Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
27-09-2025, 22:58
İran Rusiyaya torpaq verdi


İran Rusiyaya torpaq verdi

İran hökuməti “Şimal–Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt–Astara dəmir yolunun tikintisi üçün Rusiyaya torpaq sahəsi ayırıb.
Bu barədə İranın yollar və şəhərsalma naziri Fərzənə Sadek RIA Novosti agentliyinə açıqlama verib.
Məlumata görə, Rusiyaya verilən torpaq sahəsinin ümumi sahəsi təxminən 34 kvadrat kilometrdir. Torpaq alışı prosesinin 2026-cı ilin mart ayının üçüncü ongünlüyünədək başa çatdırılması planlaşdırılır.
“Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi (BND) 7,2 min kilometr uzunluğa malik çoxmodal marşrutdur. O, Sankt-Peterburqdan Hindistanın Mumbay limanınadək uzanaraq Baltik regionunu Rusiya və İran üzərindən Hindistanla birləşdirir. Dəhlizin illik yükaşırma gücü 20–30 milyon ton təşkil edir.
Bu marşrut Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən ənənəvi Süveyş kanalı yoluna alternativ hesab olunur. Dəhliz üç istiqaməti əhatə edir:

Transxəzər marşrutu – Xəzər üzərindən dəmir yolları və limanların istifadəsi;

Qərb marşrutu – Azərbaycan ərazisindən keçərək Rusiya ilə İranı birləşdirir;

Şərq marşrutu – quru yolları vasitəsilə Asiyanı əhatə edir.
27-09-2025, 21:56
Mirzoyan onunla sülhdən danışdı


Mirzoyan onunla sülhdən danışdı

BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri Annalena Berbok və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakı ilə İrəvan arasındakı sülh prosesini müzakirə ediblər.
Bu barədə Berbok "X"dəki səhifəsində yazıb.
"Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Biz Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişini, həmçinin Baş Assambleyanın 80-ci sessiyasının prioritetlərini müzakirə etdik", – Berbok qeyd edib.
27-09-2025, 21:22
“Neftçi” xal itirdi


“Neftçi” xal itirdi

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
“Neftçi” evdə “Karvan-Yevlax”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Turun ötən gün baş tutmuş matçlarında “Qarabağ” “Azersun Arena”da “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Zirə” isə “İmişli” ilə heç-heçə edib - 1:1
27-09-2025, 20:47
Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan


Ərdoğanla aramda etimad səviyyəsi daim artır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanla Ankara arasında münasibətlərin normallaşmasından danışıb.
O, BMT Baş Assambleyasında çıxışı zamanı iki dövlət arasında etimadın artmasından danışıb.
"Ərdoğanla aramda etimad səviyyəsi daim artır", - deyə o vurğulayıb.
Paşinyan Ankarayla müntəzəm dialoqu müsbət hal adlandırıb. Ermənistan baş naziri əmindir ki, bu dialoq yaxın gələcəkdə diplomatik münasibətlərin qurulması və sərhədin tam açılması şəklində müsbət nəticələr verəcək.


27-09-2025, 19:57
Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan


Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan

Mən bütün beynəlxalq ictimaiyyətə məmnuniyyətlə bildirirəm ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub.
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu sülh prosesində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu həlledicidir.
“Onun fədakarlığı, ardıcıllığı və prinsipiallığı qeyri-mümkün kimi görünənləri mümkün etdi. Ona görə də biz Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı qərar verdik. Çünki biz öz nümunəmizdə Prezident Trampın bu ideyaya həqiqətən sadiq olduğunu gördük”,- deyə Paşinyan əlavə edib.
27-09-2025, 19:45
Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay


Yaxşı babadır, gördüyümdən hündürdür - Prezidentlə görüşən Nilay

Prezident İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
Dövlət başçısı sonra Komplekdə Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
Balaca Nilay Prezidentlə görüşü barədə təəssüratlarını belə ifadə edib:
“Soruşdu ki, harada qalıram, neçənci sinifdə oxuyuram? Cavab verdim ki, ikinci sinifdə oxuyuram. O park tikilən yerdə əvvəl evimiz olmuşdu. Ora bomba atdılar, evimiz dağıldı.
Yaxşı babadır. Gördüyümdən bir az hündürdür. Mən onu çox sevdim. Mənimlə maraqlı söhbətlər etdi. Çox istəyirdim ki, onu görüm. Dualarım yerinə yetdi”.
Ətraflı “Baku TV”nin reportajında:

27-09-2025, 18:48
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib


Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib

Xalqımızın şanlı qələbəsi ilə başa çatan və 30 illik vətən həsrətinə döyüş meydanında son qoyulan 44 günlük Vətən Müharibəsinin ilk günü – 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi və uzaqgörənliyi, yenilməz ordumuzun döyüş əzmi, əsgər və zabitlərimizin şücaəti, xalq-iqtidar birliyi sayəsində Azərbaycan ilahi ədaləti bərpa etdi, düşmən tapdağında olan torpaqlarımız azad edildi, respublikamızın suverenliyi və ərazi bütövlüyü tam bərqərar oldu.

Əsgərlərimizin qəhrəmanlıqları, müjdə dolu xəbərləri ilə tariximizə həkk olunan bu şanlı 44 gündə işğalçıları sərhədlərimizdən qovmağı bacararaq gücümüzü və haqq səsimizi bütün dünyaya göstərə bildik. Xalqımız qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirərək şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini daim uca tutur.

Bu gün Abşeron rayonunda da Vətən müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimiz dərin ehtiramla anılıb. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisə rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
İştirakçılar əvvəlcə Xırdalan şəhərində şəhidlərinin xatirəsinə ucaldılan Xatirə Kompleksini ziyarət edib, qarşısına gül dəstələri qoyaraq əziz xatirələrini ehtiramla yad ediblər.

“Anım Günü”nə həsr olunmuş tədbir Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Daha sonra Vətən Müharibəsindəki şanlı qələbəmizə və igidlərimizin göstərdiyi misilsiz şücaətinə həsr olunan və Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, ordumuzun şücaəti ilə xalqımızın qələbə qazandığını bildirib. Bununla da Azərbaycanımızın ərazi bütövlüyünün və süverenliyimizin tam bərqərar olunuğunu, Qarabağa yenidən həyatın qayıtdığını söyləyən RİH başçısı hazırda işğaldan azad olunan ərazilərdə soydaşlarımızın azad və firavan yaşadığını bildirib.

Sonra Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı 44 günlük Vətən Müharibəsini bundan sonra daima fəxr və iftixar hissi ilə xatırlayacaq. Bu şanlı tarixin hər zaman böyük fərəh və iftixar hissi ilə öyrəniləcəyini vurğulayan çıxışçılar bildirib ki, Vətən Müharibəsində qazanılan qələbə ilə Azərbaycan öz adını qalib ölkələr sırasına yazdırıb.

Daha sonra Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək şanlı qələbəmizdən, Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi şücaətdən söz açıblar. Onlar qazanılan qələbəyə, o cümlədən ölkəmizdə şəhid ailələrinə, ümumilikdə müharibə iştirakçılarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Daha sonra “Anım Günü” ilə əlaqədar şəhidlərin əziz xatirəsinə Xırdalan şəhərindəki Heydər Əliyev Parkında, o cümlədən rayonun digər kənd və qəsəbələrində ağacəkmə aksiyaları keçirilib.

Onu da qeyd edək ki, “27 sentyabr - Anım Günü” ilə əlaqədar Abşeron rayonunun kənd və qəsəbələrində yerləşən bütün şəhidlər xiyabanlarında və xatirə komplekslərində abadlıq işləri görülüb, şəhidlərimimiz ziyarət edilərək xatirələri yad edilib.











27-09-2025, 18:45
Qarabağ sonsuza qədər Azərbaycandır!


Qarabağ sonsuza qədər Azərbaycandır!

Qarabağ sonsuza qədər Azərbaycandır.
Bu barədə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar 27 Sentyabr- Anım Günü ilə əlaqədər "X" hesabında bildirib.
"Qəlbimizdə eyni hisslər, dilimizdə eyni musiqilərlə yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəyik. İşğal altında olan Azərbaycan torpaqlarını azadlığa qovuşduğu şərəfli mübarizənin ildönümü olan Anım günündə şəhidlərimizi rəhmət və ehtiramla yad edir, qazilərimizə can sağlığı, uzun ömür arzulayıram", - o yazıb.
27-09-2025, 18:21
Gəncədə 22 marşrut fəaliyyətə başlayır


Gəncədə 22 marşrut fəaliyyətə başlayır

Gəncə şəhərində 22 sayda avtobus marşrutu fəaliyyətə başlayır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, aşağıda qeyd edilən tarixlərdən yeni avtobuslar sərnişinlərin istifadəsinə veriləcək.


28 sentyabr:


• 1 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - Yeni Gəncə (28 May prospekti);

• 2 nömrəli marşrut – Heydər Əliyev prospekti - Şah İsmayıl Xətai prospekti - Dədə Qorqud küçəsi (dairəvi marşrut);

• 3 nömrəli marşrut – Yeni Gəncə (28 May prospekti) - Cümhuriyyət prospekti;

• 6 nömrəli marşrut – Şıxzamanlı qəsəbəsi - Bağmanlar küçəsi;

• 7 nömrəli marşrut – Poçt qəsəbəsi - Şəhidlər xiyabanı (R20 Gəncə–Daşkəsən yolu);

• 8 nömrəli marşrut – Dəmiryol deposu - Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi);

• 9 nömrəli marşrut – Təbriz küçəsi - "Kəlbəcər" şəhərciyi.29 sentyabr:

• 4 nömrəli marşrut – İmamzadə türbəsi - Cümhuriyyət prospekti;

• 5 nömrəli marşrut – Y.Məmmədəliyev küçəsi - V.Qocayev küçəsi;

• 11 nömrəli marşrut – Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) - "Kəlbəcər" şəhərciyi;

• 14 nömrəli marşrut – Qızılqaya qəsəbəsi(A.Nəbiyev küçəsi) - N.Nərimanov küçəsi (Parkın ətrafı);

• G1 nömrəli marşrut – Göygöl Şəhər Mərkəzi Xəstəxanası - N.Nərimanov küçəsi (Parkın ətrafı).


30 sentyabr:


• 10 nömrəli marşrut – Poçt qəsəbəsi - N.Nərimanov küçəsi (Parkın ətrafı);

• 12 nömrəli marşrut – Gəncə Dəmiryol Vağzalı - 1 nömrəli şəhər xəstəxanası;

• 13 nömrəli marşrut – Gəncə Beynəlxalq Avtovağzalı(Şəmkir istiqamətində) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 15 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 17 nömrəli marşrut – Mərkəzi Klinika Gəncə Xəstəxanası- İ.Kazımov küçəsi (Çəngəl-Bıçaq zavodu);

• 18 nömrəli marşrut – N.Nərimanov küçəsi (Parkın ətrafı) -Cavadxan qəsəbəsi (K.Mehmandarov küçəsi);

• 20 nömrəli marşrut – Ə.Xəqani küçəsi (hərbi hissə) - N.Nərimanov küçəsi (Parkın ətrafı).


1 oktyabr:


• 16 nömrəli marşrut – Məhsəti qəsəbəsi ( Ə.Xasməmmədov küçəsi) - Gəncə Avtovağzalı (Yevlax istiqamətində);

• 19 nömrəli marşrut – V.Qocayev küçəsi - "Grand" bazar;

• G2 nömrəli marşrut – Göygöl avtostansiyası - N.Nərimanov küçəsi (Parkın ətrafı).
27-09-2025, 15:34
Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO


Baş Prokurorluğun rəhbərliyi Zəfər parkında - FOTO

Baş Prokurorluğun rəhbərliyi 27 sentyabr – Anım Günü münasibətilə Zəfər parkını ziyarət edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş prokuror Kamran Əliyev və prokurorluğun rəhbər heyəti şəhidlərin xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!