Onlar Saakaşvilini hakimiyyətə gətirmək istəyir .....                        "Qarabağ"dan ilk qol .....                        Yunanlar 13 saat işləmək istəmir .....                        Paşinyan da İlham Əliyevin qatıldığı sammitə getdi .....                        Zəngəzur dəhlizi BTQ ilə birgə tranzit imkanlarını artıracaq - ADY sədri .....                        Paşinyanla daşnaklar arasında sərt polemika .....                        Naxçıvanda 3 maşın toqquşdu - 4 yaralı var .....                        "Euronews" Bakı Təhlükəsizlik Forumundan süjet hazırladı - VİDEO .....                        Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 mlrd. dolları ötüb .....                       
Bu gün, 17:20
BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı


BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalandı

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı – Tbilisi – Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.
ADY-dən verilən məlumata görə, bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.
BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.
Razılaşmaya əsasən, Ələt – Böyük Kəsik və Qardabani – Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama – Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars – Mersin sahəsində 60 saatdan, Qars – İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin 4 gün yarıma çatdırılması mümkün olacaq.
Bu gün, 17:10
Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı


Azərbaycanda klub prezidenti futboldan uzaqlaşdırıldı

Azərbaycan 2-ci liqasında çıxış edən “Şəki Siti” klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.
Bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.
Bu gün, 17:05
"Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub


"Kəpəz" klubuna yeni baş məşqçi təyin olunub

"Kəpəz" Futbol Klubuna yeni baş məşqçi təyin olunub.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Klubun sükanı arxasına Azər Bağırov keçib. 44 yaşlı məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, "Kəpəz" ötən mövsümdə də Azər Bağırovun rəhbərliyi altında çıxış edib.
Bu gün, 17:00
Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ


Xankəndi məktəbinin direktoru vəzifəsindən AZAD EDİLDİ

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.
Bu barədə direktorun özü məlumat verib.
O qeyd edib ki, yaxın günlərdə başqa məktəbə təyinatını gözləyir.
“65 yaşıma 2 il var. O müddətə qədər başqa məktəbdə bu vəzifəni icra edəcəyəm” – deyə Cəmilə Əhmədova bildirib.
Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib. Buna qədər məktəb Bakı şəhərində fəaliyyət göstərib.

Bu gün, 16:50
Sabiq prokurora yeni vəzifə verildi


Sabiq prokurora yeni vəzifə verildi

İbrahim Ləmbəranskiyin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

***

15:41

Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri vəzifəsinə təyin edilib.
Bu barədə Dövlət Agentliyindən bildirilib.
Bu gün, 16:47
Bakıda məktəblər birləşdirildi - RƏSMİ


Bakıda məktəblər birləşdirildi - RƏSMİ

Bakı şəhərində yerləşən iki məktəb birləşdirilib.
Bakı şəhəri 25 nömrəli tam orta ümumtəhsil məktəbinin Humanitar fənlər təmayüllü məktəb-liseylə birləşdirilməsi tədrisin daha səmərəli təşkili, idarəetmənin və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Birləşdirilmə zamanı təhsilalanların və təhsilverənlərin mənafeyinin qorunması, həmçinin öncül təcrübənin tətbiqi diqqət mərkəzində saxlanılan əsas amillərdəndir. Proses çərçivəsində heç bir ixtisar və məhdudlaşdırma nəzərdə tutulmur.
Yeni dərs ili ərəfəsində məktəbin kollektivi və valideynlərlə görüşlərdə bütün bu məqamlar və qanunauyğun proseslər bir daha diqqətə çatdırılıb. Görüş iştirakçılarının mütləq əksəriyyəti yeniliyi razılıqla qarşılayıb, aparılan islahatları müsbət dəyərləndirib.
Bu gün, 16:42
Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır


Türkiyədə Azərbaycanla bağlı dezinformasiya yayanlar araşdırılır

Son günlər Türkiyənin bəzi media qurumlarında və sosial şəbəkələrdə Azərbaycanla bağlı mütəmadi dezinformasiya xarakterli xəbərlər yayılıb.
Türkiyə hökumətindəki mənbə məsələnin Türkiyənin rəsmi dairələri tərəfindən araşdırıldığını bildirib.
“Artıq bununla bağlı araşdırma və təhlillər aparılır. Azərbaycan tərəfi ilə də məsələ üzrə fikir mübadiləsi aparılıb. Bu cür xəbərlərin yayılması Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zərər verə bilməyəcək qədər kiçik nüanslardır”, - mənbə qeyd edib.
Qeyd edək ki, Türkiyənin bəzi media orqanları son günlər Azərbaycanla bağlı mütəmadi olaraq dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu məlumatlar daha sonra sosial şəbəkələrin Türkiyə seqmentində müzakirə olunur.
Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir qeyd edib ki, onlar Türkiyə-Azərbaycan Media Platformasının inkişafı və proseslərdə daha çox yer alması üçün çalışırlar. “Türkiyə-Azərbaycan əlaqələrini pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı mübarizə aparacağıq. Qarşılıqlı danışıqlar aparılmalıdır və bu qüvvələrlə mübarizə aparılmalıdır. Daha da bir-birimizə bağlanmalıyıq. Boşluq buraxmayacağıq ki, araya girən olmasın. Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan daxili və xarici qüvvələrin oyunlarına gələnlər də var. Amma buna qarşı daha sıx birləşməliyik”, - Alptekin Cihangir İşbilir vurğulayıb.
Bu gün, 16:34
Ukraynaya daha 4 milyard avro verildi


Ukraynaya daha 4 milyard avro verildi

Avropa Komissiyası Ukraynaya 4 milyard avro dəyərində makromaliyyə yardımının doqquzuncu tranşını ayırıb.
Müharibə başlayandan bəri Aİ-nin ümumi dəstəyi 178 milyard avroya yaxınlaşır.
Ukraynanın baş naziri Yuliya Svırıdenko bildirib ki, ödənişin bu gün, Ukraynanın Müdafiəçiləri Günündə edilməsi simvolikdir.
Bu gün, 16:28
Naxçıvanda yanğın - 583 abonent qazsız qaldı


Naxçıvanda yanğın - 583 abonent qazsız qaldı

Naxçıvan şəhəri Tumbul kəndində həyətyanı sahədə baş vermiş yanğın nəticəsində aşağı təzyiqli yerüstü və yeraltı polietilen qaz kəməri zədələnib.
Hadisədən dərhal sonra təhlükəsizlik səbəbilə ərazidə 583 abonentin qaz təchizatı dayandırılıb. Bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması planlaşdırılır və tamamlandıqdan sonra sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
Hadisə nəticəsində xəsarət alan yoxdur.
Bu gün, 16:19
Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırdı


Beynəlxalq Qızıl Xaç Komitəsi Qəzzada fəaliyyətini dayandırdı

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) hərbi əməliyyatların genişlənməsi səbəbindən Qəzza şəhərindəki fəaliyyətini müvəqqəti dayandırmaq və əməkdaşlarını başqa yerə köçürmək məcburiyyətində qaldığını açıqlayıb.
Bu barədə "The Times of Israel" məlumat yayıb.
"BQXK Qəzza şəhərinin mülki əhalisinə Deyr əl-Balah və Rəfahdakı ofislərimizdən dəstək verməyə davam edəcək", - məlumatda bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!