Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
21-09-2025, 10:10
Türkiyədə zəlzələ oldu


Türkiyədə zəlzələ oldu

Türkiyənin Simav bölgəsində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi internet saytında məlumat yayıb.
Zəlzələnin 9,49 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
21-09-2025, 09:55
İsrail İordan çayının sahilinə əlavə qüvvələr yerləşdirir


İsrail İordan çayının sahilinə əlavə qüvvələr yerləşdirir

İsrail Müdafiə Qüvvələri (IDF) Yəhudi bayram mövsümü ərəfəsində Qərb Sahilindəki mövcudluğunu gücləndirəcək.
İsrail ordusunun verdiyi məlumata görə, artan təhlükəsizlik riskləri səbəbindən bölgəyə əlavə səkkiz hərbi rota yerləşdiriləcək.
Əlavə rotalar bu gün yerləşdiriləcək və oktyabrın ortalarına qədər – bayramlar bitənədək orada qalacaq.
21-09-2025, 09:40
Tramp Əfqanıstanı hədələdi


Tramp Əfqanıstanı hədələdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər ölkə hakimiyyəti "Baqram" aviabazasına nəzarəti ABŞ-yə qaytarmaqdan imtina edərsə, Əfqanıstan nəticələrlə üzləşəcək.
Bu barədə Amerika lideri "Truth Social"da yazıb.
"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəsə baş verəcək", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.
Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə hava bazası ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. O, Vaşinqtonun obyektə nəzarəti bərpa etməyə cəhd etdiyini bildirib.
21-09-2025, 00:09
Uşaqlar Ağrı dağının Ermənistanda olmadığını bilmirlər - Paşinyan


Uşaqlar Ağrı dağının Ermənistanda olmadığını bilmirlər - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan erməni uşaqların Ağrı dağının ərazi mənsubiyyəti barədə məlumatsız olmalarından danışıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
"Mən uşaqlardan Ermənistanda ən hündür dağın hansı olduğunu soruşdum. Uşaqların 70%-i Ararat (Ağrı dağı - red.) cavabını verdilər. Onlar bu dağın Ermənistan ərazisində olmadığını belə bilmirlər. Hətta bizimlə, ermənilərlə ünsiyyətdə olan bir çoxları da bunu bilmir, çünki biz bunu belə təqdim edirik. Onlar sonradan təəccüblənirlər ki, məgər bu dağ Ermənistan ərazisində yerləşir? Belə halda bizim barəmizdə nə düşünürlər?" - deyə baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, bir çox erməni, o cümlədən də yaşlılar Ağrı dağının Türkiyə ərazisində olduğunu dərk etmir.
20-09-2025, 23:51
Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək


Rusiyaya qarşı Türkiyə sistemi istifadə ediləcək

Polşa və Rumıniya son vaxtlar Rusiya pilotsuz uçuş aparatlarının NATO məkanını pozması halları fonunda Türkiyədə istehsal olunan “Merops” (Multispectral Extended Range Optical Sight) hava nəzarət sistemindən istifadə etməyi planlaşdırır.
Bu sistemin operatorlarının hazırlanması mərhələsində Ukraynanın da iştirakı nəzərdə tutulur.
“Merops” helikopterlərə montaj oluna bilər, buludlu hava şəraitində belə düşmən obyektlərini aşkar etmə qabiliyyətinə malikdir. Bu sistem ilk dəfə 2022-ci ildə ictimaiyyətə təqdim edilib.
20-09-2025, 23:38
AzTV-nin sabiq sədri vəfat etdi


AzTV-nin sabiq sədri vəfat etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) keçmiş sədri Məmməd Murad vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının sosial şəbəkə hesabında məlumat verilib.
Qeyd edək ki, Məmməd Murad 1991-1992-ci illərdə dövlət televiziyasına rəhbərlik edib.

20-09-2025, 23:18
Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu


Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu

Rusiya-Ukrayna müharibəsi zamanı daha bir azərbaycanəsilli şəxs həlak olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 30 mart 1987-ci ildə dünyaya gələn Tofiq Tahir oğlu Həsənov Xarkov vilayətinin Ternova kəndində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Ukrayna ordusunun hərbçisi olan Tahir Həsənov dronlar üzrə operator, aparıcı mütəxəssis olub.
20-09-2025, 23:06
Trampın qızı türk milyarderin yaxtasında


Trampın qızı türk milyarderin yaxtasında

ABŞ Prezidenti Donald Trampın qızı Tiffani Tramp və həyat yoldaşı Maykl Bulos yay tətilini Fransa Rivyerasında keçiriblər.
“The New York Times” yazır ki, cütlük dəyəri həftədə 1,4 milyon dollardan artıq olan “Phoenix 2” superyaxtasında istirahət edib.
Lüks yaxta türkiyəli milyarder Ercümənt Bayegan və həyat yoldaşı Ruyə Bayegana məxsusdur. Mətbuatda yaxtanın icarə haqqını Bulos ailəsinin ödəyib-ödəmədiyi açıqlanmasa da, bu səfər sosial mediada və ABŞ mediasında böyük müzakirələrə səbəb olub.
Maykl Bulos məşhur iş adamı və Tramp administrasiyasının Afrika üzrə xüsusi elçisi Massad Bulosun oğludur. Massad Bulos 2024-cü il seçkilərində ABŞ-dakı ərəb diasporasının Trampa dəstəyini səfərbər edən əsas fiqurlardan biri olub. Trampın yenidən Ağ Evə qayıdışından sonra o, əvvəlcə Yaxın Şərq üzrə baş müşavir, daha sonra isə Afrika üzrə xüsusi elçi təyin edilib.
Qəzet yazır ki, Maddad Bulos Qətərdə Liviya rəsmiləri ilə qapalı görüş keçirib və Tramp administrasiyasının Liviya inqilabından sonra dondurulan milyardlarla dolları aktivləşdirməyu planlaşdırdığını bildirib. Bu vəsaitin bir hissəsi Amerika şirkətlərinin Liviya enerji və infrastruktur layihələrinə yönəldilməlidir.
Bu qalmaqal Tramp ailəsinin bahalı dəniz səyahətləri ilə bağlı ilk hal deyil. Avqustda Trampın digər kürəkəni Cared Kuşner, 2,5 milyon dollarlıq superyaxta icarəyə götürməsi ilə gündəmə gəlmişdi.
20-09-2025, 22:37
Azərbaycan güləşçisi dünya çempionu oldu


Azərbaycan güləşçisi dünya çempionu oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Yarışın səkkizinci günündə 72 kq çəki dərəcəsində çıxış edən 26 yaşlı Ülvi Qənizadə finalda fransalı İbrahim Qanemi ilə üz-üzə gəlib.
Güləşçimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək yunan-Roma güləşi üzrə ikinci dəfə dünya çempionu olub.
20-09-2025, 20:54
Rusiya təyyarələri vurulsun!


Rusiya təyyarələri vurulsun!

Çexiya Prezidenti Petr Pavel Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması ilə bağlı sərt açıqlama verib.
O, Çexiya televiziyasına müsahibəsində bildirib ki, hava məkanının pozulması hərbi cavab üçün əsasdır:
“Belə hallara operativ reaksiya verilməlidir, o cümlədən hərbi yolla. Rusiya çox tez başa düşəcək ki, səhv edib və yolverilməz sərhədi keçib. Təəssüf ki, bu, münaqişə riski yaradır, amma biz pisliyə boyun əyməməliyik”, – Pavel vurğulayıb.
Prezidentin sözlərinə görə, NATO ölkələri belə təyyarələri vurmaqdan çəkinməməlidirlər:
“Hava məkanının pozulması müdafiə mexanizmlərinin işə düşməsi üçün səbəbdir. Bu isə həmin təyyarənin vurulması deməkdir. Bunu nə biz, nə də Rusiya istəmir, amma qaydanı pozan tərəf nəticə ilə üzləşməlidir.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!