilin 8 ayı (yanvar-avquust) ərzində Azərbaycandan 139 milyon 545 min dollar dəyərində 116 min 951 ton pomidor ixrac edilmişdi. Beləliklə, 2025-ci ilin 8 ayında ötən ilin 8 ayı ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 12,6%, miqdar ifadəsilə 23,1% artıb.
20-09-2025, 13:28
Xankəndidə Şəhər Günü qeyd olunur


Xankəndidə Şəhər Günü qeyd olunur

Mədəniyyət Nazirliyi və Xankəndi Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 20-də Xankəndidə Şəhər Günü keçirilir.
Xankəndi Şəhər Günü ilə əlaqədar sərgi, tamaşa nümayişi və konsertlər təşkil olunub.
Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edilib. Həmin il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağı qaldırılıb.
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu günün qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də Sərəncam imzalayıb.
20-09-2025, 13:23
Şəmistan Nəzirli vəfat etdi


Şəmistan Nəzirli vəfat etdi

Tanınmış hərbi tədqiqatçı, polkovnik-leytenant Şəmistan Nəzirli dünyasını dəyişib.
O, Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib.
Qeyd edək ki, Şəmistan Nəzirli Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı, “Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü, tanınmış yazıçı, publisist, nasir, tərcüməçi, tədqiqatçı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.
Əldə etdiyimiz məlumata əsasən, Şəmistan Nəzirlinin nəşi bu saatlarda Qazaxdan Bakıya yola salınır. "Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfn hazırlıqları təşkil olunur. Dəfn yeri və saatı haqqında əlavə məlumat veriləcək.
20-09-2025, 12:59
İlham Əliyevin ruandalı həmkarı ilə təkbətək görüşdü


İlham Əliyevin ruandalı həmkarı ilə təkbətək görüşdü

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə təkbətək görüşü olub.
20-09-2025, 12:53
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub


Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Ruanda Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqameni qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Ruanda Prezidentinə raport verdi.
Ruanda Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!