Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
30-09-2025, 13:25
Əli Əsədov Lukaşenko ilə görüşdü


Əli Əsədov Lukaşenko ilə görüşdü

Sentyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.
Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.
Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.


30-09-2025, 13:00
Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq


Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
"Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


30-09-2025, 12:51
Oktyabr ayının ilk gününün havası


Oktyabr ayının ilk gününün havası

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 9-14° isti olacaq.
30-09-2025, 12:40
Yerdə güclü maqnit qasırğası başlayıb


Yerdə güclü maqnit qasırğası başlayıb

Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə görə, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ maqnit qasırğasına uyğundur", - deyə Boqaçov qeyd edib.
O əlavə edib ki, oxşar hal sonuncu dəfə bu il iyunun 1-də, birbaşa Günəş protuberansının Yer kürəsinə vurması zaman müşahidə edilib. O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti xeyli çətinləşdirməkdə davam edir.
30-09-2025, 12:32
Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu


]Ayxan Abbasov millimizin baş məşqçisi təyin olundu

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.
Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
30-09-2025, 11:54
Ayda kənd yaradılacaq - NASA


Ayda kənd yaradılacaq - NASA

Amerika Kosmik Agentliyi NASA 2035-ci ilə qədər Ayda yaşayış üçün əlverişli kənd tikmək niyyətindədir.
Bu barədə NASA administratorunun səlahiyyətlərini icra edən Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində məlumat verib.
O qeyd edib ki, yaxın onillik ərzində NASA Ayda təkcə stansiya deyil, insanların yaşadığı bütöv bir kənd yaratmaq istəyir. Daffi əlavə edib ki, orada insanların daimi yaşaması üçün hər cür şərait yaradılacaq.
2026-cı ilin fevral ayında NASA 50 il sonra Aya ilk səfərə dörd astronavt göndərərək, Artemida II missiyasını həyata keçirməyi planlaşdırır. Bu dəfə Aya eniş planlaşdırılmasa da, kosmik agentliyin son məqsədi orada kənd salmaqdır. Onun nüvə enerjisi ilə təchiz ediləcəyi, daimi olaraq astronavtları qəbul edə biləcək və Ay səthində tapılan materiallardan tikiləcəyi gözlənilir.
29-09-2025, 22:32
Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!”


Kobaxidze sərt danışdı: “Heç kimə imkan verməyəcəyik!”

“Biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı həyata keçirməyə imkan verməyəcəyik. Necə ki, son 13 ildə uğursuz inqilab cəhdləri olub, bu il də belə olacaq”.
Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Hökumət başçısı qeyd edib ki, xarici kəşfiyyat orqanları sınanmış üsullarla işləyirlər.
“Bu işin məqsədi Gürcüstanda inqilabi prosesləri stimullaşdırmaqdır. Təbii ki, biz heç kimə Gürcüstanda hər hansı inqilabi planı uğurla həyata keçirməyə imkan verməyəcəyik” – deyə, Baş nazir bildirib.
29-09-2025, 22:13
Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov


Cabirlə bərabər bu gün mən də öldüm - Murad Dadaşov

“Həyatımın və yaradıcılığımın ən yaxın kəsi, dostum, silahdaşım, əziz qardaşım Cabir İmanov dünyasını dəyişib. Sanki bir yuxunun içindəyəm və onun tez bitməsini istəyirəm”.
Bu sözləri Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti və “Bakılı oğlanlar” KVN Teatrının keçmiş üzvü Murad Dadaşov yaxın dostu Cabir İmanovun vəfatı ilə bağlı “Qafqazinfo”ya açıqlamasında danışıb.
M.Dadaşov yaxın dostunun itkisini belə izah edib:
“Elə gün yox idi ki, bir-birimizin səsini eşitməyək. Gündəlik azı 20-25 dəqiqə danışırdıq. Ona deyirdim ki, “Cabir, bizi kənardan kimsə güdsə, deyər ki, bunlar dəlidir. Nə danışırlar?” Mahnıdan başlayıb, kinoda bitirirdik. O qədər çoxşaxəli bir tarix yaşamışıq ki. Cabir mənim ürəyimin bir parçası idi. Allahın belə dəhşətli günü mənə niyə yaşatdığını başa düşə bilmirəm”.
Xalq artisti sənət yoldaşı olan Cabir İmanovla eyni vaxtda peşəkar fəaliyyətə başlamaqlarından bəhs edib:
“Bütün səhnəciklərdə, səfərlərdə, hər bir işdə bərabər idik. Televiziya təcrübəmiz də eyni gündə başlayıb. O zamanlar “AzTV2”də “Bir cənub şəhərində” adlı layihəyə bərabər başladıq. O gün bu gündür, ailələrimiz, həyat yoldaşlarımız çox yaxındır”.
M.Dadaşov C.İmanovun övladlarına deməyə söz tapa bilmədiyini əlavə edib:
“Nə deyim Cahangirə, Süleymana? Nə söz tapım? Onlar adi bir ata yox, Cabir kimi ata itirdilər. Bu həyatda hər şey öz yolunu tapır, hər şey düzəlir, amma Cabirin itkisi mənim üçün çox böyük zərbədir. Çoxdandır bu cür pis durumda olmamışam.
O cümlə ki var, “Sözün bitdiyi an”. Birtəhər səslənir, o qədər adiləşir amma, bu gecə də qutaracaq, sabah səhər başlayacaq mən Cabirin zəngini gözləyəcəm.
Bu gün onunla vidalaşanda inana bilmirdim ki, biz bir də heç vaxt görüşməyəcəyik. Heç vaxt onu qucaqlayıb, öpüb, bağrıma basıb ürək sözlərimi deyə bilməyəcəm. Onunla bərabər bu gün mən də öldüm”.
29-09-2025, 22:07
Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir...


Hər üç ölümdən birinin səbəbi ürək-damar xəstəliyidir...

Beynəlxalq tibb kollektivi aşkar edib ki, son 30 ildə ürək və damar xəstəlikləri ilə bağlı illik ölüm sayı 46% artaraq 1990-cı ildəki 13,1 milyon nəfərdən son illərdə 19,2 milyon nəfərə çatıb.
Nəticədə hazırda Yer üzündə baş verən hər üç ölüm halından birinin səbəbi ürək-damar xəstəlikləridir.
Bu barədə Amerika Kardiologiya Kollegiyasının (ACC) mətbuat xidməti məlumat yayıb.
“Biz aşkar etdik ki, ürək və damar xəstəliklərinin inkişaf tezliyindəki fərqləri yalnız zəngin və kasıb ölkələr arasındakı gəlir fərqləri ilə izah etmək mümkün deyil. Üstəlik, bu xəstəliklərdən ölüm səviyyəsi inkişaf etməkdə olan ölkələrdə də əhali arasında yaş fərqləri nəzərə alınmaqla belə, anormal dərəcədə yüksək qalır. Bu isə xəstəliklərin lokal xüsusiyyətlərini nəzərə alaraq tədbirlər hazırlamağın vacibliyini göstərir”, - deyə Sietl şəhərindəki Sağlamlıq İnstitutunun professoru Qreqori Rot bildirib.
Alimlər bu nəticəyə “Global Burden of Disease” (GBD) qlobal səhiyyə layihəsi çərçivəsində hazırlanan növbəti hesabat zamanı gəliblər. Layihəni 1990-cı ildən Ümumdünya Səhiyyə Təşkilatı, IHME və “Bill & Melinda Gates” Fondu aparır. Məqsəd qlobal səhiyyəyə təsir edən trendləri öyrənməkdir. Ürək-damar xəstəliklərinin və ölüm hallarının səviyyəsində dəyişiklikləri qiymətləndirmək üçün tədqiqatçılar BMT-yə üzv 204 ölkədə 375 geniş yayılmış kardioloji pozuntunun statistikasını analiz ediblər.
Analiz göstərib ki, GBD layihəsi çərçivəsində aparılan müşahidələr başlayandan bəri ürək-damar xəstəlikləri ilə bağlı ölüm sayı 13,1 milyondan 19,2 milyona yüksəlib və bu, illik ölüm hallarının təxminən üçdə birini təşkil edir. Artımda əsas rol oynayan amillər planet sakinlərinin sürətlə yaşlanması, bir çox inkişaf etməkdə olan ölkələrdə hipertoniya hallarının artması və zərərli qidaların geniş istehlakıdır.
Alimlər həmçinin bildiriblər ki, havanın çirklənməsi ölümcül ürək-damar xəstəliklərinin inkişaf tezliyinə əhəmiyyətli təsir göstərir. Xüsusilə də Okeaniya ölkələrində birbaşa və ya dolayı yolla təxminən 4 milyon ölüm halı bu amillə bağlıdır. Bundan başqa, onlar qeyd ediblər ki, təbii mühitin qurğuşun birləşmələri ilə çirklənməsi Orta Asiya və Şimali Afrika ölkələrində kardioloji pozuntuların artmasında mühüm rol oynayır.
29-09-2025, 22:01
III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı


III MDB Oyunları: Azərbaycan komandası 8 medal qazandı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışları başa çatıb.
Yarışlar Göygöl Olimpiya İdman Kompleksində təşkil olunub.
Səkkiz idmançımız fəxri kürsüyə yüksəlib.
Azərbaycan təmsilçilərindən Abdullətif Musayev (53 kiloqram), Nihad Rəhimov (64 kiloqram) qızıl, Əbubəkir Hüseynov (98 kiloqram), Rəsul Səmədli (+98 kiloqram), Rüstəm Qasımzadə (58 kiloqram) gümüş, Sadiq Nadirov (79 kiloqram), Mikayıl Əmirov (71 kiloqram ) və Xəzər Əmrahlı (88 kiloqram) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!