Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub .....                        Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir - Nəticə nə olacaq? .....                        Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı .....                        İranlı narkotacirlərlə əlbir olan şəxsdən 20 kq narkotik aşkarlandı - VİDEO .....                        İstanbulda 5 bal gücündə zəlzələ .....                        Spiker Milton Diklə görüşüb - FOTO .....                        Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb .....                        Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO .....                        44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır .....                       
Bu gün, 17:22
“Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır

Milyonlarla manat dəyərində əmlaka sahib olan tanınmış iş adamı Gündüz Abbasovun 2024-cü ilin sentyabr ayında qəfil və müəmmalı ölümü ailəsində qalmaqal yaradıb. Bu barədə redaksiyanın qaynar xəttinə Mərhumun oğlu Əziz Abbasov məlumat verib.
Onun sözlərinə görə, Gündüz Abbasov 2021-ci ildə ikinci həyat yoldaşından da boşanıb. Rəsmi olaraq subay statusunda yaşayıb. Buna baxmayaraq, həmin evdə qalmağa davam edib və elə orada da dünyasını dəyişib.
Oğlu bildirir ki, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan atasının ölüm xəbəri ailəyə rəsmi şəkildə verilməyib, həmçinin meyit üzərində heç bir ekspertiza da aparılmayıb:
“Atamın ölümü şübhəlidir” – Məşhur iş adamının oğlu ədalət axtarır

“Atam 2021-ci ildə boşanıb, həmin evdə yaşayıb və orada da subay olaraq rəhmətə gedib. Ölüm xəbəri bizə verilməyib, ekspertiza da aparılmayıb. Atamın ikinci həyat yoldaşı ekspertizanın aprılmasına maneə yaradıb. Bu səbəbdən biz onun ölümünü şübhəli hesab edirik”, – deyə mərhumun oğlu vurğulayıb.
Onların sözlərinə görə, atası birinci ailəsindən boşandıqdan sonra illərlə qazandığı mülklər ikinci nigahda olduğu xanımının adına rəsmiləşdirilib. İş adamının vəfatından sonra həmin əmlaklar birbaşa onun adına keçirilib. Hazırda obyektlərdən gələn gəlirlər də yalnız həmin qadına məxsusdur.
Mərhumun oğlu əlavə edərək bildirir ki, atasından qalan milyonluq mülklərin hamısı ikinci yoldaşı tərəfindən ələ keçirilib. İş məhkəmədə olsa da, prosesə ciddi baxılmır.
Mərhum iş adamının övladı iddia edir ki, Xətai Rayon Məhkəməsində proses obyektiv aparılmır və ədalətli qərar çıxarılacağına ümidlərini itirmək üzrədirlər. Onların fikrincə, həm ölümün qaranlıq məqamları araşdırılmalı, həm də illərin zəhmətilə əldə edilən əmlakın ədalətli bölgüsü təmin olunmalıdır.

Əziz Abbasovun anası Abbasova Sevda Sabir qızı və mərhumun sonuncu həyat yoldaşı Məmmədova Lalə Məmməd qızı da hakimin ədalətsiz qərar verdiyindən danışdılar və qərardan Apelyasiya şikayəti verəcəklərini bildirdilər.

Vəkil Vaqif Şərifov sözlərinə görə, Xetai Rayon Məhkəməsinin hakimi Şəhriyar Əliyev qanunun tələblərini pozaraq hüquqlarını müdafiə elədiyim müvəkkilimin iddiasını təmin etmədi.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:45
Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub


Sentyabrda aylıq temperatur iqlim normasından aşağı olub

2025-ci ilin sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sentyabr ayının orta aylıq temperaturu 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.
Nazim Mahmudov bildirib ki, sentyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb.
“Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 sm qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 mm) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 mm) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb", - o deyib.
N.Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb:
“Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib.”
Bu gün, 16:40
Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir - Nəticə nə olacaq?


Azərbaycan, Gürcüstan və Qazaxıstan vahid tarif elan edir - Nəticə nə olacaq?

"Qazaxıstan Dəmir Yolu" SC-nın yaydığı məlumata görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu operatorları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu boyunca vahid uzunmüddətli tarif müəyyən etmək barədə razılaşıblar.
Bu qərar "Qazaxıstan Dəmir Yolu", "Azərbaycan Dəmir Yolları" və "Gürcüstan Dəmir Yolu" tərəfindən Almatıda VII Beynəlxalq nəqliyyat-logistika biznes forumu "New Silk Way" çərçivəsində imzalanan "Orta Dəhlizdə "darboğazlar"ın aradan qaldırılması üzrə Tədbirlər Planı"nda öz əksini tapıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, vahid tarifin tətbiqi bütövlükdə region üzərindən daşınan yüklərin həcminin artırılması baxımından vacibdir:
"Azərbaycan, Qazaxıstan və Gürcüstan artıq uzun müddətdir ki, vahid tarifin tətbiqi ilə bağlı müzakiərlər aparırdılar. Vahid tarfin tətbiqi bütövlükdə region üzərindən daşınan yüklərin həcminin artırılması baxımından vacibdir. Bu, yükdaşıma ilə məşğul olan şirkətlər, iş adamları üçün praktiki olaraq regiondan daha qısa müddətdə və uyğun xərclə yüklərini daşınmasına imkan yaradacaq. Gözlənti ondan ibarətdir ki, vahid tarifin müəyyənləşməsi Orta Dəhlizin imkanlarının genişlənməsinə gətirib çıxaracaq".
Parlamentari vurğulayıb ki, vahid tarifin tətbiqi Azərbaycan, Gürcüstan və Qazaxıstan üzərindən yüklərin həcminin artımına səbəb olacaq:
"Məhz bu səbəbdən,artıq “Bakı-Tbilisi-Qars” dəmir yol xəttinin yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Gözlənti də ondan ibarət idi ki, həm vahid tarifin tətbiqi, həm Orta Dəhlizin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq. Xüsusilə də Azərbaycan, Gürcüstan və qardaş Mərkəzi Asiya respublikalarını qeyd etmək lazımdır. O baxımdan bu praktiki olaraq həm Gürcüstan, həm də Mərkəzi Asiya türk dövlətlərinin beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsinə imkan yaradacaq".
Bu gün, 16:28
Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı


Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı

Cari ilin sentyabr ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18.52% təşkil edib.
Manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ilin əvvəli ilə müqayisədə 1.96 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2.40 faiz bəndi artıb.
Qeyd edək ki, cari ilin sentyabr ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 704.9 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 91.8 milyon manatı biznes kreditləri, 9 milyard 114.5 milyon manatı istehlak kreditləri, 4 milyard 498.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib.
Bu gün, 16:22
İranlı narkotacirlərlə əlbir olan şəxsdən 20 kq narkotik aşkarlandı - VİDEO


İranlı narkotacirlərlə əlbir olan şəxsdən 20 kq narkotik aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İran vətəndaşları olan narkotacirlərlə əlbir olan şəxslərin tutulması istiqamətində növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayonunda keçirilən əməliyyat zamanı 1979-cu il təvəllüdlü, əvvəl məhkum olunmuş Arif Yusifov yaxalanıb. Ondan 20 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş qurudulmuş marixuana aşkarlanıb. A.Yusifovun paytaxt ərazisində narkotik vasitələrin satışını və yayılmasını təşkil edərək maddi qazanc əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu gün, 15:59
İstanbulda 5 bal gücündə zəlzələ


İstanbulda 5 bal gücündə zəlzələ

Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub.
Bu barədə AFAD məlumat yayıb.
Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.
Bu gün, 15:56
Spiker Milton Diklə görüşüb - FOTO


Spiker Milton Diklə görüşüb - FOTO

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti "Böyük iyirmilik" (G20) ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammitində (P20) iştirak etmək üçün Cənubi Afrika Respublikasının Keyptaun şəhərində işgüzar səfərdədir.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbir çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl, Sinqapur Parlamentinin sədri Seah Kian Penq, Avstraliya Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dik ilə görüşüb.
Söhbətlərdə sammitin əhəmiyyəti vurğulanıb, həmçinin ölkələrimiz və parlamentlərimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.


Bu gün, 15:50
Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb


Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni sentyabr ayında 19 965 597 nəfər sərnişin daşıyıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda intervalın 1 dəqiqə 45 saniyəyə endirilməsi nəticəsində ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi qeydə alınıb.
Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabr olub. Belə ki, ilk dərs günündə 891 856 nəfər metrodan istifadə edib. Ən sakit gün isə 7 sentyabr tarixində qeydə alınıb. Sentyabrın 7-də metrodan istifadə edənlərin sayı 405 892 nəfər olub.

Bu gün, 15:39
Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO


Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO

Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibətilə rəsmi qəbul keçirilib.
Tədbirdə ölkə Prezidenti, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib.
Bundan başqa, Ərdoğanla Davudoğlu bir müddət səmimi söhbət edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb.
Bildirilir ki, rəsmi qəbulda CHP sədri Özgür Özel və bu partiyanın millət vəkilləri həmçinin İYİ Partiyasının lideri Müsavat Dərvişoğlu iştirak etməyib.
Qeyd edək ki, Ə.Davudoğlu və Ə.Babacan Türkiyənin hakim partiyası AKP-nin keçmiş üzvləridir.



Bu gün, 15:33
44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır


44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır

“44 günlük müharibənin şəraitini araşdıran komissiyanın hesabatı Ermənistan parlamentinin plenar iclasında deyil, qapalı dinləmələrdə müzakirə olunacaq”.
Bunu parlamentin sədri Alen Simonyan bildirib:
"Qapalı dinləmələr keçiriləcək və sənəd bu formatda təqdim olunacaq. Biz indicə parlament şurasında bu məsələnin müzakirəsini aparıb müvafiq qərar qəbul etdik", - Simonyan bildirib.
Bundan əvvəl mətbuat üçün brifinq zamanı jurnalistlər parlamentin spikerinə 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatların hallarını araşdırmaq üçün yaradılmış komissiyanın hesabatının plenar iclasın gündəliyinə daxil edilib-edilməyəcəyi ilə bağlı sual veriblər.
Simonyan bildirib ki, o, komissiya sədri Andranik Köçəryanla həll yolunun tapılması və mövcud hüquqi məsələlərin aydınlaşdırılmasının zəruriliyini müzakirə edib.
Spiker hesabatın dərc edilməməsi tendensiyası ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib və qeyd edib ki, məsələ sənədin dərc edilib-edilməməsindən yox, daha çox onun təqdimat formatından gedir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!