Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
1-10-2025, 21:48
Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir


Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir

“Müxalif Milli Hərəkat Partiyasının əsas planı keçmiş prezident Mixail Saakaşvilini hakimiyyətə qaytarmaqdır. Lakin bu baş tutmayacaq, çünki hökumət bunun qarşısını almaq üçün hər şeyi edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentin vitse-spikeri Qia Volski bildirib.
Onun sözlərinə görə, hazırda insanları küçələrə, aksiyalara dəvət edən Paata Burçuladze irəli getmək və müxalif hərəkatda populyarlığını qorumaq və bunun üçün fantazmaqorik ssenarilərdən istifadə etmək istəyir. Ümumiyyətlə qeyri-adekvat adam təəssüratı yaradan bu insan açıq şəkildə Milli Hərəkatın vəsiqələrini göstərib, “qan tökmək lazımdır” deyir.
Vitse-spiker bildirib ki, Mixeil Saakaşvilinin lideri olduğu Milli Hərəkat partiyası oktyabrın 4-də Tbilisidə izdihamlı mitinq və küçə yürüşləri elan edib. Eks-prezident vətəndaşlar və tərəfdarlarına müraciət edərək, onları həmin gün fəal olmağa, küçələrə çıxmağa çağırıb.
Oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Müxalifət həmin gün kütləvi etiraz aksiyası keçirməyi planlaşdırıb.
1-10-2025, 21:12
"Qarabağ"dan ilk qol


"Qarabağ"dan ilk qol

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 28-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir fərqlənib.
Görüşü niderlandlı FIFA referisi Sərdar Gözüböyük idarə edir.
1-10-2025, 21:08
Yunanlar 13 saat işləmək istəmir


Yunanlar 13 saat işləmək istəmir

Yunanıstan paytaxtı Afinada minlərlə insan küçələrə çıxaraq hökumətin əmək qanunvericiliyinə təklif etdiyi dəyişikliklərə etiraz edib.
Dövlət qulluqçuları və həmkarlar ittifaqları ilə yanaşı özəl sektor işçiləri də 24 saatlıq ümummilli tətil elan ediblər.
Qeyd olunur ki, təklif olunan dəyişikliklər iş şəraitinə daha çox “elastiklik” gətirməyi nəzərdə tutur. Yeni qanun layihəsinə görə, bəzi növbələr 13 saata qədər uzadıla bilər. Bundan başqa, həftəlik iş vaxtı 48 saat olaraq müəyyənləşdirilir və illik maksimum 150 saatlıq əlavə işləməyə icazə verilir.
Lakin Yunanıstanın Ümumi Həmkarlar Konfederasiyası bunun əksinə olaraq iş həftəsinin 37,5 saat müəyyən edilməsini tələb edir. İttifaq nümayəndələri bəyan ediblər ki, uzunmüddətli iş rejimi insanları tükəndirir: “Biz 13 saatlıq növbəyə qarşıyıq. İşçilərin dözümünün də bir həddi var.”
Tətil çərçivəsində Afinada ictimai nəqliyyat, taksilər və dövlət idarələri ya fəaliyyətini dayandırıb, ya da qısa iş qrafiki ilə işləyib.
1-10-2025, 20:22
Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi


Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 2-də Kopenhagendə keçiriləcək Avropa Siyasi Birliyinin 7-ci sammitində iştirak etmək üçün Danimarkaya yola düşüb.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan sammit çərçivəsində beynəlxalq tərəfdaşlarla bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin də zirvə toplantısında iştirak etmək üçün Kopenhagenə gedib.
Sammitdə Avropada təhlükəsizlik, Ukraynaya dəstək və regional əməkdaşlıq əsas mövzular olacaq.
1-10-2025, 20:18
Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri


Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstanda keçirilən “New Silk Way” (Yeni İpək Yolu) VII beynəlxalq nəqliyyat-logistika biznes-forumu çərçivəsində “Avrasiya məkanında dəmiryol infrastrukturunun inkişafı” adlı panel müzakirələrində iştirak edib.
Müzakirələrdə Orta Dəhliz, liman və dəmir yollarının inteqrasiyası, texnoloji modernləşdirmə və tranzit imkanlarının artırılması kimi mövzular müzakirə olunub.
ADY sədri bildirib ki, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə arasında yükdaşımaların əsas xətti olaraq regional nəqliyyat sistemində mühüm rol oynayır. BTQ və Zəngəzur dəhlizi birlikdə regionun tranzit imkanlarını artıraraq ticarət axınlarını dəstəkləyən vahid şəbəkə yaradacaq.
ADY-nin cari yükdaşıma göstəricilərinə toxunan sədr bu ilin 9 ayı ərzində Çindən Orta Dəhliz vasitəsilə 296 blok-qatarın, o cümlədən 113 tranzit qatarın qəbul edildiyini vurğulayıb və bu rəqəmin ötən ilin eyni dövrünün göstəricisini (213 qatar) əhəmiyyətli dərəcədə üstələdiyini qeyd edib.
Bu ilin fevralında Bakı Limanının ADY-yə birləşdirilməsi ilə regional yükdaşımalar üçün perspektivlərin daha da genişləndiyini diqqətə çatdırıb və bu inteqrasiyanın tranzit müddətini və əlavə logistik xərcləri azaltdığını, yükdaşımaların sürət və rəqabətqabiliyyətini artırdığını bildirib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol administrasiyalarının rəhbərləri Rövşən Rüstəmov, Talqat Aldıbergenov və Laşa Abaşidze Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca darboğazların aradan qaldırılması haqqında Yol Xəritəsini imzalayıblar.
Sənədə əsasən, darboğazların aradan qaldırılması üçün infrastrukturun yaxşılaşdırılması, hərəkət tərkiblərinin yenilənməsi və əməliyyat prosedurlarının optimallaşdırılması, eləcə də Orta Dəhlizin inkişafı məqsədilə 3 ölkə arasında koordinasiyanın gücləndirilməsi, infrastruktur və əməliyyat səmərəliliyinin davam etdirilməsi və artan yük həcmlərinə hazır olmaq prioritet istiqamətlər kimi müəyyən edilib.
Qazaxıstan Nəqliyyat Həftəsi çərçivəsində, həmçinin 28-ci Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçirilir. Sərgidə Qazaxıstan, Azərbaycan, Türkiyə, BƏƏ, Almaniya, Çin, Latviya, Estoniya, Hindistan, Rusiya və Belarusdan olan şirkətlər iştirak edir. ADY sərgidə ayrıca stendlə təmsil olunur.
1-10-2025, 20:07
Paşinyanla daşnaklar arasında sərt polemika


Paşinyanla daşnaklar arasında sərt polemika

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatında müxalif “Ermənistan” fraksiyasının deputatı, “Daşnaksutyun” partiyasının üzvü Geqam Manukyanla kəskin mübahisə edib.
Mübahisəyə səbəb deputatın 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanmış bəyannamənin məzmununa şübhə ilə yanaşması olub.
Manukyan, həmçinin Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının maliyyə mənbələri barədə suallar qaldırıb. Buna cavab olaraq Paşinyan deputatı yalançılıqda ittiham edib və onu inqilaba çağırışlardan imtina etməkdə qınayıb:
“Son 7 ildə 87 dəfə inqilaba çağırış etmisiniz. Amma Vaşinqton Bəyannaməsindən sonra susmusunuz. Əgər hər şey bu qədər pisdirsə, niyə hələ də parlamentdəsiniz? Gedin, küçələrdə inqilab edin. Burada yumşaq kreslolarda oturmağa utanmırsınızmı?” – deyə Paşinyan bildirib.
Baş nazir daha sonra “Daşnaksutyun” partiyasını gizli fəaliyyət aparmaqda və xarici ölkələrdən maliyyə dəstəyi almaqda ittiham edib:
“Mən düşünürəm ki, bəzi ölkələrin büdcəsindən sizə çamadanlarla vəsait gətirilir. Siz yalnız Ermənistan Respublikasından maaş almırsınız”, – deyə o vurğulayıb.
1-10-2025, 19:45
Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var


Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Cəlil Məmmədquluzadə küçəsində qeydə alınıb. Qəza zamanı “VAZ 2107”, “Raf” və “NAZ-Lifan” markalı avtomobillər toqquşublar.
Zəncirvari qəzada 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
1-10-2025, 19:30
"Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO


Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.
Bu barədə “Euronews” telekanalının “Bakı Təhlükəsizlik Forumu 2025: terrorizm, kibertəhdidlər və qlobal böhranlar” adlı videosüjetində qeyd edilib.
“Bakı Təhlükəsizlik Forumu qlobal və regional təhdid, eləcə də risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən çoxsaylı xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması Forumun qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir”, - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev forumu açarkən Azərbaycan Prezidenti İlham Əliyevin müraciətindən sitat gətirib.
Süjetdə qeyd edilir ki, forum 80-dən çox dövlətin nümayəndələrini bir araya gətirib. İştirakçılar təhlükəsizlik sahəsində sərhədlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə terrorizm, kibercinayətkarlıq, dezinformasiya və humanitar böhranlarla mübarizəni müzakirə ediblər.
“Terrorçular hökumətlərin işini pozmağı, eləcə də dinc insanların həyatını dağıtmağı bacarırlar. Buna İŞİD və ya “Əl-Qaidə”ni nümunə göstərmək olar. Buna görə də bizim dövlətlər olaraq əməkdaşlıq etməyimiz vacibdir. Əks halda, onlar (terrorçular) bizi üstələyə, xaos yaya, heç bir hakimiyyətlə hesablaşmadan dağıda və insanları öldürə bilərlər. Yəni əməkdaşlıq vacib məsələdir. Bu təhdidlərin öhdəsindən gəlməyin başqa yolu yoxdur”, - “Euronews” Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəisi Noordin Mohammed Hacinin sözlərini təqdim edib.
Telekanal, həmçinin BMT-nin ilk dəfə forumda təmsil olunduğuna diqqət çəkib. Vurğulanıb ki, bu, praktiki nəticələrə yol açan beynəlxalq dialoqun əhəmiyyətini əks etdirir.
“BMT-nin belə tədbirlərdə iştirakı bizə təhlükəsizlik cəmiyyətinin əsas hissəsi ilə qarşılıqlı əlaqə qurmaq imkanı verir. Bu bizə məlumat əldə etməyə əsaslanan strategiyalar qurmağa kömək edir”, - süjetdə BMT-nin Terrorizmlə Mübarizə İdarəsinin (UNOCT) proqram rəhbəri və hüquq-mühafizə məsələləri üzrə müşaviri Nigel Lazarus bildirib.
Bundan əlavə, reportajda qeyd edilib ki, forum Azərbaycan və Ermənistan kimi münaqişələrə cəlb olunmuş ölkələr arasında konstruktiv dialoq üçün platforma olub.
“Əgər siz oturub danışa bilmirsinizsə, qarşılaşdığımız bir çox problemləri, təhlükəsizliyin çoxsaylı çağırışlarını həll edə bilməzsiniz. İstər Rusiyanın Ukrayna ilə müharibəsi olsun, istərsə də Qəzzada, Sudanda və Afrikanın digər ölkələrində baş verən hadisələr olsun, belə olan halda öhdəsindən gələ bilməzsiniz. Yalnız dialoq və belə platformalar vasitəsilə həll yolu tapmaq mümkündür. Beləliklə, biz təcrübələr əldə edirik və dünyanın qarşısında duran problemlərin daha yaxşı həlli yollarını bir-birimizdən öyrənirik”, - Keniyanın Milli Kəşfiyyat Xidmətinin rəhbəri bildirib.
Öz növbəsində, Argentinanın Kəşfiyyat Xidmətinin direktoru Kolombo Alexandro vurğulayıb ki, Bakı Təhlükəsizlik Forumunun keçirildiyi üç gün ərzində bir çox ölkələrlə görüşlər keçirilib və “adətən illərin tələb olunduğu” nəticələr əldə edilib. Əvvəllər bu qədər geniş təmasların olmadığı ölkələrlə də əlaqələr möhkəmlənib.
“Geosiyasi gərginlikdən, təhlükəsizlik prioritetləri və çoxtərəflilik haqqında yenilənmiş müzakirələrdən praktikaya qədər danışıqlar müasir qlobal təhlükəsizlik çağırışlarının təxirəsalınmazlığını və mürəkkəbliyini əks etdirirdi”, - “Euronews” bildirib.

1-10-2025, 18:56
Prezident və birinci xanım Danimarkada


Prezident və birinci xanım Danimarkada

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.
Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
1-10-2025, 17:33
Millimizin finaldakı rəqibi bəlli oldu


Millimizin finaldakı rəqibi bəlli oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin III MDB Oyunlarının finalında qarşılaşacağı rəqib müəyyənləşib.
Aqil Nəbiyevin baş məşqçisi olduğu yığma həlledici oyunda Özbəkistanı 2:1 hesabı ilə məğlub edən Rusiya seçməsi ilə üz-üzə gələcək.
Final matçı oktyabrın 4-də keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!