Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
19-09-2025, 16:30
Onlara ömürlük həbs verilsin! - Deputatdan təklif


Onlara ömürlük həbs verilsin! - Deputatdan təklif

Məişət zorakılığı ilə bağlı qanuna dəyişikliyə yenə ehtiyac var.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Tamam Cəfərova bildirib.
O təklif edib ki, məişət zorakılığı ilə bağlı qanun yenə müzakirəyə çıxarılsın və aidiyyəti qurumlar burada iştirak etsinlər.
“Qadın qətlləri ilə bağlı məsələni xüsusi vurğulamaq istəyirəm. 2024-cü ilin statistikasına baxdım 2023-cü ilə nisbətən faiz etibarilə aşağı düşüb. Amma yenə də mətbuatda hər həftə qadınların qətlə yetirilməsinin şahidi oluruq. Çox üzücü haldır ki, onlar həyat yoldaşı, keçmiş ərləri, birlikdə yaşadığı kişilər tərəfindən qətlə yetiriliblər. Biz həmçinin yeniyetmələrin öz anasını qətlə yetirməsinin şahidi olduq. Sonuncu dəfə 14 yaşlı oğlan öz anasının qətlə yetirdiyini məhkəmədə etiraf etdi. Bununla yanaşı, ataların öz qızlarının, qardaşların bacılarını qətlə yetirməsi faktları var. Ona görə də bu məsələ müzakirə olunmalıdır. Dünyada belə bir proseslər gedir ki, qadın qətllərinə görə ömürlük həbs cəzası verilsin. Düşünürəm ki, bu məsələ ilə bağlı ictimai dinləmənin keçirilməsi çox yaxşı olar”, - deputat bildirib.
19-09-2025, 16:23
Bakıda 3 gün ardıcıl yağış yağacaq - XƏBƏRDARLIQ


Bakıda 3 gün ardıcıl yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.
19-09-2025, 16:18
Hərbi prokurora yeni müavin təyin edildi


Hərbi prokurora yeni müavin təyin edildi

Azərbaycan hərbi prokuroruna yeni müavin təyin olunub.
Müvafiq əmr Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb.
Əmrə əsasən Qasım Məmmədov Respublika hərbi prokurorunun müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, ədliyyə müşaviri Qasım Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavinidir.
19-09-2025, 16:14
Ermənistanın xidmət rəisi Bakıya niyə gəlir?


Ermənistanın xidmət rəisi Bakıya niyə gəlir?

Ermənistanın Milli Təhlükəsizlik Xidməti diqqətçəkən məlumat yayıb. Belə ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyətinin Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcəyi elan edilib.
Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək.
Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin rəisi təyin edilib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfinin iştirak istəyinə müsbət reaksiya veriləcək:
"Biz sülhə nail olmaq istəyirik. Sadəcə gec-tez məsələsi var. Müharibə vaxtında da hansısa İrəvanda və ya Bakıda keçirilən beynəlxalq forumlar zamanı bizim nümayəndələrimiz Ermənistana, Ermənistanın nümayəndələri də Azərbaycana gəlirdilər. Çünki beynəlxalq forumları girov götürə bilmərik. Biz danışıqlarda sülhə nail olmaq istiqamətində böyük məsafə qət etmişiksə, gec-tez belə səfərlər baş tutacaq.
Yəqin ki, Ermənistan tərəfinin iştirak istəyinə müsbət reaksiya veriləcək. Əlbəttə, əgər bu beynəlxalq forumdursa, kim istəyirsə, qoy, gəlsin. Ermənistanın nümayəndələri də iştirak etmək istəyirlərsə, qoy gəlsinlər və öz gözləri ilə görsünlər ki, Azərbaycan necə inkişaf edir".
19-09-2025, 16:07
“Putin asan qələbə gözləyirdi, amma yanıldı”


“Putin asan qələbə gözləyirdi, amma yanıldı”

Böyük Britaniyanın kəşfiyyat xidməti MI6-ın rəhbəri Riçard Mur Rusiya Prezidenti Vladimir Putinin Ukraynada asan qələbə qazanacağına ümid etdiyini, lakin bunun reallaşmadığını bildirib.
Bu barədə İstanbulda çıxış edib.
O qeyd edib ki, Putin hələ də sülh danışıqlarına hazır deyil, yalnız kapitulyasiya şərtləri ilə buna razı ola bilər:
“Putin elə düşünürdü ki, tez qələbə qazanacaq. Amma o və başqaları ukraynalıları ciddi şəkildə qiymətləndirmədi. Putin dünyanı Rusiyanın qalib gələcəyinə inandırmaq istəyirdi. Amma o yalan danışır, həm dünyaya, həm xalqına, bəlkə də özünə”, - deyə Mur vurğulayıb.
Britaniya kəşfiyyat rəhbərinin sözlərinə görə, Putin “şəxsi irsi və təhrif olunmuş tarix” naminə Rusiyanın gələcəyini riskə atır, müharibə isə ölkənin tənəzzülünü yalnız sürətləndirir.
19-09-2025, 16:03
Bu il qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb


Bu il qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb

Bu ilin yanvar-avqust aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb.
Bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bunun nəticəsində maşinistlər təcili tormozlama etməli olub: "Bəzi hallarda isə məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
"ADY bir daha xatırladır ki, dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməyin, sağa və sola baxın, hər 2 tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yolunuza davam edin", - deyə qurum bəyan edib.
19-09-2025, 15:59
"Formula 1"in ikinci sərbəst yürüşü başladı


"Formula 1"in ikinci sərbəst yürüşü başladı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
Yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
19-09-2025, 15:26
14 fələstinli tələbə Qəzzadan Bakıya təxliyə edildi


14 fələstinli tələbə Qəzzadan Bakıya təxliyə edildi

Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.
Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.



19-09-2025, 15:18
Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTO


Yaşar Gülər azərbaycanlı qazilərlə görüşdü - FOTO

Türkiyədə 19 Sentyabr Qazilər Günü münasibətilə keçirilən tədbirdə azərbaycanlı qazilər və onların ailələri də iştirak ediblər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, tədbirdə milli müdafiə naziri Yaşar Gülərlə yanaşı, qərargah rəisi general Selçuk Bayraktaroğlu, qoşun komandanları və nazir müavinləri də iştirak ediblər.
Tədbir çərçivəsində Yaşar Gülər azərbaycanlı qazilər və onların ailələri ilə ayaqüstü görüşüb.



19-09-2025, 15:12
Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI


Simonyan Bakıya gəlir - Tarix AÇIQLANDI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) nümayəndə heyəti Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.
Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, nümayəndə heyətinə Xidmətin rəisi Andranik Simonyan rəhbərlik edəcək.
Forumun 19–21 sentyabr tarixlərində baş tutacağı qeyd olunur. Xatırladaq ki, Simonyan bu ilin iyul ayında Ermənistan MTX-nin rəisi təyin edilib.
Azərbaycan hələlik Ermənistan MTX-nin məlumatına münasibət bildirməyib.
Qeyd edək ki, Bakı Təhlükəsizlik Forumu dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətlərinin təmsil olunduğu, beynəlxalq təhlükəsizlik məsələlərinin geniş müzakirə edildiyi, qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün qarşılıqlı fikir mübadilələrinin edildiyi beynəlxalq təhlükəsizlik tədbiridir.
Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır. I Bakı Təhlükəsizlik Forumu Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2023-cü ilin may ayının 3-də təşkil olunub.
2024-cü ilin sentyabr ayının 15-də isə “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!