Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
20-09-2025, 17:02
İlham Zəkiyev Avropa çempionu oldu


İlham Zəkiyev Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tbilisidə paracüdo üzrə Avropa çempionatı davam edir.
Azərbaycan təmsilçisi İlham Zəkiyev (J1, +95 kq) turnirdə finala adlamağı bacarıb.
O, əvvəlcə 1/4 finalda moldovalı Oleq Kretula qarşılaşıb və qələbə qazanıb.
İ.Zəkiyev 1/2 finalda türkiyəli Gökhan Biceri ipponla üstələyib. Beləliklə, Azərbaycan paracüdoçusu finala vəsiə qazanıb.
Finalda həmyerlimiz moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qeyd edək ki, İ.Zəkiyev Yay Paralimpiya Oyunlarının ikiqat qat qalibi, üçqat bürünc mükafatçısı, ikiqat dünya çempionu, mundialların gümüş və ikiqat bürünc mükafatçısı, on üçqat Avropa çempionudur.
20-09-2025, 16:49
Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib - FOTO


Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib - FOTO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xankəndi şəhərində Uşaq İncəsənət Festivalının qaliblərinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Azyaşlı musiqiçilərin maraqlı ifaları tamaşaçılarda xüsusi bayram əhval-ruhiyyəsi yaradıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan çıxışlar festivalın ən yadda qalan məqamlarından biri olub.
Hazırda şəhərdə bayram coşqusu davam edir. Günün yekununda Xankəndi şəhərinin Zəfər meydanında şəhər günü münasibətilə genişmiqyaslı musiqili konsert proqramı təşkil olunacaq.
Qeyd edək ki, bu gün Xankəndi şəhərində bayram tədbirləri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir.




20-09-2025, 16:41
Prezidentlər mətbuata bəyanat verdilər: Ruanda yaxşı tərəfdaşdır


Prezidentlər mətbuata bəyanat verdilər: Ruanda yaxşı tərəfdaşdır

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.
“Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Azərbaycan Prezidenti bildirib ki, Ruanda həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur.
“Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq”, - dövlətimizin başçısı qeyd edib.
Ruanda Prezidenti Pol Kaqame isə bildirib ki, onun ölkəsi ilə Azərbaycan arasında bir çox oxşarlıqlar var.
"Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik".
“Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik”, - deyə o əlavə edib.
20-09-2025, 16:39
Köç Kəlbəcərə çatdı - Açarlar sakinlərə verildi - YENİLƏNİB


Köç Kəlbəcərə çatdı - Açarlar sakinlərə verildi - YENİLƏNİB

Yola salınan növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb. Budəfəki köç 29 ailəni əhatə edib.
Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərin açarları təqdim edilib.
Açarların təqdim olunması mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak edib.

***

Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Kəlbəcər şəhərinə 29 ailə (115 nəfər) köçürülür.
Kəlbəcərə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu köçlə Kəlbəcərə qayıdan ailələrin sayı 81-ə (337 nəfər) çatacaq.
20-09-2025, 16:16
Adnan Əhmədzadəyə dair daha bir iddia: “Rusiyanın adamıdır”


Adnan Əhmədzadəyə dair daha bir iddia: “Rusiyanın adamıdır”

Tanınmış iş adamı Adnan Əhmədzadə həbs edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Adnan Əhmədzadə uzun illər SOCAR-ın rəhbər vəzifələrində çalışıb, həm ölkə daxilində, həm də xaricdə böyük biznes şəbəkəsi ilə tanınıb. O, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavinidir.
Bəzi ekspertlərin sosial şəbəkədəki iddiasına görə, Adnan Əhmədzadənin saxlanılması həm də onun “Rusiyanın adamı” olmasıyla bağlı formalaşan güclü şübhələrlə də bağlıdır. İddialara görə, SOCAR daxil olmaqla, ölkənin bir çox administrativ qolunda bu və ya digər formada yerləşmiş 5-ci kolona bağlı yaxud təsiri altında olan ünsürlər hələ də qalmaqdadır.
A.Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.
20-09-2025, 15:53
Abşeronda Dövlət Suverenliyi Günü qeyd edilib


Abşeronda Dövlət Suverenliyi Günü qeyd edilib və antiterror əməliyyatı şəhidləri anılıb

Abşeron rayonunda Dövlət Suverenliyi Günü qeyd edilib və Antiterror əməliyyatı şəhidləri anılıb. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, YAP Abşeron rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyə nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İşçtirakçılar əvvəlcə Dövlət Suverenliyi Günü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən və məğrur ordumuzun qələbəsi ilə başa çatan antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızı anmaq üçün Xırdalan şəhərində şəhidlərin Xatirə Kompleksi ziyarət olunub. Burada abşeronlu şəhidlərin xatirəsinə güllər düzülərək vətənimizin bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımız anılıb, xatirələri yad edilib.
Şəhid ailələri və müharibə iştirakçıları ilə görüşən RİH başçısı Abdin Fərzəliyev onların qayğıları ilə maraqlanıb. Ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə böyük diqqət və qayğının göstərildiyini qeyd edən RİH başçısı bu diqqətin bundan sonra da davam etdiriləcəyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində vətənimizin ərazi bütövlüyünün və dövlət süverinliyinin tam bərqərar olduğunu qeyd edən A.Fərzəliyev artıq Qarabağda soydaşlarımızın azad, təhlükəsiz və firavan yaşadığını söyləyib.

Sonra RİH başçısı şəhid ailələri ilə birgə Xırdalan şəhərindəki Şəhidlər Xiyabanına, o cümlədən Novxanı və Mehdiabad qəsəbəsindəki şəhidlərimizin məzarlarını ziyarət edərək, gül dəstələri düzüb və xatirələrini anıb.
Görüş və ziyarətlərdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.












20-09-2025, 15:36
Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB


Prezidentlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.
Görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdilər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etdirilməsinin zəruriliyini vurğuladılar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparıldı.
Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunuldu.
20-09-2025, 15:26
Ofelya QAFAROVA yazır


Ofelya QAFAROVA yazır:

Ölüm nədir?

Ürəyinin bir gün doyünməyini buraxması və nəfəsinin bir gün o gözəl havanı ciyərlərinə çəkməyini dayandırması...Sizdən yenə soruşuram, ölüm nədir?
Bu qədərmi bəsitdir?
Dünyanı dəyişəcəyini, iz qoyacağını düşünən o ruhlar üçün ölüm unudulmağın acı faciəsidir...Mənim üçünsə ölüm, yoxluğundan sonra insanın içində ölməyən xatirələrdir...
Bir gün onsuz otağa girəndə içimə yerləşən ağır kədər duyğusudur mənim üçün ölüm. Yatağının üstündə oturub, hər bir əşyasını diqqətlə nəzərdən keçirəndə içimə hücum edən peşmanlıq hissidir ölüm. Şəkillərimizə ,bir zamanlar həyat dolu gülümsəyişinə baxanda həyatı günahlandırdığım bir sonluqdur ölüm.
Barmaqlarım şəkillərinin üzərində gəzəndə, istəmsizcə boğazıma dolan qəhərdir ölüm. Onun hər qəlbini qıranda, bir çiçəktək zərif ruhunu incidəndə, özümdən daha çox nifrət edişimdir ölüm. Kaş daha çox zaman keçirtsəydim, onu daha çox güldürsəydim, sevgimi daha yaxşı ifadə etsəydim dediyim o qəlb yarasıdır ölüm...
Ən çox da, gedişindən sonra qəlbimin tam ortasına buraxdığı boşluqdur ölüm. Gerçək ölüm, bir insanı içində öldürə bilməməkdir. Yolda fikirli- fikirli gedərkən, təsadüfən radioda səslənən o musiqinizin dodaqlarında buraxdığı buruq təbəssümdür ölüm...
Bir vaxtlar birlikdə keçdiyiniz küçələrdən, tək-tənha keçişindir ölüm...
Bir zamanlar sevdiyiniz rəngarəng güllərə küsüşündür ölüm...
Onu unutmaq üçün saç tellərini qəddarca kəsişindir ölüm. Onu hələ içində yaşatmağındır ölüm. Budur ölüm mənə görə...Sadəcə nəfəsin kəsilməsi, ruhun əbədi sonsuzluğa qovuşmağı deyil, onunla birlikdə bu dünyadan köçməkdir ölüm...
20-09-2025, 15:23
Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək


Formula 1-in müddəti uzadıldı - 2030-dək Bakıda keçirləcək

Formula 1 üzrə Azərbaycan Qran Prisinin müddəti daha 4 il uzadılıb.
Yarışlar 2030-cu ilədək Bakıda keçiriləcək. Bu barədə Bakı Şəhər Halqasından bildirilib.
Qeyd edək ki, Formula 1 yarışı ilk dəfə 2017-ci ildə Bakıda keçirilib.
Formula 1 yarışı üçün tikilən Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. 51 dövrədən ibarət trekin ən geniş yeri 13, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
Yarışın start və finiş xətləri Azadlıq meydanında olur. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.
20-09-2025, 15:21
Paşinyan 4-cü Ermənistan Respublikasını elan etdi: referendum anonsu verdi


Paşinyan 4-cü Ermənistan Respublikasını elan etdi: referendum anonsu verdi

Hakim “Mülki Müqavilə” partiyası Dördüncü Ermənistan Respublikasının yaradılmasını öz məqsədi kimi elan edir.
Bunu “Mülki Müqavilə” Partiyasının İdarə Heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan qurultayda çıxışı zamanı deyib.
O, yeni “strategiyasının” doqquz bəndini qeyd edib.
Baş nazirin sözlərinə görə, seçkilərdə xalqın etimadını qazandıqdan sonra partiya yeni Konstitusiya üzrə referendumun keçirilməsi üçün ümummilli prosesə start verəcək.
Hökumət öz səylərini Ermənistanın 1991-ci il Alma-Ata sazişi ilə müəyyən edilmiş, 29 743 kvadrat kilometr ərazini əhatə edən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına əsaslandıracaq.
Respublika bu prosesi regionallaşma səyləri və ya balanslaşdırılmış xarici siyasət yürüdülməsi ilə qarşı-qarşıya qoymadan, Avropa Birliyinə daxil olmaq üçün fəaliyyətini gücləndirəcək. Hakimiyyət bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında sülhü institusionallaşdıraraq bütün qonşularla sülh və mehriban münasibətlər qurmaq üçün “xalqın iradəsini həyata keçirməyə” davam edəcək.
Hökumət “qanunsuz əmlakın müsadirəsini, dövlət maraqlarının müdafiəsini təşviq edəcək, korrupsiyaya qarşı mübarizəni dərinləşdirəcək”.
“Müstəqil məhkəmə sisteminin qurulması” davam edəcək. Əmək, təhsil və iqtisadi rəqabət vasitəsilə firavanlığa can atmaq həvəsləndiriləcək. “Sülh yollarının kəsişməsi” təşəbbüsü də daxil olmaqla kommunikasiyaların blokdan çıxarılması prosesi davam edəcək.
Sonda Paşinyan səhnədə müharibədə həlak olanların xatirəsini yad edərək, onların xatirəsini əbədiləşdirməyin ən təsirli yolu kimi Dördüncü Respublikanın qurulmasını adlandırıb.
1991-ci il sentyabrın 21-də Ermənistanda referendum keçirilib və əhalinin 94%-i müstəqil respublikanın yaradılmasına səs verib. 1991-ci il sentyabrın 23-də Ermənistan Ali Soveti Ermənistan Respublikasının müstəqilliyini elan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!