Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
19-09-2025, 18:03
Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq


Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.
Bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos İrəvanda Baş nazirin müavini Mqer Qriqoryanla birgə mətbuata açıqlamasında deyib.
“Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. Bu, 200 milyon avrodan artıqdır ki, bu da əlaqə, dayanıqlılıq və biznesin inkişafına sərmayələri artıracaq”, - Aİ komissarı vurğulayıb.
Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün 2,5 milyard avrodan çox investisiya səfərbər edilib.
19-09-2025, 17:48
Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi


Fransanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi[/size]

19 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Sofi Laqutt ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, səfir Sofi Laqutt etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Sofi Laquttu təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Fransa arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.
Azərbaycan-Fransa münasibətlərində yaranmış böhranın səbəbləri ətrafında fikir mübadiləsinin də aparıldığı görüşdə, həmçinin mövcud problemlərə baxmayaraq, qarşılıqlı dialoq və müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov həmçinin səfir Sofi Laquttu postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Sofi Laqutt qəbula görə təşəkkür edib, fəaliyyəti müddətində Azərbaycan və Fransa arasında münasibətlərin möhkəmləndirilməsinə töhfə vermək istiqamətində səylərini əsirgəməcəyini diqqətə çatdırıb.
Görüş zaman həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

19-09-2025, 17:36
Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq


Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq

Bakıda ödənişi hərəkət zolaqları yaradılacaq.
Bu barədə Prezident İlham Əliyevin imzaladığı Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərmanda qeyd edilib.
Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Zolaqlardan əldə edilən gəlilər "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna daxil ediləcək.
19-09-2025, 17:33
Nazirlik əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin


Nazirlik əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir:
“Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”.
Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır.
19-09-2025, 17:30
"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır


"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.
Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

- avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

- nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.
Fondun vəsaitindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə edilir:

- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.
19-09-2025, 17:18
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib


Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
Bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Nazirliyin növbəti Kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.
Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.
2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.
Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə də məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat, xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 faizini, əsaslı xərclər 34,5 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 faizini təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 faizi həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcəkdir. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.
Nazir büdcə sənədlərinin məzmununun və dərc edilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.
İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 01 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.
Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.
Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərindən də bəhs olunub. Qeyd olunub ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
S.Babayev Nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir həmçinin, yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan nazir qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.
Maliyyə naziri Kollegiya iclasında qəbul olunmuş qərarların tam, vaxtında və keyfiyyətlə icra olunmasına dair müvafiq tapşırıqlar verib.
19-09-2025, 17:14
İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub - SENSASİYA


İsrail İranı Putinin “xeyir-dua”sı ilə vurub - SENSASİYA

Rusiya Prezidenti Vladimir Putin İsrailin Suriyada İran qüvvələrinə qarşı həyata keçirdiyi hava zərbələrinə şəxsən razılıq verib.
Bu barədə İsrail kəşfiyyatının (“Mossad”) keçmiş rəhbəri Yossi Koen “Azadlıq qılıncı” adlı yeni xatirələr kitabında yazıb.
Koenin sözlərinə görə, 2011-ci ildə Suriyada müharibə başlayandan sonra İsrail yüzlərlə hava hücumu həyata keçirib. Burada əsas məqsəd İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müasir silahları Livandakı “Hizbullah”a və digər qruplaşmalara çatdırmasının qarşısını almaq olub.
İllərlə İranda müşahidəçilər Rusiyanın Suriya səmasının böyük hissəsinə nəzarət etməsinə baxmayaraq, İsrailə niyə mane olmaması ilə maraqlanıb.
Yossi Koen yazır ki, o, şəxsən Moskva səfərinə gedib Putinə vəziyyəti izah edib:
“Mən Kremlin qapısını döydüm, marşrutu və niyə məhz bu zərbələrin qaçılmaz olduğunu ətraflı əsaslandırdım. Putin arqumentlərimizi qəbul etdi və hətta İsrail ilə Rusiya orduları arasında birbaşa rabitə xəttinin yaradılmasını təklif etdi. O, bizə "xeyir-dua" verdi”, - deyə o bildirib.
“Mossad” rəhbərinin sözlərinə görə, Moskvanın bu razılığı simvolik deyil, həyati əhəmiyyət daşıyıb. Çünki Rusiyanın Suriyada yerləşdirdiyi S-300 və S-400 zenit-raket kompleksləri İsrail qırıcılarını vurmaq gücündə idi:
“Biz amerikalıların verdiyi F-35-ləri riskə ata bilməzdik. Ona görə də Putinin razılığı olmadan Suriyada sərbəst hərəkət etməyimiz mümkünsüz idi”, - Koen qeyd edib.
19-09-2025, 17:03
"Formula 1"in ikinci sərbəst yürüşündə bu pilot 1-ci oldu


"Formula 1"in ikinci sərbəst yürüşündə bu pilot 1-ci oldu

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş baş tutub.
Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari”nin britaniyalı pilotu Luis Hemilton birinci olub.
Onun komanda yoldaşı, monakolu sürücü Şarl Lekler ikinci, “Mercedes”də çıxış edən britaniyalı Corc Rassell üçüncü yeri tutub.
Birinci sərbəst yürüşdə ən yaxşı nəticəni “McLaren”dən Lando Norris göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.
19-09-2025, 16:49
Trampla Si Cinpin arasında telefon danışığı


Trampla Si Cinpin arasında telefon danışığı

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın telefon danışığı olub.
Bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.
Bu, Si Cinpin və Donald Trampın cari ildə 2-ci telefon danışığıdır.
Qeyd edək ki, Donald Tramp 2-ci dəfə prezident vəzifəsinin icrasına başlayandan sonra iki ölkə arasında ticarət məsələlərində gərginlik yaranıb. Ötən müddətdə bir neçə dəfə yüksək səviyyədə danışıqlar keçirilsə də, yekun nəticə əldə edilməyib. Güman olunur ki, budəfəki telefon danışığında da əsas müzakirə mövzusu ticarət və rüsum məsələsidir.
19-09-2025, 16:42
Ermənistanın Sərhəd Qoşunlarının komandanı işdən çıxarıldı


Ermənistanın Sərhəd Qoşunlarının komandanı işdən çıxarıldı

Ermənistan MTX Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb.
Sərhəd Qoşunlarının komandanı Edqar Unanyan Prezidentin fərmanı ilə işdən çıxarılıb.
Qeyd edək ki, o, bir ildən çox bu vəzifədə qalıb. Unanyan bundan əvvəl Sərhəd Qoşunlarının komandan müavini vəzifəsində çalışıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!